Ġəlalə Məhyəddin qızı



Yüklə 1,28 Mb.
səhifə1/53
tarix25.06.2018
ölçüsü1,28 Mb.
#51419
  1   2   3   4   5   6   7   8   9   ...   53


                                     

 



ġəlalə Məhyəddin qızı 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



QARANLIQDAN  ĠġIĞA 

 

           

 

 

 



 

 

 



 

 

 



 

 

«Nasir» nəĢriyyatı 



Bakı – 2012 


                                     

 



 

 

ġəlalə Məhyəddin qızı.  «Qaranlıqdan iĢığa». Bakı,  

                                   «Nasir»  nəĢriyyatı,  2012,  192 

səh. 

 

 

 

 

 

 

Bu  kitab  dünya  şöhrətli  göz  cərrahı,  Azərbaycan 

oftalmologiyasının  banisi  professor  Ümnisə  Musa-

bəylinin 110 illik yubileyinə həsr olunub. 

Kitabda  alimin  elmi  fəaliyyəti  ilə  bağlı  xatirələr 

toplanıb.  

 

 

 



 

Kitabın  işıq  üzü  görməsində  maddi  və  mənəvi  kö-

məklik göstərən həmyerlilərimiz, iş adamı Dağlar Sə-

fərova  və  «Nasir»  nəşriyyatın  direktoru  Famil  Kəri-

mova minnətdarlığımızı bildiririk. 

 

 

 

 

 


                                     



M 087 – 2012                  © «Nasir» nəĢriyyatı,2012 



 

 

 

ÖN SÖZ 

 

Qeyri-adi  zəka  sahibləri  bilik  və  bacarıqlarını  elmin  inkişa-



fına  sərf  edəndə  daha  çox  fayda  verir,  onların  əməyinin  nəti-

cəsində  daha  çox  insan  bəhrələnir.  Ömrü  boyu  insanlara  nur 

verən akademik Ümnisə Musabəyli də  belə insanlardan biri idi. 

O,  təkcə  Azərbaycanda,  keçmiş  Sovetlər  İttifaqında  deyil, 

dünyada  sevilib-seçiliən  nadir  oftalmoloqlardan  biri  kimi 

tanınırdı.  Hətta  onu  dövlət  başçıları  səviyyəsində  müxtəlif 

ölkələrə  dəvət  edir,  böyük  hörmət  və  ehtiram  göstərirdilər. 

Təkcə  bu  faktın  özü  onun  çox  böyük  nüfuza  malik  olduğunu 

şərtləndirən  amillərdən  biridir.  Odur  ki,  Ü.Musabəylinin 

gözlərinə  şəfa  verdiyi  insanlar  arasında  adi  vətəndaşlardan 

tutmuş yüksək rütbəli məmurlar, dövlət başçıları da olub. 

Beynəlxalq  səviyyəli  simpoziumlarda,  elmi  konfranslarda 

etdiyi  çıxışlar  da  həmişə  maraqla  qarşılanır,  böyük  əks-səda 

doğururdu.  Sağlığında  «Ümnisə  xanım»  adlı  sənədli  film 

çəkilmiş, elmi məqalələri dünyanın bir çox nüfuzlu jurnallarında 

çap  olunmuşdur.  Ümnisə  xanım  neçə  insanın  gözünə  nur 

vermişdi,  neçə  təşəkkür  məktubu  almış,  haqqında  neçə  xatirə 

yazılmışdı? Bunu rəqəmlə  ifadə etmək qeyri-mümkündür.  

Artıq  Ümnisə  xanımın  vəfatından  40  ilə  yaxın  vaxt  keçir. 

Buna baxmayaraq, o, indi də ehtiramla yad edilir, böyük məhəb-

bətlə xatırlanır. Vaxtilə onunla birlikdə çalışan iş yoldaşlarından, 

dərs dediyi tələbələrdən, müalicə etdiyi insanlardan kimisi onun 

haqqında məqalə, kimisi xatirə, kimisi şeir, kimi də hətta elegiya 

və poema da yazmışdır. 

Jurnalist Şəlalə Məhyəddin qızı həmin yazıların və xatirələrin 

bir  çoxunu  arayıb-axtarıb  taparaq  bu  kitabı  ərsəyə  gətirmişdir. 




                                     

Kitaba çəkilən zəhməti görmək üçün onun mündərəcatına nəzər 



salmaq kifayətdir.  

Ümnisə Musabəyli Azərbaycan təbabətinə nə kimi yeniliklər 

gətirib,  dünya  tibb  elminə  hansı  töhfələri  verib,  xəstələri  necə 

müalicə edirdi, necə dərs deyirdi, tələbələrinə hansı tövsiyələrini 

verirdi,  anadangəlmə  kor  olan  insan  gözlərini  açanda  nə  kimi 

hisslər  keçirdirdi?  Kitabda  bu  və  ya  digər  suallara  ətraflı  cavab 

verilir.  

Kitabın  üstün  cəhətlərindən  biri  də  oradakı  insan  mənəviy-

yatını  zənginləşdirən  faktların  çoxluğudur.  Bu  da  Ümnisə 

Musabəylinin  özünün  daxili  aləminin  zənginliyindən,  yüksək 

əxlaqi  xarakterindən  irəli  gəlirdi.  Başqa  sözlə  desək,  Ümnisə 

xanım  təkcə  qeyri-adi  istedadı  ilə  deyil,  yüksək  insani  əxlaqi 

dəyərləri ilə də xatirələrdə silinməz izlər qoyub. Onu əbədiyaşar 

edən  də budur. Bu isə o deməkdir ki, kitabdan görüb götürüləsi, 

öyrəniləsi çox şey var.  

Bütün  hallarda  kitaba  əsl  qiyməti  oxucu  verir.  Bu  kitab  da 

mənalı,  düşündürücü,  insanları  xeyirxah  əməllərə  çağıran, 

onların  daxili  aləmini,  mənəviyyatını  zənginləşdirən  kitabdır. 

Bütün  dövrlərdə  belə  kitablara  ehtiyac  olub.  Bundan  sonra  da 

olacaq.  Odur  ki,  oxucular  tərəfindən  bu  kitabın  böyük  maraqla 

qarşılanacağı şübhəsizdir. Müəllif üçün isə bundan böyük sevinc 

payı ola bilməz.   

 

 

Rüstəm RÜSTƏMOV, 

əməkdar jurnalist 

 

 



 

 

 



 

 



                                     

 



 

 

 

ÜMNĠSƏ MUSABƏYLĠNĠN HƏYATINDAN QISA 

FRAQMENTLƏR 

 

Gecə  birə  işləyirdi.  Şəhər  bəlkə  də  çoxdan  yuxuya  getmişdi. 



Bərkdən  döyülən  qəfil  qapı  səsi  gecənin  sakitliyində  əks-səda 

yaratdı. Səsə qonşular da diksindi.   

- Xeyir ola, bu vaxt?  

Ümnisə xanım dodaqaltı pıçıldadı:  

- Kimdir görəsən?  

Çevrilib  professora  baxdı.  Həmişə  gülərüzlü  olan  həyat  yol-

daşını elə bil ilk dəfə görürdü. Ərinin rəngi bəyazımış çöhrəsi və 

nigaran  baxışları  onu  ildırım  kimi  vurdu.  Dağdan  ağır  sandığı 

kişinin  birdən-birə  yazıqlaşan  görkəmi  nəzərindən  qaçmadı. 

Hərəkətsiz  qaldığını  görüb,  özü  qapıya  yaxınlaşdı.  İçəri  daxil 

olan bir neçə şəxs bircə kəlmə soruşdu:  

- İsmayılzadə İbrahim?  

- Bəli.  

- Yığışın, bizimlə getməlisiniz.  

- Hara?...  

- ...  


Susmuş  və  zəhmli  baxışlardan,  dilindən  qəfil  çıxan  sualdan  

İbrahim müəllim daha da pərt oldu. Həmişə cəsarəti, dilavərliyi 

ilə  seçilən  Ümnisə  xanım  da  susmuşdu.  Bu  sualın  cavabı  yox 

idi. 


Ötən  il  minlərlə  qapısı  döyülən  insanlar  nəyin  qurbanı 

olduğunu  bilmədikləri  halda  gedər-gəlməzə  yola  salınmışdılar. 

Tanıdıqları  bu  insanların  aqibəti  hamının  başına  gələ  bilərdi. 

Xüsusilə  ziyalıların,  milləti  canı-qanı  qədər  sevdiyi  şəxslərin 

alın  yazısına  çevrilirdi.  Bu  dəfə  İbrahim  İsmayılzadə  hədəfə 

alınmışdı.  




Yüklə 1,28 Mb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8   9   ...   53




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə