İslam Qəribli
2
Monoqrafiya AMEA Nizami adına Ədəbiyyat Ġnstitutu
Elmi ġurasının 16 noyabr 2011-ci il tarixli iclasının qərarına
əsasən çap olunur (protokol N 4)
Elmi məsləhətçi və pedaktoru: Akademik BƏKĠR NƏBĠYEV
Rəyçilər: filologiya elmləri doktoru RƏHĠM ƏLĠYEV,
filologiya elmləri doktoru ALXAN MƏMMƏDOV
QƏRĠBLĠ Ġ.
Məhəmməd Hadi və mətbuat(1905-1920-ci illər),
Bakı, “Nurlan”, 2011, 444 səh.
Monoqrafiyada XX əsr Azərbaycan ədəbiyyatı və ictimai fikir
tarixinin
görkəmli
nümayəndələrindən
biri,
milli
Azərbaycan
romantizminin yaradıcı və başçılarından olan Məhəmməd Hadinin
1905-1920-ci illərdəki Azərbaycan dövri mətbuatı ilə əlaqələri tədqiq
edilir. Sənətkarın “Həyat” qəzetindən başlayaraq “Azərbaycan”
qəzetinə qədər müxtəlif təmayüllü iyirmiyə yaxın mətbuat orqanında
dərc etdirdiyi iki yüz doxsandan yuxarı bədii, elmi, publisistik və
tərcümə əsərləri sistemli şəkildə araşdırılaraq onların elmi-filoloji təhlili
aparılır. Bu əsərlərin M. Hadinin sağlığında və ölümündən sonra
kitablarına düşənləri ilk mənbələrlə tutuşdurularaq tekstoloji mətnlər
hazırlanır və yüzə qədər əsər üzə çıxarılaraq ilk dəfə tədqiqata cəlb
edilir. İndiyə kimi daha çox şair kimi tanınan M. Hadidən nasir, alim,
publisist və tərcüməçi kimi də bəhs olunur, əsərlərinin mövzu, forma,
məzmun, ideya və sənətkarlkıq məsələləri ətraflı şəkildə şərh olunur.
Məhəmməd Hadi və mətbuat
3
HADĠġÜNASLIĞA YENĠ TÖHFƏ
B
u monoqrafiyanın ilk, doktorluq dissertasiyası versiyası
barədə mən vaxtilə rəy yazıb müəllifinə xeyir-dua vermişəm.
Kitabın əlyazmasını vərəqlədikcə gördüm ki, müəllif onu daha da
təkmilləşdirmiş, əsaslı şəkildə sahmanlamışdır. Azərbaycan
romantizminin yaradıcılarından biri, romantik poeziyamızın
bayraqdarı olan Məhəmməd Hadinin həyat və yaradıcılıq yolu
barədə müxtəlif monoqrafiyalar yazılıb kitablar çap edilsə də (bu
kitabların ikisinin müəllifi elə İslam Qəriblinin özüdür), sənətkarın
irsi, özəlliklə onun Azərbaycan dövri mətbuatı ilə əlaqələri heç
vaxt bu monoqrafiyada olduğu kimi əhatəli və hərtərəfli tədqiq
edilməmiş, zəngin ədəbi-elmi yaradıcılığı bu şəkildə
araşdırılmamışdır.
M. Hadi XX əsr Azərbaycan şairləri içərisində mətbuatla
sıx əlaqəsi olan barmaqla sayılacaq sənətkarlardandır. O, sənət
aləminə gələn ilk gündən ömrünün axırlarına qədər müxtəlif
mətbuat orqanları ilə əlaqə saxlamış, bir sıra redaksiyalarda ədəbi
işçi kimi fəaliyyət göstərmiş, cəmiyyətdə həlli vacib olan
problemlərə dair bədii, elmi, publisistik əsərlərini, tərcümələrini
davamlı olaraq qəzet və jurnallarda nəşr etdirmişdir.
1905-ci ildə “Bəyani-həqiqət” adlı ilk məqaləsini “Həyat”
qəzetində nəşr etdirməklə mətbuat və sənət aləminə gələn M. Hadi
1919-cu ilin may ayına – ölümündən bir qədər əvvələ kimi
mətbuatla əlaqələrini üzməmişdir. Bu monoqrafiyada M. Hadinin
1905-1919-cü illərdə yazdığı və iyirmiyə yaxın müxtəlif
təmayüllü mətbuat orqanında çap etdirdiyi, demək olar ki, bütün
əsərlərinə münasibət bildirilmiş, onların təhlili veriilməklə yanaşı,
şairin istər sağlığında, istərsə də ölümündən sonra çıxmış
kitablarındakı variantlarla müqayisə edilmiş və sənətkarın