Microsoft Word M?H?MM?D fuzuli-1 cild



Yüklə 1,61 Mb.
Pdf görüntüsü
səhifə1/72
tarix24.12.2017
ölçüsü1,61 Mb.
#17864
  1   2   3   4   5   6   7   8   9   ...   72


 

 




 

MƏHƏMMƏD FÜZULİ 

 

 

 



 

 

 

 

 

ƏSƏRLƏRİ 

 

 



ALTI CİLDDƏ 

 

I CİLD 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



“ŞƏRQ-QƏRB” 

BAKI–2005 

 



 

Bu kitab “Məhəmməd Füzuli. Əsərləri. Altı cilddə. I cild” (Bakı, 



“Azərbaycan” nəşriyyatı, 1996) nəşri əsasında təkrar nəşrə hazırlanmışdır 

 

 



Tərtib edəni:    

 

 



 

Həmid Araslı 

 

 



Redaktoru: 

 

    Teymur Kərimli 



 

 

 



 

894.3611 - dc 21 

AZE 

Məhəmməd Füzuli. Əsərləri. Altı cilddə. I cild. Bakı, “Şərq-Qərb”, 

2005, 400 səh. 

 

Azərbaycan-türk  şerinin tacidarı  Məhəmməd Füzuli Şərq xalqlarının 



ədəbiyyatına qüvvətli təsir göstərən dahi bir sənətkardır. Xaqani, Nizami, Rumi, 

Nəsimi, Yunus Əmrə, Nəvai kimi ölməz  şairlər sırasında  əzəmətlə dayanan 

Füzulinin  şerimizdə yeri ucalardan ucadır. Yaxın və Orta Şərq ölkələrinin heç 

birində ondan sonra onun səviyyəsində şair yetişməmişdir. 

Bu gün də şerin dan yerində Füzuli ahından əbədi şam yanır!.. Əsil şairlər hələ 

də ilham çırağını bu ahın, bu şamın odundan yandırırlar. 

Füzulinin adı da ilahi haləyə bürünən və Islamda müqəddəs sayılan imzadan 

götürülübdür – Məhəmməd; hətta doğulduğu yer dünyada ən böyük ziyarət 

ünvanlarından biridir – Kərbəla. Qəbri də Imam Hüseyn türbəsindədi... 

Eşq beşiyində paklıqla tərbiyələnən, sözün fəlsəfi mənasında məhəbbət və 

dinin, dünya miqyasında bənzərsiz bir eşq təliminin banisi – filosofu və şairi olan 

Füzuli bütün dövrlərin ən böyük “aşiq”idir... 

“Əsərləri”nin təqdim olunan birinci cildi XVI əsrin bütün Yaxın və Orta 

Şərqində bədii ənənədə təşəkkül tapan ümumi, vahid türk dili məkanının bu böyük 

müəllifinin azərbaycanca olan lirik irsini əhatə edir. Füzuli ana dilində yaratmış 

olduğu bu “Divan” boyu şairliyindən yox, aşiqliyindən bəhs açır, böyük sələflərini 

şairlərin deyil, aşiqlərin arasında tapır... 

 

 



 

 

 



 

 

 



 

ISBN 

9952-418-50-4 

   

 

© “ŞƏRQ-QƏRB”, 2005 




 

 



 

 

 



 

 



 

 



FÜZULİ “DİVAN”ININ ƏLYAZMALARI VƏ 

NƏŞRİ HAQQINDA 

 

Füzuli “Əsərləri”nin oxuculara təqdim olunan birinci cildi şairin Azərbaycan 



dilində olan lirik irsini əhatə edir. 

Dahi şairin çoxcəhətli zəngin yaradıcılığında lirika mühüm yer tutur. Füzuli klassik 

şerin, demək olar ki, bütün növlərində əsərlər yazmış, fəlsəfi-ictimai tutumuyla yanaşı 

poetik dəyəri ilə  də ölməz sənət nümunələrinin müəllifi kimi tanınmışdır.  Şairin 

xüsusən ana dilində yaratmış olduğu “Divan” türk dili anlaşılan ölkələrdə yayılmış, 

məhəbbətlə oxunaraq türk xalqlarının ədəbiyyatlarına qüvvətli təsir göstərmişdir. 

Füzuli özünün qəlb aləmindən xəbər verən lirik şeirləri, xüsusilə qəzəllərində saf, 

təmiz bir qəlbin incə, kövrək duyğuları, ülvi bir məhəbbətin həyəcanlarını ifadə edir, 

oxucusunu bədii sözün qüdrətilə sehirləyib düşünməyə, öz mənliyini, kainatı, həyat 

gözəlliklərini dərk etməyə çağrır, dostluğa, məhəbbətə səsləyir. Füzuli bütün dünyaya 

aşiq nəzəri ilə baxır, məhəbbəti kainatın yaranmasının əsası sanır. Səhərin açılmasında, 

günəşin doğmasında, baharın gəlişində, bülbülün naləsində bir məhəbbət duyur, bütün 

bunları məhəbbət dili ilə izah edir. 

Füzuli qəzəlləri həm də fəlsəfi-irfani səciyyə daşıyır. İlahi bir ənginlik duyulan bu 

qəzəllərdə əhli-həqqin Tanrıya məhəbbəti də zaman-zaman öz əksini tapır. Bütövlükdə 

isə ümumi ruhu ilə Füzuli şerində məhəbbət insanları bir-birinə yaxınlaşdıran, dostluq, 

mehribanlıq, fədakarlıq, səmimiyyət yaradan müqəddəs bir qüvvədir. O, insana 

gözəlliyi duymağ, dərk etməyi öyrədir, daxilən təmizliyə,  şəxsi varlığından belə 

keçməyə, qorxmazlığa sövq edir. Bu cəhət Füzuli qəzəllərində o qədər bədii, səmimi 

və aydın ifadə olunmuşdur ki, xalq hikməti və xalq zəkasının qüdrəti ilə aşılanmış bu 

könül nəğmələrini oxuyan və ya dinləyən hər kəs qəlbində bir saflıq, xeyirxahlıq, 

həyata məhəbbət, insana və onun maddi və  mənəvi gözəlliyinə hörmət duyğularının 

qüvvətləndiyini hiss edir… 

Təqdim olunan cild şairin elm aləminə məlum olan türkcə “Divan”ının ən qədim 

nüsxəsi əsasında hazırlanıb, sonrakı “Divan”lar və nəşrlərlə müqayisə edilmişdir. 

Məlumdur ki, Füzulinin öz əlyazmaları bizə gəlib çatmamışdır. Hətta şair tərtibçisi 

olduğu “Divan”da belə bütün qəzəllərini toplaya bilməmişdir. Bunu şairin öz 

“Divan”ına yazdığ dibaçədən aydın görmək mümkündür. 

Füzuli əsərinin dibaçəsində yazdığı qəzəlləri bir “Divan” şəklinə salmaq istədiyini 

qeyd etdikdən sonra, müxtəsər “Divan” tərtib etdiyini göstərir: “Naçar məhmili-

e’tibarimdə bu ibarə lazımdır deyü, zəmani-tüfuliyyətimdə sadir olub, mütəfərriq olan 

qəzəllərdən bir müxtəsər “Divan” cəm’ etmək səlahin gördüm. Və ol vəqtdə məndən 

iltimasla alanlardan iltimasla alıb surəti- cəm’i ixtisar üzrə itmamə yetirdim”. 

Şairin  şöhrəti,  əsərlərinin  əsrlər boyu sevilə-sevilə oxunması xüsusilə, qəzəllər 

məcmuəsi olan “Divan”ının saysız-hesabsız adamlar tərəfindən köçürülmüş nüsxələrlə 

yayılmasına səbəb olmuşdur. Odur ki, Şərq əlyazmalarının saxlandığı dünya muzey və 

kitabxanalarının hamısında Füzuli əsərlərinin müxtəlif  əlyazmaları vardır. Lakin 

Füzulinin öz xətti ilə yazılmış əsərinə hələlik təsadüf edilməmişdir. 

Füzulinin öz xətti ilə yazılmış külliyyatı XVII əsrin əvvəllərində Səfəvilərin saray 

kitabxanasında varmış. Bunu Şah Abbasın (1587-1629) kitabdarı Sadıq bəy  Əfşarın 

(Sadiqinin) “Məcmə’ül-xəvas” əsərində verdiyi məlumata əsasən təxmin etmək olur. 



Yüklə 1,61 Mb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8   9   ...   72




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə