Microsoft Word X?z? v? Siy?z. ?h tar doc



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə1/86
tarix15.03.2018
ölçüsü5,01 Kb.
#32535
  1   2   3   4   5   6   7   8   9   ...   86


 
Bismilləhir Rahmənir Rəhim 
 
RƏFAİL OĞUZTÜRK DAĞLI 
(Mustafayev Rəfail Salman oğlu) 
 
 
 
 
 
 
XIZI – SİYƏZƏN 
BÖLGƏSİNİN 
TARİXİNƏ DAİR 
  (arxeoloji-etnoqrafik tədqiqat) 
  Xızı-Beşbarmaq, Göyxan, Gədik (Gədi), Quşçu 
və  Qomişər (Gəmişər) mahallarının tarixi 
 
 
 
 
 
 
 
 
 
BAKI – 2011 


Azərbaycan Milli Elmlər Akademiyası Arxeologiya və Etnoqrafiya 
İnstitutu Elmi Şurasının qərarı ilə çap olunur 
 
Müəllif, tədqiqat işi prosesində dəyərli məsləhətlərinə görə Azərbaycan 
Milli Elmlər Akademiyasının Arxeologiya və Etnoqrafiya  İnstitutunun 
direktoru, tarix elmləri doktoru Maisə xanım Nurbala qızı Rəhimovaya
elmi işlər üzrə direktor müavini Nəcəf Museyibliyə, memarlıq doktoru 
Nəriman  Əliyevə, tarix elmləri doktoru Cəbi Məmmədova, filologiya 
elmləri doktoru Firudin Ağasıoğluna, tarix elmləri doktoru Tərlan 
Ağayevə, tarix üzrə fəlsəfə doktoru Dilavər Əzimliyə, sənətşünaslıq üzrə 
fəlsəfə doktoru Abbasqulu Nəcəfzadəyə dərin minnətdarlığını bildirir. 
 
Elmi redaktor:
 
tarix elmləri doktoru, professor 
Arif Məhəmməd oğlu Məmmədov
 
Rəyçilər: Beynəlxalq  Ekoenergetika  Akademiyasının  akademiki,  Şərq 
Ölkələri  Beynəlxalq  Memarlıq Akademiyasının müxbir üzvü

Azərbaycan  Respublikasının  Əməkdar  Memarı,  memarlıq  
doktoru,  professor 
Nəriman Əşrəf oğlu Əliyev;
 
tarix elmləri doktoru, professor  
Arif Məhəmməd oğlu Məmmədov
  
 
Mehman Firudin oğlu Məmmədovun vəsaiti hesabına çap edilir. 
 
Rəfail Oğuztürk Dağlı. Xızı-Siyəzən bölgəsinin tarixinə dair (arxeoloji-
etnoqrafik tədqiqat). 
Təqdim olunan monoqrafiya dərin və  ətraflı elmi-tədqiqat işinin nəticəsidir. 
Bu vaxta qədər bu ərazilər haqqında söylənilən fikirlərin əsasən “ötəri baxış” 
xarakterli olduğunu nəzərə alsaq, indiki Xızı  və Siyəzən rayonlarının tarixi, 
etnik tərkibi,  toponimləri ilk dəfə tarixi faktlar əsasında araşdırılmış, dağlıların 
qədim  oğuztürk mənşəli olduğu və sonradan (XI-XVII əsrlərdə) bu ərazilərə 
gəlmiş  səlcuq oğuzlarının,  şahsevənlərin bu camaatın təşəkkülündə  iştirakı 
sübuta yetirilmişdir. Monoqrafiyada qədim As-ər ölkəsi və onun paytaxtı, As 
istehkamı, Xız (Quz) qalası, As-Van (Hun-Çin) müharibələri, Xızır və Musa  
peyğəmbərlərin  tarixi görüşü haqqında müqəddəs İncildə, Quranda, skandinav 
saqalarında, Çin əfsanələrində, “Nart” eposunda, qədim oğuznamələrdə verilən 
məlumatlar bir araya gətirilmiş, tarix ədəbiyyatında verilən məlumatlarla, 
faktlarla uzlaşdırılmışdır. Monoqrafiya tarixçi mütəxəssislər, tələbələr və bu 
mövzu ilə maraqlanan oxucular üçün nəzərdə tutulur. 
 
     Qrifli nəşr                       
 
© Rəfail Oğuztürk Dağlı

2011
 


 
3
 
 
ÖN SÖZ 
 
 
Bildiyimiz kimi, ümummilli liderimiz Heydər Əliyev 9 aprel  
2000-ci il  tarixində, “Kitabi-Dədə Qorqud” dastanının 1300 il-
liyinə  həsr edilmiş  təntənəli yubiley mərasimində demişdir: 
“Biz bu gün böyük iftixar hissi keçiririk. Çünki bizim “Kitabi – 
Dədə Qorqud” kimi böyük tarixi abidəmiz vardır. Çünki biz bu 
gün sərbəstik, azadıq, müstəqilik və öz tarixi keçmişimizi, öz 
mənəvi dəyərlərimizi, öz mədəniyyətimizi olduğu kimi təhlil 
edib xalqımıza, millətimizə və gələcək nəsillərə çatdırmağa qa-
dirik”. Ümummilli liderimiz çıxışında Azərbaycan alimləri, 
tədqiqatçıları, yazıçıları, ictimai xadimləri tərəfindən bu sahədə 
görülmüş işləri yüksək qiymətləndirmiş və elmi işlərini bundan 
sonra da davam etdirərək gələcək nəsillərə və bütün türk dün-
yasına çatdıracaqlarına  əmin olduğunu söyləmişdir. Son za-
manlar müstəqil Azərbaycanımızın tarixi keçmişini, mənəvi 
dəyərlərini, mədəni irsini olduğu kimi təhlil edib xalqımıza, 
millətimizə və gələcək nəsillərə çatdırmaq sahəsində böyük iş-
lər  görülmüşdür. Mədəni, sosial, elmi-texniki tərəqqi yolunda 
yüksək nailiyyətlər əldə etmiş vətənimizin şərəfli tarixinin daha 
ətraflı  öyrənilməsi sahəsində elmi-tədqiqat işləri bu gün də da-
vam etdirilir və sözsüz ki, daha böyük uğurlarımız hələ qarşı-
dadır. 
Sevindirici haldır ki, monoqrafiyada türk dünyasının ən bö-
yük ozanı Dədə Qorqudla bağlı çox dəyərli açıqlamalar da öz 
əksini tapmışdır. Beşbarmaq dağı  ətrafında yaşayan  əhalinin 
Dədə Qorqudla bağlı bilgilərini 1636-1638-ci illərdə Azərbay-
can torpaqlarından keçmiş alman alimi Adam Oleari “Mosko-
viya və Moskoviyadan keçməklə İrana, oradan da geriyə səya-
hətin təsviri” kitabında yazmışdır. 


 
4
Rəfail Oğuztürkün (Rəfail Salman oğlu Mustafayevin) 
“Xızı-Siyəzən  əhalisinin tarixinə dair” mövzusunda yazdığı 
monoqrafiya dərin və ətraflı elmi-tədqiqat işinin nəticəsidir. Bu 
vaxta qədər  bu ərazilər haqqında söylənilən fikirlərin  əsasən 
“ötəri baxış” xarakterli olduğunu nəzərə alsaq, indiki Xızı  və 
Siyəzən rayonlarının tarixi, etnik tərkibi, toponimləri ilk dəfə 
tarixi faktlar əsasında araşdırılmışdır. Nə üçün bu vaxta qədər 
Xızı  və Siyəzən  əhalisi barəsində söylənilən fikirləri “ötəri 
baxış” xarakterli hesab edirik? Fikrimizi əsaslandıraq. Tarix 
ədəbiyyatında dağlıların etnik mənsubiyyəti barəsində müxtəlif 
fikirlər söylənilmişdir. Bu camaatı türkmənşəli hesab edənlərlə 
yanaşı  fərqli mülahizələr yürüdənlər də vardır. Məsələn, bəzi 
tədqiqatçılar Xızı və Siyəzən dağlılarının tatlara aid olduqlarını 
söyləmişlər. “Tat” sözünün bir neçə  mənası vardır. Dağlıları 
oturaq əhali kimi tat adlandırmaq tamamilə yanlış fikirdir. Belə 
ki, bu camaatın  ən qədim zamanlardan XX əsrin ortalarına 
qədər mükəmməl tərəkəmə  həyatı yaşadığı çoxlarına 
məlumdur. Dağlıların hamısının deyil, yalnız bir qisminin – bu 
camaatın etnik formalaşmasında iştirak etmiş  səlcuq 
oğuzlarının və  şahsevənlərin  fars dilini bilməsi səbəbindən 
onların “tatdilli” olmalasını düşünürlər. Aydın məsələdir ki, 
əsrlər boyu qonşu olmuş tatlarla ünsiyyətdə bu dil Xızı  və 
Siyəzən oğuzlarının köməyinə  gəlmiş  və bu dili “tat” dilinə 
uyğunlaşdırmağa çalışmışlar. Bütün bu məsələləri faktlarla 
sübuta yetirən Rəfail Oğuztürk haqlı olaraq qeyd edir: 
“Dağlılar məskunlaşdığı  ərazilərdə tat dilini öyrənməklə 
yanaşı, təbii olaraq, türk dilinin yayıcıları idilər və  ən qədim 
zamanlardan bəri Azərbaycan  ərazisində türk dilinin vahid 
ünsiyyət dili olmasında “dağlılar” adlandırılan bu oğuz  
qisminin də  iştirakı danılmazdır”. Bu da məlumdur ki, Azər-
baycanda Xızı və Siyəzən oğuzlarını heç bir başqa adla deyil
məhz “dağlı” kimi tanımışlar. Ən böyük mahallarına “Göyxan”  
demiş dağlılar Oğuz xanın oğlu Dağ xanın nəslindəndirlər. 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8   9   ...   86




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə