Муса гасымлы



Yüklə 2,58 Kb.

səhifə1/31
tarix28.06.2018
ölçüsü2,58 Kb.
  1   2   3   4   5   6   7   8   9   ...   31


 
MUSA QASIMLI 
ELMİRA HÜSEYNOVA 
 
 
 
 
 
 
 
 
 
 
 
 
AZƏRBAYCANIN  
XARİCİ İŞLƏR NAZİRLƏRİ 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
“ADİLOĞLU” nəşriyyatı 
BAKI-2003 
 


 

 
 
 
 
 
 
 


 
   Elmi redaktor və rəyçilər    -    Həsən Əlibəyli,  
                                                     tarix elmləri doktoru, professor 
-
 
Namik Axundov, 
     tarix elmləri doktoru, professor 
                                      
 
 
 
 
 
 
 
 
 
 
 
Qasımlı M., Hüseynova E. Azərbaycanın xarici işlər nazirləri.  - 
Bakı, Adiloğlu, 2003. -   112 s. 
 
 
 
Kitabda Azərbaycan və Böyük Britaniya arxiv 
materialları, rəsmi dövlət və hökumət sənədləri, dövri 
mətbuat  əsasında 1918-ci ildən sonrakı tarixi mərhələdə 
Azərbaycanın xarici işlər nazirlərinin bioqrafiyası 
verilmişdir. Kitab diplomatlar və Azərbaycan diplomatiya 
tarixi ilə maraqlanan şəxslər üçün əhəmiyyətlidir.   
 
İSBN 9952-25-008-8 
 
     4719121574 
  sifarişlə 
Q                      
       121-2003
 
 M.QASIMLI 
 
 
3


 

 
 
 
Kitabın içindəkilər 
 
 
Ön söz ........................................................................................4 
Məmmədhəsən Hacınski............................................................6 
Əlimərdan bəy Topçubaşov.....................................................14 
Fətəli xan Xoyski.....................................................................24 
Məmmədyusif Cəfərov ............................................................36 
Nəriman Nərimanov ................................................................43 
Mirzədavud Hüseynov.............................................................60 
Mahmud Əliyev .......................................................................68 
Tahirə Tahirova .......................................................................71 
Elmira Qafarova.......................................................................75 
Hüseynağa Sadıqov .................................................................80 
Tofiq Qasımov .........................................................................82 
Həsən Həsənov ........................................................................90 
Tofiq Zülfüqarov ...................................................................102 
Vilayət Quliyev......................................................................108 
  
 
 
 
 
 
 


 
5
ÖN SÖZ 
 
Əziz oxucu! Xalqımızın qədim və  zəngin dövlətçilik 
tarixinin səhifələrindən biri diplomatiya tarixidir. Minilliklər 
boyu dünya siyasətində mühüm yer tutmuş diplomatiyamızın 
tarixində XX əsrdə ilk dəfə olaraq xalqımızın DÖVLƏT 
MİLLƏTİNƏ çevrildiyi 1918-1920-ci illər Azərbaycan Xalq 
Cümhuriyyəti dövrü xüsusi önəm daşıyır. Bu illərdə qurulan 
Xarici  İşlər Nazirliyi (XİN) dövlətimizin müstəqil xarici 
siyasətini həyata keçirərək tariximizə qızıl hərflərlə yazılmışdır. 
Cümhuriyyət dövründə Azərbaycan diplomatiya idarəsinin 
başçıları olmuş  Məmmədhəsən Hacınski,  Əlimərdan bəy 
Topçubaşov, Fətəli xan Xoyski, Məmmədyusif Cəfərov böyük 
dövlət xadimləri və diplomatlar kimi tarixdə özlərinə layiqli 
mövqe qazanmışlar. 
1920-ci ilin aprelində Azərbaycan Xalq Cümhuriyyətinin 
bolşevik Rusiyasının təcavüzünə  məruz qalması  nəticəsində 
Vətənimiz işğal edildikdən və dövlət müstəqilliyimiz itirildikdən 
sonra Xarici İşlər Nazirliyi ləğv edilərək yerində Azərbaycan 
SSR Xalq Xarici İşlər Komissarlığı (XXİK) yaradıldı. Elə bir 
ciddi səlahiyyətlərinin olmamasına baxmayaraq, Xalq Xarici 
İşlər Komissarlığı 1920-1922-ci illərdə xarici ölkələrlə müəyyən 
səviyyəli ikitərəfli  əlaqələri həyata keçirmişdir. Sovet 
hakimiyyətinin ilk illərində Azərbaycanın xalq xarici işlər 
komissarları  Nəriman Nərimanov və Mirzədavud Hüseynov 
olmuşlar. Lakin tezliklə XXİK də ləğv edildi. SSRİ yaradıldıqdan 
sonra Azərbaycanın müstəqil xarici siyasəti tamamilə 
dayandırıldı. Yalnız ikinci dünya müharibəsinin sonlarına yaxın 
yaranmış beynəlxalq  şəraitdə sovet hökuməti öz maraqlarına 
uyğun olaraq 1944-cü ildə Azərbaycan SSR XXİK-i bərpa etdi. 
1946-cı ildən XXİK Xarici İşlər Nazirliyinə çevrildi. Lakin XİN 
yenə  də ciddi səlahiyyətləri olmayan qurum idi. Bu dövrdən 
başlayaraq Azərbaycanın xarici siyasət idarəsinə  Mahmud 
Əliyev, Tahirə Tahirova, Elmira Qafarova, Hüseynağa Sadıqov 




Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8   9   ...   31


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2019
rəhbərliyinə müraciət

    Ana səhifə