açıqsöz
1
Doktor Salamullah Cavid
O Günün Həsrətiylə
(Xatirələr)
Bu kitab atam doktor Salam Ullah Cavidin və onun mübariz
yoldaşlarının əziz xatirəsinə ithaf olunur
Azad Cavid
açıqsöz
2
Başlıqlar:
Övlad borcu.
Tərtihçi-redaktordan.
Övladlarıma xitab
Həyatımdan lövhələr
Böyük Allahın adı ilə xatirələrimi qələmə alıram
Uşaqlıq illərim, ilk təhsilim
Sevəndə gərək ürəkdən sevəsən
İzdivac
S.Cavid ailə qurmağın prinsipləri haqda
Ailə həyatımın ilk günləri
Biz İrana köçməli olduq
Yolumuz İmam Riza şəhərinədir
Qorxulu Tehran
Riza şah xəfiyyəsi azadixahların ovunda
Pişəvərinin həbsə alınması
Azadlığın son günü
Zindanda ilk günlərim
Azadı görmək istədim
Qəsr-Qacar
Qəsr-Qacardakılar aclıq elan edir
Kaşana getməyə hazırhq
Salam, Kaşan!
Pişəvəri Kaşanda
Azadlıq böyük nemətdir
Azərbaycan Milli Nehzətindən
Vətən çağırır məni
12 Şəhrivər-firqənin yaranması
Azərbaycan Milli Hökumətində fəaliyyətim
Şeytani əməl pozdu işləri
Tehrandakı görüşlərim
Məmmədriza şahla üz-üzə
Tehrana növbəti səfərim
Qoşun Təbrizə gəlir
Yenə təqib, yenə zindan
Xalqıma bəraət istəyi ilə
Sevinməyim əbəs imiş
Yenə müttəhim kürsüsündə
Yaxşılığı unutmaq olmaz
Görüşlər, ədəbi məclislər
Ustad Şəhriyarla görüşüm
Öz yazılarım barəsində bir neçə söz
Doktor Salamulla Cavidin çap olunmuş əsərləri
Xatirələrimdən
Qələm düşmən əlindədor
Doktor Cavidin vəsiyyətnaməsindən
açıqsöz
3
Övlad Borcu
Atam haqqında qəlbimdə böyük nisgilim vardır. Bir oğul kimi mən onun ağır və
əzablı günlərində yanında olmamışam. Dünyasını diyşəndə son sözlərini , arzu və
istəklərini eşitməmişəm , onun tabutundan tutub son mənzilə yola salmamışam...
Bunlar məni həmişə kövrldən , narahat edən fikir və düşünc lərdi. Azərbaycan Mili
Hökuməti dövründə ( 1945 - 1946 - ci illər ) təhsil almaq üçün Bakıya gəldiyimdən ,
17 - 18 yaşımda ikən valideyənlərimdən , qardaşlarımdan , qohum - əqrbamdan ,
vətəndən ayrıldım. Hicranın bu qədər çəkəcəyini , doğmalarıma həsrət qalacağımı o
vaxt heç ağlıma belə gətirmirdim. Nə etmə li ? Bu da bir qismətdir , bir taledir ,
yüzlərlə həmvətənim kimi mənim də ömür payıma düşdü. Atam 1986 - cı ildə
dünyasını diyşərkən ondan bizə iki kiçik otaqlı mənzil , xeyli mıqdarda kitablar və
bir də öz əlı ilə yazdığı xatirələr miras qalmışdı. Evi analığıma , kitabları Təbrizdə ki
M. Tərbiyət adına mili kitabxanaya verdik. Xatirələr isə mənim dönə - dönə
oxuduğum və atamın nəfəsini saralmış varaqlarında axtardığım ən qiymətli sərvət
oldu. Mən bu xatirələrdə atamın mənsiz keçən ömrünün əziyətli , əzablı , təqib və
zindanlarda keçən günləri ilə tanış olduqca sarsılıram , kövrəlirəm , ağlayıram. Mənə
atamdan ayrı düşmkdən daha ağır gələn onun haqqında bəzi vicdansız , üzdən iraq "
müəlliflərin " yazdıqları , dedikləri yalan , böhtan və iftiralarıdır. Dözülməz cəhət
budur ki , bəzən atam haqda həqiqətdən uzaq olan uydurmaları atamın " dostları " ,
mübarizə və səngər " yoldaşları " dilə gətirirlər. Doktor s. Cavidin Xatirələri onun
haqqında yazılmış yalan və böhtanları əsaslı rəd etdiyindən mən bu haqda bəhs
açmağa əhtiyac duymuram. Atam Salamulla Cavid son nəfsində dostu və yaxın
qonşusu şair Savalana demişdir: "Mən övladlarıma həsrət qalaraq dünyanı tərk
edirəm. Kitablarımdan və bir də "Xatirələr "imdən başqa sərvətim yoxdur. Əlin
Azada çatsa , de ki , mümkün olsa , zaman və məkan imkan versə " xatirələr " imi çap
etdirsin , qoy mənim keçdiyim mübarizə yolunu hamı bilsin " . Mən böyük allahdan
çox razıyam ki , yaşımın 8 - ci on illiyə yaxınlaşdığı bir dövrdə atamın arzusunu və
övladlıq borcumu yerinə yetirirəm. Bu işdə göstrdiyi kömkliyə görə tədqıqatçı - alim
, dostum Əkrəm Mişovdağlıya , Sabır Tafteiyə , Yədulla Nəminliyə , elcə də atam
haqqda xatirələr təqdim etmiş həmvətənlərimə doktor Cavidin övladları adından
təşəkkürümü bildirirəm.
Azad Salamulla Oğlu Cavid Bakı 20 sentiabr 2003 - cü il
açıqsöz
4
TƏRTİBÇIREDAKTORDAN
Oxuculara təqdim olunan "O günün həsrəti ilə..." adlı kitab həyatının 50 ildən çoxunu Güney Azərbaycanın
milli azadlıq və demokratik hərəkatına həsr etmiş bir insanın Sallamulla Cavidin keçdiyi həyat və
mübarizə yolundan bəhs edir. Kitabın əsasını doktor S.Cavidin yazdığı xatirələr təşkil etsə də, onu yaxından
tanıyanların, oğlu Azad Cavidin qeydləri, həmçinin kitab tərtibçisinin bəzı şərhləri də xatirələrin əlavəsində
verilmişdir. Bundan başqa, tarixi və bədii ədəbiyyatda, eləcə də dövrü mətbuatda S.Cavidə aid parçalardan
da iqtibas gətirilmişdir.
Xatirələrin üzərində işlərkən onların məzmununa, Cavidin olaylara və şəxsiyyətlərə olan münasibətinə,
verilmiş şərhlərə toxunulmamış, onun yazı stili və üsulunun qorunmasına səy edilmişdi. Xatirələrdə bəhs
edilən dövrlə bağlı ara sıra bəzi məsələlərə tam aydınlıq gətirmək məqsədi ilə tərtibçi redaktor o dövrün
tədqiqatçısı kimi öz köməkliyini əsirgəməmişdir. Bu köməklik Cavidin yazılarının əsas məzmununa
toxunulmadan, məsələyə tam aydınlıq gətirmək xatirinə edilmişdir.
Doktor Salamulla Cavid XX əsr Güney Azərbaycandakı milliazadlıq və demokratiya uğrunda xalq
hərakatının yetişdirdiyi liderlərdəndir. Onun keçdiyi mübarizə yolu və həyatı öyrənilməyə layiqdir. Onun
intellekt səviyyəsi, sadəlik, əxlaqimənəvi təmizlik, humanistlik, ən başlıcası vətənə, xalqa bağlılıq bütün bu
insani keyfıyyətlər doktor Cavidə xas olan xüsusiyyətlərdir. Bunu onun xatirələrindən və haqqındakı
yazılardan bir daha aydın görmək olur.
Tariximiz üçün gərəkli olan bir sıra faktları özündə əks etdirən S.Cavidin xatirələri və onu tanıyanların
Cavidlə bağlı fıkirləri həm İranda, həm də keçmiş SSRİdə hökm sürən rejimlərin senzurasının təzyiqi
altında uzun illər işıq üzü görə bilməmişdir. Bağlı arxivlərin açıldığı, həqiqətlərin yazıldığı indiki şəraitdə
keçmişimizə aid bir sıra qaranlıq məsələlərə işıq salmağa imkan yaranmışdır. Bu imkandan faydalanaraq 50
dən artıq "ev dustağı" olmuş S.Cavidin xatirələri oxucuya təqdim olunmaq imkanı əldə etmişdir. Oxucu,
görkəmli siyasi ictimai xadim, həkim, folklorşünas tədqiqatçı alim doktor Salamulla Cavidin "Xatirələr"i
əsasında onun keçdiyi ömür yolu ilə müxtəsər olsa da tanış olacaqdır.
Doktor S.Cavidə rəhmət, oxucuya isə bu kövrək Xatirələr" i diqqətlə oxumaqda səbir diləmək arzusu ilə:
Əkrəm MİŞOVDAĞLI