Siyasi sabitlik prosesinin mahiyyəti
Siyasi sabitlik siyasi sistemin daxili və xarici mühitinin təsiri altında öz
surukturunu, sosial dəyişiklik proseslərinə nəzarət etmək qabilyyətini saxlamaqla
səmərəli fəaliyyətə və inkişafa imkan verən davamlı durumdur.
Siyasi sabitliyin təsnifatı
müxtəlif əsaslar üzrə aparıla bilər.
Siyasi
sabitliyi
etibarlılıq dərəcəsinə görə
şərti olaraq 3 qrupa ayırmaq olar:
1) yüksək səviyyəli;
2)
orta səviyyəli ;
3) aşağı səviyyəli.
Yüksək səviyyəli siyasi sabitlik:
cəmiyyətin siyasi həyatının
demokratikləşməsi, həyatın bütün sahələrində xalqın maraqlarına cavab verən
islahatların aparılması, insan hüquq və azadlıqlarının qanunla qorunmasına
zəmanətli təminatın olması və insanın sosial - iqtisadi həyat səviyyəsinin kefiyyətli
olmasının
sosial zəmanətli, səmərəli sistemin yaradılması kimi xüsusiyyətləri ilə
fərqlənir. Siyasi sabitliyin
yüksək səviyyəsinin
əsas əlamatləri
aşağıdakılardır :
1) ölkə rəhbərliyi ətrafında, daxili və xarici siyasi kursun aparılması prosesində
ifadə olunan
sosial - siyasi birlik ;
2) cəmiyyətin bütün siyasi sistemlərində demokratikləşmənin səviyyəsi ;
3) cəmiyyətdə əmələ gələ biləcək narazılıqlırın , onun yarandığı ilk vaxtlarda ölkə
rəhbərliyi tərəfindən
müvəffəqiyyətlə həll edilməsi ;
4)kütləvi şüurda icra strukturlarının xalqın maraqlarını ifadə etdiyi və onların
tələblərinin həllinə çalışdığı ideyasının üstünlük təşkil etməsi .
Orta səviyyəli siyasi sabitlik:
siyasi sferada cəmiyyətin demokratikləşmə
prosesinin üstünlük təşkil etməsi, xalqın maraqlarına xidmət edən islahatların həyata
keçirilməsi tendensiyasının öncül olması, xalq tərəfindən
dəstəklənən və ölkənin
inkişafı üçün müxtəlif vasitələrlə (qanunvericilik , iqtisadi , sosial və s .)
hayata
keçirilən strateji sosial - iqtisadi kursun dövlət icra orqanları tərəfindən həyata
keçirilməsi kimi xüsusiyyətlərlə səciyyələnir. Siyasi sabitliyin orta səviyyəsinin