Xəlil Rza Ulutürkün 85 illik yubileyi münasibətilə mərkəzi



Yüklə 0,88 Mb.
Pdf görüntüsü
səhifə1/10
tarix31.10.2018
ölçüsü0,88 Mb.
#77279
  1   2   3   4   5   6   7   8   9   10


                          

        

F.Köçərli adına Respublika

Uşaq Kitabxanası

 

 

      

 

 

 

 

 

 

 

 

Haqq pərvanəsi – Xəlil Rza 

 

            Xəlil Rza Ulutürkün 85 illik yubileyi münasibətilə mərkəzi 



            kitabxanaların uşaq şöbələri, MKS-nin şəhər, qəsəbə, kənd 

            kitabxana filialları üçün hazırlanmış  metodik vəsait

 

                                    



                                     

 

 



Bakı-2017 


 

Tərtibçilər:                                      Aynurə Əliyeva 



                                           

           Sevil Əhmədova  

 

İxtisas  redaktoru və                      Şəhla Qəmbərova 

buraxılışa məsul:                            Əməkdar Mədəniyyət işçisi                                    

 

 



Haqq  pərvanəsi  –  Xəlil  Rza:  metodik  vəsait  /  tərt.ed. 

A.Əlieyva;  ix  red.  və  burax.  məsul  Ş.Qəmbərova;  F.Köçərli 

adına Respublika Uşaq Kitabxanası. -Bakı, 2017.-40s. 

 

 



 

 

 



 

 

 



 

 

 



 

      ©F. Köçərli adına Respublika Uşaq Kitabxanası,  2017                               


 

Tərtibçidən 

                                    Firəngiz Küskünəm dərd qəmdir yüküm, 

                             Fil çəkməz bu dərdi, de necə çəkim. 

                            Kəbəm, qibləgahım, ey Ulutürküm, 

                          Kəsilib gümanım, ümidim mənim. 



Firəngiz xanım Ulutürk 

 

Hər  bir  xalqı  tarixdə  yaşadan  onun  ləyaqətli  övladlarıdır. 



Azərbaycan  xalqının  Nizami,  Nəsimi,  Cavanşir,  Xətai,  Vaqif, 

Sabir,  Vurğun,  Süleyman,  Cavid,  Cavad,  Rəsul  kimi  sənətkar 

oğulları,  Məhsəti,  Natəvan,  Nigar,  Mirvarid,  Billuri  kimi 

sənətkar  qızları  öz  səltənətləri  ilə  xalqımızın  başını  ucaltmış,         

tariximizi 

salnamələşdirmişlər. 

XX 

əsrin 


yetirdiyi 

şəxsiyyətlərdən biri də canlı şəhidimiz, böyük şair, ustad Xəlil 

Rza  Ulutürkdür.  Vətəndaşlıq  Xəlil  Rza  poeziyasının  bütün 

hüceyrəsində,  ətində-bətnindədir.  Xəlil  Rza  Ulutürkün  ruhu 

Azərbaycan  xalqının  öz  ruhudur.  Ona  görə  də  Xəlil  Rza 

ölməzdir. Bir insan kimi, bir mücahid kimi, vətəndaş kimi Xəlil 

Rza  Ulutürk  kamildir,  səmimidir,  bütöv  və  sədaqətlidir.

 

Xəlil 



Rza  Ulutürk    kimi  şəxsiyyətlər  bəşər  dühasının  yetişdirdiyi  o 

kəslərdəndir  ki,  o  təkcə  mənsub  olduqları  xalqa  yox,  dünyaya 

məxsusdurlar. Onlar yaşadıqları dövrdə Günəş kimi hamıya işıq 

saçır, hamını təmənnasız şəkildə öz nuruna bələyir. Xəlil Rzanın 

qeyrət  simvoluna çəkilmiş adı, işıqlı xatirəsi həmişə qəlbimizdə 

yaşayacaqdır.  Eşq və ehtiram olsun böyük insan, dahi şəxsiyyət 

Xəlil  Rza  Ulutürkə.  Azərbaycan  ədəbiyyatının  inkişafında 

mühüm xidmətləri olan

 

ölməz xalq şairimiz Xəlil Rza Ulutürkün 



bu il 85 illik yubileyi tamam olur. Bu münasibətlə hazırladığımız 

bu  vəsaiti  yazmağı  özümüzə  borc  bildik.  Vəsait  iki  hissədən 

ibarətdir.  I  hissə  ədibin  həyat  və  yaradıcılığından,  II  hissə  isə 

tədbirlər planından ibarətdir.  




 

Həyat və yaradıcılığı 

Xəlil  Rza  Ulutürk  1932-ci  il  oktyabr  ayının  21-də 

Azərbaycanın  Salyan  rayonunun  Pirəbbə  kəndində  anadan 

olmuşdur.  Gəlişi  ilə  ailəyə  sevinc  bəxş  etmiş,  körpəyə  babası 

Xəlil  öz  adını  vermişdir.  Körpə  qayğı  və  nəvazişlə  böyüdü. 

Yeddi yaşı olanda onu məktəbə göndərdilər. O, 2 saylı şəhər orta 

məktəbində təhsil almışdır və təhsil aldığı ilk illərdən Xəlil öz 

çalışqanlığı,  fərasəti  və  davranışı  ilə  müəllimlərinin  rəğbətini 

qazanmışdır.  O,  Salyan  şəhər  kitabxanasının  ədəbiyyat 

dərnəyinin üzvü olmuşdur. İlk mətbu şeiri “Kitab” 1948-ci ildə 

“Azərbaycan  pioneri”  qəzetində  işıq  üzü  görmüşdür.  1948-ci 

ildə  Azərbaycan  Dövlət  Universitetinin  filologiya  fakültəsinin 

jurnalistika  şöbəsinə  daxil  olub.  Universitetdə  ədəbiyyatşünas 

alim  Cəfər  Xəndanın,  sonralar  şair  Bəxtiyar  Vahabzadənin 

rəhbərlik  etdiyi  ədəbi  dərnəkdə,  Azərbaycan  Yazıçılar 

İttifaqında  xalq  yazıçısı  Mirzə  İbrahimovun  başçılığı  ilə 

keçirilən “Gənclər günü” məşğələlərində fəal iştirak etmişdir. 

1954-cü ildə Azərbaycan Dövlət Universitetini bitirən Xəlil 

Rza 


əmək  fəaliyyətinə  “Azərbaycan  qadını”  jurnalı 

redaksiyasında başlamışdır. O, burada çalışdığı iki ildə (1955-

1957) dövri mətbuatda  çap etdirdiyi  məqalə və şeirlərlə ədəbi 

ictimaiyyətin  diqqətini  cəlb  etmişdir.  1954-cü  ildə  Xəlil  Rza 

SSRİ Yazıçılar İttifaqının üzvü seçilir. Onun ilk şeirlər toplusu 

–  “Bahar gəlir”  (1957) kitabı da nəşr olunur. 1957-ci ilin avqust 

ayında  Azərbaycan  Yazıçılar  İttifaqı  Xəlil  Rzanı  Moskvaya, 

M.Qorki adına Dünya Ədəbiyyat İnstitutu nəzdində olan ikiillik 

Ali Ədəbiyyat kurslarına göndərməsi də gənc şairin gələcəyinə 

inamla bağlı idi. Xəlil Rza İnstitutda rus ədəbiyyatının görkəmli 

sənətkarı  Pavel  Antokolskinin  rəhbərlik  etdiyi  bölmədə 

poeziyanın  nəzəri  əsaslarını  öyrənməklə  yanaşı,  dünya 

xalqlarının mədəni irsi ilə yaxından tanış olmuşdur. Moskvada 



Yüklə 0,88 Mb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8   9   10




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə