17 Biz necə işləyirik / 29 Əməyin təhlükəsizliyi və sağlamlıq / 35



Yüklə 0,97 Mb.
Pdf görüntüsü
səhifə5/35
tarix07.04.2018
ölçüsü0,97 Mb.
#36499
1   2   3   4   5   6   7   8   9   ...   35

8

  BP Azərbaycanda Davamlı inkişaf haqqında hesabat 2010



Fevral 2005 

Mərkəzi Azəri yatağından hasilata 

başlandı

Mart 2005 

Azərbaycan xam neftinin ixracına 

başlandı

May 2005 

Mərkəzi Azəri yatağından 

Azərbaycana qaz verilməsinə 

başlandı


Dekabr 2005 

Qərbi Azəri yatağında neft 

hasilatına başlandı

May 2006 

CQBK-yə ilk qaz nəql edildi



İyun 2006 

Xəzər nefti ilə yüklənmiş ilk tanker 

Ceyhan dəniz terminalına çatdı

İyul 2006

BTC boru kəmərinin Türkiyədəki 

hissəsinin, Ceyhan terminalının 

və BTC boru kəməri ixrac 

sisteminin təntənəli açılışı oldu

Noyabr 2006 

Şərqi Azəridə birinci mənfəət 

nefti hasil edildi

 Tarixi ekskurs 

Bakıdakı ofisimizi 1992-ci ildə açdıq. İki il sonra BP 

və beynəlxalq neft şirkətlərindən ibarət konsorsium Azərbaycan hökuməti 

ilə mühüm bir müqavilə imzaladılar. Bu gün Xəzərin dəniz yataqları regionu 

dünyanın aparıcı neft-qaz regionlarından birinə çevirmişdir.



Sentyabr 1994

 

BP, onun tərəfdaşları və 



Azərbaycan hökuməti arasında 

Xəzər dəniz ehtiyatlarının 

işlənməsi üzrə Azəri-Çıraq-

Dərinsulu Günəşli (AÇG) üzrə 

hasilatın pay bölgüsü sazişi 

(HPBS) imzalandı



Fevral 1995 

Azərbaycan Beynəlxalq 

Əməliyyat Şirkəti (ABƏŞ) təsis 

edildi


İyun 1996

Şahdəniz (ŞD) üzrə HPBS 

imzalandı

Noyabr 1997 

Çıraq yatağından ilk neft hasil 

edildi

İyul 1998

İnam və Araz-Alov-Şərq yataqları 

üzrə HPBS-lər imzalandı

Dekabr 1998 

Qərb ixrac boru kəməri (QİBK) 

marşrutunun istismarına başlandı

Avqust 2001

 

AÇG Faza 1 layihəsinə sanksiya 



verildi

Sentyabr 2002 

AÇG Faza 2 layihəsinə sanksiya 

verildi

Fevral 2003 

ŞD Mərhələ 1 layihəsinə sanksiya 

verildi

Aprel 2003 

Bakı-Tbilisi-Ceyhan (BTC) boru 

kəmərinin inşasına başlandı

Sentyabr 2004 

AÇG Faza 3 layihəsinə sanksiya 

verildi

Oktyabr 2004 

Cənubi Qafqaz qaz boru kəmərinin 

(CQBK) inşasına başlandı

Mart 2007 

BTC-nin ötürmə qabiliyyəti gündə 

bir milyon barelə çatdırıldı

İyul 2007 

ŞD yatağından Türkiyəyə ilk qaz 

çatdırıldı

Noyabr 2007 

İnam yatağında kəşfiyyat 

qazmasına yenidən başlandı

Noyabr 2007 

Xəzər dənizində rekord 7 300 

metrdən artıq dərinlikdə quyunun 

qazılması nəticəsində ŞD 

yatağında böyük qaz-kondensat 

yatağı kəşf olundu



Aprel 2008 

Dərinsulu Günəşli yatağından ilk 

neft hasil olundu

Noyabr 2008 

Qazaxıstandakı Tengiz 

yatağından ilk xam neft BTC boru 

kəməri ilə nəql edildi



Dekabr 2008 

Müqavilə öhdəlikləri yerinə 

yetirildikdən sonra İnam üzrə 

HPBS-yə xitam verildi



Mart 2009 

BTC-nin ötürmə qabiliyyəti gündə 

1,2 milyon barelədək artırıldı

İyul 2009 

Şəfəq və Asiman strukturlarının 

birgə kəşfiyyatı və işlənməsi 

üçün ARDNŞ ilə anlaşma 

memorandumu imzalandı

BP-nin Azərbaycanda fəaliyyəti




BP Azərbaycanda Davamlı inkişaf haqqında hesabat 2010 

9

Nailiyyətlər və çətinliklər 



Bu səhifə BP-nin 2010-cu ildə 

Azərbaycanda əldə etdiyi mühüm nailiyyətlərin və qarşılaşdığı 

çətinliklərin xülasəsini verir. Burada əsas diqqət biznesimizin ölkədə 

davamlılığı ilə əlaqədar məsələlərə yetirilir.



Nailiyyətlər 

Əməliyyatlar və biznesin inkişafı

Azərbaycan Respublikası Dövlət Neft Şirkəti 

(ARDNŞ) ilə Xəzər dənizinin Azərbaycan 

sektorundakı Şəfəq-Asiman perspektiv 

strukturunun birgə geoloji-kəşfiyyatı və 

işlənməsi haqqında hasilatın pay bölgüsü sazişi 

(HPBS) imzalandı.

Biz Xəzər dənizinin Azərbaycan sektorunda 

BP-nin əməliyyatçısı olduğu AÇG neft yatağının 

işlənməsində “Devon Energy” şirkətindən əlavə 

iştirak payının alınmasını başa çatdırdıq.

Yeni Çıraq neft layihəsinə sanksiya verildi və 

Qərbi Çırağın işlənməsi üçün altı mühüm 

müqavilə elan edildi.

2010-cu ilin dekabr ayında BP və onun 

tərəfdaşları Şahdəniz üzrə HPBS-nin 2031-ci 

ildən 2036-cı ilədək beş il müddətinə uzadılması 

haqqında ARDNŞ ilə saziş imzaladı.

Azərbaycandakı Səngəçal terminalından 

Türkiyənin Ceyhan terminalına xam neftin bir 

milyardıncı bareli müvəffəqiyyətlə nəql edildi.

2010-cu ildə BP qrupunun əməliyyatları idarə 

etmə sistemi Azərbaycan-Gürcüstan-Türkiyə 

regionunun hər yerində tətbiq olundu. Bu sistem 

bizə bütün şirkət daxilində ardıcıl, təhlükəsiz və 

sistemli şəkildə işləmək imkanı vermək üçün 

nəzərdə tutulmuşdur.

Texnologiya

2010-cu il ərzində biz Səngəçal terminalında 

basdırılmış boru xətlərinin yoxlanılmasında 

istifadə etmək üçün uzun radiuslu ultra-səs 

sınağı sistemini tətbiq etdik və BTC boru kəməri 

boyunca optik lifin yerləşdirmə sınağına 

başladıq.

Əməyin təhlükəsizliyi 

Bizim qeyd olunan qəza əmsalımız 26% azaldı 

(2009-cu ildəki 0,23-dən 2010-cu ildə 0,17-ə 

qədər endi).

Nəqliyyat qəzalarının məcmu əmsalı 2009-cu 

illə müqayisədə 4% və 2008-ci illə müqayisədə 

57% azaldı (2008-ci ildəki 2,03 və 2009-cu  

ildəki 0,92-dən 2010-cu ildə 0,88-dək).

Quruda yüklərin daşınması qrupu on il ərzində 

bir dənə də olsun iş gününün itirilməsi ilə 

nəticələnən hadisənin (İGİNH) qeydə 

alınmamasına nail oldu, dənizdə əməliyyatlar 

qrupu İGİNH-siz iki ilini qeyd etdi, QİBK 

Azərbaycanda isə İGİNH-siz 11 il qeydə alındı.

Ətraf mühit

İl ərzində biz qazın məşəldə yandırılması 

səviyyələrini əhəmiyyətli dərəcədə – 26% 

(2009-cu ildəki 574,9 min ton karbohidrogendən 

2010-cu ildə 423,3 min tonadək) aşağı salmağa 

nail olduq.

Əməkdaşlarımız

2010-cu ilin sonunda bizim ixtisaslı 

əməkdaşlarımızın 87%-i, ixtisassız 

əməkdaşlarımızın isə 100%-i Azərbaycan 

vətəndaşlarından ibarət idi. 



Çətinliklər 

Əməyin təhlükəsizliyi

2010-cu ildə biz dörd yüksək potensiallı qəza 

hadisəsi


a

 – minik maşınının çevrilməsi, əşyanın 

düşməsi və qurğuların bütövlüyü ilə əlaqədar iki 

hadisə qeydə aldıq. Bütün bu qəzaların hamısı 

üçün müfəssəl hesabatlar hazırlandı və çıxarılan 

nəticələrin xülasəsini əks etdirən sənədlər 

müvafiq işçi heyətinə çatdırıldı.

2010-cu ilin birinci yarısında iki ağır nəqliyyat 

qəzası qeydə alındı. Onlar həyata keçirilməsi 

hələ də davam edən nəqliyyat vasitələrindən 

təhlükəsiz istifadənin təkmilləşdirilməsi 

proqramına uyğun olaraq araşdırıldı. İlin ikinci 

yarısında heç bir ağır yol-nəqliyyat qəzası qeydə 

alınmadı və yol-nəqliyyat qəzalarının ümumi 

əmsalı 2010-cu il üçün aşağı oldu.

Əməliyyatlar

2010-cu ildə neft hasilatı əsasən yeni quyu 

məhsuldarlığı və quyularda gözlənilməz 

nasazlıqlara görə proqnozlaşdırıldığından aşağı 

oldu. Qaz hasilatı bazar məhdudluğu ilə əlaqədar 

proqnozlaşdırıldığından bir qədər aşağı oldu.

2008-ci ildə Mərkəzi Azəri platformasında baş 

vermiş və 2010-cu ildə yenidən diqqət 

mərkəzində olan qaz sızmasına cavab tədbiri 

kimi son iki yenidən tamamlama və quyunun 

yekun konservasiyası il ərzində başa çatdırıldı. 

Mərkəzi Azəridə qalan iş hal hazırda altı quyuda 

yerləşdirilmiş paylayıcı sıxacları əvəz etmək 

üçün daimi tıxac qurğusunun quraşdırılmasından 

ibarətdir. Bu tədbir gələcəkdə quyulara texniki 

baxış keçirmək imkanımızı yaxşılaşdıracaq. 

Tullantıların idarə edilməsi

Xüsusilə bir sıra dəniz platformalarında çirkab 

sularının təmizlənməsi ilə bağlı hələ də davam 

edən problemlər yaranmışdır. 2009-cu il ilə 

müqayisədə 28% azalmaya nail olunsa da, 

2010-cu ildə tullantıların həcmi 444 234 litrə 

çatmışdır.

2010

Mart 2010

Çıraq neft layihəsinin işlənməsi 

üçün 6 milyard dollar sərmayə 

qoyulmasına sanksiya verildi



Avqust 2010

“Devon Energy” şirkətinin AÇG 

neft yatağında 3,29% iştirak payı 

alındı


Sentyabr 2010

BTC boru kəməri ilə xam neftin 

milyardıncı bareli nəql edildi

Oktyabr 2010

Şəfəq-Asiman strukturlarının 

birgə kəşfiyyatı və işlənməsi üzrə 

ARDNŞ ilə HPBS imzalandı



Dekabr 2010

ŞD HPBS-nin 2031-ci ildən 

2036-cı ilədək beş il müddətinə 

uzadılması haqqında saziş 

imzalandı 

a

 



Yüksək potensiallı qəza hadisələri “ən ciddi 

ehtimal olunan nəticəsi böyük qəza olan bir 

qəza, ya təhlükəli/qeyri-sağlam şərait və yaxud 

təhlükə qorxusu” kimi müəyyən edilir.

BP-nin Azərbaycanda fəaliyyəti



Yüklə 0,97 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   35




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə