A f s e a fəLSƏFƏ



Yüklə 5,4 Kb.
Pdf görüntüsü
səhifə6/82
tarix26.11.2017
ölçüsü5,4 Kb.
#12670
1   2   3   4   5   6   7   8   9   ...   82

N
əriman Nərimanov – 140 
 
olsaydı,  sürgün  edilsəydi,  onda necə? Kim deyə  bilər ki, Nərimanovun 
bütün bu xidm
ətləri təsadüfi idi, o olmasa idi də, bir başqası (“bu bolşevik 
olma
sın, o bolşevik olsun”) da onun gördüyü işləri görə bilərmiş. Bəs onda 
kim? H
əmin dövrdə  həmin  şəraitdə  Nərimanovu  çıxdıqda  yerində  tam bir 
boşluq,  qaranlıq  qalır.  Məqsədimiz  bu  qaranlığı  işıqlandırmaq  və  nərima-
novçulu
ğun məhz fərqli bir hadisə olduğunu nəzərə almaqdır.  
B
əzi müəlliflər Nərimanovun  siyasi  baxışlarının  həyatının  sonunda 
d
əyişilməsindən bəhs edirlər. Halbuki, bizim fikrimizə görə, dəyişən Nəri-
ma
novun  baxışları  deyildi,  dəyişən Kremlin siyasəti idi.  Nərimanov özü 
mövqeyinin m
ərkəzlə  uyğun  gəlməməsini  bolşeviklərin səhv siyasəti ilə 
izah edirdi.
1
 
Bu, peşmançılıqdan daha çox, etiraz idi.  
V.B.Leninin siyasi s
əhnədən getməsi, İ.V.Stalinin və onun kimilərinin 
partiya r
əhbərliyində möhkəmlənməsi daha artıq fəlsəfi və ideya-siyasi ar-
qumentl
ərlə  haqqın  müdafiəsini mümkünsüz edirdi. Bəli, Nərimanov daha 
ar
tıq dəyişilmiş siyasi kursu qəbul edə bilmirdi. Bu kurs marksizmə və Leni-
nin v
ədlərinə açıq-aşkar zidd idi. İndi çoxları Nərimanovun mövqeyini peş-
man
çılıq kimi dəyərləndirir, amma bizcə, söhbət daha çox dərəcədə təəssüf 
hissind
ən gedir. Və bu təəssüf hissini yaşayan tək Nərimanov deyildi. Son-
ra
kı dövrlərdə gerçək marksizmi, sosializm ideallarını dərindən mənimsəmiş 
bütün t
ərəqqipərvər ziyalılar bu böyük idealın saxtalaşdırılması, sosial əda-
l
ət uğrunda, “xalq hakimiyyəti” uğrunda mübarizənin partiyada liderliyi ələ 
keçirmiş bir qrupun, daha sonra isə tək bir şəxsin hakimiyyəti ilə əvəz edil-
m
əsi əslində çox ağrılı bir proses idi. Təkcə minlərlə, milyonlarla insanların 
repressiyası  və  qətli  baxımından  deyil,  işıqlı  bir  ideyanın  eybəcərləşdiril-
m
əsi və idollaşdırılması baxımından da. Düzdür, hələ Leninin sağlığında da 
marksizmd
ən  uzaqlaşma  və  rus  şovinizmi,  volyuntarizm  özünü  göstərirdi, 
amma h
ələ ki, sosialist idealları ön cəbhədə idi. Bu dövrə qədər N.Nərima-
novun tutarlı arqumentləri ilə hesablaşmamaq mümkün deyildi. Və o, məhz 
kommunist  ideologiyasından,  xalqı  səfərbər edən  əsas vədlərdən, sosialist 
tezisl
ərindən, o cümlədən beynəlmiləlçilik və millətlərin öz müqəddəratını 
t
əyin etmək prinsipindən çıxış edərək, müəyyən uğurlar qazanmağa çalışır-
dı. Bəli,  Lenin heç də bütün vədlərində səmimi deyildi. Amma “üz üzdən 
utanar”, – deyirl
ər. Marksizmin öz təməl qüsurlarına, V.İ.Leninin lap əvvəl-
1
 N.N
ərimanov. Ucqarlarda inqilabımızın tarixinə dair // Seçilmiş əsərləri. Bakı, 2001, s. 
418-419. 
 
- 15 - 
                                                 


F
əlsəfə və sosial-siyasi elmlər – 2010, № 2 
 
 
d
ən marksizmdən uzaqlaşması hallarına, qopmalara baxmayaraq, əsas xətt – 
so
sialist konsepsiyası ortada idi və Lenin bir inqilabçı və hakimiyyət ovçusu 
olduqdan önc
ə, həm də bir əqidə, ideya adamı idi. Onunla ideya dilində da-
n
ışanda, hesablaşmalı olurdu və Nərimanov da bu dili gözəl bilirdi. 1923-cü 
ild
ə  Leninin  siyasi səhnədən faktiki olaraq  uzaqlaşdırılmasından  sonra isə 
geriy
əçəkilmələr,  əsas idealdan sapmalar sürətlə  artmağa  başladı.  Stalin 
epo
xası başlanırdı və məhz belə bir siyasi riyakarlıq dövründə nəinki Nəri-
manov, bütün 
əqidəli kommunistlər ideal və gerçəklik arasında fərqi görə-
r
ək, nəinki sadəcə təəssüf hissi keçirdilər, hətta ideya faciəsinin bütün sar-
sıntılarını  yaşamaq zorunda qaldılar. Bəli, bu məhz faciə idi – amma peş-
man
çılıq deyildi. Çünki Nərimanov gözəl bilirdi ki, inqilabın ilk illərində o, 
siyasi prosesl
ərə təsir göstərməsə idi, hər şey daha pis ola bilərdi. Bu “daha 
pisl
ər” haqqında, tək bir şəxsin sayəsində nələrdən xilas olduğumuz haqqın-
da H.H
əsənovun və digər tədqiqatçıların kitablarında

 
ətraflı məlumat veril-
mişdir. Güman edirik ki, onun bu nömrədə oxucularımıza təqdim etdiyimiz 
v
ə faktiki materialla zəngin olan “Nəriman Nərimanov: milli ruh və siyasi 
t
əfəkkürün vəhdəti”  adlı  məqaləsi  də  bu problemlə  bağlı  bir  çox  suallara 
ay
dınlıq gətirilməsinə xidmət edəcəkdir.  
 
 
Reconciling of the Ideals of National 
Independence and Social Justice 
(summary) 
 
The author examines Narimanov’s services for his nation, calling attention to 
the contradictory evaluations of Narimanov’s ideas on account of political 
conditions during the Soviet period. According to the author, there are only 
seemingly contradictions in the ideas of Narimanov. The author characterizes 
Narimanov as a spokesman of the progressive ideals of the period. He emphasizes 
that Narimanov’s ideas shaped up under the influence of great Eastern philosophers 
who commend the social justice and equality, rather than bolsheviks.  
 
Key words: 
social justice, independence, bolsheviks, the ideology of 
communism, democratic struggle
  
 

 Bax, m
əs.: H.Həsənov. Nəriman Nərimanov – milli təmayüllü kommunist. Bakı, 2004; 
H.H
əsənov. Nəriman Nərimanovun milli dövlətçilik  baxışları  və  fəaliyyəti.  Bakı,  2005; 
F.Əhmədova. Nəriman Nərimanov – ideal və gerçəklik. Bakı, 2005 və s. 
 
- 16 - 
                                                 


Yüklə 5,4 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   82




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə