Абшерон игтисади ъоьрафи районун шящярляринин


Magistrantların XV Respublika Elmi konfransı, 14-15 may  2015-ci il



Yüklə 8,01 Mb.
Pdf görüntüsü
səhifə193/200
tarix15.11.2018
ölçüsü8,01 Mb.
#79784
1   ...   189   190   191   192   193   194   195   196   ...   200

Magistrantların XV Respublika Elmi konfransı, 14-15 may  2015-ci il 
 
 
 
363 
problemlərdir. Bütün bunlar insanların mənəvi-psixoloji həyatını zəhərləyir, onların ağır sosial, iqtisadi və 
ekoloji stresslər şəraitində yaşamasını şərtləndirir. 
Bütün yuxarıda göstərilən urbanizasiya prosesləri nəticəsində Bakı və ona yaxın ərazilərdə bir sıra 
ekoloji  problemlər  təəcili  olaraq  həll  edilməlidir.  Xəzərə  və  digər  su  hövzələrinə  axıdılan  çirkli  suların 
qarşısını  almaq  vəya  təmizləyərək  axıtmaq,  sürüşmə  riski  olan  ərazilərdə  ağacların  əkmək,  neftlə 
çirklənmiş  torpaqları  neftdən  təmizləmək,  sıxlığı  azaltmaq  və  havaya  atılan  tullantıları  azaltmaq  üçün 
zavodları şəhərdən uzaqlaşdırmaq və s. kimi tədbirləri görmək çox vacibdir. Problemi köklü şəkildə həll 
etməyin  ən  optimal  variantlarından  biri  buraya  əhali  miqrasiyasının  qarşısını  almaqdır.  Bunun  üçün  isə 
regionlara iqtisadi cəhətdən səmərəli sahələrin inkişaf etdirilməsi, zavod və fabriklərin, yeni iş yerlərinin 
açılması, insanların sosial şəraitini və infrastrukturu yaxşılaşdırmaq lazımdır. 
 
GƏNCƏ-QAZAX ĠQTĠSADĠ RAYONUN QISA COĞRAFĠ SƏCĠYYƏSĠ 
 
Aslanova M.M.  
Sumqayıt Dövlət Universiteti 
 
Gəncə-Qazax  iqtisadi  rayonu  respublikamızın  qərbində  yerləşməklə  olduqca  əlverişli  iqtisadi-
coğrafi mövqeyə  malikdir. İqtisadi rayonun ümumi sahəsi 12,48 min km2 olmaqla ölkə ərazisinin 14,4 
faizini əhatə edir. Gəncə-Qazax iqtisadi rayonu respublikanın qərb hissəsində, əsasən, Kiçik Qafqaz sıra 
dağlarının şimal yamaclarında yerləşir. Orta Kür çökəkliyinin mərkəz hissəsindəki Ceyrançöl sahəsi də 
onun  tərkibinə  daxildir.  Azərbaycanı  Gürcüstan  və  Türkiyə  ilə  əlaqələndirən,  nəqliyyat-iqtisadi 
münasibətlərinin fomalaşmasında mühüm amillərdən sayılan yol da buradan keçir. Gəncə-Qazax iqtisadi 
rayonunun  relyefi,  xüsusilə,  yüksəklik  amplitudunun  böyük  olması  məskunlaşma  və  mənimsənilmə 
baxımından  əlverişlidir.  Regionun  ərazisi  mürəkkəb  relyefə  malik  olduğu  kimi,  iqlimi  də  rəngarəngdir. 
İqtisadi  rayonun  aşağı  hissəsi  iqlimin  isti  və  quru  olması  ilə  səciyyələnir.  Burada  fəal  temperaturların 
cəmi 3500-4500˚C arasında tərəddüd edir. 
Gəncə-Qazax  iqtisadi  rayonu  Azərbaycanın  faydalı  qazıntılarla  zəngin  regionlarından  biridir. 
Burada müxtəlif növ faydalı qazıntılara təsadüf edilir. Rayonun əsas faydalı qazıntıları dağətəyi zonada 
yerləşir. Dəmir filizi, alunit, əhəngdaşı, mərmər, gips, seolit, sement xammalı, qızıl, gümüş, mis iqtisadi 
rayonun əsas yeraltı ehtiyatlarıdır. Daşkəsən dəmir filizi, Zəylik aluniti ehtiyatları sənaye əhəmiyyətlidir. 
Kür  çayının  rayon  ərazisindən  axan  hissəsi  hidroenerji  ehtiyatları  ilə  zəngindir.  Gəncə-Qazax  iqtisadi 
rayonu  təbii-rekreasiya  ehtiyatlarına  malikdir.  Gəncə-Qazax  iqtisadi  rayonunun  ərazisi  mineral-xammal 
ehtiyatları  ilə  zəngindir.  Bunlara  misal  olaraq,  metal  filiz  yataqlarını  göstərmək  olar.  Belə  ki,  iqtisadi 
rayonun  ərazisində  qara  metal  filizlərin  böyük  ehtiyatları  aşkar  edilmişdir.  Aşkar  edilən  qara  metal 
filizləri  əsasən  dəmir,  marqans  və  xromdan  ibarətdir.  Bu  filiz  ehtiyatları  faydalı  qazıntı  ehtiyatlarının 
ümumi  nisbətində  10,4%  təşkil  edir.  Gəncə-Qazax  regionu  hidroqrafik  cəhətdən  Kür  çayı  hövzəsinə 
aiddir. Region hidroqrafik cəhətdən çox genişdir. Süni su axınları (kanallar) və su anbarları da hidroqrafik 
şəbəkəyə aid edilir. Çayların bir çoxundan suvarma və su təchizatında geniş istifadə edilir. Gəncə-Qazax 
iqtisadi rayonu ərazisində torpaq tipləri, yarım tipləri və s. taksonomik vahidlər relyef xüsusiyyətlərinin 
torpaq  əmələgətirən  proseslərin  təsiri  altında  formalaşmışdır.  Müəyyən  edilmiş  torpaq  tipləri  fiziki-
coğrafi  şəraitə  uyğun  olaraq  bir-birindən  fərqlənməklə,  bütün  səciyyəvi  zonal  əlamətlərə  malikdirlər. 
Regionun ərazisi həm dağlıq, həm də düzən sahələrdən ibarətdir. 
 
LƏNKƏRAN ĠQTĠSADĠ RAYONUNDA TƏBĠĠ REKREASĠYA EHTĠYYATLARI  
 
Hüseyn-zadə F.F.  
Sumqayıt Dövlət Universiteti 
 
Sahəsi  6,14  min  km
2
  olan  Lənkəran  iqtisadi  rayonu  ölkə  ərazisinin  7%  -  nə  bərabərdir.  Lənkəran 
iqtisadi  rayonunun  tərkibinə  Lənkəran,  Astara,  Lerik,  Masallı,  Cəlilabad,  Yardımlı  inzibati  rayonları 
daxildir.  İqtisadi  rayon  Azərbaycanın  cənubunda  İran  İR  ilə  həmsərhəddir.  Şərqdə  Xəzər  dənizi  ilə 
həmsərhəd  olan  iqtisadi  rayonun  ərazisinin  26%-i  meşələrlə  örtülmüşdür.  Region  rütubətli  subtropik 
iqlimə  malik  olmaqla,  təbii  şəraitinə  görə  ölkənin  digər  iqtisadi  rayonlarından  fərqlənir.  Bakı-  Astara 
dəniz  və  avtomobil  yolları,  yük  və  sərnişin  daşımasında,  həmçinin  Azərbaycanın  İran  və  Türkiyə  ilə 


Magistrantların XV Respublika Elmi konfransı, 14-15 may  2015-ci il 
 
 
 
364 
iqtisadi əlaqələrinin genişlənməsində mühüm rol oynayır. Lənkəranda müasir tələblərə uyğun hava limanı 
fəaliyyət göstərir.  
İqtisadi rayonun təbii rekreasiya ehtiyyatları böyükdür. Bu onunla bağlıdır ki, burada təbiətin bütün 
komponentlərinin vəhdəti cəlbedici mənzərələr yaratmışdır. İqtisadi rayonun Talış dağları və Xəzər dənizi 
ilə əhatə  olunması  onun  turizm  baxımından  qiymətləndirilməsində  mühüm  rol  oynayır.  Xəzər  dənizinin 
müalicəvi  qumlarından  ibarət  olan  çimərlikləri,  müalicə  əhəmiyyətli  termal  və  mineral  bulaqlar,  qış 
aylarında  belə  yaşıllıqlara  qərq  olmuş  düzənlik  meşə-  parkları,  Hirkan  Milli  Parkı  ,  Qızılağac  Dövlət 
Qoruğu,  Talış  zonasında  hava  istirahət  üçün  çox  əlverişlidir.  Regionun  rekreasiya    istifadə  dərəcəsinin 
dörd xüsusiyyətinə görə: 

 
təbii rekreasiya ehtiyyatlarının vəziyyəti

 
tarixi- mədəni potensialın vəziyyəti; 

 
turizm sənayesinin və turizmin maddi- texniki bazasının inkişaf səviyyəsi

 
turizm diversifikasiya səviyyəsinin qiymətləndirilməsini təklif edir 
Lənkəran-  Masallı  turizm  bölgəsi  Bakı-Astara  marşurutunun  üstündədir.  Masallı  rayonunda  30-a 
yaxın turist obyekti qeydə alınaraq üç turist marşurutu üzrə fəaliyyət göstərir. Həmin turizm və istirahət 
mərkəzlərində  1100-ə  yaxın  yer  vardır.  Bunlardan  70-i  lüks,  660-ı  I  dərəcəli,  320-si  turist  dərəcəli 
nömrələrdir. Masallı rayonunda müalicəvi kurort kimi Azərbaycanda tanınan çoxsaylı bulaqları var. «İsti-
su» sanatoriyası Talış meşələri ərazisində Viləş çayının sahillərində yerləşir. Kükürdlü çeşmələr hesabına, 
tərkibinə  görə  sonsuzluq,  dəri-zöhrəvi,  yel  xəstəliklərinin  müalicəsi  üçün  misilsiz  faydası  olan 
sanotoriyaları var.  
«Türkan», «Viləşçay», «Rasim», «İsti-su», «Gülüstan» və s. turist mərkəzlərinin reklama ehtiyacı 
var. Rayonda memarlıq dəyərləri olan Digah və Boradigah kəndlərində XVI əsrə aid məscid yerləşmişdir. 
Masallı  rayonunun  ən  maraqlı  və  böyük  kəndi  olan  Ərkivan  öz  adətləri  və  yerli  kaloriti  ilə  turistlərin 
marağına  səbəb  ola  bilər.  Bu  kənd  etnoturizmin  inkişafı  üçün  çox  diqqəti  çəkəndir.  Azərbaycanın  ən 
qədim abidələrindən biri V- VI- əsrlərdə tikilmiş Ərkivan qülləsi yerləşmişdir.  
Lənkəran-  bölgənin  ən  böyük  şəhəri  –  XVIII-  əsrdə  əsası  qoyulmuş  Talış  xanlığının  mərkəzi 
olmuşdur.  Lənkəranda  tarixi  görməli  yerlər  çoxdur,  onların  arasında  Lənkəran  qalası  XVIII  əsrdə  inşa 
edilmiş Talış xanlığına vacib müdafiə istehkamlarından biri olmuşdur. Rayonun Haftoni zonası öz tarixi 
obyektləri və «Lənkəran» müalicə zonası İstisuyu ilə məhşurdur. 
Astara  Azərbaycanın  əsrarəngiz  füsunkar  guşələrindəndir.  Astara  tarixi-mədəni  abidələrlə, 
mənzərəli təbiət guşələri və istirahət yerləri ilə zəngindir. Rayonun ərazisindəki «Şindan qalası», Divəkə 
mağarası, «Gəlin qayası» abidələri, Azərbaycanın dövlətçiliyinin banilərindən biri Şah İsmayıl Xətainin 
Ərçivan kəndində olduğu yerlər çox maraqlıdır.  
Ümumiyyətlə,  rayon  ərazisində  Nazirlər  Kabinetinin  qərarıilə  təsdiq  edilmiş  102  tarix  və 
mədəniyyət abidəsi yerləşir ki, onların da əksəriyyəti memarlıq abidəsidir.  
Lerik  rayonunun  ərazisi  İran  İslam  Respublikası  ilə  sərhəd  boyu  Talış  silsiləsi,  şimalda  Peştəsər 
silsiləsi,  ərazinin  şimalında  isə  Burovar  yerləşir.  Ən  yüksək  zirvələri  Talış  silsiləsindəki  Kömürgöy 
(2492m)  və  Qızyurdudur  (2433m).  Qızyurdu, Kömürgöy  yaylası,  Qız  qalası,  Oğlan  qalası,  unikal  təbiət 
guşəsi olan endemik bitki örtüyünə malik gözəl və mənzərəli Lerik rayonunda  Qafqaz etnik qrupu olan 
talışlar yaşayır. Uzunömürlülər vətəni hesab edilən Lerikdə yaşı yüzdən artıq olan, onlarla adamın həyatı 
haqqında  sənədlərin  saxlanıldığı,  dünyada  yeganə  Uzunömürlülər  Muzeyi  də  burada  yerləşir.  Rayonda 
çoxlu  sayda tarixi abidələr  mövcuddur.  Lerikin  əsas görməli  yerləri sırasında: Xanəgan  kəndində  Hoca 
Seyid məqbərəsi (XIV əsr); Lülükəran kəndində XIX əsrin məscidi; Mistan kəndinin yaxınlığında dəniz 
səviyyəsindən  2438m  yüksəklikdə  «Qızyurdu»  qədim  yaşayış  məskəni;  Conu  kəndi  yaxınlığında  Baba 
Həsən məqbərəsi və b.  Lerikdə Relax Hotel and Resort, «Şəlalə»  və  «Meşəçi» istirahət mərkəzləri çox 
tanınan məkanlardır.  
Talış dağları arasında çay vadisi boyunca yerləşən Yardımlı rayonu qərbdən İranla həmsərhəddir. 
Rayon  ərazisinin  21000  ha  sahəsi  meşələrlə  örtülmüşdür.  Dağların  ətəyində  yerləşən,  hər  tərəfdən 
meşələrlə,  çoxsaylı  çeşmələrlə  əhatə  olunmuş  Perimbel  kəndi  də  gözəl  çox  gözəl  və  populyar  yerdir. 
«Göz narı» adlanan çeşmə tarixi abidə hesab edilir. Təssüf ki, bu cür zəngin təbiətə, faunaya və floraya 
malik olan Yardımlı rayonunda turizm infrastrukturu lazımınca inkişaf etməmişdir.  
 
 
 
 
 
 


Yüklə 8,01 Mb.

Dostları ilə paylaş:
1   ...   189   190   191   192   193   194   195   196   ...   200




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə