Azərbaycan diLİ VƏ tariXİ



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə35/86
tarix24.12.2017
ölçüsü2,8 Kb.
#18029
1   ...   31   32   33   34   35   36   37   38   ...   86

Rus qoşunlarının yüz minlik İran qoşunu qarşısında geri çəkilməsini 
görən  şahzadə Abbas Mirzə dayısı  Əmir xan ilə  Nəzərli xanı  Gəncə 
qalasını möhkəmləndirmək üçün ora göndərmişdi. Naibüssəltənə öz 
yaxın adamlarından Biçən xanı böyük müjdə  və ümidlə mühasirə 
halında olan Şuşa  şəhəri üzərinə göndərib  şəhəri təslim etməyi ona 
tapşırmışdı. Lakin 1795-ci ildə olduğu kimi, 1826-cı il mühasirəsində də 
şuşalıların iradəsini qırmaq qeyri-mümkün idi. Ruslar təslim olmaq 
təklifini müzakirə üçün və Yermolovdan qalanın sonrakı taleyini 
öyrənmək üçün iranlıların razılığı ilə Tiflisə bir heyət göndərdilər. 
Yermolov iranlılara belə cavab yazmışdı: "...Kapitulyasiya sözü rus 
dilində yoxdur. Fransız dilində isə kapitulyasiya qalanı  təslim etməyə 
deyilir". Beləliklə, Şuşanın mübarizəsi bir neçə ay davam etdi və qələbə 
ilə nəticələndi... 
Rusiya-İran müharibəsi Şamxor və Gəncə ətrafında davam edirdi. Ən 
böyük döyüşlər general Mədətovun qoşunları ilə  sərdar  Əmir xanın 
qüvvələri arasında olmuşdur.  İranlıların məğlub olmaq xəbərini eşidən 
şahzadə Mehdiqulu xanı  Ağdam tərəfdə qoyub, Gəncə  tərəfə getdi. 
1826-cı ilin 13 sentyabrında Gəncədə Nizami məqbərəsi yanında baş 
verən müharibədə ruslar özlərindən bir neçə  dəfə artıq olan iranlıları 
məğlub etdilər. Beləliklə,  İran sərbazları  İrana çəkildilər. Gəncə 
müharibəsindəki məğlubiyyətdən sonra (13 sentyabr 1826-cı il) iranlılar 
Şuşanın mühasirəsindən  əl çəkdilər.  İranlıların təqib edilməsində 
Qafqazın yeni canişini, sonralar İrəvan qalasını  fəth edən Paskeviç 
iştirak etmişdi. O, sərhədi keçərək İranın bir çox əyalətlərini almışdı. 
General Mədətovun özünü pis aparıb sabiq xanları incitdiyinə  və 
başqa özbaşınalıqlar etdiyinə görə, 1827-ci ilin aprel ayında onun yerinə 
knyaz Abxazov təyin olundu. O, Qarabağ, Şəki və Şirvan vilayətlərinin 
rəisi kimi əhalini sakitləşdirirdi. General Paskeviç isə  İrəvan və 
Sərdarabadın fəthi üçün yola düşdü. Bu zaman Dərələyəzidə olan 
Qarabağ hakimi Mehdiqulu xan Paskeviçin təminatı ilə  İran 
hökumətindən üz çevirərək təkrar Rusiya tərəfinə keçdi. Bu əməliyyat 
belə olmuşdur: Paskeviçin göstərişi ilə general Abxazov iki batalyon 
soldat götürərək, Mehdiqulu xanın yanına getdi. İki dövlətin sərhədi 
olan Ağ Karvansara adlı yerdə görüşdülər. General 
  
 
110


Abxazov Mehdiqulu xanı xatircəm edib onunla İrana getmiş adamları 
Qarabağa köçürülməsinə təminat verdi... 
Naibüssəltənə Abbas Mirzə  və general Paskeviç qoşunları arasında 
olan  şiddətli vuruşmalar nəticəsində  İrəvan və  Sərdarabad qalaları 
ruslara təslim olur. 
Paskeviç elə bu zaman Qarababa yaylağında istirahətdə olan general 
Eristova Təbriz üzərinə hücum etmək haqqında əmr verdi. Rus qoşunları 
heç yerdə ciddi müqavimətə rast gəlmədən 13 oktyabr 1827-ci ildə 
Təbrizə daxil oldular. Təbrizin fəthindən sonra Abbas Mirzə ilə general 
Paskeviç arasında sülh danışıqları başlandı. Lakin rusların sülh 
təkliflərini Abbas Mirzə inadla rədd edirdi. Danışıqların uzandığını 
görən general Paskeviç Tehran üzərinə yürüşə hazırlaşmaq əmrini verdi. 
Xəbər tezliklə Abbas Mirzəyə  və atası  Fətəli  şaha çatdı.  Şah çarəsiz 
qalıb sülhə razı oldu. Hər iki dövlətin nümayəndələri Türkmənçay 
adlanan yerdə sülh məclisinə toplaşdılar. Araz çayı  İran ilə Rusiya 
arasında sərhəd təyin olundu. İran tərəfi təzminat olaraq ruslara 7 kürur 
verməli oldular (hər kürur rus gümüş pulu hesabı ilə iki milyon 
manatdır). Bu pul ödənənə qədər Xoy vilayəti rusların əlində girov kimi 
qalmışdı. Türkmənçay müqaviləsilə  İrəvan və Naxçıvan xanlıqlarının 
əraziləri də rusların əlinə keçdi. 
 
 
ŞUŞANIN MƏDƏNİ HƏYATI VƏ 
TARİXİ ABİDƏLƏRİ 
 
XVIII  əsrin ikinci yarısından başlayaraq  Şuşa  şəhəri Azərbaycan 
mədəniyyəti,  ədəbiyyat və incəsənətinin mühüm mərkəzlərindən biri 
olmuşdur.  Şübhə yoxdur ki, bu işin möhkəm təməlini  İbrahim xanın 
vəziri Molla Pənah Vaqif qoymuşdur. O da məlumdur ki, Vaqif Şuşada 
fəaliyyətə Saatlı  məhləsində açdığı  mədrəsə ilə başlamışdı. Vaqifin 
böyük  ədəbi məktəb yaratdığı, onlarca davamçılar yetirdiyi oxuculara 
yaxşı  məlumdur. Hələ o zaman Şuşada Molla Əli Xəlfə, Molla 
Zeynalabdin və bir çox başqa müdərrislər çoxlu istedadlı  şagirdlər 
yetişdirmişlər. 
  
 
111


Hələ o dövrdə Şuşada yaşamış Musa Kəlimullahın qələmi ilə XVIII 
əsrin ağır müharibələri, xalqın çətin vəziyyəti qələmə alınmışdır: 
 
Zalım fələk! Sənə netdim, neylədim?  
Əcəl qılıncları çalhaçaldadır.  
Hansı halalını haram eylədim,  
Bəlasız başımız qalmaqaldadır? 
 
Şirvanlı Çələbi döyülüb qaçdı,  
Qacar Məmmədhəsən bir oyun açdı,  
Ovşar Fətəli də yolunu çaşdı,  
İndi başqa fikir, başqa haldadır. 
 
Qızmış şirə döndü Ağamməd Qacar,  
Qarabağa gətdi qanlı bir azar.  
O saymadı, bax gör fələk nə sayır,  
Leşi gorda, başı bizim yaldadır. 
 
Yasa döndü bütün toylar, düyünlər,  
Ələ düşdü nazlı qızlar, gəlinlər,  
Ləkələndi ismət, namus, yəminlər,  
Bu cəza nə yerdə, nə mahaldadır. 
 
İbrahim Xəlil xanın oğlu Əbülfət xan Tuti və qızı Ağabəyim ağa da 
şair idilər. Onların hər ikisi Şuşada və Qarabağda əminamanlıq və sülh 
yaratmaq məqsədilə Fətəli şahın sarayına göndərilmişdilər. 
Əbülfət xan Şuşadan gedərkən yazmışdı: 
 
O gün kim həsrətilə ol büti-zibadan ayrıldım,  
Qalıb bir surəti-bahiss kimi mənadan ayrıldım... 
 
Eyni ayrılıq ruhunu biz onun bacısı Ağabəyim ağanın şeirlərində də 
görürük: 
 
Mən aşiqəm, Qarabağ,  
Qara salxım, qara bağ.  
Tehran cənnətə dönsə,  
Yaddan çıxmaz Qarabağ. 
  
 
112


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   31   32   33   34   35   36   37   38   ...   86




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə