Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi



Yüklə 3,73 Mb.
Pdf görüntüsü
səhifə96/148
tarix13.11.2017
ölçüsü3,73 Mb.
#10090
1   ...   92   93   94   95   96   97   98   99   ...   148

271 

 

31 Avqust - şair, dramaturq İsgəndər Coşğunun anadan olmasının 90 illiyi, 



                    (1927-1996) 

 

 



 

 

 

 

 

 

 

 

 

Hümmətov İsgəndər Məhəmməd oğlu (İsgəndər CoşğunGöyçay şəhərində, 

fəhlə ailəsində doğulmuşdur. Burada orta təhsil alandan sonra Bakıda M. A. Əliyev 

adına  Teatr  İnstitututunun  teatrşünaslıq  fakültəsinə  daxil  olmuşdur.  1952-ci  ildə 

Moskvada  M.Qorki  adına  Ədəbiyyat  İnstitutunun  poeziya  şöbəsinə  daxil  olmuş, 

oranı  1955-ci  ildə  bitirmişdir.  Bir  müddət  Azərbaycan  Mədəniyyət  Nazirliyində 

redaktor vəzifəsində çalışmışdır. 1962-ci ildən M.Qorki adına Azərbaycan Dövlət 

Gənc  Tamaşaçılar  Teatrında  ədəbi  hissə  müdiri  işləmişdir.  Ona  Azərbaycan  Ali 

Soveti Rəyasət Heyətinin Fəxri Fərmanı verilmişdir.  

İsgəndər Coşğun 1996-cı il dekabrın 10-da vəfat etmişdir.  

 

Kitabları: ―Gəmidə söhbət‖ (1958), ―Qığılcımlar‖ (1961), ―Mən atamı 

düşünərkən‖ (1971), ―Nəğmə dolu ürək‖ (1975), ―Ana laylası‖ (1983), ―Ömür 

yolu‖ (1987) və s. 

 

 



Ədəbiyyat: Əhmədov Teymur- “Azərbaycan yazıçıları (XX-XXI yüzillikdə)” Ensiklopedik 

məlumat kitabı, Bakı, 2011. 

 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 



272 

 

 



Xarici ədəbiyyat 

29 Avqust - Belçika yazıçısı Moris Meterlinkin anadan olmasının 155 illiyi, 

                    (1862-1949) 

 

Belçika  yazıçısı,  dramaturqu,  şairi  və  filosofu  Moris  Meterlink  1862-ci  il 



avqustun  29-da  Gent  şəhərində  anadan  olmuşdur.  Parisdə  hüquq  təhsili  almış, 

1896-cı ildən Fransada yaşamışdır.  

1889-cu  ildə  onun  ―İstixanalar‖,  1896-cı  ildə  ―12  nəğmə‖  toplusu  çap 

olunmuşdur.  ―Şahzadə  Malen‖  nağılının,  ―Peleas  və  Melisanda‖  dramının, 

―Tentajilin    ölümü‖  pyesinin,  ―Aqlaveta  və  Selizenna‖,  ―Ariana  və  Göy  Saqqal‖ 

pyes-nağılların, ―Mona Vanna‖  tarixi  dramının  və s. əsərlərin  müəllifidir. 1905-

ci  ildə  yazdığı  ―Göy  quş‖  nağıl-pyesi  insanın  təbiət  qüvvələri,  aclıq,  müharibə 

üzərində qələbəsinə inamı əks etdirir. Bu əsər insanın daimi xoşbəxtlik simvolu  və 

varlığın dərki ilə bağlı əbədi axtarışlarına həsr olunmuşdur. Moris Meterlink həm 

də  bir  çox  fəlsəfi  əsərlərin  də  müəllifidir.  1911-ci  ildə  ədəbiyyat  üzrə  Nobel 

mükafatı almışdır.  

Moris  Meterlink  1949-cu  il  mayın  6-da  Fransanın  Nitsa  şəhərində  vəfat 

etmişdir.  

 

İnternetdə:-name.ru/biography/moris-meterlink.htm 



 

 

 

 

 

 


273 

 

İncəsənət 



17 Avqust - Xalq artisti, müğənni, bəstəkar Müslüm Maqomayevin anadan 

                   olmasının 75 illiyi, (1942-2008) 

         Müslüm  Məhəmməd  oğlu   Maqomayev  Bakı 

şəhərində  anadan  olub.  1960-cı  illərdə Azərbaycan 

Dövlət  Opera  və  Balet  Teatrının  solisti  olub,  İtaliyanın 

Milan  şəhərindəki  "La  Skala"  teatrında  təcrübə  keçib. 

Enriko  Pyatsa  ilə  "Sevilya  bərbəri"  operasından 

Fiqaronun, "Toska" operasından  Skarpianın partiyalarını 

hazırlayıb.  1966-cı  ildə  Parisin  "Olimpiya"  konsert 

salonunda  ilk  konsertini  verib.  1968-ci  ildə  Azərbaycan 

Dövlət  Konservatoriyasını  bitirib.  1969-cu  ildə  Sopotda 

(Polşa)  keçirilən  Beynəlxalq  Mahnı  Festivalında  ilk 

mükafatını alıb.  

1975-ci  ildə  Azərbaycan  Dövlət  Estrada-Simfonik  Orkestrinin  bədii  rəhbəri 

təyin  edilib.  1970-ci  illərdən  həyatını  estrada  ilə  bağlayıb  və  böyük  populyarlıq 

qazanıb.  Görkəmli  pianoçu Rauf  Atakişiyevlə  dostluğu  və  əməkdaşlığı  onun  bu 

yolda  daha  böyük  uğurlarına  yol  açır.  "Seviliya  bərbəri"  operasının  hər  tamaşası 

anşlaqla keçib və Bakı tamaşaçıları Fiqaronu – Müslüm Maqomayevi o coşqu ilə 

qarşılayıblar. O, rejissor Eldar Quliyevin filmlərinə musiqi yazırdı.  

Görkəmli Azərbaycan, sovet opera və estrada müğənnisi, bəstəkar, Azərbaycan 

SSR Əməkdar artisti (1964), Azərbaycan SSR Xalq artisti (1971)

,

 SSRİ xalq artisti 



(1973) 

Müslüm 


Maqomayev 

"Qırmızı 

Əmək 

Bayrağı" və "Xalqlar 



Dostluğu"ordenlərinə  layiq  görülüb,    Rusiyanın  "Şöhrət"  (1997)  və  "Şərəf" 

ordenləri  (2002),    Azərbaycan  Respublikasının  "İstiqlal"  ordeni  (2002) ilə  təltif 

edilib.  Rejissor Tofiq  İsmayılov 1971-ci  ildə  onun  haqqında "Oxuyur  Müslüm 

Maqomayev" adlı  film-konsert  çəkib.  İllərlə  dinləyicilərin  sevgisini  qorumağı 

bacarmış Müslüm Maqomayev 25 oktyabr 2008-ci ildə vəfat edib və Bakıda Fəxri 

Xiyabanda dəfn olunub. 



Filmoqrafiya:  ―Abşeron  ritmləri‖  (film,  1970), 

Azərbaycan  incəsənəti‖(film, 



1970),‖Azərbaycan naminə!‖ (film, 2004), ―Bəstəkar Müslüm Maqomayev‖ (film, 

1977),  ―Burulğan‖  (film,  1986),  ―Dostluq  himni‖  (film,  1974),  ―Gümüşgöl 

əfsanəsi‖  (film,  1984),  ―İntibah‖  (film,  1972),  ―İstanbul  reysi‖(film,  2010), 

―Konsert  proqramı‖  (film,  1971)  (II),  ―Müslüm  Maqomayev2  (film,  2002),  ―Nə 

gözəldir  bu  dünya...‖  (film,  1999),  ―Nəğməkar  torpaq‖  (film,  1981),  ―Nizami‖ 

(film, 1982), ―Oxuyur Müslüm Maqomayev‖ (film, 1971), ―Payız konserti‖ (film, 

1962),  ―Rəşid  Behbudov  20  il  əvvəl‖(film,  1996),  ‖Sonuncu  şahid‖  (film,  2004), 

―Tənha  ruh‖  (film,  1998),  ―Ürək  nəğməsi‖  (film,  1989),  ―Üzeyir  ömrü‖  (film, 

1981),  ―Yarımçıq  qalmış  mahnı‖  (film,  1979),  ―Yaşa,  qızıl  balıq‖  (film,  1988), 

―Yeni görüşlərədək, Müslüm!‖ (film, 1963) və s.  



İnternetdə: 

www.az.wikipedia.orq

 

 

 

 

 


Yüklə 3,73 Mb.

Dostları ilə paylaş:
1   ...   92   93   94   95   96   97   98   99   ...   148




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə