Azerbaycanda tolerantliq enenesi indd



Yüklə 79,54 Kb.
Pdf görüntüsü
səhifə24/41
tarix08.03.2018
ölçüsü79,54 Kb.
#30985
1   ...   20   21   22   23   24   25   26   27   ...   41

84
rildi.  Əbdülbəha 28 noyabr 1921-ci ildə dünyasını  dəyişdi və 
Kermil dağında Babın məzarı yanında dəfn olundu. 
Əbdülbəha ölümündən əvvəl böyük qızından olan böyük 
nəvəsini,  Şövqi  Əfəndini bəhailərin mənəvi lideri, bəhai ki-
tablarının şərhçisi və bəhailiyin qoruyucusu təyin etdi. Şövqi 
Əfəndi 1 mart 1897-ci ildə Akkada dünyaya gəlmişdi. Uşaqlıq 
illərində evlərinə gələn italyan bir xanımdan təlim-tərbiyə al-
mışdı. Daha sonra Hayfa şəhərində “Qardaşlar” adlı xristian 
məktəbində təhsil almağa başladı. Hayfadan Beyruta gedərək 
katoliklərə aid bir məktəbdə  təhsilini davam etdirən  Şövqi 
Əfəndi daha sonra Amerika kollecinə daxil oldu. Kollecdə təh-
silini tamamladıqdan sonra məşhur Oksford universitetində 
təhsil almaq üçün Londona getdi. 1937-ci ildə bəhailiyi qəbul 
etmiş amerikalı Maksvel ailəsinin qızı Mari Maksvel (daha son-
ra Ruhiyyə adını aldı) ilə evləndi. Bəhailiyin dünyada yayılma-
sı üçün ciddi səylər göstərdi. Kitablar yazdı, bəhailik haqqında 
dərslər verdi. 4 noyabr 1957-ci ildə Londonda vəfat etdi və bu-
rada da dəfn olundu. Şövqi  Əfəndinin övladı olmadığı üçün 
bəhailiyin idarəçiliyini “Allah əmrinin əlləri” (əyadi-əmrullah) 
adlanan 27 köməkçiyə həvalə etdi. Beləliklə, əsasları Bəhaullah 
tərəfindən açıqlanan Abbas Əfəndi tərəfindən icra edilməyə 
başlayan bəhailiyin möhtəşəm idarəçilik sistemi olan Ədalət 
evi və məhfillər sistemi formalaşdı.
Yerli ruhani məhfillər bəhailərin mövcud olduqları şəhər lər-
də, bölgələrdə  və ya qəsəbələrdə  hər il Rizvan bay ra mının bi-
rinci günündə (21 aprel) doqquz nəfəri seçki vasitəsi ilə məhfilə 
üzv seçirlər. Seçkilər gizli və namizədlik irəli sürülmədən həyata 
keçirilir. Səsvermədə və seçkilərdə 21 yaşdan yuxarı yerli kişi və 
qadın bəhailər iştirak edirlər. Hər on doqquz gündən bir bütün 
icma üzvləri ibadət etmək, məsləhətləşmək və qarşılıqlı dostluq 
əlaqələrini möhkəmləndirmək məqsədi ilə toplanırlar. Əgər bir 
icmanın üzvləri həddindən artıq çox olarsa, şəhərin müxtəlif 
yerlərində eyni vaxtda, eyni məqsədlərlə müxtəlif yığıncaqlar 


85
Azərbaycanda tolerantlıq ənənəsi
keçirilə bilər. “On doqquzuncu gün görüşləri” hər bir bəhaiyə 
icmanın işlərinə dair öz rəyini söyləmək, onu baş qa  bəhailərlə 
müzakirə emək və məhfilə öz tövsiyələrini vermək imkanı yara-
dır. Bu görüşlər sayəsində yerli bəhainin təklifi milli məhfilə və 
hətta Ümumdünya Bəhai Ədalət Evinə də göndərilə bilər. 
Yerli bəhailər bu görüşlərdən başqa il ərzində keçirilən 
doqquz bayram günləri və  Əbdülbəhanın həyatı ilə  əlaqədar 
iki ildönümü zamanı da eyni formada toplanırlar. 
Milli ruhani məhfillər isə bəhailərin mövcud olduğu ölkə-
lər dəki mərkəzdir. Milli məhfil üzvlüyünə ikimərhələli seçkilər 
vasitəsi ilə doqquz nəfər seçilir. Seçkilər ildə bir dəfə Rizvan 
bayramının on ikinci günü (mayın ikisi) həyata keçirilir. Yer-
li məhfillər tərəfindən ölkədəki bütün bəhailər arasından gizli 
səsvermə yolu ilə seçilən müəyyən sayda namizədin doqquz 
nəfəri bir il müddətinə milli ruhani məhfilin üzvü seçilir. İkinci 
seçkini on doqquz nəfərdən ibarət nümayəndə heyəti həyata 
keçirir. Milli ruhani məhfil bəhai icmalarının işlərinin idarə 
olunması və milli miqyasda onların bütün fəaliyyətlərinin təş-
kili üçün məsuliyyət daşıyır.
Dünya bəhailərinin  əsas mərkəzi olan və ümumdünya 
bəhailərini təmsil edən Allahın Uca Ədalət Evi İsrailin Hayfa 
şəhərində yerləşir. Milli ruhani məhfil üzvləri hər beş ildən bir 
Allahın Uca Ədalət Evinə doqquz nəfərdən ibarət üzv seçirlər. 
Bəhai dünyasının ən rütbəli insanları olan bu doqquz nəfərin 
“Kitabul-əqdəs”də mövcud olmayan yeni hökmlər vermə  və 
qanunlar qoyma haqqları var. “Kitabul-əqdəs”dəki hökmləri 
dəyişdirməyə isə ixiyarları yoxdur. Verilən qərarlarda məsum 
(xətasız) hesab edilən Allahın Uca Ədalət Evi ümumdünya 
bəhailərin mənəvi sığınacaq, dini və ictimai problemlərinin 
həll edildiyi yeganə yerdir.
1
Allahın Uca Ədalət Evinin üzvləri dünya bəhailərinin işlə-
rini idarə etmək üçün hər beş ildən bir müşavirlər təyin edirlər. 
1
 
 N. Özşüca, Bahai dini, Ankara, 1967, s. 47.


86
Bəhai icması  tərəfindən hazırlanaraq 1998-ci ildə  nəşr edilən 
məlumat kitabçasında qeyd olunur ki, hazırda müşavirlərin sayı 
81 nəfərdir. Onlardan 9-u Hayfada, qalan 72-i digər qitələrdə 
(Afrikada 18, Asiyada 18, Şimali və Cənubi Amerikada 17, Avro-
pada 10, Avstraliya və Okeaniyada 9) fəaliyyət göstərir. 
Qitə kollegiyasının hər müşaviri beş il müddətinə yerli 
ruhani məhfillərə və ayrı-ayrı bəhailərə məsləhət və mükafat-
lar verilməsində müşavirlərə yardım göstərmək məqsədi ilə 
köməkçi kollegiya üzvləri təyin edirlər. Hazırda köməkçi kol-
legiya üzvlərinin sayı 702 nəfərdir.
1
Qeyd edək ki, bütün seçkilər gizli səsvermə yolu ilə keçi-
rilir. Namizədlər irəli sürülmür. Seçkiqabağı kampaniyalar və 
frak siyaların yaradılması qadağandır. Hər bir seçici seçki bül le-
tenində bəhai icmasının danılmaz düzgünlüyü, sədaqəti, sağlam 
ağlı, qabiliyyəti və təcrübə keyfiyyətlərinə görə, doqquz nəfərin 
soyadını yazmalıdır. Ən çox səs toplamış doqquz nəfər seçilir.
1963-cü ildə Allahın Uca Ədalət Evinə seçilən ilk doqquz üzv
1
 
 Bəhai icması; təməli, məqsədi və niyyəti, Bakı, 1998, s. 18-19.


87
Azərbaycanda tolerantlıq ənənəsi
Məhfil üzvlüyündən imtina etmək üçün ciddi səbəb olma-
dıqda yeni seçilmiş üzvlər onlara göstərilmiş etimadı  qəbul 
etməyə və vəzifələrini yerinə yetirməyə borcludurlar.
1
 
Bəhailiyin əsas prinsipləri
Bəhailərin üç əsas prinsipi var: Allah birdir; bəşəriyyət bir-
dir; bütün dinlərin əsası birdir. Bu prinsiplərə əlavə olaraq dini 
mətnlərdən və liderlərin görüşlərindən çıxarılan başqa prin-
sip lər də mövcuddur:
Bəhailik Allahın və Onun peyğəmbərlərinin birliyini qə-
bul edir, azad fikirliliyi dəstəkləyir, həqiqət axtarışını heç bir 
vəchlə məhdudlaşdırmır və müstəqil axtarışı təşviq edir, təəs-
sübkeşlik, mövhumat və xurafatı pisləyir, bütün ruhani tə lim-
lərin əsas məqsədini sülhə və əmin-amanlığa nail olmaq da gö-
rür, elm və dini əməkdaşlığa çağırır, kişi və qadının bəra bər 
hüququnu qəbul edir, icbari təhsil prinsipini tətbiq edir, ifrat 
yoxsulluğun və varlılığın ləğv edilməsi yollarını göstərir, insan-
lara xidmət ruhunda görülən işi Allaha sitayiş səviyyəsinədək 
yüksəldir, dini xadim institutunu (molla, keşiş, ravvin və s.) 
qəbul etmir, xalqlararasındakı ünsiyyətdə xüsusi köməkçi dil-
dən istifadə edilməsinə çağırır, ümumi sülhün yaradılması və 
saxlanılması yollarını göstərir.
Bəhailərin təqvimi Günəş ili əsasında - baharda gecə-gün-
dü zün  bərabərləşdiyi vaxtdan - Avropa təqviminə görə, bir 
qayda olaraq martın 21-dən başlayır. Bəhai ili hər biri on doq-
quz gündən ibarət on doqquz aya bölünür. Bəhai erası öz baş-
lanğıcını 1844-cü ildən, yəni Babın öz missiyasını elan etdiyi 
ildən götürür. Bəhai ilini Günəş ilinə uyğunlaşdırmaq üçün 
ona hər ildə dörd gün (uzun ildə isə beş gün) əlavə olunur. Bu 
əlavə günlər on səkkizinci ayla on doqquzuncu ayın arasına 
təsadüf edilir. “Əyyami-ha” adlanan bu əlavə günlər bəhailər 
1
 
 Bəhai icması; təməli, məqsədi və niyyəti, Bakı, 1998, s. 19.


Yüklə 79,54 Kb.

Dostları ilə paylaş:
1   ...   20   21   22   23   24   25   26   27   ...   41




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə