Azərbaycanın böyük şairi Xəlil Rzanın bizim xalqın mədəniyyətinin inkişafında böyük



Yüklə 2,49 Mb.
Pdf görüntüsü
səhifə5/113
tarix21.06.2018
ölçüsü2,49 Mb.
#50116
1   2   3   4   5   6   7   8   9   ...   113

20

1994­2014. Nə tez keçdi 20 il Xəlil Rzanın ölümündən? Sanki

dünən idi. “Gül toxumu” Xəlil Rza Ulutürk nə yaxşı ki, müstəqil

yurdumuzun münbit torpağına düşdü və cücərdi, yarpaqlandı,

qönçələndi, pardaxlandı.

Elə  bil,  dünən  idi  xalq  məhəbbətinin  timsalı  olan  saysız­he­

sabsız  əklillərin  yanında  şairin  vəsiyyətinə  uyğun  olaraq,  onun

alovlu misralarını silah kimi belimizə bağlamağımız, Xəlil Rzanın

müqəddəs ruhuna qoşularaq, Vətən, xalq, millət uğrunda onun

mübarizəsinin yüksək mərhələsini davam etdirməyimiz. Şair ya­

zırdı ki, “başlanmalıdır!” Ancaq biz elə “həmən gün” dedik:

“Başlandı, Ulutürküm!”

Və bir iqtibas da etmək istərdim Xəlil Rza Ulutürkdən:

“Davam edir 94!”

Ulu Öndərimiz ikinci dəfə Azərbaycan hakimiyyətinə 1993­

cü  ildə  qayıtdı.  Elə  bil,  Xəlil  Rza  Ulutürk  də  neçə  müddətdən

bəri bunu gözləyirdi. Ulu Öndərin qayıdışından və Azərbaycan

Respublikasının Prezidenti seçilməsindən bir il sonra bu böyük

insan  artıq  müstəqil  Azərbaycanın  taleyindən  arxayın  olaraq,

nurlu üzündəki məhrəm təbəssümü ilə bu fani dünyanın tala­

ğını verdi, qəhrəman oğlu Təbriz Xəlilbəylinin ardınca uçmağa

tələsdi dilində Dədəm Qorqud alqışıyla:

“Ağ saqqallı baban yeri uçmaq olsun!”

Bu gün biz Azərbaycan xalqı olaraq 1994­cü ildə böyük şai­

rimiz Xəlil Rza Ulutürklə bağladığımız əhd­peymanı sədaqətlə

qoruyuruq,  Xəlil  Rza  ömrünün  1994­cü  ildə  başlamış  “yüksək

mərhələsini” davam etdiririk. Bu mənada, əlbəttə, belə deməyə

tamamilə haqqımız var:

“Davam edir 94!”

Heydər Əliyev epoxasının tribun şairi kimi, Xəlil Rza Ulu­

türk yaradıcılığına epik genişlik xasdır. Buna epoxal ideya­este­



21

tik düşüncənin bəhrəsi kimi də baxmaq olar. Bu yöndən şairin

yaradıcılığı Azərbaycan ədəbi­nəzəri fikrində kifayət qədər araş­

dırılmış, dəyərləndirilmişdir. Yüzlərlə məqalə, onlarla kitab və

monoqrafiyalar yazılmışdır.

Görkəmli ədəbiyyatşünas­alim və tənqidçi, akademik Bəkir

Nəbiyevin  2001­ci  ildə  bitirdiyi  və  özünün  qeyd  etdiyi  kimi,

üzərində iki il yarım çalışdığı əsər (İstiqlal şairi (Xəlil Rza Ulutür­

kün həyatı, mübarizəsi və ədəbi irsi). Bakı, 2009), o zamanadək

yazı­pozu  sahəsində  düz  əlli  illik  təcrübəsi  olan  bərkdən­

boşdan çıxmış bir qələmin elm aləminə layiqli bir bəxşişi kimi

səciyyləndirilə  bilər.  Sözün  klassik  mənasında  monoqrafiya

(mono – bir, qrafiya – yazıram) janrının bütün formal və qeyri­

formal tələblərinə cavab verən bu elmi yaradıcılıq örnəyi, doğru­

dan da, bir böyük şəxsiyyət haqqında bir böyük şəxsiyyətin bir

mövzu ətrafında qələmə aldığı əsər kimi yadda qalır.

Bir qədər şablon səslənsə də, demək zorundayam: tədqiqat ob­

yektini analitik təfəkkür süzgəcindən keçirən müəllif, qarşıya qoy­

duğu əsas elmi məqsəd və vəzifələri, dəqiqliklə müəyyənləşdirdiyi

altı sanballı fəsildə gerçəkləşdirməyə nail olmuşdur. Təbii ki, bu altı

fəsli öndən və sondan ön söz və son söz əvəzi qapsamaqla, böyük

zəhmət və istedad bahasına toxunmuş bu söz xalısının incə naxışla­

rı üçün zərif saçaq funksiyasını tam bir ləyaqətlə yerinə yetirmişdir.

Bunun başqa cür ola biləcəyi adamın heç təsəvvürünə də sığışmır.

Ümumilikdə əsərin oxunuşu, Xəlil Rza Ulutürkün həyat və ya­

radıcılığına bütün yönləri ilə bələd olmağa kifayət dərəcədə imkan

yaradır. Xəlil Rzanın zəngin irsinin elmi tədqiqatları davam edir.

Artıq  onun  çoxşaxəli  yaradıcılığına  həsr  olunmuş  ilk  doktorluq

dissertasiyası  da  müdafiə  olunub.  Professor  Əlizadə  Əsgərlinin

“Milli ideal mücahidi” (B., Elm, 2005) və “Xəlil Rzanın poetikası”

(B., Təhsil, 2012) monoqrafiyaları xəlilşünaslığa layiqli töhfədir.



22

Aydındır ki, çağdaş Azərbaycan ədəbiyyatının və elmi­pub­

lisistik fikrinin ən böyük nümayəndələrindən biri olan Xəlil Rza

Ulutürkün həyat və fəaliyyətinə hələ bundan sonra da neçə­neçə

sanballı tədqiqat əsəri həsr ediləcək, bu böyük sənətkarın orijinal

yaradıcılığı Azərbaycan oxucusunun masaüstü kitabı olaraq qa­

lacaqdır. Xəlil Rza Ulutürkün zindanda qələmə aldığı şeirlərinin

birində belə misralar var:

Qaldırın bu ağır daşı üstümdən,

Göygöldən su səpin bu yanar cana.

Bəlkə eraların başı üstündən

Mən bir də gələcəm Azərbaycana!

Bu gün xalq şairinin canından artıq sevdiyi ana yurdunda onun

bir ucu əbədiyyətə bağlanan ikinci ömrü, ən gözəl həyatı davam

etməkdədir. Ulutürk əbədi olaraq Azərbaycandadır! Bu babətdən

yanaşdıqda Xalq Bankın gerçəkləşdirdiyi “Xalq Əmanəti” layihəsi

əsasında Xəlil Rza Ulutürkün “Seçilmiş əsər lə ri”nin işıq üzü görməsi

xalqımızın qədirşünaslıq aktlarından biri kimi dəyərləndirilməlidir.

Bir çox başqa klassiklərimiz kimi, Xəlil Rza Ulutürk də xal­

qımız üçün qənimət və əmanət sənətkarlardandır və “əmanətə

xəyanət olmaz!” deyimi də məhz bu nəşrin köməyi ilə bir daha

təsdiqini  tapacaq.  Xəlil  Rza  ömrünün  20  ildən  bəri  başlanmış

“yüksək mərhələsi” kimi!

Teymur KƏRİMLİ

Akademik



23

Biz türkləriz, vətənimiz başdan-başa yer kürəsi,

Bayrağımız al günəşdir, çadırımız göy qübbəsi!

UCALIQ



24

XƏLİL RZA ULUTÜRK  

SEÇİLMİŞ ƏSƏRLƏRİ



SONRA...

Mən öləndən sonra ikinci ömrüm,

Ən gözəl həyatım başlanmalıdır.

Sən ey tabutumun girib altına

Günəşi çiyninə alan bahadır!

Sanma soyuq qəbrə biryolluq uyam,

Nə göz yaşı gərək, nə kədər, nə qəm.

Elə hesab elə gül toxumuyam,

Torpağa düşdümmü, cücərəsiyəm.

Nə fitnə qalacaq, nə şər qalacaq

Onların cövrünü sağlıqda bildim.

Qəbrimin üstündə mərmər qalacaq,

Bir də mərmər kimi iki yüz cildim.

Əklillər yanında dayandığın an,

Yurdun tarixini bir də varaqla.

Silahın yoxdursa, bir misramı an,

Ya da kəmər kimi belinə bağla!

Sonra qoşul mənə elə həmən gün,

Hara? Arif olan işdən halıdır:

Mən öləndən sonra mənim ömrümün

Yüksək mərhələsi başlanmalıdır!

28 may, 1979

SƏNİN CAVABIN

Harda pisləsələr Xəlil Rzanı,

Harda zayıldasa bir nakəs, ya kəm,

Sən bircə söz söylə təmkinlə, möhkəm,

Söylə: ­ Xəlil Rza Azərbaycandır!

Bəlkə deyəcəklər: səbri çatışmır,




Yüklə 2,49 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   113




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə