Bariş BƏYİN Əhvalati panika pozuntusu



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə12/43
tarix17.09.2017
ölçüsü2,8 Kb.
#458
1   ...   8   9   10   11   12   13   14   15   ...   43

PANİKA POZUNTUSU
42
Özləm üçün xüsusi bir təhlükə yoxdur. Düz başa düşdüm?
– Bəli, həkim də bunu demişdi. Genetik faktorlar başqa faktorlar-
la birləşəndə təhlükə yaranır.
Barış bəy bir az fikirli, ancaq bir az rahatlanmış səslə:
–Bəlkə məndə ayrılıq vahiməsi, vahiməyə qarşı həssaslıq, şəxsi 
xarakterim, acı hadisələr hamısı birləşib və xəstələnməyimə səbəb 
olub, – dedi. 
– Məncə də, – dedi Zeynəb xanım, – bu dediklərin düzdür. Bir 
tərəfdən dolanışıq çətinliyi, bir tərəfdən nəqliyyat problemləri, bir 
tərəfdən işinə çox önəm verməyin və çox vaxt ayırmağın, şəxsi key-
fiyyətlərin... Bunların hamısı birlikdə səni psixi olaraq yormuş ola 
bilər.
– Təşəkkür edirəm Zeynəb, əzizim. İndi suallarımın cavabları 
mənim üçün daha aydın oldu.
– Barış, artıq yataqmı? Yatıb dincəlsən, yaxşı olar.
Barış bəy gülümsəyib:
–Oldu, canım, – dedi. – Yaxşı olar. 
Bu axşam ilk dəfə idi ki, gülümsəyirdi.


43
4
Panika pozuntusunun müalicəsi və xəstənin qohumu 
olmaq
Barış bəy ikinci gəlişində sanki özünü daha rahat hiss edirdi. Xanı-
mıyla birlikdə gəlmişdilər. Gözləmə salonu bir az daha doğma gəldi. 
Müalicəsinin gələcəyi ilə bağlı daha ümidli idi. Özü sağalmaq istəyir-
di, həyat yoldaşı ona dəstək olurdu, həkim kifayət qədər diqqət göstə-
rirdi. Bilirdi, nəticə müsbət olacaq.
Keçən həftə olduğu kimi həkim yenə onları xoş təbəssümlə qarşı-
ladı. 
– Xoş gəlmisiniz, – dedi, – bu bir həftə necə keçdi, Barış bəy? 
– Elə də pis olmadı, – Barış bəy sakit bir səslə cavab verdi. – Bir 
dəfə panika tutması oldu. Sanki əvvəlkilərdən bir az daha yüngül idi 
və sanki daha qısa sürdü. Pis hesab olunan şey odur ki, fiziki əhval-ru-
hiyyəmə daha çox fikir verirəm və davamlı olaraq bir panika tutması-
nın olacağı barədə fikriləşirəm.
– Gələcək görüşlərimizdə bunları və həll yollarını müzakirə edə-
cəyik. Davranışınızda diqqətinizi çəkən hər hansı bir dəyişiklik baş 
veribmi?
– İlk panika tutmasının olduğu ağacın yanından bu həftə keçə bil-
mədim, onun qarşısındakı səki ilə getdim. 
– Niyə başqa səkiyə keçdiniz? 
– O ağacın yanından keçsəm, sanki yenidən bir panika tutması ola-
caqmış kimi bir hissə və fikrə qapıldım. Bundan qorxdum.
Həkim başını yellədi: 
– Haqlısınız. Panika tutması keçirənlərdə nəyi isə xatırladan ob-
yektlər yeni bir panika tutmasını yarada bilər. Həmin obyektlərdən 
uzaq gəzmə hərəkətləri adətən tez-tez rast gəlinən haldır. Lakin bu 
məsələnin həlli deyil. Heç kim sizi o səki ilə getməyə məcbur edə bil-
məz. Başqa bir panika tutmasından qaçmaq cəhdi nəticəsində daha 
əvvəl panika tutmasının olduğu yerlərdən və ya vəziyyətlərdən uzaq 
olmağı öyrənirsiniz. Bu, daimi xarakter ala bilər və sizi evdən çölə çıxa 
bilməyəcək bacarıqsız bir adama çevirə bilər. Bu vəziyyət aqorafobiya 
adlanır. 
– Aqorafobiya nədir? 
PANİKA POZUNTUSUNUN MÜALİCƏSİ VƏ XƏSTƏNİN QOHUMU OLMAQ


PANİKA POZUNTUSU
44
– Aqorafobiya sözünün mənası açıq məkan qorxusu deməkdir. 
Daha düzgün tərifini belə verə bilərik: İnsanın özünü qorxu və təh-
lükə içində hiss etdiyi, asanlıqla qaçıb xilas ola bilməyəcəyini düşün-
düyü yerlərdə və hallarda keçirdiyi hissdir. Buna görə də insan elə yer-
lərdən və elə vəziyyətlərdən uzaq olmağa çalışır. Məsələn, izdihamlı 
bir hipermarketdə, təyyarədə, tək qalanda, açıq məkanda, növbədə 
gözləyəndə, qatara minəndə və bu kimi hallarda. Bir panika tutması 
daim bu hallardan dərhal qaçma davranışını formalaşdırır. Vaxt keç-
dikcə insanın ünsiyyət sahəsi daralır və sərəncamında ancaq evi qala 
bilər, o evə bağlı vəziyyətə düşər. Belə bir vəziyyət həyatı son dərə-
cə daraldır. Bu məsələdə vacib olan məqam odur ki, insan bu hallarla 
qarşılaşmadan onların öhdəsindən necə gələ biləcəyini öyrənə bilmir.
– Məndə də aqorafobiya varmı? – deyə Barış bəy soruşdu. 
– Bunu siz də deyə bilərsiniz, xeyr, sizdə aqorafobiya yoxdur. Lakin 
müalicə olmasanız, gələcəkdə yarana bilər. İndi qaldığımız yerdən da-
vam edək. Keçən həftə axırda müalicələrdən danışmağa başlamışdıq. 
Müalicəylə əlaqədar olaraq nə soruşmaq istəyirsiniz?
 Barış bəy cavabında: 
– Həkim, keçən həftə müalicənin orta hesabla neçə müddət davam 
edəcəyi, görüşlərin intervalı haqqında məlumat vermişdiniz. Qeyd et-
mişdiniz ki, medikamentoz müalicəsi ilə yanaşı, psixoterapiyanın da 
tətbiqi ən yaxşı nəticəni verən metoddur. Ümumiyyətlə müalicənin 
hansı faydaları olacaq, ümid nəyədir?
Həkim beynindəki fikirləri sanki sahmana salaraq bir anlıq düşün-
dü: 
– Bunlar iki əsas metoddur. Bu metodlarla yanaşı vahimə səviy-
yəsini azaltmağa kömək edəcək əlavə müalicələr barədə də məlumat 
verəcəyəm. 
Əvvəlcə dərmanlardan başlayaq. Dərmanlardan gözlədiyimiz fay-
da panika tutmasının qarşısını almaqdır. Həqiqətən də panika tutma-
sının qarşısının alınmasında dərmanların xeyri olur. Xüsusilə başlan-
ğıcda panika tutmasını dəf etmək üçün dərmandan mütləq istifadə 
etmək lazımdır. Lakin dərmanlar tək başına daimi yaxşılaşmanı təmin 
etməyəcək. Uzun müddətli müalicələrdə dərmanlarla əlaqədar üç 
məsələ əhəmiyyət daşıyır: 
Birincisi, daimi yaxşılaşma üçün dərmanların təsiri mübahisəlidir. 


45
İkincisi, dərmanlar panika tutmasının altında yatan səbəblərə təsir 
edə bilmir. 
Üçüncüsü, dərmanlar panika tutması ilə mübarizədə sizin məsu-
liyyətinizi və cəsarətinizi artırmır.
–Buna görə də təkbaşına dərmandan istifadə müalicə üçün kifayət 
etmir, – Barış bəy dedi. 
– Bəli, bir tərəfdən dərmandan istifadə mütləq vacibdir və faydalı-
dır, bununla yanaşı uzun müddətli istifadədə təsirinin az olduğu fik-
rinə qapıla bilərsiniz və bu da özünüzə olan inama mənfi təsir edər.
O vaxta qədər susan Zeynəb xanım: 
–Keçən həftə vaxt çatmadığı üçün danışa bilmədik. Hansı dər-
manlardan istifadə edilir? Bunların kənar təsirləri nələrdir? Məsələn, 
bu dərmanlar asılılıq yaradırmı? Təsiri necə olur? – deyə soruşdu.
– Panik pozuntusunda əsasən istifadə edilən dərman qrupu anti-
depressantlardır. Ən çox istifadə edilən alt qruplar serotonin vasitəsilə 
təsir edənlər (serotoninin geriyə tutulmasının selektiv inhibitoru – 
SSRİ) və MAO (monoaminoksidaza) inhibitorlarıdır. SSRİ qrupun-
dakı dərmanlar ən çox istifadə olunan dərman preparatlarıdır. Bu dər-
manlar vahimə, əhval-ruhiyyə və aqressiv davranışları aradan qaldırır. 
Əgər düşünsək ki, panika tutması simptomları da əsasən vahimə simp-
tomlarıdır, o zaman bunun necə təsir etdiyi aydın ola bilər. Türkiyə-
də klassik MAO inhibitorları olmadığı üçün onlardan bəhs etməyə-
cəyəm. Bunlardan başqa vahiməni aradan qaldırmaq üçün müxtəlif 
dərman vasitələrindən və vahimələrin bədəndəki fiziki əlamətlərinə 
əsasən dərman preparatlarından istifadə edilə bilər. Hər dərmanın az–
çox kənar təsiri vardır. Bu kənar təsirlərin müşahidə olunma ehtimalı 
və dərəcəsi adamdan-adama dəyişə bilər. Əvvəlcə qeyd etməliyik ki, 
antidepressantlar asılılıq yaratmır, lakin kənar təsirlərin səbəb olduğu 
narahatedici əlamətlər zamanla azalır və xəstəni narahat etmir. Anti-
depressantların ən çox müşahidə olunan kənar təsirləri arasında bi-
rinci həftədə vahimələrin artması, baş ağrısı, iştah və yuxu pozuntusu, 
cinsi funksiyaların pozulmasını qeyd etmək lazımdır. Keçən həftə sizə 
yazdığım dərmanın insanın gündəlik işlərinin icrasına elə də ciddi tə-
siri olmamalıdır.
 Həkim bir az nəfəsini dərib, deyəcəyi sözlərin daha təsirli olmasını 
istəyirmiş kimi bir az gözlədi: 
PANİKA POZUNTUSUNUN MÜALİCƏSİ VƏ XƏSTƏNİN QOHUMU OLMAQ


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   8   9   10   11   12   13   14   15   ...   43




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə