Dərs vəsaiti Azərbaycan Respublikası Təhsil Nazirliyinin 65 saylı 23. 01. 2001-ci IL tarixli əmri ilə



Yüklə 1,29 Mb.
Pdf görüntüsü
səhifə43/65
tarix24.12.2017
ölçüsü1,29 Mb.
#18028
növüDərs
1   ...   39   40   41   42   43   44   45   46   ...   65

təhlilin  əsası  olmaqla,  sosial-iqtisadi  ərazi  sistemlərinin  inkişafında  bir  nov  hərəkətverici  mexanizm  rolunu  oynayır.  O 

qeyd  edir  ki,  butovun  hər  cur  dəyişməsi  istər  kəmiyyətcə,  istərsə  də  keyfiyyətcə,  bu  və  ya  digər  dərəcədə  onun  tərkib 

hissəsinə təsir edir. Coğrafi əmək bolgusu həmin dəyişiklikləri bir yerdən başqa yerə kecirən mexanizmdir.  

Baranski muxtəlif olkələrin iqtisadi rayonlarının oyrənilməsinə boyuk diqqət yetirərək muqayisə və kartoqrafik 

metodlardan  geniş  istifadə  edirdi.  O,  belə  hesab  edirdi  ki,  rayonların  xususiyyətlərini  aydınlaşdırarkən  onların 

«ozulunə-əsasına»  (nəqliyyat  şəbəkəsinə  və  şəhərlərə)  həlledici  yer  vermək  lazımdır.  Baranski  şəhərlərin  iqtisadi-

coğrafi cəhətdən oyrənilməsi metodlarını işləyib hazırlamışdır.  

Baranskinin  iki  cildli  secilmiş  əsərləri  1983-cu  ildə  nəşr  edildi.  Bu  kulliyyatda  «İqtisadi  coğrafiya»,  «İqtisadi 

kartoqrafiya»,  «Orta  məktəblərdə  iqtisadi  coğrafiya  və  iqtisadi  kartoqrafiyanın  tədrisi  metodikası»  kimi  qiymətli 

əsərləri toplanmışdır.  

Baranskinin  rəhbərliyi  ilə  SSRİ  Coğrafiya  Cəmiyyətinin  Moskva  şobəsi  yaradılmışdır.  Bu  şobə  «Voprosı 

qeoqrafii» adlı illik toplu buraxırdı. Bu topluda vacib problemlərin həllinə dair Moskva alimlərinin məqalələri cap 

edilirdi.  

Onun təşəbbusu ilə 1934-cu ildən «Məktəb coğrafiyası» («Qeoqrafiya v şkole») jurnalı nəşr edilir. Bu jurnalın 

coğrafiyanın tədrisində və coğrafiya elminin inkişafında cox boyuk rolu olmuş və olmaqdadır. 1934-1948-ci illərdə 

həmin jurnalın redaktoru N.N.Baranskinin ozu olmuşdur.  

N.N.Baranskinin  ən  yaxın  əməkdaşlarından  olan  N.N.Kolosovski  (1891-1954)  birinci  beşillik  planın 

tərtibcilərindəndir. O, iqtisadi rayonların kompleks quruculuq işlərinin layihələrini hazırlamışdır.  

1940-cı  illərin  sonunda  Baranski  onu  MDU-ya  dəvət  etmişdir.  Alim  burada  iqtisadi  rayonlaşdırma  kursunu 

yaratmış  və  ilk  dəfə  onun  tədrisinə  başlamışdır.  Onun  iqtisadi  rayonlaşdırma  nəzəriyyəsi  indi  də  ali  məktəblərdə 

tədris olunur.  

Kolosovski olkədə ilk dəfə ərazi-istehsal kompleksləri (ƏİK) nəzəriyyəsini irəli surmuşdur. Onun hazırladığı planlar 

əsasında Ural-Kuznetsk kombinatı (kompleksi)  yaradılmışdır. O,  ərazi-istehsal kompleksləri  (ƏİK) dedikdə, cəmiyyətdə 

muəyyən ictimai əməyin təşkilinin coğrafi və texniki formasını başa duşurdu. Bu forma enerji və maşınla təmin edilmiş, 

muəyyən təbii sərvətlərin uyğunluğu olan, bir-birini tamamlayan istehsal obyektlərinin ərazi butovluyudur. ƏİK-lər vahid 

ərazi-istehsal sistemi olub bu sistemə daxil olan elementlərin (muəssisələrin) bir-birilə əlaqəsindən yaranan ərazi birliyidir. 

Belə  ƏİK  təşkili  və  inkişafı  oradakı  movcud  enerji  –  istehsal  silsilələrinin  inkişaf  səviyyəsindən  asılıdır.  Beləliklə  o, 

iqtisadi  coğrafiyaya  ərazi  istehsalat  kompleksləri,  enerji  istehsal  silsilələri  (EİS)  iqtisadi  rayonların  təşkili  kimi  muhum 

coğrafi anlayışlarını gətirmişdir.  

N.N.Baranskinin  tələbəsi  və  iqtisadi  coğrafiyanın  nəzəri  problemlərinin  tədqiqatcısı,  iqtisadi  coğrafi 

mərkəzlərin  təşkilatcılarından  biri  də  Y.Q.Sauşkin  (1911-1982)  olmuşdur.  O,  Baranskidən  sonra  25  ildən  artıq 

MDU-da SSRİ-nin iqtisadi coğrafiyası kafedrasına rəhbərlik etmişdir.  

Y.Q.Sauşkin  «Coğrafi  ocerklər»,  «Moskva»,  «İqtisadi  coğrafiyaya  giriş»,  «Coğrafiyanın  tarixi 

metodologiyası»,  «Coğrafiya  elminin  kecmişi,  bu  gunu  və  gələcəyi»,  «İqtisadi  coğrafiyanın  tarixi,  metodları  və 

praktikası»  adlı  qiymətli  əsərlər  yazmış,  kecmiş  Sovet  İttifaqının  muxtəlif  rayonları  ucun  yuksək  ixtisaslı  kadrlar 

hazırlamışdır.  

Y.Q.Sauşkində mahir təşkilatcılıq qabiliyyəti vardı. O, coğrafiyanın muxtəlif problemlərinin həlli ucun kecmiş 

Sovet  İttifaqında  kecirilmiş  simpoziumların,  elmi  sessiyaların  təşəbbuskarı  və  rəhbəri  olmuşdur.  İqtisadi  coğrafi 

tədqiqatlarda riyazi metodlardan geniş istifadə edilməsi novator alimin adı ilə bağlıdır.  

N.N.Baranskinin  MDU-da  ən  yaxın  əməkdaşlarından  olan  və  onunla  birlikdə  pedaqoji  fəaliyyətə  başlamış 

İ.A.Vitverin  də  (1891-1956)  MDB  məkanında  iqtisadi  coğrafiyanın  yaranmasında  xidmətləri  boyukdur.  O,  ali  və  orta 

məktəblərdə xarici olkələrin iqtisadi coğrafiya kursunun tədrisinin əsasını qoymuş, «Xarici olkələrin iqtisadi coğrafiyası» 

dərsliyini yazmışdır. Tədris ədəbiyyatı kimi qiymətli olan bu əsər 16 dəfə yenidən nəşr edilmişdir. Vitver bir sıra olkələrin 

coğrafiyası haqqında maraqlı əsərlər nəşr etdirmiş, Moskva Universitetində xarici olkələrin coğrafiyası kafedrasını təşkil 

etmişdir. Geniş dunya goruşunə malik, mədəni, bilikli və təşkilatcı bir alim olmuşdur.  

Kecmiş  sovetlərin  iqtisadi  coğrafiyasının  qocaman  alimlərindən  biri  R.M.Kabo  (1887-1957)  uzun  muddət 

Moskva  Pedaqoji  İnstitutunun  professoru  olmuşdur.  Əhali  coğrafiyasının  tədqiqatcısı  kimi  tanınan  R.M.Kabo 

Moskva  ali  məktəblərində  bu  elm  sahəsi  uzrə  muhazirələr  oxumuşdur.  Onun  «Təbiət  və  insan,  onların  qarşılıqlı 

munasibəti»,  «Sosial və  mədəni coğrafiya»,  «Qərbi Sibirin  şəhərləri»,  «Tarixi-iqtisadi-coğrafi ocerklər» və  s. kimi 

əhəmiyyətli  əsərləri  vardır.  Muasir  iqtisadi  və  sosial  coğrafiya  coxsahəli,  geniş  diapazonlu  elmə  cevrilmişdir. 

A.N.Rakitnikov  və  K.İ.İvanov  tərəfindən  əsası  qoyulmuş  kənd  təsərrufatı  coğrafiyasında,  İ.V.Stepanov  və  A.T.Xruşşov 

tərəfindən  yaradılmış  sənaye  coğrafiyasında,  S.A.Kavalyov,  V.V.  Pokşişevskinin  yaratdıqları  əhalinin  məskunlaşması 

coğrafiyasında və s. sahələrdə, A.Mints tərəfindən ilk dəfə formalaşdırılmış təbii şərait və ehtiyatların qiymətləndirilməsi, 

onlardan səmərəli istifadə edilməsi məsrəflərinin işlənib hazırlanmasında boyuk nailiyyətlər qazanılmışdır. Son zamanlar 

iqtisadi coğrafiyada sosial istiqamət genişlənib, xidmət coğrafiyası və s. kimi yeni sahələr yaranmışdır.  

Hazırda  xarici  olkələrin  oyrənilməsinə  də  cox  diqqət  yetirilir.  Rusiya  Elmlər  Akademiyasının  Amerika  və 

Kanada,  Latın  Amerikası  olkələri,  Şərq  olkələri  institutlarında  və  coğrafiya  institutlarında  xarici  olkələri  oyrənən 

ayrıca  şobələr  yaradılmışdır.  Bir  sıra  ali  məktəblərdə  xarici  olkələrin  iqtisadi  coğrafiyası  kafedraları  fəaliyyət 

gostərir.  

5.4. Muasir coğrafiya XX əsrin 90-cı illərində  

70-ci illərdən başlayaraq iqtisadi və sosial coğrafiya elmi humanizm və sosial təsisatlar prinsipinin uzərinə qayıdır. Bu cox 

əhəmiyyətli  məsələdir.  Belə  ki,  texnokratiyanın  ustələdiyi  sovet  cəmiyyətində  həmin  prinsip  kolgədə  qalmışdır.  Hələ  60-cı 

illərdən  bunu  gorən  N.N.Baranski  acıq  şəkildə  «insansız  coğrafiyanın»  əleyhinə  cıxış  etmişdir.  İstehsal  sahələrini  oyrənən 

iqtisadi  coğrafiya  tədricən  oz  tədqiqat  obyektinə  sosial  sahələrin  coğrafiyasını  da  əlavə  edir.  Elmin  mahiyyətinin 



Yüklə 1,29 Mb.

Dostları ilə paylaş:
1   ...   39   40   41   42   43   44   45   46   ...   65




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə