Dərs vəsaiti. Bakı, 2012, 325 səh. Rəyçilər: iqtisad elmləri doktoru, prof



Yüklə 2,48 Mb.
Pdf görüntüsü
səhifə10/68
tarix17.09.2018
ölçüsü2,48 Mb.
#69119
növüDərs
1   ...   6   7   8   9   10   11   12   13   ...   68

uzunluğu günlə hesablanır. Dövretmə müddəti nə qədər qısa 
olsa, müəssisənin maliyyə vəziyyəti bir o qədər  yaxşı olur. 
Dövretmə  sürəti  istehsalın  ahəngdarlığından,  alıcılar 
tərəfindən  pul  vəsaitlərinin  vaxtında  daxil  olmasından, 
istehsalın təşkili formasından bilavasitə asılıdır. Müəssisənin 
məhsuluna  olan  tələb  aşağı  olduqda  və  yaxud  satılmış 
məhsula görə pul vəsaitləri vaxtında daxil olmadıqda debitor 
bordan  artır,  dövriyyə  aktivlərinin  dövretmə  sürəti  aşağı 
düşür.  Bütün  bunlarla  yanaşı  dövriyyə  vəsaitlərinin 
çatışmaması  istehsalın  ahəngdarlığını  pozur,  texnoloji 
prosesdə  boşdayanma  yaranır  və  istehsal  olunan  məhsulun 
maya  dəyəri  artır,  mənfəətin  məbləği  isə  azalır.  Eyni 
zamanda  dövriyyə  vəsaitlərinin  artıqlığı  onun  dövretmə 
sürətini aşağı salır. Çünki onun artıq hissə dövretmədə iştirak 
etmir və yaxud hazır məhsul istehsal edilmir. 
Dövriyyə 
vəsaitlərinin 
dövretməsinin 
qiymətləndirilməsi bütün dövriyyə aktivləri üzrə deyil, onun 
ayrı-ayrı 
elementləri 
üzrə 
apanlması 
daha 
məqsədəuyğundur.  Ona  görə  də  istehsal  ehtiyatlarının, 
debitor  borclarının,  pul  vəsaitlərinin  dövretməsi  aynca 
araşdırılıb öyrənilir. 
Dövriyyə  aktivləri  arasında  ayrı-ayn  elementlərin 
dövretməsinin  müqayisə  edilməsi  debitor  və  kreditor 
borcları  haqqında  geniş  məlumat  verir.  Debitor  borclann 
alınması  kreditor  borcların  ödənilməsi  mənbəyi  kimi  çıxış 
edir. Əgər debitor borcların dövretməsi kreditor borcların 
41 


dövretməsindən  yavaşdırsa,  bu  o  deməkdir  ki,  alıcı  və 
malgöndərənlərlə  hesablaşma  yaxşı  səviyyədə  deyildir. 
Əksinə əgər debitor borcları kreditor borclarına nisbətən tez 
dövr  edirsə,  bu  zaman  müəssisədə  sərbəst  pul  vəsaitləri 
əmələ  gəlir.  Müəssisə  üzrə  dövriyyə  aktivləri  və  kreditor 
borclarının  dövretməsinin hesablanması aşağıdakı cədvəldə 
göstərilmişdir (Cədvəl 3.1). 
Cədvəl 3.1 
Müəssisənin debitor və kreditor borclarını xarakterizə 
edən 

 
G ö s t ə r i c i l ə r
 
Ölçü vahidi
 
Göstəricinin
 
səviyyəsi
 
1.
 
Ahcılann debitor borclarının orta qalığı
 
min man.
 
3751
 
2.
 
Ehtiyatlann orta qalığı
 
 
987
 
3.
 
Malgöndərənlərin  kreditor  borclannm  orta 
qalığı
 
 
658
 
4.
 
Satışdan alınan pul vəsaitləri
 
 
24021
 
5.
 
Satılmış məhsula çəkilən material xərcləri
 
 
4818
 
6.
 
Ehtiyat qalığımn dəyişilməsi
 
 
+327
 
7.
 
Birgünlük satışın həcmi (4:360)
 
 
66,7
 
8.
 
Birgünlük material xərcləri və ehtiyat
 
tl
 
14,3
 
 
qalığının dəyişilməsi (sət.5+sət.6/360)
 
 
9.
 
Debitor borclann dövretməsi (sət. 1 :sət.7)
 
RÜn
 
56,2
 
10.
 
Ehtiyatların dövretməsi (sət.2:sət.5x360)
 
 
73,7
 
U.
 
Kreditor borcların dövretməsi (sət.3:sət.8)
 
 
46,0
 
Cədvəldən göründüyü kimi, malgöndərənlə alıcı 
arasında olan hesablaşma heç də qənaətbəxşedici dərəcədə 
olmamışdır. Ehtiyatlann dövretməsi kreditor, hətta debitor 
borclannm dövretməsinə nisbətən xeyli aşağıdır. Bu isə onu 
göstərir ki, müəssisə üzrə xeyli ehtiyat artıqlığı vardır. 
42 


Debitor  və  kreditor  borclannın  dövretməsinin 
müqayisə  edilməsi  müəssisənin  maliyyə  vəziyyətini 
qiymətləndirmək  üçün  mühüm  əhəmiyyət  kəsb  edir. 
Debitorlardan  pul  vəsaitinin  daxil  olmasına  nisbətən 
kreditorlara  daha  çox  vəsait  ödənilirsə,  bu  zaman  müəssisə 
üzrə  dövriyyədə  pul  vəsaitləri  çatışmamazlığı  baş  verir. 
Əksinə  olduqda  isə  müəssisə  üzrə  artıq  pul  əmələ  gəlir  ki, 
onu da başqa istiqamətlərə yönəltmək məqsədəuyğun hesab 
edilir. 
Son  zamanlar  debitor  borclannın  idarə  edilməsində 
faktorinq əməliyyatlarından istifadə edilməyə başlanmışdır. 
Faktorinq ~ debitor borclannın bank və yaxud maliyyə 
kompaniyalanna  birbaşa satılmasıdır. Bu zaman alıcı bütün 
kredit risklərini öz üzərinə götürür. Satıcının əldə etdiyi gəlir 
debitor  borclann  normal  dəyərindən  komission  dəyəri 
çıxıldıqdan sonra yerdə qalan məbləğə bərabər olur. 
Faktorinq aşağıdakı üstünlüklərə malik olur: 
1)
 
pul vəsaitlərini daha tez təqdim etmək
2)
 
debitorlan  ödəmə  qabiliyyətini  qiymətləndirmək 
funksiyasından azad etmək
3)
 
balans strukturunu yaxşılaşdırmaq. 
Faktorinqin çatışmayan cəhətləri: 
1)
 
xidmətin yüksək dəyərə malik olması; 
2)
 
alıcılarla qarşılıqlı əlaqənin mürəkkəbləşməsi. 
Faktorinqdən başqa debitor borclarına hüquq 
43 


verilməsi  haqqında  müqavilə  də  mövcud  olur.  Belə 
müqaviləyə  uyğun  olaraq  debitor  borclarına  şəxsi  hüquq 
verilmir.  Kreditor  bu  zaman  debitor  borclannın  nominal 
məbləğinin  50-85%  ssuda  kimi  verir.  Debitor  borclarının 
verilməsi 
haqqında 
müqavilənin 
üstünlükləri 
pul 
vəsaitlərinin  daha  tez  alınmasını  təmin  etməklə  alıcılarla 
münasibətlərin 
pisləşməsindən 
uzaqlaşmağa 
imkan 
yaradılmasından  ibarətdir.  Çatışmayan  cəhət  isə  ondan 
ibarətdir  ki,  müqavilə  üzrə  xərclər  yüksək  olur  və  kredit 
risklərinin  hamısını  özü  daşıyır.  Ümumiyyətlə,  kreditor 
borclannın  dövretməsi  ilə  müqayisədə  debitor  borclarının 
dövretməsi  ləng  olduqda  müəssisə  aşağıdakı  üç  variantdan 
birini seçir: 
ä) Dövriyyədə çatışmayan pul vəsaitlərini kredit kimi 
götürmək; 
b)
 
Bank və yaxud maliyyə kompaniyalan ilə faktorinq 
müqaviləsi bağlamaq; 
c)
 
Bank  və  yaxud  maliyyə  kompaniyalan  ilə  debitor 
borclanna  hüquq  verilməsi  (girov)  haqqında  müqavilə 
bağlamaq. İndi isə göstərilən variantlann hansının müəssisə 
üçün sərfəli olduğunu nəzrdən keçirək. 
1.
 
Müəssisə  debitorlardan  müddətinə  görə  borclann 
ləngdaxil olması ilə əlaqədar olaraq dövriyyədə çatışmayan 
pul  vəsaitlərini  kredit  götürür.  Müəssisənin  ümumi  balans 
məlumatlanna  görə  təhlil  edilən  dövrün  axmna  çatışmayan 
vəsaitləri müəyyən edirik: 
44 


Yüklə 2,48 Mb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   ...   68




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə