Dərslik adu-nun vəsaiti ilə çap olunur. Bakı Mütərcim 2017 Elmi redaktor



Yüklə 3,62 Mb.
Pdf görüntüsü
səhifə67/177
tarix23.12.2022
ölçüsü3,62 Mb.
#97743
növüDərs
1   ...   63   64   65   66   67   68   69   70   ...   177
Adil Babayev

d, z, v, a, z).
Qalanı isə dörd Ģəkillidir. Dörd Ģəkilli hərflər 
birləĢmənin (sözlə birləĢməni eyniləĢdirməməli) 
əvvəlində, həm ortasında, həm də tək iĢlənir. Ərəb 
əlifbasının üstün cəhətləri çoxdur: Tez yazılır, az yer 
tutur, sağdan sola yazmaq daha asan olur, əbcəd hesabı 
ilə tarixləri müəyyənləĢdirmək olur, Yəni hər bir hərfin 
rəqəmlə ifadə edilən mənası var, səsləri düzgün iĢarə 
etmək olur və s. Bu əlifbanın çatıĢmayan cəhətləri də 
vardır: yazı yalnız sami dillərin səs sistemini əhatə edir, 
burada sait səslər yazılmır, deməli, sillabik – hecayi 
dillərin, o cümlədən Azərbaycan dilinin fonetik 
sisteminə uyğun gəlmir. Hər dörd hərf bir-birinin 
eynidir. Hərflərin mənasım nöqtələr müəyyən edir. 
Ərəblər özləri deyir ki, baĢqaları oxuyub bilir, biz isə 


bilib oxuyuruq. 
Yazılanı düzgün oxumaq üçün ərəb əlifbasında 8 
diakratik iĢarə – hərəkə mövcuddur. Bu əlifba əsasında 
10 xətt növü
iĢlənir: kufi, çiçəklənən kufi, süls, nəsx, hicazət, 
siyasət, divani, cami, nəstəliq, rüqe. 
Ərəb əlifbası öz inkiĢafında 9 dövr keçirmiĢdir. Bu 
dövrlərin hər birində bu əlifba inkiĢaf və təkmilləĢmə 
istiqamətində irəliləmiĢdir. 
Yunan əlifbası özünün ilkin inkiĢaf mərhələsində 
tamamilə Finikiya əlifbasının eyni idi., Hələ indi də 
yunan əlifbasının ardıcıl sırası finikiyalılarda olduğu 
kimi saxlanmıĢdır. Yunanlar Finikiya – semit yazısını 
müəyyən qədər təhrif də etmiĢlər. Y.Ġ.Katsparjak bu 
məsələdən bəhs edərkən yazır: «Yunan sözü olan «alfa» 
semit dilindəki «alef» (ərəb əlifbasında əlif – 
A. B.j 
sözündən olub, ikibuynuzlu öküz deməkdir; yunan 
dilindəki «beta» – semit dilində «bet» (ev); yunan 
dilindəki «delta» semit dilindəki «dalet» (qapı) və s. 
sözündəndir. Qədim yunan yazılarında sağdan sola 
yazma qaydası saxlanılmıĢdı. Yunanlarda yazının 
istiqaməti keçid vəziyyətində olmuĢdur; birinci sətir 
sağdan sola, ikinçi sətir soldan sağa, üçüncü yenə sağdan 
sola və s. baĢqa sözlə Ģum edən öküz yolu » 
Nəhayət, e. ə. IV əsrdə yunanların yazısı soldan 
sağa istiqamətində sabitləĢdi. 
Yunan 
mədəniyyətinin 
mərkəzi 
quldarlıq 
respublikasının paytaxtı Afina Ģəhəri idi. Burada Esxil, 
Sofokl, Evripid, Aristofan kimi yazıçı və Ģairlər, Sokrat, 
Platon, Aristotel kimi filosoflar yaĢayırdı. Əlbəttə, bu, 
əlifbanın inkiĢaf və təkmilləĢməsinə kömək etməyə 


bilməzdi. 
Bütün Avropa ölkələrinin yazısı öz əsasını yunan 
əlifbasından götürmüĢdür. Qərbdə əlifba Apennin 
yarımadasının 
cənubunda 
yerləĢən 
yunan 
müstəmləkələri vasitəsilə yayılmıĢdır. Romalılar da 
əlifbanı yunanlardan almıĢlar. Bu, yunan əlifbasının 
Qərbi Avropaya yayılmasına Ģərait yaratmıĢdır. 
Yunan mədəniyyətinin və ədəbiyyatının inkiĢafı 
yunan əlifbasına marağı artırmıĢdı. Qərbdə olduğu kimi, 
ġərqdə də Aristotel və Sokrat fəlsəfəsinə, Evripid və 
Esxil bədii təfəkkürünə maraq oyanmıĢdı. Bu isə yunan 
əlifbasını öyrənməyi ön plana çəkirdi. 
1
VI əsrdə gürcülər yunan əlifbasına bir neçə əlavə 
edərək öz əlifbasını məhz həmin əlifba əsasında 
qurdular. Amma gürcü alimlərindən yunan əlifbasına 
qədər onların yazısı olduğunu iddia edənlər də var,
Latın əlifbası. Müasir dövrdə dünyada ən geniĢ 
yayılmıĢ əlifba latın əlifbasıdır. Bir sıra elmlər, o 
cümlədən dilçilik qodim Romaya Yunanıstandan keçdiyi 
kimi, yazı da buraya yunanlardan keçmiĢdir. Əslində 
qədim Romada yazının nə vaxt meydana gəldiyini 
müəyyənləĢdirmək çətindir. Amma eramızdan əvvəl 
Romada bəzi hadisələrin salnaməsi yazıldığı məlumdur. 
Romalılar yunanlardan aldıqları əlifbanı formaca 
dəyiĢərək özlərinə uyğunlaĢdırmıĢlar. Yeni eradan əvvəl 
ikinci əsrdə artıq romalıların yunanlardan aldığı əlifba 
dəyiĢiklik nəticəsində tamam əvvəlki formasından fərqli 
1
Катспаржак E. И. «История письменности и книги» 1955 г. 
стр. 26 
252 


Ģəkil almıĢdı. Bu sonradan latın əlifbası deyilən hərfi 
iĢarələr idi. Latın əlifbası yunanlarınkına nisbətən daha 
sadə və əlveriĢli idi. Ona görə də bütün Avropaya yayıla 
bildi. Belə ki, həmin əlifba VIII əsrdə Ġngiltərəyə və 
Almaniyaya, IX əsrdə Fransaya, XIII əsrdə Çexiyaya, 
XIV osrdə PolĢaya, XVI əsrdə Macarıstana, XVI osrdə 
Litvaya və s. keçmiĢdir. Latın əlifbası dünyanın bütün 
xalqlarının dilinin fonetik sistemi ilə asanlıqla uyğunlaĢa 
bilir. Molum olduğu kimi əsrimizin birinci yarısında 
bütün türk xalqları, o cümlədən Azərbaycan xalqı Latın 
əlifbasını qəbul etmiĢdir. Hətta 1920-ci ilə qədər yazısı 
olmayan bir sıra Dağıstan xalqları ilk dəfə latın əlifbası 
ilə yazmağa baĢlamıĢlar. 
Kirili əlifbası. Bu əlifba öz yaradıcısı görkəmli 
slavyan maarifçisi, slavyan ədəbiyyatının banisi Kirillin 
(827 – 869) adı ilə bağlıdır Kirili slavyan, yunan, latın və 
yəhudi dillərini, həmin xalqların tarixini və 
etnoqrafiyasını mükəmməl bilmiĢdir. Bu əlifbanı 
yaratmaqda ona qardaĢı Mifiodi (815 – 885) kömək 
etmiĢdir. Mifiodi əvvəllər orduda xidmət etmiĢ, sonra 
rahibliyə keçərək elmi, ilahiyyat vo s. sahələrlə məĢğul 
olmuĢdur. Hər iki qardaĢ qodim dünyanın bir çox elmi və 
ədəbi əsərini slavyan dilinə tərcümə etmiĢlər. IX əsrin 
üçüncü yarısında Kirili və Mifiodi qədim slavyan 
əlifbasını ixtira etmiĢlər. Kirili əlifbası da əsasən yunan 
əlifbası əsasında yaradılmıĢ və slavyan dillərində olan 
bir neçə səsin iĢarəsi oraya əlavə olunmuĢdur.
Kirili əlifbasında 24 yunan hərfi iĢarəsi vardır 
Birinci Pyotrun əmri ilə Kirili əlifbası əsasında yeni 
Ģriftlər hazırlanmıĢdır. Rusiyada ilk kitab da Kirili 


əlifbası əsasında yazılmıĢdır. Əsrimizin birinci yarısında 
Kirili əlifbasını monqollar qəbul etmiĢlər. Elə həmin 
dövrdə də ölkəmizdə yaĢayan türk xalqlarının hamısını 
məcburi surətdə «qardaĢ birliyində» iĢtirak etmək üçün 
Kirili əlifbasına keçməyə məcbur etmiĢlər. Bu əlifba indi 
ermənilər və gürcülər istisna edilməklə keçmiĢ SSRĠ 
xalqları tərəfindən qəbul edilmiĢdir. Yeri gəlmiĢkən, 
demək lazımdır ki, Pribaltika respublikaları və Moldova 
artıq bu əlifbadan xilas olmuĢdur. Onların ardınca da 
Azərbaycan gedir. 
Kirili əlifbasını 1939-cu ildə bizə elə Ģəraitdə 
qəbul etdilmiĢdilər ki, heç nəyi – nə dilimizin fonetik 
xüsusiyyətlərini, nə səsin olub-olmamasını nəzərə ala 
bilməmiĢdik. Beləliklə, u, m, 
sı, 
K
,
e və s. kimi hərfləri 
qorxudan qəbul etmiĢdik. Tutaq ki, bu hərfləri qəbul 
etdik, bəs Azərbaycan dilinin hansı səsi u və m ilə 
göstəriləcəkdi? Bu iki hərf 10 il, son üç hərf isə 20 il yazı 
sistemimizdə yaĢadı. 
Tarixdə 400-dən çox yazı növü olmuĢdur. 
Bunların hamısından bəhs etmək imkan xaricindədir. 
AZƏRBAYCAN YAZISI 
Yuxarıda dediyimiz kimi, yazı xalqın mədəni 
inkiĢafının ən mühüm Ģərtidir. Azərbaycan xalqı 
dünyanın ən qədim və mədəni xalqlarından biri olduğu 
üçün çox qədimdən yazıya meyl göstərməyə bilməzdi. 
Yazının ilkin növləri olan Ģəkli – piktoqrafik və fikri – 
ideoqrafık yazılara Azərbaycanda çox rast gəlmək olar. 
Qobustan qaya rəsmləri, Ordubad rayonu ərazisindəki 
Gəmiqaya rəsmləri fikri yazının zəmanəmizə qədər gəlib 
çatmıĢ ən yaxĢı nümunələridir Qədim qalalardan 


tapılmıĢ daĢ kitabələrdəki, saxsı qablar üzərindəki 
piktoqram və ideoqramlar Azərbayçanda bu yazı 
növlərinin mövcud olması haqqında tutarlı mənbələrdir. 
Azərbaycan ərazisində yaĢayan albanların öz 
müstəqil əlifbası olmuĢdur. Bu əlifbada 52 hərf 
olmuĢdur Bu əlifbanı 1938- cı ildə gürcü alimi Ġ. 
Abuladze tapmıĢdır. 
Bu 
əlifba 
Qafqaz 
xalqları 
yazısının 
formalaĢmasında mühüm rol oynamıĢdır. 
Ərəblər Zaqafqaziyanı iĢğal etdikdən sonra 
albanların mədəniyyəti, dövləti kimi, yazısı da sıradan 
çıxarılmıĢdır.
1 2
Alban əlifbasında bizim ulu babalarımızın yazıları 
olmamıĢ deyil. Amma təəssüf ki, islam dininin 
qəbulundan sonra alban əlifbası ilə yazılan bütün 
abidələr məhv edilmiĢdir. Ġndi Azərbaycan xalqının milli 
mədəniyyətini əks etdirən yazılar içərisində alban 
yazısına hələlik rast gəlmirik 
Azərbaycanda ərəb əlifbasının tətbiqinə qədər, çox 
güman kı, baĢqa əlifbalar da iĢlədilmiĢdir. Təəssüf ki 
onlar haqqında elə qəti, dürüst məlumatımız yoxdur. 
Amma Qobustanda tapılmıĢ daĢ kitabədə latın əlifbası 
nümunələri olması

göstərir ki, ulu babalarımız bu
1
Hcrpıiıı В. Возникновение и развитие письма. 1965. стр. 358 
2
Шанилзс Л. Г. «Язык и письмо албанисп» Вестник ЛИ ТССР. 
1960. .V; |. 
С
тр. 170: Шанилзс Л. Г. «Новые данные об алфавите 
кавказских албанцев»: труды I конфер. Загафгаэских 
университетов изл. ЛГУ. 1959 г.: Г. В о р о ш и л. «Qədim alban 
əlifbası və udin dili haqqında» Az. SSR EA-nın xəbərləri 1963-cı ı|. 
N- I. səh. 79 
'Azərbaycan tarixi. I c. 1961-ci il, səli. 81. 


əlifbadan da istifadə etmiĢlər. 
Ana dilimizdə olan ilk yazılı abidə «Dədə Qorqud» 
ərəb əlifbasındadır. «Dədə Qorquddakı hadisələr VII – 
VIII əsrlərdəki hadisələrlə səsləĢsə də, onun yazıya 
köçürülməsi XIII – XIV əsrlərə aiddir. Ərəb əlifbası 
Azərbaycan dilinin fonetik sisteminə uyğun gəlməsə də, 
xalqımız onu dini əlifba kimi, böyük həvəslə tətbiq 
edirdi. 
Bu əlifbanın xüsusiyyətini böyük Füzuli belə Ģərh 
edir: 
Qələm olsun əli ol katibi-bədtəhririn Ki, 
fəsadi-qələmi sözü Ģur eylər. 
Gah bir hərf süqutilə qılır nadiri var,
Gah bir nöqtə qüsurilə gözü kur eylər. 
XIX əsrdə dünya xalqlarının elmə, maarifə güclü 
marağı olduğu üçün savad məsələsi ön plana çəkilmiĢdi. 
Təsadüfi deyil ki, bu əsri maarifçilik əsri də adlandırırlar. 
Məhz XIX əsrdə yeni əlifbaya keçmək arzu və təxəyyül 
olmaqdan çıxıb reallığa çevrildi. Bu həqiqəti o vaxtlar 
hamı dərk edirdi. 
«Qafqazda bir sıra Ģəxslər çoxdan baĢa 
düĢmüĢdülər ki, ərəb əlifbası tatar (Azərbaycan – 
A. B.)
dilinə uyğun gəlmir. Və bu fikrə gəlmiĢdilər ki, onun 
dəyiĢməsi zəruridir. Və ya onu elə dəyiĢmək ki, o, öz 
vəzifəsinə uyğun olsun». 
Bu iĢdə böyük filosof-mütəfəkkir M. F. 
Axundovun xüsusi xidməti olmuĢdur. Bu haqda çox 
deyilmiĢ və yazılmıĢdır. Böyük ədib Ə. Haqverdiyev bu 
məsələdən danıĢaraq yazırdı: «Ərəb əlifbasının türk və 
fars dillərinə uyğun olmaması hamıya məlumdur. 
Həmçinin bu əlifbanın öyrənilməsi onunla yazmaq, 


xüsusən bu əlifba ilə yazılmıĢ kitabları oxumaq noinki 
coçuqlar, hətta savadlı Ģəxslərin çoxları üçün bir çətin 
məsələdir. Buna da ən böyük səbəb hürufı müsəvvətinin 
(saitlərin) yazılmamasıdır. Ona görə də bu əlifbanın istər 
islahı, istər büsbütün təğyiri yolunda çalıĢanlar çox 
olublar: Mirzə Melkumxan, Abdulla bəy Əfəndizadə, 
osmanlı ədiblərinin çoxu; islahatçılar bir qədər 
müvəffəqiyyət qazanıblar isə, toğyirçilərin zəhməti 
Azərbaycanda bar verib, buradan da ġərq ölkələrinə 
yayılmaqdadır. Ərəb əlifbasının dəyiĢilib vo təzə Ģəkil 
almasının ilk tərəfdarı M. F. Axundzadədir.
2
Mirzə Fətəli Axundov əvvəlcə özü bir layihə 
düzəldib yeni əlifba təklif etmiĢdi. Sonralar isə ərəb 
əlifbasına əlavələr etmək təĢəbbüsü göstərmiĢdir. Onun 
elmi-ictimai fəaliyyəti dövründə ərəb əlifbasının 
dəyiĢdirilməsi həmiĢə mərkəzi planda olmuĢdur. Onun 
yeni əlifba layihələri respublika arxivində xüsusi 
Ģrifllərlə 20 məxəzdə hifz olunmaqdadır.
3 1
Azəbaycanın bütün qabaqcıl ziyalıları yeni əlifba 
haqqında düĢünmüĢ və az-çox fəaliyyət göstərmiĢlər. 
Ġndi xalqımız yenə də əlifba islahatı zərurəti qarĢısında 
qaldığı bir dövrdə iyirminci illərin islahatına geniĢ 
yanaĢmaq lazımdır. Bildiyimiz kimi, 1920-ci ilin 
dekabrın 30-da Azərbaycan XKS N. Nərimanovun 
1
Гусейнов Г. Из истории общественной и философской мысли 
в Азербайджане XIX века. Изл-во AlI Азсрб. ССР Баку, 1949 г., 
стр. 391. 

Ə. Haqverdiyev «M. Fətəli vo orab əlifbası». M. F.Axundov 
(moqalələr məçmııəsn). 1962-ci il. soh. 90. 
‟ Ġbrahimov. «Axundov arxivinin tosviri». 1955-ci il, soh. 62 – 70. 


təĢəbbüsü ilə yeni əlifbaya keçmək haqqında qərar qəbul 
etdi. Amma yeni əlifbaya keçmək o qədər də asan 
deyildi. Dilimizin fonetik sisteminə uyğun olan bir əlifba 
seçmək lazım idi. Bu iĢə siyasi rəhbərlik etmək 
Azərbaycan Yeni Türk Əlifbası komitəsinin sədri, 
Azərbaycan MĠK sədri S. Ağamalıoğluna tapĢırıldı. S 
Ağamalıoğlu bu iĢə elmi rəhbərlik etmək üçün 
Simferopoldan prof. B. Çobanzadəni dəvət etdi. 1924-cü 
ilin sentyabrında Bakıya gələn alim «Yeni yol» qəzetinin 
müxbirinə verdiyi müsahibədə deyirdi: «Türklər məlum 
olduğu üzrə, Ģimdiyə kadar 13 əlifba kullanmıĢlar və 
bunların heç birisi türk dilinin təbiət və üzviyyətinə 
uyğun olmamıĢdır. Bunlardan ən fənasını ərəb əlifbası 
saymaq mümkündür. Ərəb əlifbası yalnız tellər kibi bır 
neçə türkcə-ərəbçə və farsca yazmağa alıĢan ziyalıların 
əlifbasıdır ki, bu gün təmiz xalq türkcəsilə yazmaq 
istəyən maarifçilərin iĢinə gəlməz. Çürük təməl üzərində 
eyi bina qurmaq, Yeni bütün mahiyyəti ilə dilimizə 
uymayan ərəb əlifbasını islah etmək gücdür. Ərəb 
əlifbasını bütün sistemi ilə dəyiĢmək lazımdır. Bu 
təqdirdə yeni bir əlifba meydana gətirmiĢ olursunuz. 
Latın əlifbası xaricdən əvvəl Azərbaycanda tam 
müvəffəqiyyət qazanmalıdır ki, digər məmləkətlərdə 
tətbiqi mümkün olsun... çox asan sübut etmək olar ki, 
ərəb əlifbası bizi ərəb dili və ədəbiyyatı ilə sıxı-sıxıya 
bağlamıĢ və türk xalq dilinin edəbiləĢməsinə mane 
olmuĢ və olacaqdır».' B. Çobanzadə Bakıya gələn kimi 
YTƏ elmi Ģurasının sədri kimi geniĢ fəaliyyətə baĢladı. 
Dərhal latın qrafikası əsasında yeni əlifba layihəsi 
hazırladı. Bu layihə əsasında bir sıra Ģəhərlərdə sərgilər 
təĢkil edildi. Bunun nəticəsində bütün türk xalqları 


Bakıya – Yeni Türk Əlifbası komitəsinə müraciət edib 
onlar üçün əlifba tərtib etməyi xahiĢ etdi. 
1
Yeni türk əlifbasına keçmək üçün bütün türk 
xalqlarının alimləri və ictimai xadimlərinin toplaĢaraq 
məĢvərət keçirməsi vacib idi. 1925-ci il oktyabrın 25-də 
Azərbayçan todqiq- tətəbbe cəmiyyətinin türkologiya 
seksiyasının geniĢ içlası oldu. Burada B. Çobanzadə 
məruzəsində göstərirdi ki. YTƏ MK türkoloji qurultay 
çağırmaq 
təĢəbbüsü 
qaldırmıĢdır. 
TəĢəbbüs 
bəyənilmiĢdir. O, deyirdi ki, «gənc Azərbaycan qoca 
ġərqin intəhasız qaranlıqları içərisində baĢqalarının 
mədəniyyəti üçün nümunə ölkəsi olmağı qət etmiĢdir. 
Bu respublikanın elm və texnika sahəsindəki görkəmli 
müvəffəqiyyətlərini bilərək heç kəs qurultayın 
keçirilməsi üçün yer – Azərbaycan paytaxtı Bakının 
seçilməsinə qarĢı etiraz etmədi». 
Bu iclasda qurultayı çağırmaq üçün təĢkilat 
komitəsi 
yaradıldı. 
B. 
Çobanzadə 
qurultayın 
məsələlərini, plan və vəzifələrini müəyyənləĢdirirdi. 
Nəhayət, 1926-cı il fevralın 26- da (martın 5-dək) 
Azərbaycan tədqiq və tətəbbö cəmiyyəti və ĢərqĢünaslar 
cəmiyyəti Bakıda I türkoloji qurultayı çağırdı. Qurultay 
maarif sarayında (indiki EA binasında) keçirilirdi. 
Qurultaya 131 nümayəndə gəlmiĢdi. Qurultayın 
aĢağıdakı tərkibdə rəyasət heyəti seçilmiĢdi: S. 
Ağamalıoğlu - (YTƏK sədri – Bakı), R. Axundov (Az. 
KP MK katibi), Bartold V. V. (akademik – Moskva), 
Baytursin (Qazaxıstan), Bara- xov (Yakutstan), 
1
«Yeni yol» qəzeti. 1924-çü il. 3 noyabr (N- 89), soh. 3. 
257 


Berozdin (ĢərqĢünasların elmi cəmiyyəti), Cəbiyev 
Həbib (Azərbaycan), Ġbrahim Qalımcan (Tatarıstan), 
Ġdelquzin (BaĢqırdıstan), Köprülüzadə (Türkiyə), 
Korxmazov 
(Dağıstan), 
Naqanov 
(Özbəkistan), 
Naqovitsın 
(RSFSR 
xalq 
maarif 
komissarlığı 
nümayəndəsi), 
Oldenburq 
(akademik), 
Pavloviç 
(ĢərqĢünaslar cəmiyyəti), Samoyloviç (professor), 
Tıistanov (Qara-qırğız), Çobanzadə (Azərbaycan), 
Akçokraklı (Krım), Ömər Əliyev (ġimali Qafqaz), 
Mentsel (Avropa alimləri nümayəndəsi). 
1
Qurultayın 17 içlası oldu.
1
Qurultayın martın 2-də keçirilon sokkizinci 
iclasında B.Çobanzadə türk əlifbası haqqında məruzə ilə 
çıxıĢ etdi. Bıırada yeni əlifba layihəsi do müzakirə edildi. 
Burada alim yeni əlifbaya keçmək lüzumunu və elmi 
ədəbi dilimiz üçün sabit terminologiya sistemi yaratmaq 
zərurətini elmi əsaslarla sübut etdi. Buna görə də 
qurultaya köhnə əlifba tərəfdarı kimi gələnlər (məs., 
Tatarıstan nümayəndəsi Həsən Səbri Ayvazov) yeni 
əlifbaya səs verdilər. Qurultay 7 səsə qarĢı 101 səslə yeni 
türk əlifbasını bəyəndi və ölkəmizdə yaĢayan bütün 
türkdilli xalqlar, habelə Dağıstan xalqları üçün bu 
əlifbanı tətbiq etmək qərara alındı. 
B. Çobanzadə yeni latın əlifbasının bütün türk 
xalqları üçün ümumiləĢdirilməsi (unifıkasiya edilməsi) 
haqqında yazırdı: 
1
Чобанзадс Б. Резюме доклада читанного на заседании 
тюркологическоП секции об-ва. 20. X. 1925 г. (в сборнике – 
Известии об-ва обследования и изучения Азербайджана. Баку. 
АССР., 1926 г.Ле 1. стр. 102). 


«l) unifıkasiya edilmiĢ əlifba tamamilə latın 
qrafikası əsasında qurulmalıdır. Latın qrafikasında 
müstəqil iĢarələrlə göstərilə bilməyən (məs., Ə. Ö. – 

Yüklə 3,62 Mb.

Dostları ilə paylaş:
1   ...   63   64   65   66   67   68   69   70   ...   177




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə