Dərslik adu-nun vəsaiti ilə çap olunur. Bakı Mütərcim 2017 Elmi redaktor



Yüklə 3,62 Mb.
Pdf görüntüsü
səhifə66/177
tarix23.12.2022
ölçüsü3,62 Mb.
#97743
növüDərs
1   ...   62   63   64   65   66   67   68   69   ...   177
Adil Babayev

başlayaq, işləyirik
qarşılayırsan, daşlayır, ərsəyə,tələbəyə 
və s. Ģəkildə 
yazılırsa, bunları yazıldığı kimi tələffüz etmək səhvdir.
Bu, orfoepiya normalarına əməl etməmək demək 
olardı. Bu sözləri aĢağıdakı kimi tələffüz etmək lazımdır: 
başlıyaq

işliyirik, qarşıhyırsan, daşlıyır, ors/yə, tolobiyə
və s. 
Ədəbi tələffüz normalarının da aĢağıdakı növləri 
vardır: 
1
. F o n e t i k normalar: 
a)saitlərin tələffüzü: 
müalicə
– 
malicə, müəllim – 
məllim. ailə
– 
ayilə, bais – bayis. 
a)
samitlərin tələffüzü. Söz sonunda cingiltili 
samitlər karlaĢır: 
kitab
– 
kitap, corab
– 
corap, bulud – 
bulut, qənd – qənt. kənd – kənt.
Sözün birinci hecasında da bəzi alınma sözlərdə 
samit karlaĢır: 
avtobus
– 
aftobus, avtomat – aftomat
və s. 
2. Qrammatik normalar. Bəzi Ģəkilçilər yazıldığı 


kimi J oxunmur. Məs., 
sınız
Ģəkilçisi tələffüzdə ağırlıq 
törətdiyi üçün bütöv Ģəkildə deyil, ixtisar edilmiĢ 
formada deyilir. Məs., g
əlirsiniz
– 
gəlirsiz, başlayırsınız 
– başlayırsız, bildiniz
– 
bildiz, ötürürsünüz
– 
ötürürsüz
və s. Bəzən keçmiĢ zaman Ģəkilçilərindən 
ş 
samiti düĢür: 
bilmişsiniz – bilmisiz, gəlmişsiniz – gəlmisiz və
s. 
idi. 
imiş
bağlamaları fellərə birləĢib keçmiĢ zaman forması 
yaratdıqda bu bağlamalar öz müstəqilliyini itirib 
ĢəkilçiləĢir, bunun nəticəsində də bir yerdə yazılır: 
görsə 
imiş
– 
görsəymiş, desə imiş
– 
desəymiş, danışsa idi – 
danışsaydı, otursa idi- otursaydı
YAZI 
Yazı bəĢər mədəniyyətinin on mühüm amili, 
insanın dildən sonra əldə etdiyi on böyük nailiyyətidir. 
Yazısız insan cəmiyyətinin bukünkü inkiĢafını təsəvvür 
etmək olmazdı. Yazısız nə bu günə qədər, nə də bu 
gündən sonra heç bir mədəniyyət haqqında düĢünmək 
olmazdı. Yazının əhəmiyyətinə gəldikdə bir daha 
inanmaq üçün aĢağıdakı iki fikri müqayisə etmək faydalı 
olardı. 
SemaĢko 
deyirdi: «Sanitariya mədəniyyəti 
olmadan heç bir mədəniyyət ola bilməz». 
Çex alimi prof. Ç. Loukotka isə yazırdı: «Yazısız 
heç bir mədəniyyət ola bilməz».
1
Bu fikirlərin hər biri ayrılıqda heç bir etiraz 
doğurmur. Amma onları müqayisə etdikdə (bu, yazının 
1
Лоукотка. Развитие письма. M. 1950. стр. 13. 
:
Г.фимов A. И. «История русского литературного языка». M. 
1955. стр II – 13. 


əhəmiyyətini düzgün qiymətləndirmək üçün lazımdır), 
aydın olur ki, yazı daha vacibdir. Ən səliqəli adam yazı 
yaza bilmirsə, ona mədəni demək olmaz. Amma dahi 
Ģəxsiyyətlərdən çoxu heç sabun və 
ətriyyat 
iĢlətməmiĢlər. 
Yazı tarixin yaddaĢıdır. Yazısız tarix ola bilməzdi 
və s. kimi fikirlərlə razılaĢmaq lazımdır. 
Belə ki, hər bir insan nəsli özündən əvvəlki nəslin 
yaratmıĢ olduğu elmi, ədəbi, mədəni sərvəti (bilikləri) 
məhz yazı vasitəsilə öyrənir. Özünün yaratdığı bütün 
bilikləri yazı vasitəsilə gələcək nəslə miras buraxır. 
Yazısız nəsillər heç bir əlaqə yarada bilməzdilər. 
BəĢəriyyətin inkiĢafı yazı ilə əlaqədardır və ondan o 
qədər asılıdır ki, yazısız müasir insan ola bilməzdi. 
Yazısız insan cəmiyyətinin inkiĢafı olmazdı 
dedikdə, doğrudan da, qəbilədən millətə doğru inkiĢafı 
nəzərdə tutmaq lazımdır. 
A. Ġ. Yefimov haqlı olaraq göstərir ki, millətin, 
habelə ədəbi dilin yaranması yazı ilə əlaqədardır. O, 
yazır: «Rus ədəbi dilinin formalaĢması, onun vasitə və 
normalarının cilalanması Rusiyada yazının meydana 
gəldiyi vaxtdan baĢlanır... Ədəbi dilin formalaĢması və 
inkiĢafında yazının rolunu qiymətləndirmək çətindir. O, 
(yazı – 
A. B.)
milli mədəniyyətin əsrlərlə yaratdığı və 
topladığı dəyərləri saxlamağa, qorumağa imkan verir».
3
Bu gün yazı, yazı sistemi dedikdə böyük bir elm 
sahəsi – semiotika nəzərdə tutulur. ĠĢarə ilə səsin əlaqəsi 
semiotikanın əsas mövzusudur. Nitq səslərinin hamısını 
yazıda göstərmək olarmı? Və ya hansı səsi əsas 
götürmək lazımdır? Bir səsin variantlarını ayrı-ayrı 
iĢarələrdə vermək olarmı və s. kimi suallara məhz 


semiotika cavab verir. Əgər hər bir səsin yazıda 
IĢarəsi olsaydı, onda saysız-hesabsız hərfi iĢarələr 
meydana gəlordi ki, bu da yazı iĢini çətinləĢdirərdi. 
Yazıda yalnız fonemlər iĢarə edilib, onun variantları 
nəzərə alınmır. Bu barəda bütün alimlərin fikri eynidir 
ki, hərflərlə səslər sistemi arasında həmiĢə uyğunluq 
olmur. P.M.Melioranski yazır: «Bizim dövrümüzdə 
kimsə mübahisə etməz ki, ən mükəmməl əlifba insan 
nitqini bütünlüklə – kamil formada əks etdirə bilməz». 
Müəllif ərəb əlifbasından danıĢarkən bu fikri 
söyləmiĢdir. Əslində təkcə ərəb əlifbası deyil, bütün 
əlifbalar aid olduğu dilin səslərini tam əhatə etmir.
1 2
Bununla belə, dilin səs sistemi ilə qrafikası 
arasında özünəməxsus qarĢılıqlı əlaqə və münasibət 
vardır ki, bu da həmiĢə tənzimlənən normalar olmalıdır. 
Müasir dövrdə dünyada bir çox yazı sistemləri vardır. 
Bunlar tokcə hərfi iĢarələrin fərqinə görə deyil, yazılma 
istiqamətinə görə – iĢarələrin vəziyyətinə görə və s. 
fərqlənir. Belə ki, ərəb və qədim yəhudi yazısı sağdan 
sola yazıldığı halda, latın və Kiril yazı sistemi soldan 
sağa hərəkət edir. 
Ġstər heroqliflər olsun, istər hərfi – səsli yazı 
sistemi bu günə qədər uzun inkiĢaf və təkmilləĢmə dövrü 
keçmiĢdir. BəĢəriyyətin yazıya böyük ehtiyac hiss edib 
1
Мелиоранский Г1. М. Араб, филолог о турецком языке 
СПБ. 1900 стр. 11. 
2
Тукумиев Г. Р. Звуки и буквы. Метолразработка по 
грамматике. М. 1949. стр. 8: Палей И. Р. Фонетика. 
Мстодразработки по русскому языкознанию (сбор, статей) М. 
1956. стр. 21. 


onu yaratdığı vaxtdan bəri əsrlər keçmiĢdir. Bu dövrdə 
yazı ilkin məqsədini – uzaq məsafəyə fikri çatdırmaq və 
onu sabit Ģəkildə əbədiləĢdirmək məqsədini qoruyub 
saxlamıĢdır. 
Fikrin ifadə vasitəsi kimi insanlar birdən-birə 
yazını meydana gətirə bilmədikləri üçün bu sirri açmağa 
yollar aramıĢlar. Fikirlərini ifadə etmək üçün indiki 
mədəni insanın ulu babaları çoxlu vasitələrdən istifadə 
etmiĢlər. Bunlardan bəzilərini nəzərdən keçirək.
ƏġYA YAZISI 
ƏĢyalarla fikir ifadə etmək bütün xalqlarda 
olmuĢdur Lakin onu yazının baĢlanğıcı hesab 
etməmiĢlər. Yazının məqsədi nədir? Sualı mövqeyindən 
yanaĢdıqda aydın olur ki, əĢyalarla fikri ifadə etmək elə 
yazının özü imiĢ və yazı üçün axtarıĢ imiĢ. Alman alimi 
Ġohannes Fridrix əĢyalarla fikri ifadə etməyi yazının 
baĢlanğıcı və bir növü hesab edərək yazır: 
«O
primitiv 
vasitələrdən ki, inkiĢaf etməmiĢ xalqlar istifadə edirlər, 
müasir elm onu qanadlı terminlə əĢya yazısı adlandırır. 
Belə primitiv ifadə formaları müasir inkiĢaf etmiĢ 
adamların Ģüurunda da qalır. Ġndi artıq həmin əĢyalara 
yazı növü kimi baxmırıq. Onlar bizim anlayıĢlarımıza 
çox yaxındır». 
Doğrudan da, belə yazının izləri indi də 
yaĢamaqdadır. Məs., bazarda satılan Ģeylərin göydən 
asılması o deməkdir ki, burada nə satılır. Mağazaların 
vitrinlərindəki Ģeylər do həmin məqsədi daĢıyır. Adamın 
– xüsusilə qadının qara geyməsi, baĢına qara bağlaması 
onun matəm içində olmasını bildirir Barmaqdakı üzük, 
zabit paqonlarındakı ulduz, binaların üstündəki bayraq, 


qəbirlər üzərindəki heykəllər məhz həmin məqsədi 
daĢıyır. Əslində paqondakı bir orta ulduz əvəzinə mayor, 
üç orta böyüklükdəki ulduz əvəzinə polkovnik sözləri 
yazmaq olardı. Göründüyü kimi, adamlar əvvəlki 
ənənələrindən ayrıla bilmirlər. ƏĢyalarla fikrin ifadəsi 
bütün xalqlarda olduğu kimi, Azərbaycan xalqında da 
olmuĢdur. Məs., oğlanın qız evinə üzük göndərməsi onu 
qızıl kimi qiymətləndirəcəyini vəd etməsi olduğu kimi, 
oynayana pul, «ĢabaĢ» verilməsi də hərəkətlərini belə 
qiymətləndirməsi deməkdir. 
ġifahi xalq ədəbiyyatımızda buna istənilən qədər 
misal tapmaq olar. Nağıllardan birində deyilir ki, bir 
nəfər oğlan padĢahın qızını sevir və o da qızın xoĢuna 
gəlir. Qız oğlana tapĢırır ki, görüĢ üçün gecə bağın aĢağı 
tərəfinə gəlsin. Oğlan gedib qızı gözləyir. Qız gec 
gəldiyi üçün yatır. Səhər durub yanında beĢ-altı aĢıq 
olduğunu görür. Bununla qız deyirmiĢ ki, hələ sənin aĢıq 
oynamalı vaxtındır. 
1
Фридрих И. Истории письма. M. 1979. стр. 32. 
243
BaĢqa bir misal: 
M. H. Təhmasibin «Bir qalanın sirri» filmində 
həkim Eldostunu həbs edib aparırlar. O, özündən sonra 
həyətdə sim, nar, qanlı daĢ və qıfıl qoyur. Heç kəs onun 
mənasını bilmir. Təkcə müdrik qoca – Kamran baba 
əĢyaların sirrini aça bilir ki, Simnar xan onu qanlı qalada 
həbs edib. 
Yeri gəlmiĢkən, onu da demək lazımdır ki yazının 
məqsədi baĢqa adama, uzun məsafəyə fikir çatdırmaq 
olduğu üçün qədim dövrlərdə örtülü fikirləri, 
müəmmaları da bura əlavə etmək olar, Hökmdarlar öz 


qullarına örtülü bir cümlə deyirdilər ki, gediB baĢqasına 
desin. Bu daha əlveriĢli idi. Çünki əĢyanı qasidin əlindən 
ala bilərdilər. Fikri isə almaq mümkün deyildi. Məs., bir 
nəfər öz düĢməninə belə bir cümlə göndərir: get filan 
adama de ki, «sənin zəmilərin biçilməlidir». Həmin o 
adam isə cavabında deyir: Get ağana de ki, «cücəni 
payızda sayarlar». Söz aparan burada heç nə baĢa 
düĢmür. 
Bu məsələyə aid xalq yaradıcılığında çoxlu misal 
var. Məs., «Ġlyasın nağılı»nda olduğu kimi. Orada gözəl 
bir xanımın qapısında dayanan Ġlyasa xanım sual 
göndərir: bir inəyim var, nə arıqdır, nə kök, öldürsəm nə 
qədər əti çıxar? Ġlyas deyir: qəbulumdur. Cavab düzgün 
verildiyi üçün onu içəri dəvət edirlər. 
Elə həmin «Ġlyasın nağılı»nda əĢyavi yazıya aid 
istənilən qədər misal var: Xanım Ġlyası sınamaq üçün 
ona məcməyidə alma göndərir. Ġlyas almaları iynələyib 
geri qaytarır. Bu o deməkdir ki, bədənim belə oxlansa da, 
sirri vermərəm. Sonra xanım məcməyidə kağız göndərir. 
Ġlyas kağızları doğrayıb geri qaytarmaqla deyir ki, 
bədənim belə doğransa da, sirri vermərəm. Nəhayət, 
padĢah sirri vermədiyi üçün Ġlyası dar ağacından asanda 
bir atlı görünür. Atlı nan yerə vurub uzaqlaĢır. Bu vaxt 
Ġlyas sirri verməyə razılaĢır. Çünki xanım göndərdiyi 
atlının narı yerə vurması o demək idi ki, qoy sirr dağılsın, 
sən ölmə! 
Belə misalların sayını yüzlərlə, minlərlə artırmaq 
olar. Bəs nəyə görə bu üsulla insanlar öz fikirlərini 
həmiĢə ifadə etməkdə davam etmirlər. Bunun səbəbi 
aydındır. Hamı əĢyaların 
mənalandırılmasını bilmədiyi kimi, müəmmalı 


sözlərin mənasını da bilmirdi. Bu səbəbdən də bu üsulla 
insanın dərin və geniĢ fikirlərini ifadə etmək mümkün 
olmadığı kimi, onları anlamaq, Ģərh etmək də çətin idi. 
Emst Doblxofer bu məsələdən bəhs edərkən göstərir ki, 
«sözün əsl mənasında yazı haqqında biz o vaxt danıĢa 
bilərik ki, onun on ümdə iki əlaməti olsun: 
I. GeniĢ mənada Ģəklini çəkmək; 
2. Rabitə məqsədi güdülsün, yazı baĢqaları 
tərəfindən anlaĢılsın və yazanın özü sonra onu oxuya 
bilsin».
1
ƏĢyavi yazını tədricən Ģəkli yazı əvəz etməyə 
baĢladı. ġəkli yazıya piktoqrafık (latınca pictus – rənglə 
çəkilmiĢ, graphe – yazıram) yazı da deyilir. Belə yazılar 
qaya üzərində, mağaraların qapılarında və s. meydana 
gəlirdi. Bu o deməkdir ki, yazı öz ilkin inkiĢaf 
mərhələsində təsviri sənətlə bağlı, bəlkə də, onun eyni 
olmuĢdur. Bu gün Qobustan daĢ rəsmlərinə, habelə 
Gəmiqaya rəsmlərinə baxanda həmin yazı haqqında tam 
təsəvvür yaranır. 
Dünya yazı sistemləri tarixi üzərində uzun müddət 
tədqiqat aparan V. A. Ġstrin bu barədə yazır: «Öz 
inkiĢafının ilkin inkiĢaf mərhələsində yazı və qrafik 
təsviri sənət bir-birinə xüsusilə yaxın idi. Yazı tarixinin 
«piktoqrafık yazı» adlanan mərhələsində fikri ifadə 
etmək üçün, demək olar ki, qrafik incəsənətdə olan 
konkret Ģəkillərdən istifadə edilirdi»
2
. Eyni fikri N. A. 
Dmitreva da təsdiq edir. O, da göstərir ki, «qrafika – bu 
əsl təsviri nitqdir. Yazı da fikrin ifadəsi olduğu üçün 
onlar bir-biri ilə əlaqədardır»
3

Bu və ya digər sözü yazana qədər insanlar onun 
Ģəklini çəkmiĢlər. Dağ, yağıĢ, ağlamaq, günəĢ və s. 


Ģəkilləri ilə müəyyən fikir ifadə edilirdi. Deyək ki, bir 
göz altında damcı Ģəkli təsvir edilir. Bu, ağlamaq 
deməkdir Və ya günəĢ, ox, kaman təsviri sabah ova 
gedək deməkdir, insanlar arasında münasibətlər birtərəfli 
olduğu, fikirlərinin dərinləĢdiyi, geniĢləndiyi bir dövrdə 
belə Ģəkillər birmənalı formada baĢa düĢülürdü. ġokli 
piktoqrafık yazının qalıqlarına indi do rast gəlmək olar. 
Belə ki, qəssab dükanının qabağında mal və ya qoyun 
Ģəkli, dəlləkxananın qabağında səliqə ilə qırxılmıĢ baĢ, 
piyadaların keçidi yerində addımlayan adam Ģəkli və s. 
Ģəkli yazının qalıqlarıdır. 
Ġnsanlar arasında münasibətlər mürəkkəbləĢdikdə 
isə həmin Ģəkillər baĢqa cür – göz altında yaĢ gilələri 
Ģəkli «səni ağladaram», «sənin üçün ağlayım» və s. 
günəĢ, ox və kaman təsviri isə «sabah günəĢ doğanda 
səni bu oxla vuracağam» kimi mənalandırılmağa baĢladı. 
Buna görə də piktoqrafıya insanların tələbini ödəyə 
bilmədi. Bu, yazının yeni mərhələsinin meydana 
gəlməsini zəruri etdi. Beləliklə də, ideoqrafık yazı 
yarandı. Ġdeoqrafık yazı göydən düĢmə olmayıb, 
piktoqrafık yazı əsasında yaranmıĢdır. Piktoqrafık 
Ģəkillər sadələĢib, sxemləĢmiĢ, beləliklə, iĢarələr 
yaranmıĢdır. Bu iĢarələr artıq müəyyən anlayıĢlar ifadə 
etmiĢdir. Buradan da onun adı (idea – fikir, anlayıĢ, 
graphe – yazıram) meydana gəlmiĢdir. 
Piktoqrafık yazının nə vaxt, hansı əsrdə 
ideoqrafıyaya keçdiyini demək çox çətindir. Lakin 
onların izləri ilə müəyyən tarixi fikrə gəlmək 
mümkündür. Ġdeoqrafık yazı müxtəlif xalqlarda müxtəlif 
olmuĢdur. 
Bəzilərində 
Ģəkillər 
daha 
da 
dolğunlaĢdırılmıĢ, bir neçə elementlə müəyyən fikir 


ifadə edilmiĢdir. 
Bəzilərində isə iĢarəvilik daha üstün olmuĢdur. 
Buna görə də xalqların təsərrüfat həyatı, məiĢət tərzi ilə 
bağlı olan ideoqrafık yazı izləri uzunömürlü olduğu 
halda, bəzilərində tamamilə itmiĢdir. Ümumi anlayıĢlar 
ifadə edən ideoqrafık yazı iĢarələri bütün xalqlarda 
eynidir. Məs., danıĢmaq – ağız, dinləmək – qulaq, 
getmək – iki ayaq, baxmaq – göz iĢarələri ilə verilir. 
Qədim mədəniyyətin beĢiyi olan ġərqdə ideoqrafık yazı 
meydana gəlmiĢ və inkiĢaf edərək qədim dövrün 
mükəmməl əsərlərini dövrümüzə qədər yaĢatmıĢdır. 
Ġdeoqrafık yazı sisteminin üç növü olmuĢdur. 
Misir yazısı, Mesopotomiya (Assuriya – Babilistan) 
yazısı və Çin yazısı. Misir ideoqrafıkası sonradan, Firon 
dövründə heroqliflərlə əvəz edilmiĢdir. Misir heroqlifləri 
inkiĢaf edərək ieratik, daha sonar isə demotik iĢarələrə 
keçmiĢdir. Hər bir inkiĢaf mərhələsi qədim Misir 
heroqliflorini konkret hərfi iĢarələrə yaxınlaĢdırırdı. 
Heroqlif yazı bütün ġərqdə yayılmaqda davam 
edirdi. Ġkinci qədim yazı vətəni Bəhreyn və ya 
Mesopotomiya idi. Bu, Dəclə vo Fərat çaylarının 
arasında ycrləĢən sahənin aiddır. Moluın olduğu üzrə, 
həmin ölkədə eramızdan əvvəl II – I srlərdo ġimalda 
Assuriya, Cənubda iso Babil dövləti yerləĢirdi. Bu 
dövlotlərin çiçoklənmosi y.e.ə. II əsrə təsadüf edirdi. 
Mavcrrənnohrin qədim sakinlori Ģumerlər idi. ġumer 
dilinin hansı dil ailəsinə daxil edilməsi hələ mümkün 
olmamıĢdır. ġumerlərin yazısının inkiĢafı eramızdan 
əvvəl IV əsrə aiddir. Qədim Ģumer yazısı piktoqrafık 
xarakterdə olub bəzən qədim Misir heroqliflərinə 
oxĢayırdısa, sonralar Ģumer yazısı fiqurlar formasına 


düĢür və ilkin Ģəklindən uzaqlaĢırdı. ġumer yazıları 
əsasən, gildən düzəlirdi. Gildən istifadə edilməsi onunla 
əlaqədar idi ki, Mesopatomiyada ağac və daĢ az idi. 
Qədim Assuriya paytaxtı Neynəva Ģəhərində 
qazıntılar zamanı çoxlu tarixi memarlıq abidəsi, saray və 
məbədlər üzə çıxarılmıĢdır. Bu qazıntı – tapıntılar 
içərisində ən qiymətlisi Ģolıər saraylarının birində 
tapılmıĢ 22 minə qədər gil lövhələrdir. Bu lövhələr, sən 
demə, Ģəhər kitabxanasının kitablarının vərəqləri imiĢ. 
Assuriya hökmdarı (y. e. o. Vll əsr) AĢurba- ııipalın 
təĢkil etdiyi vo topladığı kitabxana çox qiymətli bir elmi 
tapıntı oldu. Ağıllı hökmdarın sarayı yandırılanda hər 
Ģey, o cümlədən gil kitabələrin yerləĢdiyi qutular külə 
döndü, amma gil vərəqlər yanmamıĢdı. Avropaya 
gətirilərkən həmin vərəqlər qarıĢdırılmıĢ, bəziləri 
sınmıĢdısa da, amma Ģumer mədəniyyətini öyrənmək 
iĢində kitabxananın – yazı lövhələrinin böyük rolu 
olmuĢdur. Savadlı hökmdar olan AĢurbanipal özü bir 
neçə dil bilir və yazmağı bacarırdı. O, hər yerə adamlar 
göndərir, dini, astronomik, riyaziyyata, tibbə aid 
ədəbiyyatı toplayırdı. Bu kitabələr arasında xəstəlikləri 
müalicə etmək və müxtəlif rənglər almaq uçün kimyəvi 
reseptlər var idi. 
Bu lövhələrdən 12 on böyüyü dilimizə tərcümə 
edilmiĢ «Bilqamıs» vo ya «Gilqamıs» dastanıdır. Bu 
məĢhur dastanın adı qədim türk dili ilə çox 
səsləĢməkdədir. Bilqamıs – hamısını 
bil, Gilqamıs – hamısı gil mənaları verir. Hər iki 
söz qədim türk, o cümlədən Azərbaycan dilinə yaxındır. 
Dünya mədəniyyətinin beĢiyi olan ölkələrdən biri 
də Çindir. Çin heroqlif yazısı həm Misir, həm də Ģumer 


yazılarından fərqlənir. Eramızdan əvvəl üçüncü 
minilliyə aid olan Çin ideoqrafık yazısı inkiĢaf edəndə 
Misir və Ģumerlilər bu yazını çoxdan atmıĢdılar. Çin 
yazısı isə indiyədək hifz olunmaqdadır Bir neçə il 
bundan əvvəl Çində latın qrafikasına keçmək haqqında 
məsələ qaldırılmıĢdı. Amma çox haqlı olaraq elmi 
dairələr buna yol vermədilər. Ona görə də indi dünyada 
ən qədim yazı Çin heroqlifləri hesab edilir. Məlumdur ki, 
Çin dili amorf dil olduğu üçün burada sözlər qrammatik 
əlamət qəbul etmir (hallanmır, cəmlənmir, mənsubiyyət 
Ģəkilçisi qəbul etmir və s). Burada hər bir söz, əsasən, bir 
hecadan ibarət olur. Bu səbəbdən də Çin yazısı ayrı-ayrı 
sözləri bütöv Ģəkildə ifadə edən iĢarələrdən ibarətdir. 
Ġndi Çin yazısı heca yazısı olub 40- dan 50 minə qədər 
ideoqrafık iĢarədən ibarətdir. Müasir savadlı adam Çin 
yazısını oxuya bilmək üçün 6 – 10 min iĢarə bilməlidir. 
ƏLĠFBA YAZISI 
Əlifba ilə qrafikanı eyniləĢdirmək olmaz. Qrafika 
əlifbadan aaha əvvəl meydana gəlmiĢ, müəyyən müstəvi 
üzərində nə isə cızmaq, xətt çəkmək mənasından 
törəmiĢdir. Əslində qrafika bütün yazı sistemini 
müəyyənləĢdirir, əhatə edir. Qrafik sistem dedikdə təkcə 
əlifba deyil, apostrof, durğu iĢarələri, əlifba formaları və 
s. nəzərdə tutulur. Əlifba qrafikadan asılıdır. Amma 
əlifba dəyiĢən kimi, həm qrafika, həm də orfoqrafıya 
dəyiĢir. Qrafika ilə əlifbanı nə eyniləĢdirmək, nə də 
bir-birindən təcrid etmək olar. Qrafika hər hansı 
əlifbadakı səsi, necə iĢarə etməyi, onun neçə cür Ģəkli 
forması olduğunu da müəyyənləĢdirir. Qrafika hərfi 
iĢarələrin formalarını, onların yazılma üsullarını əhatə 


edir. Əlifbanın və ya hərfi-səsli yazının meydana 
gəlməsi də bəĢər tarixində, mədəni inkiĢaf tarixində bir 
addımdır. Belə ki, əlifbanın meydana gəlməsi yazını 
təbiətdən, həyatdan insanın özünə yaxınlaĢdırırdı. Əgər 
ideoqramlar, heroqliflər bu və ya digər hadisənin, 
əĢyanın,
anlayıĢın iĢarəsi idisə, hərf artıq danıĢıq səslərinin 
iĢarəsi idi. Buna görə də əvvəlki yazı növlərinə nisbətən 
əlifba yazısı daha sabit, ifadəli və asan idi. ĠĢarələrin 
mənalarını baĢa düĢmək, sonradan onları Ģərh etmək 
çətin idisə, hərflər səsin müstəqim və sabit iĢarəsi olduğu 
üçün onları mənimsəmək çox asan idi. Buna görə do 
hərfi-səsli yazı insanın tələbatını neçə min illərdir ki, 
ödəməkdədir. DanıĢıq səslərinin iĢarəsi olan hərflər 
sistemi əlifbanı yaratdığı kimi, əlifba sistemi də, 
müəyyən qrafikanın əsasını təĢkil edir. Əlifba, hərfi-səsli 
yazı sisteminin yaranması dilin formalaĢmasına da çox 
kömək etmiĢdir. 
Əlifba yazısının əhəmiyyəti o dərəcədədir ki, 
qədim dövrdə ( indi də) xalqlar yazısı olan və yazısı 
olmayan qruplara bölünür. Əlbəttə, yazısı olan xalqın 
mədəniyyəti sözsüz qəbul edildiyi kimi, dilləri də tədqiq 
edilirdi. Qədimdə yazısız dilləri tədqiqata cəlb 
etmirdilər. 
Əlifba yazısı da birdən-birə meydana gəlib 
formalaĢmamıĢdır Ə, bir neçə dəfə inkiĢaf və 
təkmilləĢmə dövrü keçirdikdən sonra müasir Ģəklə 
düĢmüĢdür. Əlifba yazısının maraqlı tarixi vardır 
Müasir dövrdə dünyanın əksər əlifbaları, o 
cümlədən bütün Avropa əlifbaları öz əsasını qədim 
Finikiya əlifbasından almıĢdır. Finikiya əlifbasının 


yaranması haqqında isə çoxlu mübahisəli fikirlər vardır. 
Məs., Roma Ģairi Lukan və təbiətĢünas Pliniy 
finikiyalıları əlifbanın ixtiraçısı hesab edirdilər, Onların 
oksinə olaraq Platon, Diodor, Plutarx və Tatsit isə iddia 
edirdilər ki, finikiyalılar əlifbanı Misirdən almıĢlar. 
Necə olmuĢdur ki, Misir yazıları Asiyanın bir çox 
ölkələrinə yayılmıĢdır? Belə hesab edirlər ki, 
semit-hiksoslar eramızdan əvvəl XVI əsrdə Misirdən 
qovulmuĢdular. Onlar özləri ilə bərabər Misir yazısını da 
aparmıĢlar. Finikiya əlifbası saitləri əks etdirmirdi. 
Burada cəmi 22 samit səsi əks etdirən hərf var idi. 
Finikiya yazısı Avropaya yunanlar vasitəsilə 
gətirilmiĢdir. Asiyada isə Finikiya yazısı əsasında bir 
neçə əlifba meydana gəlmiĢdir ki, bunlardan ən geniĢ 
yayılanı qədim yəhudi və ərəb əlifbasıdır. 
Yəhudi dininin inkiĢafı Tövratın öyrənilməsinə 
maraq, 
yəhudi 
əlifbasının 
yayılmasına 
və 
təkmilləĢməsinə kömək etmiĢdir. 
Arami yazısı. Aramilər köçəri tayfalar olsa da, 
qədim 
Ģərq 
mədəniyyətinin 
formalaĢmasında 
əhəmiyyətli rol oynamıĢlar. Aramilər Ərəbistan 
yarımadasında 2-ci minilliyin sonlarında ön Asiyada 
Suriya və ġimali Mesopotiyada kiçik dövlətlər yaratmıĢ, 
Kənan, 
Finikiya 
və 
Net 
mədəniyyətlərindən 
bəhrələnərək öz orijinal mədəniyyətlərini yaratmıĢlar. 
Sami dillərinin Qorb qrupuna daxil olan Arami dilinin ən 
qədim yazılı abidəsi eramızdan əvvəl 9-8-ci əsrlərə 
aiddir. Hətta «Bibliya»nın (Ġncilin) bəzi hissələri Arami 
dilində yazılmıĢdır(çünki Arami dili qədim yəhudi dilini 
sıxıĢdırırdı). 
Aramı əlifbası da e.ə. I minilliyin əvvəllərində 


Finikiya yazısı əsasında yaranmıĢdır. Arami dili Sami 
dillər qrupuna daxil olduğu üçün Arami əlifbasında da 
yalnız samit səslər qeyd olunurdu. Samitlərin isə sayı 22 
idi. Deməli, Arami əlifbası 22 hərfi iĢarədən ibarət idi. 
Arami yazısını bir sıra Sami xalqlar - yəhudilər, 
assuriyalılar, babillilər qəbul etmiĢdi. Əhəmənilər 
dövründə Ġranın əsas yazısı olmuĢdur. Bir sıra əlifbalar - 
ərəb, yəhudi, erməni, gürcü, pəhləvi, uyğur, monqol 
əlifbası 
Arami 
yazısı 
əsasında 
qurulmuĢdur. 
Arami-samilər bir sıra hərfi iĢarələrin özünü və həyatda 
oxĢarlığından aldıqları kimi adlarını da həmin əĢyaların 
adları ilə adlandırmıĢlar. Məs. 
Alif (əlif) – öküz 
Bet (betta) - ev 
Dalet (dal) - qapı layı, örtülmə 
Zayın (ze, zay) - silahlı 
Waw - mismar 
Yod (yey, yəd) - əl 
Kaf - əl (əlin kəfəsi) 
Mem - su, dalğa 
Nun - balıq Ayn - (eyn) - göz
Pe - ağız
ReĢ - (re) - baĢ
Sin - diĢ 
Bu adlar sonradan ərəb əlifbasının yaranmasında 
əsas olmuĢ, bəziləri yəhudi əlifbasında da qalmıĢdır. 
Ərəb əlifbası da yəhudi əlifbası kimi sağdan sola 
yazılır, bəzi hərfləri bir-birinə oxĢayır. Bu əlifba da 
Ġslam dininin meydana gəlməsindən sonra Asiya və 
Avropanın bır sıra ölkələrinə yayılmıĢdır. Dünyada latın 
əlifbasından sonra on geniĢ yayılmıĢ əlifbadır. Ġslam 


dininin qəbul edilməsi, ərəb əlifbasının müxtəlif 
ölkələrdə yayılmasının əsas səbəbi oldu. Müasir dövrdə 
bütün 
ərəb 
ölkələrində, 
Ġranda, 
Əfqanıstanda, 
Pakistanda, Çinin Sintszyan əyalətində və s. ərəb əlifbası 
iĢlədilir. Əsrimizin 20 – 30-cu illərinə qədər bütün 
türk-müsəlman xalqları, o cümlədən Dağıstan xalqları 
orəb əlifbasından istifadə edirdi. Sonralar bütün türk 
xalqları, dağıstanlılar latın əlifbasına, 1939-cu ildə isə 
kiril əlifbasına keçdilər. Ġndi türk xalqları içərisində 
yalnız Türkiyə və Azərbaycan türkləri latın əlifbası 
iĢlədir. 
Yuxanda dediyimiz kimi, ərəb əlifbası Finikiya 
yazısı əsasında yaranmıĢdır. Ərəb əlifbası da baĢqa yazı 
sistemləri kimi, inkiĢaf və təkmilləĢmə dövrləri 
keçirmiĢdir. Burada böyük hərflər yoxdur. Qısa saitlər 
yazıda göstərilmir. Ərəb əlifbasında 28 hərf vardır. 
Bunlardan 6-nın iki Ģəkilli olması məlumdur 

Yüklə 3,62 Mb.

Dostları ilə paylaş:
1   ...   62   63   64   65   66   67   68   69   ...   177




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə