Dərslik adu-nun vəsaiti ilə çap olunur. Bakı Mütərcim 2017 Elmi redaktor



Yüklə 3,62 Mb.
Pdf görüntüsü
səhifə70/177
tarix23.12.2022
ölçüsü3,62 Mb.
#97743
növüDərs
1   ...   66   67   68   69   70   71   72   73   ...   177
Adil Babayev

Fonotoji transkripsiya
yazıda || kimi göstərilməklə 
sözün fonemlərlə verilməsinə deyilir. Fonoloji 
transkripsiyada səslərin qarĢılıqlı təsiri nəzərə alınmır. 
Bəzən baĢqa əlifbaların fonem iĢarələrindən istifadə 
edilir, yazıda [ ] kimi göstərilir. 
Fonetik 
transkripsiyanın
əhəmiyyəti 
daha 


böyükdür. Xarici dilləri öyrənmək prosesində 
transkripsiyadan istifadə edilməsi mütləq və zəruridir. 
Çünki xarici dili yazı və kitab vasitəsilə öyrənərkən 
səslərin düzgün tələffüz edilməsini yalnız transkripsiya 
vasitəsilə həyata keçiririk... Dünya dilçiliyində əsas 
transkripsiya iĢarələri bunlardır: 
1)
Hərəkələr. Ərəb əlifbasındakı 8 sətiraltı 
və sətirüstü iĢarə transkripsiya iĢarəsidir. 
2)
|| (:) səsin uzunluğunu göstərir. 
3)
(. - yarımuzunluğu göstərir, 
4)
v səsin üstündə qoyularaq onun qısalığını 
göstərir. 
5)
samit səsi göstərən hərfin altında 
qoyularaq onun karlaĢdığını göstərir.' 
DAKTĠLO YAZISI 
Müasir dövrdə bir sıra qrafika növləri olduğu kimi, 
yazı növləri də vardır. Qrafika haqqında yuxanda qısa da 
olsa məlumat vermiĢ və göstərmiĢdik ki, bu, bütöv yazı 
sistemim əhatə edir. Yazının növləri isə tamamilə 
baĢqadır. Buraya, görməyən adamların qalın kağız 
üzərində açdıqları deĢiklərdən ibarət yazı, Morze əlifbası 
deyilən yazı sistemi (bundan rabitə sistemində geniĢ 
istifadə edilir) də aiddir. Yazı növlərindən biri də daktilo 
yazısı -dir. Daktilos – yunanca barmaq deməkdir. 
Barmaqlar vasitəsilə fikrin ifadə edilməsi kar-lalların 
əsas ünsiyyət vasitəsidir. Daktilo necə yaranmıĢdır? 
Əvvəllər adamlar hər Ģeydən mərc qoyduğu kimi, 
danıĢmamaq haqqında da mərcləĢirmiĢlər. Buna görə də 
danıĢa bilən adamlar əlləri ilə, iĢarə vasitəsilə 
danıĢardılar. Bu da sonradan daktilologiyanın meydana 
gəlməsini əsaslandırmıĢdır. Daktilologiyada bir və ya iki 


əlin barmaqlarının müxtəlif vəziyyəti hər hansı bir 
anlayıĢı ifadə etdiyi kimi, müxtəlif hərfləri də bildirir. 
Kar-lallar üçün təhsil sistemində daktilologiyadan 
istifadə edilir. Bir əlin barmaqları əsasında qurulan hərf 
Ģəkli daha anlaĢıqlı olur. Azərbaycanda kar-lallar 
məktəbində təhsil məhz daktilo əlifbası osasındadır. 
STENOQRAFĠYA 
Yazı növlərindən biri də çox geniĢ yayılmıĢ və 
istifadəsi zəruri olan stenoqrafiyadır. 
Bu, iki sözdən ibarətdir (sieno – sıx, graphe – 
yazıram) hərfi mənası sıx yazıram deməkdir 
1
Stenoqrafıya bütün dünyada yayılmıĢ ən populyar 
yazı növüdür. Belə ki, əvvəllər elə böyük rəsmi məclis 
olmurdu ki, onun gediĢi stenoqramlaĢdırılmasın, 
stenoqrafıya vasitəsilə rəsmi məclislərin (qurultay, 
sessiya, müĢavirə, konfrans, senat, seym, məclis) bütün 
gediĢi yazıda əks etdirilir. Bu isə steııoqrafıyamn 
əhəmiyyətini artırır. 
Stenoqrafıya ilk dəfə qədim Misirdə meydana 
gəlmiĢ, 
sonralar 
Yunanıstanda 
və 
Romada 
təkmilləĢdirilmiĢdir Qədim Misir stenoqrafık iĢarələri 
haqqında məlumatımız yoxdur. Ġndi əldə olan 
stenoqrafık yazı iĢarələri qədim romalılara məxsusdur. 
Qədim dövrün məĢhur natiqi Siseronun qulu və Ģəxsi 
katibi Tiron Misir stenoqramları əsasında yeni – latın 
dilinə uyğun bir yazı sistemi yaratmıĢdır. Tiron bu yazı 
1
F. Y. V c y s ə I o v. «Alman dilinin fonctikası» B. 1980. sah. 56 – 
60: S. M. Ba b a y c v. M. Qaraycva. «Ġngilis dilinin fonctikası» B., 
1983 səh. 6 – 11; K. O. D a d a $ o v. «Franqız dilinin fonctikası». B. 
1980. 


sistemini baĢqalarına da öyrətmiĢdir. Tironun Ģagirdləri, 
isə yeni eradan əvvəl 63-cü il dekabrın beĢində Katonun 
Toiolina əleyhinə ittiham nitqini stenoqramlaĢdırmıĢlar. 
Bu hadisədən iki min il sonra 1937-ci ildə Londonda 
müxtəlif ölkələrin stenoqrafları bu yubileyi qeyd 
etmiĢlər. 
Rusiyada stenoqrafıya XVIII əsrdə, Azərbaycanda 
isə iyirminci illərdə meydana gəlmiĢdir. 
Ġndi stenoqrafıyanı zəruri edən nədir? Hər Ģeydən 
əvvəl bu, adi yazı sürətinin aĢağı olması ilə əlaqədardır. 
Adi sürətlə yazan adam dəqiqədə 20 söz yaza bilər. Adi 
templə deyilən nitqdə isə dəqiqədə 70 – 80 söz deyilir. 
Məruzə və mühazirələrdə, rəsmi nitqlərdə isə sürət daha 
böyük olur. Belə ki, hesablamalara görə natiqlər bir 
dəqiqədə 120 söz deyə bilir. DanıĢıq sürəti ilə adi yazı 
sürəti arasındakı nisbət aydındır. Bu təxminən – 1/6-ə 
bərabərdir. Yəni adi yazı ilə mühazirənin – 1/6 - ni 
yazmaq mümkündür.Buna görə də iti sürətlə yazmaq 
nəinki zəruri, habelə tələbatdır. 
Bakı yeni türk əlifbası mərkəzi komitəsi 60-a 
qədər xalq üçün yeni əlifba tərtib etməkdən əlavə
stenoqrafıya məsələləri ilə də məĢğul olmuĢdu. 
Belə ki, 1930-cu ildə Bakıda milli unitar 
stenoqrafıya məsələlərinə həsr edilmiĢ qurultayda milli 
dillər, o cümlədən Azərbaycan, Ukrayna, özbək, tatar, 
gürcü, moldov və s. dillər üçün stenoqrafıya sistemi 
tərtib edildi. Bu dillər üçün stenoqrafık yazı sistemi 
olaraq P. R. Burlakovun layihəsi əsas götürüldü. 
Stenoqrafik yazt ilə adi yazının aĢağıdakı fərqlən vardır: 
1.
Stenoqrafik yazı sürətlə yazmağa – 
dəqiqədə 120-125 sözü qeyd etməyə imkan veriı 


2.
Stenoqrafik yazıda bir hərf adi yazıdakı 
hərfin bir hissəsindən ibarət olur. Bəzən adi yazının bir 
hərfi stenoqrafik yazının üç hərfini təĢkil edir. Buna gerə 
də stenoqrafik yazı adi yazıya nisbətən üç dəfə az yer 
tutur. Adi yazıda m stenoqrafik yazıda 3 hərfi – 
k, v, 
/"hərflərini bildirir 
3.
Əgər adi yazıda dəftər 90° bucaq altında 
qoyulursa, stenoqrafik yazıda dəftər 45° bucaq altında 
qoyulur 
4.
Adi yazıda bir xəttdən istifadə edilir. 
Stenoqrafik yazıda isə iki xəttdən istifadə edilir. Birinci 
əsas, ikinci isə yoxlayıcı (kontrol) xətt hesab edilir 
Yoxlayıcı xəttdən yuxan qalxan iĢarə öz mənasını 
dəyiĢir, müqayisə et: 
r 1 ________________________ e_l 
po 
t r 
5.
Stenoqrafik 
yazıda 
ideoqramların 
elementləri qalır. Belə ki, bəzi stenoqrafik iĢarələr 
sözlərin adına – məzmununa uyğun gəlir. Məs., v – 
(iribuynuzlu heyvan); – (nöqteyi nəzər); < – (bir 
tərəfdən); > (digər tərəfdən); () – (alqıĢ); ( ) – (sürəkli 
alqıĢ) və s.

Yüklə 3,62 Mb.

Dostları ilə paylaş:
1   ...   66   67   68   69   70   71   72   73   ...   177




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə