Dərslik Azərbaycan Respublikası Təhsil



Yüklə 3,12 Mb.
Pdf görüntüsü
səhifə21/94
tarix14.09.2018
ölçüsü3,12 Mb.
#68173
növüDərs
1   ...   17   18   19   20   21   22   23   24   ...   94

 
 
79 
 
alətin və vəsaitin keyfiyyəti, texnoloji proseslərin sabitliyi, 
icraçıların  əməyinin  keyfiyyəti  və  məhsulun  keyfiyyətinə 
bilavasitə təsir göstərən başqa amillər haqqında informasi-
yanın təhlilinə və ümumiləşdirilməsinə əsaslan-mış, nəza-
rətin optimal planlarının işlənilməsinə
-
 
zay məhsulun qarşısının alınmasına və təsdiq olun-
muş standartların, texniki şərtlərin, fəaliyyət göstərən tex-
noloji  proseslərin  parametrlərinin  və  s.  tələblərindən  ya-
yınmaların yaranması proseslərinə fəal profilaktik təsirinə 
nəzarətin təmin edilməsinə; 
-
 
nəzərdə  tutulmuş  nəzarət  əməliyyatlarının  lazım 
olan həcmdə bütün vaxtında keçirilməsinə; 
-
 
işdə yaranmış dayanmaların aradan qaldırılması və 
istehlakçılara lazım olmayan keyfiyyətdə məmulatların is-
tehsalının və tədarükünün qarşısının alınması üçün nəzarət 
obyektinin  fəaliyyət  şərtlərinin  məqsədyönlü  operativ  də-
yişdirilməsinə. 
Keyfiyyətə nəzarət  əməliyyatları  məmulatın  istehsa-
lının  texnoloji  prosesinin,  həmçinin  də  onların  sonrakı 
qablaşdırılmasının,  daşınmasının,  saxlanılmasının  və  is-
tehlakçılar  üçün  göndərilməsinin  ayrılmaz  tərkib  hissə-
sidir. Müəssisənin (sexin, sahənin) nəzarət xidməti işçiləri 
tərəfindən  məmulatların  hazırlanma  prosesində  və  ya  on-
ların  işlənilməsinin  ayrı-ayrı  mərhələləri  başa  çatdıqdan 
sonra zəruri yoxlama əməliyyatlarını aparmadan sonuncu-
lar tam hazır sayıla bilməz. Buna görə də alıcılar göndəril-
məyə hazır deyillər. Məhz bu vəziyyət texniki nəzarət xid-
mətlərinin xüsusi rolunu müəyyən edir. 
Hal-hazırda texniki nəzarət xidmətləri praktiki olaraq 
bütün  sənaye  müəssisələrində  fəaliyyət  göstərir.  Məhz 
keyfiyyətə nəzarət şöbələri və idarələri məmulatın keyfiy-


 
 
80 
 
yətinin  ixtisaslaşdırılmış  və  hərtərəfli  qiymətləndirilməsi 
üçün  daha  əhəmiyyətli  maddi  texniki  zəminə  (sınaq  ava-
danlığına,  nəzarət-ölçmə  cihazlarına,  ləvazimata,  otaqlara 
və  s.)  malikdir.  Buna  baxmayaraq  bu  xidmətin  heyətləri 
tərəfindən  həyata  keçirilən  keyfiyyətə  nəzarətin  nəticələ-
rinin dürüstlüyü çox vaxt əsaslı şübhələrə səbəb olur. 
Bəzi  müəssisələrdə  texniki  nəzarət  işçilərinin  hazır 
məhsulun  qəbulu  zamanı  tələbkarlıq  və  obyektivlikləri 
aşağı  səviyyədə  qalır.  Daxili  zay  məhsulun  aşkarlanması 
üzrə  işin  zəifləməsi  praktiki  olaraq  hər  yerdə  buraxılan 
məhsula iddiaların artması ilə müşayət olunur. 
Bir çox müəssisələrdə aşağı keyfiyyətli məhsula olan 
tələblərdən və iddialardan yaranan məsrəflərin məbləğinin 
istehsalda  zay  məhsuldan  yaranan  itkilərin  miqyasından 
böyük olması müşahidə olunur. 
 


 
 
81 
 
 
 
Şəkil 4.2. TNŞ-in struktur bölmələri 
TNŞ bölməsi 
Təyinat parametrləri 
Erqonomik parametrləri 
Giriş nəzarəti bölməsi 
İxrac olunan məhsula 
nəzarət bölməsi 
Nəzarət sınaqları 
bölməsi 
Əlvan metalların 
qırıntılarının və 
tullantılarının 
keyfiyyətinə nəzarət 
bölməsi 
Müfəttiş nəzarət 
bölməsi 
Zay məhsul və iddiaların 
təhlili bölməsi 
Hazır məhsula anbarda 
nəzarət bölməsi 
İstehsalat və sınaq 
sexlərində texniki 
nəzarət bürosu 
Sex 
səlahiyyətli 
TNŞ bölməsi 
Texniki büro 
Xüsusi 
(funksional) 
səlahiyyətli TNŞ 
bölməsi 
 


 
 
82 
 
4.3. Keyfiyyətə  nəzarət xidmətinin  strukturu 
 
Məmulatların  bir  çox  qüsurlarının  istehlakçıları 
müəssisələrin texniki nəzarət  xidmətlərinin  yarıtmamazlı-
ğına dəlalət edir. 
Bir çox müəssisələrin məhsulun keyfiyyətinə nəzarət 
xidmətlərinin  strukturunda  əsasən  keyfiyyətə  nəzarətin 
texniki və texnoloji aspektlərini təmin edən xüsusi bölmə-
lər vardır. Buna baxmayaraq texniki nəzarət şöbə və idarə-
lərinin  təşkilati-iqtisadi  və  məlumat  funksiyaları  kifayət 
qədər inkişaf etməmişdir. Bir çox müəssisələrdə adı çəki-
lən bölmələrin işində aşağıdakı problem və çatışmazlıqlar 
vardır: 
-
 
nəzarət  xidmətlərinin  aşağı  buraxılış  qabiliyyətləri 
və  heyətin  sayının  kifayət  qədər  olmaması  istehsalın 
ahəngdarlığının  ritmliyinin  və  məhsulun  reallaşdırılma-
sının  pozulması,  keyfiyyətə  nəzarət  üzrə  ayrı-ayrı  işlərin 
yerinə  yetirilməməsi,  istehsalatın  nəzarətsiz  sahələrinin 
yaranması; 
-
 
nəzarət nəticələrinin qeyri-dürüstlüyü; 
-
 
məhsulun keyfiyyətinin qiymətləndirilməsində aşa-
ğı tələbkarlıq və subyektivlik; 
-
 
texniki  təchizatın  zəifliyi  və  metoroloji  təminatın 
çatışmazlıqları; 
-
 
ölçmələr  metodikasının  qeyri-təkmilliyi,  keyfiyyə-
tin qiymətləndirilməsi üzrə işlərdə təkrarlanma və paralellik; 
-
 
müəssisələrin  məhsulun  keyfiyyətinə  nəzarət  xid-
məti işçilərinin əmək haqlarının nisbətən az olması; 
-
 
nəzarət  xidməti  heyətinin  zay  məhsulun  tam  və 
vaxtında  aşkarlanmasında  maraqlı  olmaması  ilə  nəticələ-
nən mükafatlandırma sisteminin çatışmazlıqları; 


 
 
83 
 
-
 
nəzarətçilərin peşəkarlıqlarının yerinə yetirilən işlə-
rin dərəcəsinə uyğun gəlməməsi, müəssisələrin TNŞ işçi-
lərinin aşağı təhsil səviyyəsi. 
Texniki  nəzarət  xidmətlərinin  işində  qeyd  olunan, 
yoxlamaların  yüksək  profılaktikliyinə,  dürüstlüyünə  və 
obyektivliyinə çatmağa mane olan, çatışmazlıqların aradan 
qaldırılması  məmulatların  keyfiyyətinin  formalaşması  və 
qiymətləndirilməsi  proseslərinə  hər  tərəfli  müsbət  təsir 
göstərə bilər. 
Birincisi,  istehsal  proseslərinin  balanssızlaşdırıl-ma-
sının  və  məmulatların  keyfiyyətinə  təyin  olunmuş  tələb-
lərdən yayınmaların yaranmasının qarşısını almağa yönəl-
miş  texniki  nəzarət  zay  məhsulun  profilaktikasına,  onun, 
texnoloji  proseslərin  ən  ilkin  mərhələlərində  aşkarlanma-
sına  və  ehtiyatların  minimal  sərfləri  ilə  operativ  sxemdə 
aradan qaldırılmasına kömək edir ki, bu da şübhəsiz bura-
xılan  məhsulun  keyfiyyətinin  artırılmasına,  istehsalın  sə-
mərəliliyinin yüksəlməsinə gətirib çıxarır. 
İkincisi,  TNŞ  işçiləri  tərəfindən  məmulatların  key-
fiyyətinə  ciddi  və  obyektiv  nəzarət  zay  məhsulun  isteh-
salçı müəssisədən kənara çıxmasına mane olur. Keyfiyyət-
siz  məmulatların  həcminin  azaldılmasına  kömək  edir,  yı-
ğılmış  məmulatlarda  müxtəlif  qüsurların  aşkarlanması  və 
aradan  qaldırılması  üzrə  pis  nəzarət,  keyfiyyətsiz  məhsu-
lun  saxlanması,  boşaldılması  və  istehlakçılara  daşınması, 
onun  xüsusi  bölmələri  tərəfindən  giriş  nəzarəti  və  qüsur 
məhsulun istehsalçılara qaytarılması zamanı qaçılmaz ola-
raq, meydana çıxan əlavə qeyri-istehsal xərclərin yaranma 
ehtimalını azaldır. 
Üçüncüsü, keyfiyyətə nəzarət xidmətinin etibarlı işi, 
müəssisənin  başqa  xidmətlərinin  işində  təkrarlanma  və 


Yüklə 3,12 Mb.

Dostları ilə paylaş:
1   ...   17   18   19   20   21   22   23   24   ...   94




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə