Ebedi Mektublar-wers Layout 1



Yüklə 15,65 Mb.
Pdf görüntüsü
səhifə11/41
tarix17.11.2018
ölçüsü15,65 Mb.
#80773
1   ...   7   8   9   10   11   12   13   14   ...   41

mağımın bir səbəbi də, əslində, elə bununla
bağlıdır. Səmimiyyətlə deyirəm, qəzetinizin
bu sayında diqqəti çəkməyən, maraqla oxun‐
mayan bir yazıya belə təsadüf edilmir. Aka‐
demik Bəkir Nəbiyevin T.Salamoğlunun
«Әh məd Cavad yaradıcılığı Azərbaycan və
türk alimlərinin araşdırmalarında» əsərinə
həsr etdiyi «Təfəkkürün dərinliyi, tədqiqatın
təzəliyi» silsilə yazısının davamı, fil.e.n. Gül ‐
xani Pənahın Dədə Qorqudla bağlı «Anar və
folklor» monoqrafiyasından parçalar (burada
əsərin ana axarını «O torpağı ki qoruya bil mə ‐
din, onu əkib‐becərməyə dəyməz. O tor pa ğı ki
əkib‐becərmədin, onu qorumağa dəy 
 
məz»
fəlsəfi fikri təşkil edir), Dəmir Gə də bəylinin
görkəmli alim və pedaqoq Mir Cəlal Paşaye və
həsr etdiyi poeması, tənqidçi Vaqif Yusiflinin
«Şeirimizin bu günü, bu günümüzün şeiri»
məqaləsi, fil.e.d. İsmayıl Kazımovun prof. Mə ‐
həm məd İracoğlunun monoqra fiyasına həsr
olunmuş «Azərbaycan şeirinin tarixi və yeni
nəzəriyyəsi»  məqa lə sin də rus  tədqiqatçısı
İ.V.Steb levanın VI–VIII əsrlərin türk poeziya ‐
sın dan apardığı təd qiqatlar ön plana çəkilir.
İstər‐istəməz dü şü  nürsən. Bir çox ədəbiyyatçı ‐
larımız  Azər bay  can  poeziya sının  XIII–XIV
58


əsrlərdə intişar tapdığından söz açırlar. Belə
çıxır ki, biz türkdilli xalq deyilik. Belə çıxır ki,
«Kitabi‐Dədə Qorqud»un bizə dəxli yoxdur.
Bəzi dilçilərimiz laqeydlik göstərir. AMEA‐nın
müxbir üzvü, prof.Tofiq Hacıyev, prof. Qə ‐
zənfər Kazımov kimi dilçi lərin harayına səs
verənlər isə təəssüf ki, az dır. Dünya şöhrətli
bəstəkarımız Qara Qara  ye vin 90 illik yubileyi
münasibətilə tələbələrin çox maraqlı yazıları,
Məhəmməd Әmin Rəsulza 
dənin «Leyli və
Məc nun» əsasında «Nizami və Füzuli arasın ‐
da bir qarşılaşdırma» əsərin dən silsilə yazı sı ‐
nın davamı, dosent Gülşən Әliyevanın «Fü  zu  li
poetikasının bədii sistem kimi tədqiqi», Xalq
yazıçısı, şair Söhrab Tahi rin «Naməlum qadı ‐
nın gündəliyi» povestin dən parçalar, yazıçı
Tahir Kazımovun «Həs rət lənmiş sevgi» adlı
publisistik yazısı, məşhur xanəndə Keçəçi oğ ‐
lu Məhəmmədə həsr olun muş məqalə, İsma ‐
yıl bəy Qutqaşınlının yeni cə üzə çıxarılmış «İki
quşun söhbəti» şeiri haq qında yazı və şeirin
özü, saz‐söz sənətinin bilicisi, bir çox saz
havalarını nota köçürən do sent İlqar İmam ‐
verdiyev  haqqında  yazı,  Gü ney  Azərbay  can ‐
dan olan Tağı Piləçaylının xeyli sayda şeiri və
bayatıları, çağdaş folklor şünaslıq el mimizin
59


patriarxı, folklordan ilk dərs vəsaiti yazan
(İ.Babayevlə birgə) Әmək dar elm xadimi, prof.
Paşa Әfəndiyev haqqın da dosent Mahmud
Allahmanlının məhəb bətlə yazılmış san ballı
məqaləsi (burada da ibrət götürü ləcək məqam ‐
lar çoxdur: Paşa müəllimdən mən elmi, həyatı
və insanlığı öyrənmişəm. O, mənim nəzərimdə
pirdi, məbəddi, ocaqdı), şair‐dilçi alim Kamal
Bayramın yaxınlarda işıq üzü görmüş böyük
həcmli «İki dünya arasında» kitabına rəy, sizin
«Gündəliyin izi ilə» silsilə yazınızın sonu və
Şadimanın yara dıcılığına həsr etdiyiniz «Adı
Şadiman ola nın…» silsilə yazınızın davamı,
Sona Xəyalın «Fikrət Qoca» kitabı haqqında
Nijad Mikail 
zadənin düşüncələri, Folklor
İnstitutunda Aşıq Әləsgərə həsr olunmuş
poeziya günləri barədə yazı, Xəzail Әrdağın
«Axmaq ayı» adlı epik‐lirik janrda yazılmış bir
səhifəlik təm sili, Әliağa Kürçaylının 80 illiyi ilə
ilgili yazı, Qəzənfər Sazbəndin şeirləri, yeni
çəkil miş kliplər və s. haqqında yazılar yer alır.
Bu yazılarda, hər şeydən əvvəl, məzmun, mə ‐
na, elmilik, məntiq, dilin rəvanlığı və səlisliyi
müşahidə olunur. Sevindirici haldır ki, qəze ‐
tinizdə elmi mübahisələrə meydan verilir, an ‐
caq qərəzli yazılara yer verilmir.
60


Әli Rza müəllim, qəzetin elə təkcə bu sayı ‐
nın ərsəyə gəlməsində çəkdiyiniz titanik zəh ‐
məti bir yaradıcı adam kimi dərindən dərk
etdiyimdəndir ki, ürəyimin səsinə hay verə ‐
rək bu məktubu yazdım.
Qloballaşmanın qlobal təzadlarla aləmə
mey dan oxuduğu, milli dəyərlərimizin aşın ‐
malarla üzləşdiyi, prof. Nəsir İmanquliyevə
həsr olunmuş «Mətbuatımızın klassiki» mə ‐
qa  lələr toplusu kitabında Xalq şairi Sabir
Rüs  təmxanlının doğru olaraq qeyd etdiyi
kimi, mətbuatda qeyri‐peşəkarlığın tüğyan
etdiyi, sözün ucuzlaşdığı, özünü və sözünü
bilmə yən adamların jurnalistlik iddiası ilə or‐
taya atıldığı bir zamanda nə yaxşı ki, xalqa
vicdanla xidmət edən ziyalılarımız, «Kredo»
ki mi məna dolu bəzi qəzetlərimiz vardır.
Qardaşım, ədəbiyyatımıza, elmimizə, mə ‐
də niy yətimizə xoş niyyətlə, vicdanla, təmən ‐
na sız xidmətlərinə görə sənə minnətdar lığımı
bildirirəm.
Hörmətlə, 
Qəzənfər Paşayev
61


HÖRMӘTLİ 
SӘKİNӘ XANIM!
Azərbaycan ədəbiyyatının böyük dostu
Әbdüllətif Bəndəroğlu haqqında gözəl dis‐
sertasiya yazdığını nəzərə alaraq bəhrələn ‐
mək üçün aşağıdakı kitabları qaytarmaq şərti
ilə sənə göndərirəm:
1. «Kitabi‐Dədə Qorqud» (ərəbcə). Bağ ‐
dad, 2007. 
2. «Altı il Dəclə‐Fərat sahillərində» (ərəb ‐
cə). Bağdad, 1996. 
3. Elçin. «Mahmud və Məryəm». Kərkük,
2007. 
4. Rəsul Rza. «Ağlayan çox, gülən hanı?»
Kərkük, 2007. 
5. Füzuli haqda məqaləm və toplu (ərəb ‐
cə). Bağdad, 1994. 
6. Q.Paşayev. İraq‐türkman folkloru. Bağ ‐
dad, 1995. 
7. «Yurd» dərgisinin bütün sayları. Bən də ‐
ro ğ lu nun  ölümündən  sonra  kürəkəni
Cəlal Pola dın buraxdığı saylar daxil ol‐
maqla (№16, 17, 18).
Hörmətlə, 
Elmi rəhbərin Qəzənfər Paşayev
Mart,  2011
62


Yüklə 15,65 Mb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   ...   41




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə