Ebedi Mektublar-wers Layout 1



Yüklə 15,65 Mb.
Pdf görüntüsü
səhifə7/41
tarix17.11.2018
ölçüsü15,65 Mb.
#80773
1   2   3   4   5   6   7   8   9   10   ...   41

Məncə, bu, ərəblər türk xalqlarını qılınc
gü cünə özlərinə tabe etdirdiklərinə və İslam
dinini zorla qəbul etdirdiklərinə görə belə
olmuşdur. An Lu‐Şan Çin imperiyasını həm
daxili, həm də xarici təhlükədən qorumaq
üçün yaradılmış muzdlu ordunun başında
durduğundan (s. 62) İslam dini ilə mübarizə
aparmaq onun vəzifə borcu xaricində idi.
Qardaşım, yazdığınız kimi, qəhrəmanlıq
dastanları milliliyi və tarixiliyi ilə seçilir. La kin
«Koroğlu» dastanının istisna təşkil etdi yini və
hətta soykökünə görə qohum olma yan xalq ‐
ların milli dastanı olduğunu göstərməyiniz,
düzü başqalarının dəyirmanına su tökmək
kimi bir şeydir. Məlumdur ki, dastanların
əsasını çox vaxt nağıllar, rəvayətlər, əfsanələr
təşkil etmiş və ərazicə yaxın olan ölkələrdə
şifahi xalq ədəbiyyatının bu növü eyni dərəcədə
yayıla bilmişdi. «Koroğlu»nun da əsasında
nağılların, rəvayətlərin, əfsanələrin durdu ‐
ğunu və bu motivlərə qonşu xalqlarda rast
gəlindiyini inkar etmək olmaz. Lakin türk
xalqlarının sazlı‐sözlü məclislərinin yaraşığı
olan, poetik cəhətdən formalaşmış «Koroğlu»
dastanını başqa xalqların milli mirası kimi
verməyiniz bizə ağır gəlir. Allaha şükür ki,
34


68‐ci səhifədə özünüz öz fikirlərinizə qarşı
çıxırsınız. Әzizim, tacik, erməni və kürdlərə
«Koroğlu» indiki ərazi bölgüsünü nəzərə
alsaq İrandan və bizdən keçmişdir. Bu, gün
kimi aydın həqiqətdir.
An Lu‐Şanın Koroğlunun prototipi olması
barədə fikirləriniz və dastandan çıxış edərək
müqayisələr aparmağınız da məni heç cür
qane etmir. Dastanın bütün boylarında Ko ‐
 roğ  lu mərd, qorxmaz və vicdanlı qəhrəman
kimi təsvir edilir. Onun gözünün düşməni
namərd, yaltaq və riyakar adamlar olmuşlar.
Lakin Çin tərəfinə keçmiş köçərilərdən olan
An Lu‐Şan isə mahir riyakar və yaltaqdır. O,
hökm etməyi də, yalvarmağı da eyni səviyyə ‐
də bacarır. Saraya yaxın olan adamlar onun
tərəfindən ələ alınmışdı (s. 61).
Mənbələrdən göründüyü kimi, An Lu‐Şan
şöhrətpərəst, mənsəbpərəst olmuş, hakimiy ‐
yətə gəlmək üçün dəridən‐qabıqdan çıxmış ‐
dır. An Lu‐Şan əsərinizdən göründüyü kimi,
axmaq, eybəcər, içki düşkünü və qəddar bir
adamdır. Onun Rövşənə bənzəyişi yoxdur.
Cəlil müəllim, yazırsınız: «An Lu‐Şanın
Rövşən olması qədim Çin mənbələrində bi ‐
zim üçün daha böyük əhəmiyyət kəsb edən
35


bir faktla da təsdiq olunur. Mənbələrdən mə ‐
lum olur ki, sən demə, əsl Rövşənin elə özü
sonralar gözlərinin işığını itirərək kor olmuş
və bəlkə də, o, kor oğlan – Koroğlu adını qa ‐
zanmışdır» (s. 78).
Qardaşım, burada mən arzu olunanı həqi ‐
qət kimi vermək cəhdindən başqa bir şey gör ‐
mü 
rəm. Bəyəm «Koroğlu» dastanında
Rövşə nin özünün kor olması barədə nəsə bir
işarə vardır?! Әksinə, bu fakt «korlaşmağa
başlayan, hətta əşyaları seçə bilməyən, bu
xəstəlikdən daha çox çılğın və qəddar olan»
An Lu‐Şanın Rövşənlə heç bir əlaqəsi olma ‐
dığını göstərir.
Qəhrəman Koroğlu obrazını əsrlər boyu
ürəyində yaşadan nəsil‐nəsil sevdirən xalq
onu kor kimi heç cür təsəvvürünə gətirmə ‐
yib. Məşhur el məsəlində «Çoxları atasının
gözünü çıxartdı ki, ona da Koroğlu desinlər,
ancaq ona «Kor kişinin oğlu», dedilər» deyilir.
Bu, bir daha təsdiq etmirmi ki, Rövşənin özü ‐
nün korluğundan heç söhbət gedə bilməz?
Әsərdə diqqətimi cəlb edən başqa bir mət ‐
ləbə də toxunmaq istərdim. Haqlı olaraq gös ‐
tə rirsiniz ki, üsyanın başlanması Koroğlu‐
şünaslıqda, bir qayda olaraq, Rövşənin göz ‐
36


ləri çıxarılmış atasının qisasını alması ilə izah
olunur. Yazırsınız ki, An Lu‐Şan hərəkatında da
qisas motivi açıq‐aydın görünməkdədir (s. 66).
Әksinə, burada qisas yox, xəyanət var dır. İm‐
perator ona inanır və ehtiram göstə 
rir 
di.
Әvəzində elə bir xəyanət, elə bir na mərd lik
görür ki, yalnız şöhrətpərəstliyin nəticəsi kimi
qiy mətləndirilə  bilər.
Cəlil müəllim, yazırsınız: «An Lu‐Şan üs ‐
yanına cavab olaraq Çanyanda ya şa yan oğ ‐
lunun edam edilməsi bu motivin, həqiqətən
də, olduğunu göstərir» (s. 66).
Göründüyü kimi, bu qisas o qisasdan de ‐
yil, tərsinədir. Burada diqqətinizi cəlb etmək
istədiyim ikinci bir məsələ ondan ibarətdir ki,
An Lu‐Şanın, həqiqətən də, oğlu olub. Sizə
qədərki alimlər də bunu təsdiq edirlər. «Ko ‐
r oğlu» dastanında isə Koroğlunun belini bü ‐
kən ən böyük dərdi övladsızlıq dərdi idi.
Qardaşım, Çinlə bağlı bir həqiqəti də de ‐
məliyik ki, nağıllarımızın, əfsanələrimizin bir
çoxunun Çinlə‐Maçinlə bağlı olması həmin
ərazidə tarix boyu yaşamış və indi də yaşa ‐
yan, sayı 30 milyonu keçən, dini dinimizdən,
dili dilimizdən olan uyğurlardır. Onların
paytaxtı Urumçu şəhəridir. Mənim kiçik qar ‐
37


38
daşım Әləsgər müəllim dəfələrlə Urumçuda
olub. Dillərinin Azərbaycan dilindən fərqlən ‐
mə diyini söyləyir. Onlarda da xalq yaradı cı ‐
lığının zəngin olduğunu qeyd edir. Bunları
deməkdə məqsədim odur ki, bəlkə, gələcək ‐
də tədqiqatlarınızda bu amilə də diqqət yeti ‐
rəsiniz.
Yaradıcılığınıza və şəxsiyyətinizə 
dərin hörmət bəsləyən
Qəzənfər Paşayev


_________________
* Bax: «Unnu Ağcanın lətifələri». Toplayan və tərtib edən:
Prof. S.Paşayevdir. «Ekologiya» nəşriyyatı, 1999. s. 48.
39
ӘZİZİM SӘDNİK MÜӘLLİM!*
Fikrimi bilmək üçün göndərdiyiniz hər iki
əsəri oxudum. Özü də diqqətlə oxudum.
Qardaşım, Sizin cəfakeşliyiniz, həvəs və
folklora olan məhəbbətiniz məni illərdir ki,
heyran edir, sevindirir. Hər iki əsəriniz mə ‐
nim qəti fikrimcə, orijinaldır. «Unnu Ağcanın
lətifələri»ndən başlayacağam. Bilirsiniz ki,
mən uzun illər Kərkük lətifələri üzərində iş ‐
lə miş, həm elmi söz deməkdən, həm də İraq da
yaşayan azərbaycanlıların lətifələrini «Mol la
Nəsrəddindən töhfələr» və «Mollanın nəvə‐
nəticələrindən töhfələr» başlıqları altında çap
etməkdən çəkinməmişəm. Orda da Unnu
Ağcalar çoxdur. Xalqımızın yayıldığı bütün
ərazilərdə müdrikliyi, ağlı‐zəkası, duzlu‐
məzəli söhbətləri ilə seçilən Ağcalar çoxdur.
Qoy onların sayı daha da çox olsun!
«Unnu Ağcanın lətifələri» mənə zövq ver ‐
di. Gənclik illərində xalq arasında gördüyüm
xalq müdrikləri gözümün qabağına gəldi.
Təkcə buna görə sizə minnətdaram.


Yüklə 15,65 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   41




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə