Ebedi Mektublar-wers Layout 1



Yüklə 15,65 Mb.
Pdf görüntüsü
səhifə8/41
tarix17.11.2018
ölçüsü15,65 Mb.
#80773
1   ...   4   5   6   7   8   9   10   11   ...   41

40
Başqa bir tərəfdən də mən də Unnu Ağca ‐
nı yetirən torpaqdanam. Fəxr edirəm ki, tor ‐
pağımız tarixdə qalmağa layiq şəxsiyyətlər
yetirir. Bəlkə də, nəsillər dəyişdikcə Unnu
Ağca yaddaşlardan silinəcək, onun bəzi kə ‐
lam ları başqalarının adına çıxılacaqdır. Sizin
ən böyük xidmətiniz onu tarixdə yaşatmaq
oldu. Axı bəşəriyyətin ən böyük kəşfı nəsil lə ‐
rin nailiyyətlərini yaşadan kitablardır. Məhz
bunu nəzərə alaraq «Unnu Ağcanın lətifə lə ri»
kitabının çap xərcini öz üzərimə götürürəm.
Hörmətlə,                           
Qəzənfər Paşayev


_________________
* Bax: «Әdəbiyyat qəzeti», 29.11.2001, s.1.
41
DÜMANIN BAKIDAN MӘKTUBU
HAQQINDA*
Hörmətli redaksiya!
Dünyanın hər yerində olduğu kimi, Azər ‐
baycanda da anadan olmasının 200 illik yubileyi
qeyd edilən böyük fransız yazıçısı Alek  sandr
Dümanın (Ata) Azərbaycanda çap olunmamış,
1858‐ci ildə Bakıdan Parisə gön dərdiyi məktu ‐
bunu cüzi ixtisarla sizə təqdim edirəm.
Hər şeydən öncə, onu qeyd etmək istər dim
ki, heç bir əcnəbi səyyah, alim və ya ya zıçı
A.Dümanın Azərbaycana göstərdiyi xid məti
göstərməmişdir. Təkcə onu demək kifayətdir
ki, məşhur yazıçı «Şahdağın qarları» əsərini,
Avar xanın qızı Səltənət və azərbaycanlı Şam ‐
xal bəyin eşq macərasından bəhs edən «Sul‐
tanetta» («Sultan qızı») romanını yazıb Pa ris də
çap etdirmiş, böyük həcmli «Qafqaz səfəri»
əsərinin yarısını Azərbaycana həsr etmişdir.
Kitabda yazıçı xalqımız, tariximiz, tarixi abi də ‐
lərimiz, mənəviyyatımız, mənəvi dəyər lə rimiz,
adət‐ənənələrimiz və s. barədə böyük hörmət,
ehtiram və məhəbbətlə söz açır. Mə lumdur ki,
hər bir xalq digərləri arasında mənəvi dəyər ‐


42
ləri ilə seçilir. Yazıçının mənəvi dəyərlərimizi
başqa xalqlara tanıtmaq ba xımından gördüyü
işlər ölçüyəgəlməzdir. A.Düma Azərbaycan
xalqını qonşu xalqlarla müqayisə edərək onla ‐
rın təbiətlərində tari xən özünü göstərən bəzi
eybəcərliklərdən söz açır. Azərbaycanlılar haq ‐
qında: «Azər baycanlı ilə bir şey barədə söv də ‐
lə şəndə on dan imzalanmış sənəd tələb etməyə
ehtiyac yoxdur. Söz verdi, qurtardı» – deyə alə ‐
mə bəyan edir. Qeyd edir ki, Fransada bu
qonaqpərvər, zəhmətkeş, cəsur xalq haqqında
tə səv vür yanlışdır. Dərbənd və Qız şəhərindən
baş lamış, Quba, Sumqayıt, Bakı, Şamaxı, Nuxa
və s. yerləri başdan‐başa gəzən yazıçı gördüyü
insanlar barədə ürəkdolusu danışır. «Atəş‐
gah»ı ziyarətə gedərkən azərbaycanlı ailəsində
qo naq olmağından, Bakıda Natəvan, uşaq ları,
ana sı və əri Xasay xan Usmiyevlə görüş lərin ‐
dən, Şamaxıda Mahmud ağanın evində rəqs ‐
lərə, xanəndə və musiqiçilərə heyran lı ğından,
musiqi alətlərimizdən, şəhərlərin ürəyi adlan ‐
dırdığı Dərbənd, Bakı və Nuxa bazarlarından,
xəzər dənizinə məftunlu ğun dan və s. söz açır.
Onu da bilmək maraqlıdır ki, Düma Sankt‐Pe‐
terburqdan çıxanda Yeliza vetpoldan (Gəncə)
keçib getməyi nəzərdə tutmuşdu. Gəncə qapı ‐
ları barədə orada mə lumat toplamaq istəyirdi.


_________________
* Bax: «
Литературный Азербайджан», №3, 2004, s. 8–23.
43
Çünki Kutaisinin on bir kilometrliyində olan
Gelati monastrına gedib Gəncə qapılarını gör ‐
mək istəyirdi. Onun yazdığına görə, Gəncə
qapılarının bir tayı orada saxlanılır. İndiyə qə ‐
dər də orada dır. A.Dümanın təsvirinə görə, o
qapı tayının hündürlüyü beş‐altı metr, eni isə
iki metr yarıma yaxındır.
Amma nədənsə Düma fikrini dəyişib Gən ‐
cədən deyil, Nuxadan keçib getdi. Bütün bun ‐
lar barədə Həmid Abbasovla şərikli tərcümə
edib oxuculara çatdırdığımız «Qafqaz səfəri»
kitabında ətraflı məlumat vermişik. Böyük
yazıçının «Qafqaz səfəri» barədə gürcü dost ‐
la 
rımızla birgə bədii‐sənədli film çəkmək
planlaşdırılıb. Filmin Azərbaycana aid hissə ‐
sinin ssenarisini yazmışam*.
İndilikdə isə məramım Dümanın Bakıdan
Parisə göndərdiyi məktubu oxuculara təq ‐
dim etməkdir. Güman edirəm ki, məktub dü ‐
masevərlərin marağına səbəb olacaqdır. 
Qəzənfər Paşayev


İNGİLİS YAZIÇISI 
CӘNAB CEYMS OLDRİCӘ 
21 Kersli küçəsi, 
London SW 11
Möhtərəm Ceyms Oldric!
2003‐cü ilin oktyabr ayının 31‐də Azər bay ‐
can Milli Elmlər Akademiyasının Nizami
Gəncəvi adına Azərbaycan Әdəbiyyatı Mu ‐
ze yində anadan olmağınızın 85‐ci ildönümü
münasibəti ilə elmi sessiya keçirildi.
Elmi sessiyada Sizin yaradıcılığınızla bağlı
dörd görkəmli alim məruzə etdi. Sonra isə
Azərbaycan ictimaiyyətinin nümayəndələri
və xarici qonaqlar çıxışlar edərək çoxşaxəli
yaradıcılığınızdan söz açdılar. Sizin Azər bay ‐
can xalqının milli azadlıq hərəkatından bəhs
edən və dünyanın 30‐dan artıq dilinə, o cüm ‐
lədən də 1981‐ci ildə Azərbaycan türkcəsinə
tərcümə olunaraq oxuculara təqdim olunan
məşhur «Diplomat» romanınız hər bir azər ‐
bay canlı üçün əzizdir. Azərbaycan həqiqət ‐
ləri barədə bu kitab əcnəbi yazıçı tərəfindən
qələmə alınmış ən qiymətli əsərdir. Buna gö ‐
rə xalqımız Sizə minnətdardır. Başqa əsər lə ‐
rinizdə də Azərbaycan mövzusuna toxun muş,
44


«Diplomat»ın məntiqi davamı sayılan «Gün
keçdi» romanında isə özünüz etiraf etdiyiniz
kimi, Azərbaycanı mübarizə meydanında tək
qoymayıbsınız.
Azərbaycana göndərdiyiniz məktublar ‐
dan məlum olur ki, onun tarixinə, mədə ‐
niyyətinə, xüsusən də ədəbiyyatına dərindən
bələdsiniz.
Qürur hissi ilə nəzərinizə çatdırırıq ki,
Azər  baycanda da ingilis ədəbiyyatına böyük
ma raq vardır. Bütün görkəmli ingilis yazıçı
və şair lərinin əsərləri Azərbaycan türkcəsinə
tər cü mə olunub. Şekspirin, demək olar ki,
bütün əsər ləri Milli Dram Teatrında səhnəyə
qoyulub.
Hörmətli cənab Oldric, Sizi dünya şöhrətli
yazıçını bir daha anadan olmağınızın 85 illiyi
münasibəti ilə ürəkdən təbrik edir, Sizə hə yat ‐
da ən böyük nemət olan cansağlığı və yaradı ‐
cılığınızda yeni‐yeni uğurlar diləyirik.
Yubiley mərasimində çıxış edənlər: prof. Ra ‐
fael Hüseynov, prof. Nizami Cəfərov, prof. Qə ‐
zənfər Paşayev, şair və alim Ayaz Vəfalı,
prof. Qulamrza Səbri Təbrizi, Xarici İşlər
Na zirliyinin məsul işçisi Ramiz Abutalıbov,
prof. Gülrux Әlibəyli, prof. Tofiq Hüseynov,
45


Yüklə 15,65 Mb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   ...   41




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə