Ebedi Mektublar-wers Layout 1



Yüklə 15,65 Mb.
Pdf görüntüsü
səhifə14/41
tarix17.11.2018
ölçüsü15,65 Mb.
#80773
1   ...   10   11   12   13   14   15   16   17   ...   41

76
ze ti» və başqa mətbu orqanlarda bu dərin
məzmunlu kitabın məziyyətləri haqqında ət ‐
raflı söz açıb, onu yüksək qiymət ləndi riblər.
Qənaətimə görə 60 illik yubileyinizə bundan
mənalı töhfə ola bilməzdi.
Mən Sizin Misirdə ərəb və ingilis dillərin ‐
də çap olunmuş «Çağdaş Azərbaycan ədibi
Cəlil Məmmədquluzadə» və Pakistanda ur du
dilində çıxan çox böyük həcmli «Görkəm 
li
Azərbaycan mütəfəkkiri Cəlil Məm məd qulu ‐
zadə» kitablarınızı oxuyub mətbuatda geniş
rəylə çıxış etmişdim («Әdəbiyyat qəzeti»,
06.06.2008). Fundamental əsərlərinizi Azər ‐
bay can dilində də oxumaq arzusunda idim.
Nəhayət ki, istəyimə çatdım.
Qardaşım, fevralın 21‐də göndərdiyiniz
«Cəlil Məmmədquluzadə» («Әcəmi» nəşr.,
2009), «Cəlil Məmmədquluzadə. Mühiti və
müasirləri» (Naxçıvan – 2009) və sizə həsr
olunmuş «Ömrün illəri və izləri» («Elm və
təhsil» – 2009) adlı möhtəşəm kitabları min ‐
nətdarlıqla aldım. İlk iki kitabla bağlı onu
deyə bilərəm ki, siz nəinki doğma respub ‐
likamızda, eləcə də İranda, Türkiyədə və
İraq 
da da Cəlil Məmmədquluzadənin ən
müqtədir tədqiqatçısı kimi tanınırsınız. Bu


77
bir həqiqətdir ki, indi Cəlil Məm mədqu lu ‐
zadədən söz düşəndə göz önünə ilk gələn Siz
olursunuz. Mənə qalırsa, alim üçün bundan
böyük xoşbəxtlik düşünmək çətindir.
O ki qaldı sizin 60 illik ömür yolunuzdan,
yaradıcılığınızdan bəhs edən 656 səhifəlik
«Ömrün illəri və izləri» kitabına, bu kitabdan
hasil olan qənaətim budur ki, illəri illərə
calayıb həyatın mənasını anlamadan uzun
ömür sürmək hünər deyil. Hünər həyatı dərk
edərək mənalı yaşamaq, özündən sonra iz
qoyub getməkdir. Siz bu mənada itən qızılı
tapmaq olar, itən vaxtı yox» – deyərək gecə ‐
ni‐gündüzə qatan, usanmadan çalışan, hamı
tərəfindən etiraf edilən, barmaqla sayılacaq
alimlərimizdənsiniz.
İsa müəllim, «Ömrün illəri və izləri» adlı
kitabda görkəmli alimlərimizin məqalələri
gördüyünüz miqyaslı işlərdən söz açır, kom‐
pas kimi həqiqəti göstərir, ömür yolumuza
və yaradıcılığımıza işıq tutur. Sizi bir alim,
etibarlı dost, nüfuzlu şəxsiyyət kimi daha
yaxından tanımağa yardımçı olur. Kitabda
yaradıcılığınıza həsr etdiyim «Әbədiliyə apa ‐
ran yolun yorulmaz yolçusu» (bax: «Әdəbiy ‐
yat qəzeti», 6.06.2008) adlı məqaləmə də yer


ayırdığınıza görə sizə və kitabın tərtibçisi Ay ‐
para Behbudovaya təşəkkür edirəm. Haq qı ‐
nızda ürək sözlərimi həmin məqalədə ifadə
etdiyimdən bu məktubda sonralar qəlbimə
hakim kəsilən duyğularımı, qənaətlərimi
bölüşdürməklə kifayətləndim.
Hörmətli İsa müəllim, istər rəhbərlik etdi ‐
yiniz Naxçıvan Dövlət Universitetində, istər
mənim çalışdığım Әdəbiyyat İnstitutunda,
istərsə də Folklor İnstitutunda Mü da fiə Şu ‐
ralarının yığıncaqlarında tez‐tez görü şürük.
Bəzən eyni dissertasiya işi üzrə opponent
olur, təmasda olmaq fürsətindən fayda lanı ‐
rıq. Etiraf edim ki, sizin Müdafiə Şurasının
sədri və ya opponent kimi çıxışlarınız, mən ‐
ti qi  ümumiləşdirmələriniz,  ədəbiy yat şünas ‐
lıq elminin dərin qatlarına nüfuz etməyiniz
məni həmişə həm heyran edib, həm də yaxşı
mənada düşündürüb. Cavabını tapanda qü ‐
rur hissi keçirmişəm. Məlum olub ki, siz, elə cə
də indi tanınmış alimlərimiz Teymur Kə rimli,
Nizaməddin Şəmsizadə, Vilayət Quliyev,
Məhərrəm Qasımlı, Bəhlul Abdulla, Kamran
Әliyev, Alxan Bayramoğlu, Zaman Әs gər li,
Muxtar İmanov və başqaları elm mə 
bə 
di,
Nizami adına Әdəbiyyat İnstitutunda aspi‐
78


rant olmuş, Məmməd Arif, Həmid Araslı,
Məmmədcəfər Cəfərov, Mirzə İbrahimov,
Kamal Talıbzadə, Әziz Mirəhmədov, Şıxəli
Qurbanov, Mirzağa Quluzadə, Yaşar Qara yev,
Məmmədhüseyn  Təhmasib,  Azadə  Rüs tə mo ‐
va, Qasım Qasımzadə, Kamran Məm  mədov və
onların yadigarı Bəkir Nəbiyev kimi korifey
alimlərimizdən, elm fədai lərin dən dərs al ‐
mış, mükəmməl məktəb keçmiş, onlara layiq
alim kimi yetişmişsiniz. Məni sevindirən
odur ki, siz müəllimlərinizin xalq üçün gə ‐
rək li işlərini üzağlığı ilə davam etdi rərək
özünüz də elm fədaisinə çevrilmişsiniz. Qoy
ədəbiyyatşünaslıq elmimiz naminə qələ miniz
və zehniniz bundan sonra da kəsərli olsun!
Heç vaxt həvəsdən düşməyəsiniz. Sizə möh ‐
kəm cansağlığı, könül xoşluğu diləyən
Qəzənfər Paşayev
79


PROFESSOR 
AĞAVERDİ PAŞAYEVӘ 
MӘKTUB
Әzizim Ağaverdi müəllim!
Tanış olduğumuz gündən, qohum olma ‐
saq da, bir‐birimizə «Әmioğlu» deyə müra ‐
ciət edirik. Telefon zəngimə cavab verəndə
də, mənə telefon açanda da elə tərzdə əmi ‐
oğlu deyirsiniz ki, hiss edirəm, Siz də mənim
kimi tanışlığımızdan, az qala dostluq həd di ‐
nə çatan isti münasibətimizdən məmnunsu ‐
nuz. Mən münasibətlərimizdən qürur du yu‐
 ram. Ona görə ki, Azərbaycanın ən gözəl
ziyalılarından birinin «əmioğlusuyam».
Әmioğlu, Siz xoşbəxt insansınız. Təkcə
ona görə yox ki, professorsunuz, yüksək fəxri
adınız var. İllərdən bəridir ki, xalqımızın mə ‐
dəni həyatında hissediləcək rol oynayan, mə ‐
nəvi dəyərlərimizin qorunması və təbliğində
xüsusi xidmətləri olan böyük bir kollektivə
qüsursuz rəhbərlik edirsiniz. Siz bir də ona
görə xoşbəxtsiniz ki, Sahib kimi oğlunuz –
davamçınız vardır. Doğrudur, xoşbəxtlik nis ‐
bi və ötəri olur. Lakin çinlilərin müdrik kəla ‐
mında deyildiyi kimi, əbədi xoşbəxtlik də var.
80


Yüklə 15,65 Mb.

Dostları ilə paylaş:
1   ...   10   11   12   13   14   15   16   17   ...   41




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə