Ebedi Mektublar-wers Layout 1



Yüklə 15,65 Mb.
Pdf görüntüsü
səhifə18/41
tarix17.11.2018
ölçüsü15,65 Mb.
#80773
1   ...   14   15   16   17   18   19   20   21   ...   41

98
barədə nəzəri kitablar mənə məxsusdur. Әs ‐
lində, 33 kitabım, saysız‐hesabsız məqalə ‐
lərim çıxıb. Xaricdə – İraq, Türkiyə, İranda da
kitablarım çap olunub. Lakin bu günə kimi
dövlətimiz mənə bir medal da qıymayıb. 72  ya ‐
şındayam. Bununla belə, taleyimdən nara zı
deyiləm. Böyük Yaradana şükürlər oxuyu‐
ram. Mətləbiniz mənə aydındır. And olsun
Allaha, söhbət açdığınız, həqiqətən də, tərifə ‐
layiq, dünyada üzümüzü ağ eləyən o insan‐
larla əlaqələrim yoxdur. Özüm haqqında
təf silatı ilə ona görə yazdım ki, məsələni başa
düşəsiniz. Hazırda Nizami adına Әdəbiyyat
İnstitutunda baş elmi işçi vəzifəsində çalışıram.
Hörmət və ehtiramla, 
Qəzənfər Paşayev


99
YAZIÇI VӘ PUBLİSİST 
PӘRVİNӘ MӘKTUB*
Hörmətli Pərvin, qələmindən çıxan yazıla ‐
rı ilk dəfə nə vaxt oxuduğum yadımda olma sa
da, iki cəhət yaxşı yadımdadır. Böyük qı zı mın
adını daşımağın və təfəkkürün. «525‐ci qə ‐
zet»in daimi abunəçisi olduğum üçün yazıla ‐
rını izləyə bilirəm. Yazılarından hasil etdiyim
qənaətlər qədərincədir. Hər şeydən əvvəl, sə ‐
nin təvazökarlığın, müşahidə qabiliyyətin,
dünyagörüşün, ədəbiyyatımız və ədəbiyyat ‐
şünaslıq elmimizə bələdliyin, yeni söz demək
qabiliyyətin, ən mühümü təfəkkürün məni
razı salır. Qəzetinizin bitkin bir əsərə bənzər
sayında (03.11.12) yer alan «Rafiq Yusifoğ lu ‐
nun könül səltənəti» məqalən istisna təşkil
etmədi. Oxucu və tədqiqatçılar bütün yazıları
başdan ayağa oxumurlar. Buna ömür də çat‐
maz. Bir də ki, dəniz suyunun duzlu oldu ‐
ğunu bilmək üçün bir damcı kifayət edir.
Sə nin bu yazını iki dəfə, özü də diqqətlə oxu ‐
dum və çox da sevindim. Әvvəla, ədəbiy ya ‐
tımıza dair biliklərinin haradan qaynaq landığı
_________________
* Bax: «525‐ci qəzet», 09.11.2012, s. 12.


100
mənə məlum oldu. Filoloq olduğun, hətta
Azərbaycan Dövlət Pedaqoji Universitetində
magistratura pilləsini bitirdiyin (şübhəm
yox dur ki, əla qiymətlərlə) məni daha da se ‐
vindirdi. Bu, əsassız deyildir. Nə yaxşı ki mət ‐
buatda xalqımıza, ədəbiyyatımıza vicdanla
xidmət edən sənin kimi qələm sahib lərimiz
vardır. Xalq yazıçısı Elçinin «səviy yə siz mət ‐
buat, səviyyəsiz də oxucu yetişdirir» kəlamı
böyük həqiqətlərdən söz açır. Məlumdur ki,
mətbuat azadlığı və ölkədə bərqərar olan de ‐
mokratiyadan istifadə edərək indi kimin əli ‐
nə qələm keçir, qəzet və ya jurnal buraxır.
Qloballaşmanın qlobal təzadları ilə aləmə
meydan oxuduğu, ciddi mənəvi aşınmalara
gətirib çıxardığı, Xalq şairi Sabir Rüstəm xan ‐
lının doğru olaraq qeyd etdiyi kimi, mətbuat ‐
da qeyri‐peşəkarlığın tüğyan elədiyi, sözün
ucuzlaşdığı, özünü və sözünü bilməyənlərin
jurnalistlik iddiası ilə ortaya çıxdığı bir za‐
manda sizin kimi fədakar jurnalistlərə böyük
ehtiyacımız vardır.
Pərvin, qızım, «Rafiq Yusifoğlunun könül
səltənəti» adlı məqaləni bir şeir kitabına rəy ki ‐
mi qiymətləndirmək ən azı insafsızlıq olar dı.
Bu məqalədə söz açılacaq çox mətləblər vardır.


101
Әdəbiyyatşünas alim, professor Rafiq Yu ‐
sif linin portretini çox ustalıqla yaratmısan.
Rafiq müəllim doktorluq dissertasiyasını mə ‐
nim 1994‐cü ildən üzvü olduğum Nizami adı ‐
na Әdəbiyyat İnstitutunun nəzdində fəaliy yət
göstərən Dissertasiya Şurasında müdafiə et ‐
di. Təsdiqini alan kimi onu şuramıza üzv
seçdik. Bu faktın özü onun ədəbiyyatşünaslıq
sahəsində həqiqi nüfuza malik olduğundan
xəbər verir. Rafiq müəllim səmimi və xeyir xah
insan, tanınmış şairdir. Sən haqlısan, doğ rudan
da, qafiyə sistemi və ənənəvi möv zulara fərqli
yanaşma tərzi, bədii təsvir və ifadə vasitələ ‐
rindən ustalıqla istifadəsi Rafiq Yusifoğlunun
poeziyasının orijinallığını təmin edir.
Hörmətli Pərvin, sən öz dəst‐xəttinlə ya ‐
şıd ların arasında seçilən yazıçı və zamanın
tə ləbini duyan jurnalistsən. Hiss olunur ki,
daim öz üzərində işləyirsən. Yazılarında heç
vaxt özünü təkrar etməməyin mənə bu qə ‐
naətə gəlməyə imkan verir.
Yadındadırsa, bir dəfə Yazıçılar Birliyində
sənin hədəfə düz dəyən dərin mənalı və məz ‐
munlu çıxışından sonra söz alıb bəyan etdim
ki, «525‐ci qəzet»in ən arzuolunan, ən çox oxu ‐
nan qəzetlər sırasında olmasında sənin də


zəhmətin və halalca payın vardır. Qəzetinizin
redaktoru sənin haqqında ürəkaçan sözlər
dedi və bizi məmnun etdi. Həmişə belə tərif ‐
lərə layiq olasan. Heç vaxt insanı əskildən
şöhrət xəstəliyinə mübtəla olmayasan.
Yaradıcılığına dərin hörmət bəsləyən
sənə yeni‐yeni uğurlar diləyən 
Qəzənfər Paşayev
102


«MUĞAMLI DÜNYAM»IN MÜӘLLİFİ 
İNQİLAB NADİRLİYӘ 
MӘKTUB*
Hörmətli İnqilab müəllim!
Yazıçı Rasim Gəncəlinin «Divani hikmət» ‐
də tanınmış müğənni Nuriyə Hüseynovaya
həsr etdiyi «Qəlbi asiman kimi» kitabının təq ‐
dimat mərasimində mənə ərməğan etdiyiniz
«Muğamlı dünyam» (Bakı, 2010) kitabınızı
əvvəlcə oxumaqdan çəkindim. Nə gizlədim,
qorxdum ki, sevimli şairimiz Bəxtiyar Vahab ‐
zadənin «Muğam» poemasından aldığım ləz ‐
zəti itirəm. Bu etirafıma görə məni ba ğışla yın.
Etiraf ədalətin bərqərar olmasında insana
rahatlıq gətirir. Nə isə…
Kitabınızı, xüsusən də kitabda yer alan
«Doğ ma muğamatım» poemanızı maraqla
oxu dum. İlk təəssüratım və qənaətim bu ol ‐
du ki, muğamlarımızla bağlı əsərlər, sizdə
olduğu kimi, əruz vəznində yazılanda daha
uğurlu olur. İkinci təəssüratım o oldu ki, poe ‐
manızı oxuyanlar muğamlarımız, onların şö bə
103
_________________
* Bax: Qəzənfər Paşayev. Seçilmiş əsərləri, IV cild, «Təhsil»,
2012, s. 198–200.


Yüklə 15,65 Mb.

Dostları ilə paylaş:
1   ...   14   15   16   17   18   19   20   21   ...   41




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə