Ebedi Mektublar-wers Layout 1



Yüklə 15,65 Mb.
Pdf görüntüsü
səhifə28/41
tarix17.11.2018
ölçüsü15,65 Mb.
#80773
1   ...   24   25   26   27   28   29   30   31   ...   41

155
Mənə belə gəlir ki, siz uman yerdən küsərlər
– mövqeyindən çıxış edirsiniz. Tənqidiniz
ciddiliyi ilə seçilir. Bu da anlaşılandır. Söhbət
tənqiddən gedir. Özünüz barədə obyek‐
tivliyiniz və özünütənqid mövqeyiniz məni
qane etdi.
Bu sanballı əsərinizdə diqqətimi xüsusilə
çəkən dilin zənginliyi, ifadələrin, zərb‐məsəl ‐
lərin, xalq deyimlərinin yerli‐yerində işlən ‐
mə 
si oldu. İndinin özündə belə ən qəliz
ter minlərdən istifadə edərək əsərinin, guya,
elmi sanbalını artırmağa çalışan gənc və orta
yaşlı tədqiqatçılar üçün əsərinizin dili bir
örnəkdir: «Amma burada şələ lələni basma ‐
malıdır», «Söz yerinə düşməyəndə tənqidin
tərəzisi əyilir, pərsəng yerindən oynayır»,
«Sosialist ideologiyasının dəyirmanına su tö ‐
kən bir tənqid formalaşdı», «Әdəbi mühitdə
bir hərc‐mərclik yaranmağa başladı», «Bu
gün «ortabablar ədəbi mühitdə meydan su ‐
layır» və s.
Nizaməddin müəllim, bu çox ciddi və san ‐
ballı əsəri (təbii ki, məsuliyyətini hiss edərək)
özünüzə inamla yazmısınız. Özünə əmin
olan adama isə İ.Hötenin dediyi kimi, hamı
inanır. Təki belə olsun!


Mənə qalarsa, silsilə yazınız ədəbi icti ‐
maiy yətin müzakirəsinə çıxarılmağa layiq
əsərdir. İnanıram ki, bu əsəriniz barədə mət ‐
buatda rəylər çıxacaqdır. Arzu edərdim ki,
çox aktual mövzuya həsr olunan bu əsər Ni ‐
zami adına Әdəbiyyat İnstitutunda, Yazıçılar
Birliyində və əlaqədar ali məktəblərdə müza ‐
kirə olunsun. 
Nizaməddin müəllim!
İndi qalın kitablar oxumağa insanların
hövsələsi çatmır. «Tənqiddə meyarsızlıq sin‐
dromu» əsərinizi ayrıca kitab halında çap et‐
dirin. Әsəriniz sevimli yazıçımız Elçinin
yu  xarıda adını xüsusi vurğuladığım əsərləri
kimi qalan olacaq, qalın olmayacaq.
Elmi yaradıcılığınızı neçə illərdən bəri iz ‐
ləyən və yüksək qiymətləndirən
Qəzənfər Paşayev
156


GÖRKӘMLİ ӘDӘBİYYATŞÜNAS 
ALİM İMAMVERDİ ӘBİLOVA
MӘKTUB*
Әzizim İmamverdi müəllim!
Aprelin 9‐da yazdığınız sonuncu məktu ‐
bu  nuzu aldım. Oxudum, haldan‐hala düş ‐
düm. Düz 20 il öncə, 1994‐cü ilin sentyabrında
avtobusla dahi Füzulinin 500 illik yubileyinə
İraqa birgə gedib‐gəldiyimiz günlər gözlərim
önündən keçdi. Sizinlə o vaxt yaxından tanış
oldum. Məndən yaşca xeyli böyük olsanız da,
tanışlığımız dostluğa çevrildi. Yaxşı bilirsiniz
ki, mənim əsl dostlarım məndən xeyli yaşlı
olublar. Böyük alimlərimiz Abbas Zamanov,
Bəkir Nəbiyev, Yaşar Qarayev, Bəhram Әsgə ‐
rov, Müseyib Müseyibov, nasirlərimizin bay ‐
raqdarı Әjdər Xanbabayev, saz‐söz sənətinin
memarlarından biri Mikayıl Azaflı artıq haqq
dünyasındadırlar. Təsəllini onda tapıram ki,
indi hər birinizin yaşı az qala doxsanı haqlasa
da, Bakıda akademik Teymur Bünyadov, Nax ‐
çıvanda professor Yavuz Axundlu və Neft ça ‐
lada Siz ən doğma adamlarımsınız. Hər biriniz
157
_________________
* Bax: «Әdalət» qəzeti, 29.04.2015.


158
bir nümunə məktəbisiniz. Bu yaxınlarda xəs ‐
tə lən mişdim. Teymur müəllim səhər‐axşam
zəng edir, halımı soruşurdu. Etibarı, xeyir ‐
xah lığı, ümidsizliyə qapılmamağı, gecə‐gün ‐
düz yazıb‐yaratmağı Sizlərdən öyrənmişəm.
Çalışmışam ki, Sizlərə oxşayım. Mən Sizin
hər birinizlə fəxr edirəm. Bu o demək deyil ‐
dir ki, məndən gənc olan alimlərlə dostlu ‐
ğum yoxdur. Akademiklər İsa Həbibbəyli,
Vasim Məmmədəliyev və müxbir üzv Muxtar
İmanov ən yaxın dostlarımdır. 
İmamverdi müəllim, hər il may ayının 1‐də
çalışıb Sizi ziyarət edirəm. Səmimiyyətlə de ‐
yirəm, sanki müqəddəsləri ziyarət edirəm.
Xalq şairi Qabil Sizi müqəddəs adlandırırdı.
Sizin 70 illik yubileyinizdə şairin oxuduğu
misralar indi də qulaqlarımda səslənir:
Bu ev bülbül yuvasıdı, dəyməyin,
Qapısını bəd niyyətlə döyməyin.
İmamverdi bir təvazö heykəli,
Qarşısında özünüzü öyməyin.
İmamverdi müəllim, siz əyalətlə paytaxt
ara sında ədəbiyyatşünaslıq sahəsində ilk kör ‐
pü salan, bir çox görkəmli ədib, şair və ədəbiy ‐
yatşünas alimlərimizin böyük dostu, yadigarı,


159
el ağsaqqalı, tanınmış ziyalısınız. Odur ki Si ‐
zin lə dostluq etmək şərəfdir. Siz böyük qələm
sahibisiniz. Hələ sovet dönə min  də çap etdir ‐
diyiniz «Xatirələr işığında» və «Rəsul Rzanın
yaradıcılıq yolu» kitabla rınız əl‐əl gəzirdi. Son‐
ralar yazdığınız «Uzaq keçmişimizdən uzaq
gələcəyə» (1995), «Zamanla vaxt arasında»
(2004), «Təbiətin və təfəkkürün möcüzəsi»
(2005) və s. kitab la rı nız oxucu və tədqiqat çı ‐
ların stolüstü kitabına çevrildi. Mən bilərəkdən
son illərdə yazdı ğı nız kitabları göstərdim. Bu ‐
nunla xüsusi vur ğulamaq istədim ki, qocalıqla,
xəstəliklə ge cə‐gündüz əlləşsəniz də, ədəbiy ‐
ya tımız,  ədə  biyyatşünaslarımız,  «əldən‐ələ  ke ‐
çən vəfa sız həyat», onun mənası Sizi bu yaşda
da qay ğılandırır. Mənə ünvanladığınız sonun ‐
cu məktub da deyilənləri təsdiqləyir. Yazdı ‐
ğınız məktub hələ mənə çatmamış nəvənizin
telefonu ilə zəng edib, onun mətbuatda çap
olun  masını arzu etdiniz. İnşaallah məktubu nuz
ən çox oxunan mətbu orqanlardan «Әda lət» və
«525‐ci qəzet»lərdə çap olunacaq. Köv rək səslə
dediyiniz «Bu məktub, bəlkə də, mət buat da
çıxan son yazım oldu» – məni sarsıtdı. 
İmamverdi müəllim, Sizə ünvanladığım
«Seçilmiş əsərləri»mdə çap olunan «Gecikmiş


Yüklə 15,65 Mb.

Dostları ilə paylaş:
1   ...   24   25   26   27   28   29   30   31   ...   41




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə