Ebedi Mektublar-wers Layout 1



Yüklə 15,65 Mb.
Pdf görüntüsü
səhifə29/41
tarix17.11.2018
ölçüsü15,65 Mb.
#80773
1   ...   25   26   27   28   29   30   31   32   ...   41

məktub»  («Təhsil», 2012, V cild, s. 188–189)
adlı yazımın sonuncu cümləsi belə idi: «Sizə
ən azı memuarlarınızı, xatirələrinizi yazıb
bitir 
mək naminə Yaradandan cansağlığı,
uzun ömür təmənna edirəm».
Şadam ki, arzum yerinə yetdi. Məktu bu ‐
nuz dan məlum olur ki, «Ömürnamə» adlan ‐
dırdığınız xatirələrinizi bitiribsiniz. Yaxşı ad  dır.
Akademik Bəkir Nəbiyevin Üzeyir Hacıbəy ‐
liyə həsr etdiyi sonuncu kitabı da «Ömür ‐
namə» adlanır.
İmamverdi müəllim, Allah qoysa, may
ayı nın 1‐də professor Şirindil Alışanovla ziya ‐
rə tinə gələcəyik. Mütləq mətbuatda çap olu ‐
nan son məktubunu da gətirəcəyəm. Görüşənə
qədər.
Qəzənfər Paşayev
P.S. Vədimizə xilaf çıxmadıq. Şirindil müəl limlə
ağsaqqal ədəbiyyatşünası ziyarət etdik. İmamverdi müəl ‐
limin əsəri «Ömrün və el min romantikası» adı altında
çap olundu. Mət buat da əsərə geniş rəy yazdım.
160


GÖRKӘMLİ PEDAQOQ, 
PROFESSOR ӘJDӘR AĞAYEVӘ 
MӘKTUB
Hörmətli Әjdər müəllim! 
Görkəmli şəxsiyyətlər haqqında kitab yaz‐
maq şərəfli, şərəfli olduğu qədər də çətin və
məsuliyyətli işdir. Azərbaycan tarixində bir
epoxa olan dahi şəxsiyyət Heydər Әliyev
haq qında kitab yazmaq isə böyük məsuliyyət
tələb edir. Odur ki Azərbaycan tarixinə qızıl
hərflərlə yazılmış bənzərsiz şəxsiyyət Heydər
Әliyevə həsr etdiyiniz «Nəsillərə örnək in ‐
san» əsərinizə önsöz yazmağı təklif edəndə
tərəddüd etdim. Lakin kitabın əlyazmasını
oxuyanda həyəcanım keçdi. Qəti qənaətə
gəldim ki, böyük şəxsiyyətlər haqqında mö ‐
təbər sözü böyük həyat təcrübəsi olan, dün ‐
yanın gedişatından başı çıxan, ziyalı kimi
xalq arasında nüfuz qazanan, ictimaiyyət
arasında söz sahibi kimi tanınan adamlar
deyəndə daha mötəbər olur. Siz sadaladığım
bütün keyfiyyətləri özündə cəm edən şəxsiy ‐
yət lərdənsiniz. Dahi şəxsiyyət Heydər Әli ye ‐
vin müasiri olduğumdan, onun xalq naminə,
dövlətçilik naminə sahilsiz ümmana bənzər
161


fəaliyyətini izləmək, haqqında məqalələr yaz‐
maq, Sizin kimi mənə də qismət olub. İlahi
ulu öndərimizə bitib‐tükənməyən enerji bəxş
etmişdi. Xalqımızın xoşbəxtliyi ondadır ki,
Heydər Әliyev ilahidən gələn bu enerjini xal ‐
qı mızı gözü götürməyənlərin, bədxahların
arzusuna xilaf çıxaraq Azərbaycan xalqının
gələcəyi naminə sərf etmişdir. Qədin yunan
filosofu Platon deyirdi: «Başqalarının xoş bəxt ‐
liyinə çalışanlar öz xoşbəxtliyini qazanır». 
Ulu öndərimiz bütün Azərbaycan xalqının
xoşbəxtliyinə çalışırdı. Odur ki ümumxalq
məhəbbəti qazandı, ümummilli liderə çevril ‐
di, könüllərdə əbədi məskən saldı. Öndəri ‐
mizin xalq qarşısında əvəzsiz xidmətlərini
saymaqla qurtaran deyil. Ulu öndərimizin di ‐
limiz, ədəbiyyatımız, incəsənətimiz, elmimiz,
ümumiyyətlə, mədəniyyətimiz yolunda gör ‐
dü yü möhtəşəm işlər barədə çox yazılıb və
bundan sonra da yazılacaq. Millət vəkili El ‐
mira Axundova ulu öndərimizin şəxsi arxi ‐
vindən də istifadə edərək ona 5 cildlik kitab
həsr edib. Әməkdaşı olduğum AMEA‐nın
Nizami adına Әdəbiyat İnstitutunda bu möh ‐
təşəm əsəri müzakirə edib, Dövlət müka fa ‐
tına təqdim edəndə (əsər Dövlət mükafatına
162


layiq görüldü) müəllif dedi ki, kitab Heydər
Әliyevin fəaliyyətini tam əhatə etməyib. Bu,
təbiidir. Sizin «Nəsillərə örnək insan» əsəri ‐
niz deyilənləri təsdiqləyir. Üç fəsildən ibarət
kitabda Heydər Әliyev və təhsil qırmızı xətt
kimi keçir. Etiraf edirsiniz ki, keçən əsrin 70‐ci
illərindən bu günədək ötən müddət ərzində
yazdığınız əsərlərin metodoloji leytmotivini
Heydər Әliyev ideyaları təşkil edib. Azərbay ‐
canda təhsil və tərbiyənin, təlim işinin konsep‐
tual istiqamətlərini Ulu öndərin irsi əsa sın da
şərh edibsiniz. Çap olunmuş əsərlərinizdə
Heydər Әliyev irsində təhsil, təlim, tərbiyə
konsepsiyasının, mənəvi tərbiyə formalaş dı ‐
rılmasının elmi əsaslarının, azərbaycançılıq,
vətəndaş təhsili və tərbiyəsinin məzmunu ‐
nun sistemini ortaya qoymuş və bunun Azər ‐
baycan təhsilinin formalaşmasında böyük
əhəmiyyəti olduğunu əsaslandırmışsınız. Bun ‐
lar «Nəsillərə örnək insan» əsərinin «Heydər
Әliyev və Azərbaycan təhsili», «Heydər Әli ‐
yev irsində təhsil, elm, milli kadr hazırlığı
məsələləri», «Heydər Әliyev irsi və milli tər ‐
biy ə konsepsiyası», «Heydər Әliyev irsində
məktəblilərin mənəvi tərbiyəsi məsələləri»,
«Heydər Әliyev irsində vətəndaş kamilliyi
163


konsepsiyası» və s. kimi çox maraqlı bölmə ‐
lər də öz əksini tapmışdır. Kitabda yer alan
«Heydər Әliyev və vətəndaş cəmiyyəti» fəsli
də maraqla oxunur. Әsərin «Heydəriada»
fəs lində sevimli bəstəkar Oqtay Rəcəbovun
sözlərinizə yazılmış beş bəstəsinin mətni
verilmişdir. 
«Nəsillərə örnək insan» kitabının ən ma ‐
raqlı bölmələrindən biri də «Xatirə» bölümü ‐
dür. İlhamla, Heydər Әliyev şəxsiyyətinə
də rin məhəbbətlə yazılan bu bölümü həyə ‐
can sız oxumaq olmur. 
Şübhə etmirəm ki, «Nəsillərə örnək insan»
kitabınız pedaqoji sahədə çalışanların, xüsu ‐
sən də müəllimlərin stolüstü kitabına çev ‐
riləcək, həcmcə o qədər də qalın olmayan
əsər tarixdə qalan kitab olacaq.
Qəzənfər Paşayev
164


ӘMӘKDAR MÜӘLLİM
MİRZӘ MӘHӘRRӘMOVA MӘKTUB
Hörmətli Mirzə müəllim!
Sevimli şairimiz Hüseyn Kürdoğlunun
gənc lik illərindən və ilk məhəbbətindən bəhs
edən «Sağalmaz yarası ilk məhəbbətin» yazı ‐
mı «Әdəbiyyat qəzeti»ndə oxuyaraq yazdı ğı ‐
nız məktubu qəzetin baş redaktoru Azər Turan
mənə çatdırdı. Səmimi sözlərinizə və diqqə ti ‐
nizə görə çox‐çox təşəkkür edirəm. Diqqətimi,
hər şeydən əvvəl, məktubda gön dərdiyiniz
şəkliniz çəkdi. Görünür, nurani bir ziyalısınız. 
Mirzə müəllim, taledən gələn qismətdir
ki, mən özümdən yaşlı adamlarla dostluq et ‐
mişəm və indi də edirəm. Elmlər Akade mi ‐
yamızın müxbir üzvləri Abbas Zamanov,
Ya şar Qarayev, şair‐alim Qasım Qasımzadə,
Hüseyn Kürdoğlu və başqaları ilə dostluq
edir dim. Hüseyn Kürdoğlu haqqımda «To ‐
vu zum mənim, Oğuzum mənim» adlı bayatı
üstündə poema yazıb (Bakı, «Elm», 1998). İn ‐
di isə mən şair dostum haqqında kitab yazı ‐
ram. Məktubunuz gerçəkdən şairin həyatı
haq qında bəzi qaranlıq məqamların açılma ‐
sın da mənə yardımçı oldu. 
165


Yüklə 15,65 Mb.

Dostları ilə paylaş:
1   ...   25   26   27   28   29   30   31   32   ...   41




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə