Ebedi yol islam kohne indd



Yüklə 4,23 Mb.
Pdf görüntüsü
səhifə214/245
tarix22.07.2018
ölçüsü4,23 Mb.
#57768
1   ...   210   211   212   213   214   215   216   217   ...   245

565

N

o



İP

Ə

KYOLU N

ƏŞ

R

İYY

AT

I

Zeyd bin Harisə səkkiz yaşında ikən Bəni Qayn süvariləri tə rə-

fin dən edilən bir basqında qaçırılıb, kölə olaraq satılmaq üçün Ukaz 

ba zarına gətirlişmişdi. Hakim bin Hizam onu bibisi Hz. Xədicə üçün 

dörd yüz dirhəmə satın aldı. Aləmlərin Fəxri Zeydi gördükdə:

“Bu kölə mənim olsaydı, mütləq onu azad edərdim!” buyurdu. 

Hz. Xədicə anamız:

“Elə isə  sənin olsun!” dedi. Peyğəmbər (s.ə.s) də  dərhal onu 

azad etdi.

 (İbn Hişam, I, 266; İbn Sad, III, 40)

İnsanın və hürriyyətin qiymətini ən yaxşı bilən Rəsulullah (s.ə.s) 

əli nə keçən bütün kölələri müxtəlif vəsilələrlə azad etmişdir. Çünki o 

kö lələri azad etməkdən və onların həyat səviyyəsini insan olma ğın 

hey siyyətinə yaraşan bir səviyyəyə yüksəltməkdən dərin bir həzz 

du yardı.

Həzrət Peyğəmbərin kölə azad etmək ilə bağlı  hədisi-şəriflə ri 

mü hüm və çox sayıda olduğu üçün hədis kitablarımızda ayrıca bir 

baş lıq təşkil edirlər. (Itq və ya Ataq: Kölə azad etmək). Fiqh əsər-

lə ri də mövzu ilə bağlı hökmlər üzərində  ən incə  təfsilatına qə dər 

da yanırlar.

Rəsulullah (s.ə.s) hədisi-şəriflərindən birində belə buyurur:



“Kim müsəlman bir köləni azad edərsə, Allah-Təala onun hər 

üz vü nün müqabilində onu azad edən kimsənin bir üzvünü cə hən-

nəm odundan xilas edər...” 

(Buxari, Kəffarət, 6; Müslim, Itk, 22-23; Tirmizi, 

Nüzur, 14)

Said bin Mərcanə (r.a.) belə deyir:

“Mən bir dəfə dostum Zeynalabidin həzrətlərinin yanında bu 

hə disi-şərifi zikr etmişdim. Zeynalabidin həzrətləri dərhal qalxıb, çox 

qiy mətli bir köləsini azad etdi. Halbuki Abdullah bin Cəfər, bu kö lə 

üçün on min dirhəm və ya min dinar verməsinə baxmayaraq o ye nə 

də onu satmamışdı”.

 (Buxari, Itk, 1)

Əbu Zər (r.a.):

“Ya Rəsulallah! Hansı köləni azad etmək daha fəzilətlidir?” deyə 

so ruşduqda:

“Sahibinin gözündə ən qiymətli və qiyməti ən yüksək olanı”, ca-

va bını almışdır.

 (Buxari, Itk, 2; Keffarat, 6; Müslim, İman, 136; İbn Macə, Itk, 4)

Hz. Əbu Bəkrin Sad adlı bir xidmətçisi var idi. Sad Həzrət Pey-

ğəm bərə xidmət edər, Peyğəmbərimiz də onun xidmətini bəyənər di. 

Al lah Rəsulu (s.ə.s) bir gün:

Müamilət



566

Əbədi Yol Xəritəsi İSLAM

N

t

İP



Ə

KYOLU N

ƏŞ

R

İYY

AT

I

“Ey Əbu Bəkr Sadı azad et!” buyurdu. Əbu Bəkr (r.a.):

“Ya Rəsulullah! Ondan başqa xidmətçimiz yoxdur!” dedi.

Rəsulullah (s.ə.s):

“Sadı azad et! Gör sənə necə xidmətçilər gələcək, Sadı azad et! 

Gör sənə necə xidmətçilər gələcək!” buyurdu.

(Əhməd, I, 199; Hakim, II, 

232/2848; Heysəmi, IV, 241)

Bir gün Rəsulullah (s.ə.s) yolda ağlayan bir cariyə gördü və:



“Nə üçün ağlayırsan?” deyə soruşdu. Cariyə:

“Ya Rəsulallah! Yanlarında xidmət etdiyim ailə, mənə iki dir həm 

ve rib, un almağa göndərmişdi. Pulu itirmişəm!” dedi.

Nəbiyyi-Əkrəm (s.ə.s) yanında qalan son pulunu ona verdi. Qa-

yıdıb gedərkən, qızcığazın hələ də ağladığını gördü. Yanına ça ğı rıb:

“Nə üçün ağlayırsan, dirhəmləri aldın axı!” buyurdu. Qızcığaz:

“Gecikdiyim üçün, məni döyəcəklərindən qorxuram!” dedi.

Allah Rəsulu (s.ə.s) onunla birlikdə xidmət etdiyi ailənin evinə 

qə dər gedib salam verdi. Evdəkilər Allah Rəsulunun  səsini tanı-

dı lar, ancaq cavab vermədilər. Ancaq üçüncü salamında “və aley-

kum salam” deyərək böyük bir sevinc ilə bayıra çıxdılar. Rəsulul lah 

(s.ə.s):

“İlk salamı eşitdinizmi?” buyurdu.

“Bəli, eşitdik ya Rəsulallah. Ancaq çox salam verib bizi bə rə-

kət  ləndirməyinizi arzu etdik. Sizi buraya qədər gətirən səbəb nə  dir

ana  mız atamız sənə fəda olsun?!” dedilər. Rəsulullah (s.ə.s):



“Bu qızcığaz sizin onu döyəcəyinizdən qorxurdu”, buyurdu. Ca-

ri yənin sahibi dərhal:

“Madam ki, siz onunla birlikdə buraya qədər təşrif etdiniz və ma-

dam ki sizin buraya gəlməyinizə vəsilə oldu, o artıq Allah üçün hür-

dür!” dedi.

Buna çox sevinən Rəsulullah (s.ə.s) onları xeyirlə və cənnət ilə 

müj dələdi. Sonra da:

“...Allaha həmd olsun! Bütün bunları qüdrəti ilə bizə lütf edən 

odur” buyurdu. 

(Heysəmi, IX, 13-14)

686

686 


Bu dərin mərhəmətin İslam tarixindəki seçkin misallarından biri də budur: II. 

Mah mudun ailəsi Bəzmialəm Validə Sultan, Şamda bir vəqf təsis etmiş dir ki

nizamnaməsinin bir maddəsi də; işləyən xidmətkarların bilmədən qırdıqla rı əş-

ya ları və ya bilməyərək verdikləri tələfatı təzmin etməkdir. Buradakı məqsəd; 




567

N

o



İP

Ə

KYOLU N

ƏŞ

R

İYY

AT

I

  Rəsulullah (s.ə.s) Taif mühasirəsi  əsnasında qaladan çıxıb 

ona qoşulan kölələrin azad ediləcəyini elan etmişdi. Bunun ar dın ca 

iyirmiyə qədər kölə qaladan çıxaraq müsəlman oldu və hür riy yətə 

qovuşd. Rəsulullah (s.ə.s) dolanışıqları üçün hər biri ni mü səl man-

lar dan imkanlı olan bir ailəyə verdi və bunlara Quran ilə Sünnə ni 

öy   rətmələrinə əmr etdi. 

(Vaqidi, III, 931-932)

Həzrət Peyğəmbər :

“Hər kim ortaq olduğu bir kölədəki özünə aid payı azad edər sə, 

əgər kölənin qiyməti qədər malı varsa, köləni tamamən azad et mə-

si ona vacib olar. Adil bir qiymətlə kölənin dəyəri təyin edilib, di gər 

or taqlara payları verilir və azad edilən şəxsin yolu açılaraq sər bəst 

bu raxılır”, buyurmuşdur. 

(Buxari, Şirkət, 14; Itk, 4)

Ardınca gələn hədisi-şərifdə isə belə buyurulur:

“...Əgər azad edən kimsənin kifayət qədər malı yoxdursa, kölə 

(di gər ortağın payını qazanması üçün) ona ağır olmayacaq şəkil

 

də 

iş lədilir”.

 (Buxari, Şirkət, 14; Itk, 5)

İslamda bəzi  əməllərin savabının böyüklüyündən bəhs edilər-

kən:

“Kölə azad etmək kimidir!” deyilərək, insanları hürriyyətə qo vuş-



dur mağın nə qədər fəzilətli bir əməl olduğu hər fürsətdə xatırladılar. 

(Əbu Davud, Ədəb, 100-101/5077; Nəsəi, Cihad, 26; Əhməd, II, 3, II, 360)

Böyük bir günah edən kimsəyə, imkanı varsa kölə azad edib

bu nu vəsilə edərək, Allahdan əfv olunmağı istəməsi tövsiyə edi lir. 

Yenə sıxıntı, bəla və müsibətlərdən xilas olmaq üçün; Gü nəş və Ay 

tutulması əsnasında; qızmar küləklər və zəlzələlər kimi təbii fə la kət lər 

baş verdikdə,

687


 öncədən vəfat etmiş kimsələrin ruhlarını şad et mək 

üçün həmişə kölə azad edilməsi tövsiyə edilir. Sad bin Uba də (r.a.):

“Anam vəfat etdi, mən onun adına bir kölə azad etsəm fayda sı 

olar mı?” deyə soruşduqda Rəsulullah (s.ə.s): “Bəli!” buyurmuş dur. 

(Muvatta, Itq, 13)

Yenə Hz. Əbu Bəkrin oğlu Abdurrahman yatdığı yerdə qəflə tən 

və fat etmişdi. Hz. Aişə anamız bu qardaşın xeyirinə bir çox kö lə 

azad etdi.

 (Muvatta, Itk, 14)

on ların həqarətə məruz qalıb, qəlblərinin qırılmaması, heysiyyətlərinin rənci də 

edil məməsidir.

687 


(Buxari, Itk. 3)

Müamilət



Yüklə 4,23 Mb.

Dostları ilə paylaş:
1   ...   210   211   212   213   214   215   216   217   ...   245




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə