Elektron resurslar Məlumatın ardı



Yüklə 0,83 Mb.
Pdf görüntüsü
səhifə12/32
tarix14.05.2018
ölçüsü0,83 Mb.
#44139
növüDərs
1   ...   8   9   10   11   12   13   14   15   ...   32

Mətbəx hissədə təndir, ocaq və suaxan yer-

ləşirdi. Mətbəxin içərisində gildən təndir 

və ocaq olardı. Mətbəx hissədə xörək ha-

zırlayanda, həm ocağın, həm də təndirin 

tüstüsü tikilinin damı üstündə dubla ad-

lanan baca vasitəsilə sovrulardı.

Qonaq otağı, əsasən, taxça, ləmə və camaxatanlardan ibarət idi. Ləmələr, 

adətən, pəncərə açımlarının hündürlüyündə, divar boyunca uzanar, kasa-



lar,  mis  qablar,  sinilərlə  bəzədilərdi.  Divarlarda  müxtəlif  ölçülərdə  tax-

çalar düzəldilərdi. 

Otaqların  qızdırılması  üçün  kürsü  is-

tifadə  olunardı.  Ailənin  qızınması 

üçün  xörək  bişirildikdən  sonra  ocaq-

dan yığılan kömür manqala tökülərdi. 

Ailə manqalın ətrafına yığışaraq onun 

üstünə örtülmüş yorğanın altında qızı-

nardı. 

Bu yorğan — kürsü yorğanı adlanar və 



məxsusi kürsü üçün sırınardı.

Yaradıcı araşdırma:

 kənd evinin interyeri və məişəti.

27

26



Azərbaycanın məşhur xeyriyyəçisi Hacı Zeynalabdin Tağıyevin xa-

tirəsini  əbədiləşdirmək  məqsədilə  Milli Azərbaycan  Tarixi  Muze-

yində doqquz otaqdan ibarət H.Z.Tağıyevin xatirə muzeyi yaradıl-

mışdır.


QALA DÖVLƏT TARİX-ETNOQRAFİYA QORUĞU

Arxeoloji  abidələrlə  zəngin  olan  Azərbaycanın  Abşeron  diya-

rındakı qədim yaşayış məskənlərindən biri də  Qala kəndidir.

Bakı kəndləri arasında Qala kəndi həm tarixinə, həm də Abşero-

nun mədəni irsində tutduğu yerinə görə seçilir. Bu kənd dövlətimiz 

tərəfindən  mühafizə  edilən  ərazi  olduğundan,  onu  Qala  qoruğu 

adlandırırlar. Qoruq Qala qəsəbəsinin tarixi hissəsində yaradılıb.

Qala” sözü məğ-

lubedilməz yer 

mənasındadır. 

Xalq təsəvvürlə-

rində isə kəndin 

adı “Qəllə” sözün-

dəndir, yəni 

“taxıl, bərəkət” 

mənasında işlənir. 

QALA  —  ARXEOLOJİ - ETNOQRAFİK MUZEY KOMPLEKSİ

Kənd 1988-ci ildə qoruq adını alıb. 2008-ci ildə Qala qoruğu əra-

zisində, açıq səma altında ilk Arxeoloji-Etnoqrafik Muzey Komp-

leksi yaradılıb. Kompleksin ərazisində Abşeron yarımadasının ar-

xeoloji və memarlıq abidələri toplanılıb və bərpa olunub.

XALQ SƏNƏTİNİN YARADICILIQ MƏNBƏYİ



 H.Z.Tağıyevin xatirə muzeyi

(fraqmentlər)

Qala kəndinin ənənəvi yaşayış evləri iki-üç otaqdan ibarət olub. Otağın biri 

mətbəx, digər hissəsi isə qonaq və ya yataq otağı kimi istifadə olunurdu. 

Mətbəx 

Müasir yaşayış evində dubla, taxça, ləmə, camaxatan və kürsü yorğanını  

nə əvəz edir? 

Keçmiş zamandan indiyə kimi insanların yaşayış tərzi necə dəyişmişdir?



Çap üçün deyil


28

Qala  kəndində  xalq  sənətindən  ən  qədimi  —  dulusçuluq  və  dəmirçilik 



sənəti daha çox inkişaf etmişdi. 

Kiçik dəmirçilik ema-

latxanaları nalbənd 

adlanardı. Orada an-

caq nal hazırlanar və 

at ayağına (dırna-

ğına) nal vurulardı.

Yaradıcı araşdırma: 



sənətkarlıq: dulusçuluq və dəmirçilik

Qala—Dövlət  Tarix-Etnoqrafiya  qoruğunun  xalqımızın  tarixi, 

milli və mədəni dəyərlərinin mühafizə edilməsi, bərpası, həmçinin 

onların təbliği sahəsində əhəmiyyəti böyükdür.

Müasir dövrə aid dulusçuluq və dəmirçilik sənətinin hansı nümunələri ilə tanışsan? 

İnsanlar  bu gün onları öz məişətində necə istifadə edir?

Azərbaycanın daha hansı qoruğunu tanıyırsan?

Milli Azərbaycan Tarixi Muzeyi ilə Qala — Dövlət Tarix Etnoqra-

fiya Qoruğunun əsas məqsədi nədir? Onların oxşar və fərqli xüsu-

siyyətləri haqqında nə öyrəndin?

Tarixi, milli və mədəni dəyərləri özündə cəmləşdirən hansı xarici 

ölkələrin  muzeyləri haqqında məlumatın var?   

Yaradıcı fəaliyyət. 

Tarix və Etnoqrafiya muzeyinə aid ekspo-

zisiya çək. Bu, sənətkarlıq nümunələri və ya yaşayış evi də 

ola bilər. Bu tapşırıqda keçmiş və müasir dövrü birləşdirərək 

çəkə bilərsən: məsələn, müasir ev interyeri çək, keçmiş dövrə 

aid  məişət  əşyaları  ilə  bəzə.  Sən  məişət  əşyalarından  ibarət  olan    bu 

ekspozisiyanı sinif otağında  və ya evdə də yarada bilərsən.  

Rəngli 

karandaşlar



Pastel 

Flomasterlər

www.azhistorymuseum.az,  http://gala-museum.org

Çap üçün deyil



PK-46.  İçərişəhər, "Ş"s üzbəüz, 2/2,. Özüm satıram. Qiyməti razılaşma ilə. 

T: 050-408-29-58.

ULU İRSİMİZ — 

XALQ GEYİMLƏRİ VƏ 

AZƏRBAYCAN XALÇALARI

Əcdadlarımızın  həyat  salnaməsi  xalq  geyimlərinə 

və xalça sənətinin naxışlarına, simvollarına hopub. 

Xalçanın ruhu — onun naxışlarındadır. Hər naxışın 

öz  adı,  öz  mənası  var.  Bu  işarələrin  dili  ilə  tanış 

olacaq,  onları  bəzəyən  simvolların  mənasını  bilə-

cəksən.

Xalq geyimləri və xalça növləri haqqında məlumat 



alacaq və maddi-mədəniyyət nümunələrimizlə tanış 

olacaq və onları bir-birindən fərqləndirməyi bacara-

caqsan. 

Çap üçün deyil



31

30

ULU İRSİMİZ — XALQ GEYİMLƏRİ VƏ AZƏRBAYCAN XALÇALARI



8-9. XALQ GEYİMLƏRİ

Xalq geyimlərinə xas olan cəhətlər.

Xalq geyimlərini bəzəyən naxışlar.

BİLƏCƏKSİNİZ:

Təbiətin obrazı, insanın məişət və həyat tərzi xalq geyimlərində  

öz əksini tapmışdır. Geyim ənənələri müxtəlif olsa da, əsas xüsu-

siyyətləri eynidir — istifadədə rahatlıq, gözəllik və rəngarənglik. 

Mürəkkəbliyi və gözəlliyi ilə fərqlənən qadın geyimləri rənga-

rəngliyi ilə əlvan dağ çiçəklərini, yamacların yaşıllığını, qürub ça-

ğının al-qırmızı rənglərini  xatırladardı.

Qadın üst geyiminin əsas cəhəti onun çoxqatlı (üst-üstə) və qır-

çınlı  olması idi, üst köynəyi, arxalıq, çəpkən, ləbbadə, kürdü, küləcə 

və eşməkdən ibarət olardı. Məxmər, tirmə, ipək, atlaz və zərxara par-

çalardan tikilərdi. Ağ, qırmızı, göy, sarı, yaşıl və tünd rənglər daha 

çox istifadə olunardı.

Qadın  geyimində  bəzək  və  zinət  əşyaları  da  mühüm  rol  oyna-

yardı. Nəsillərdən nəsillərə ötürülən bu məmulatlar ailəyə məxsus 

idi və təbiət obrazlarını simvolizə edən naxışlarla işlənilərdi. 

Sinədən asılan həmayil xüsusi əhəmiyyət kəsb edərdi: bəzəyə ox-

şasa da, onun əsas funksiyası bədnəzərdən qorumaq idi. Həmayili, 

ən qiymətli miras kimi nəsildən-nəslə töhfə verərdilər. 

Xalq geyimlərinin müxtəlifliyi

Başmaq 

Yaradıcı araşdırma: 



xalq geyimləri — forma və elementlər.

Geyimi bəzəyən naxış-simvollar qadını şər qüvvələrdən qoruyardı. Yaxa və 



qolçaqdakı  simvollar  —  boynu  və  əlləri,  balaq  naxışları  isə  ayağı  qoru-

yardı. Qadın ümid edərdi ki, balağı yerlə sürünən geyimin naxışı torpağa 

məhsuldarlıq bəxş edir, həm də ondan həyat gücü alır. 

Qadın geyiminin elementləri (üst köynəyi, arxa-



lıq, çəpkən, ləbbadə, kürdü, küləcə və eşmək) haq-

qında  məlumat  topla.  Geyiminə  gözəllik  verən 

naxış-simvolların mənasını izah et.

Balaq — tumanın 

aşağısına tikilən 

qırçınlı ətək (əlavə)

Qotazlar

Qaytan

Qotaz — tumanbağı belə 

adlanardı.  Tumanın  yu-

xarı hissəsinə   kəmər ki-

mi  bağlanardı.

Tuman

Kəmər

Köynək

Şal

Arxalıq

Arxalığın

qolçağı

Köynək qolçağı

Sinə bəzəyi

Zümrüd və yaqut daşlarla işlənmiş 

baş bəzəyi

Baş bəzəyi

Köynəyin

qolçağı

Mirvari ilə 

bəzənmiş 

həmayil 

(amulet)

Çap üçün deyil



Yüklə 0,83 Mb.

Dostları ilə paylaş:
1   ...   8   9   10   11   12   13   14   15   ...   32




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə