Elektron resurslar Məlumatın ardı



Yüklə 0,83 Mb.
Pdf görüntüsü
səhifə10/32
tarix14.05.2018
ölçüsü0,83 Mb.
#44139
növüDərs
1   ...   6   7   8   9   10   11   12   13   ...   32

23

22

XALQ SƏNƏTİNİN YARADICILIQ MƏNBƏYİ



Muncuqtikmə. 

Sıra  ilə  sapa  düzülmüş  rəngarəng  muncuq  zərrəcikləri 

parça üzərində sayrışan ulduzlara bənzəyər, istənilən silueti canlan-

dırardı. 

Rəngli ipək sap və qaytanlardan (buruqlu sap) əlavə, 

digər materiallar — tozmuncuq, pilək, mirvari ilə də əşyaların üzərini   

bəzəyərdilər. 

Piləktikmə  üsulunda  dairəvi  metal  lövhəciklər  parçada  çəkilmiş 

naxış üzərinə tikilərək onun formasını təkrarlayır. Nəbati motiv-

lər, müxtəlif quş və heyvan, bəzən isə əfsanəvi məxluq olan  əjdaha 

təsviri piləktikmə naxışlarının əsas motivləridir. 

Kompozisiya s

ompozisiyanın qurulmasında nəyi nəzərə almaq lazımdır?

xemlərinin ümumi görünüşü hansı simvolları xatırladır?

Təkəlduz tikməsinin əsas xüsusiyyətləri hansılardır? 

Qapalı k

Yaradıcı araşdırma: 



tikmələrdə qapalı kompozisiya

Təkəlduz tikmə üsulu. 

Balışüzü

Qapalı kompozisiya 

əşyanın formasına 

uyğun quruluşa 

malikdir. 



Qapalı kompozisiya 

nümunələri. Sxem

Yaradıcı araşdırma: 



tikmələrdə açıq və qapalı kompozisiya

Yaradıcı araşdırma: 



tikmələrdə açıq və qapalı kompozisiya

Muncuqtikmə üsulu. 

Tənbəki (tütün) kisəsi

Piləktikmə üsulu. 

Balışüzü

Muncuqtikmə və piləktikmə üsullarının əsas xüsusiyyətləri hansılardır?

Qapalı və açıq kompozisiyalara harada rast gəlmək olar?

Təkəlduz — “tək”, “əl”, “düzmək” sözlərinin birləşməsindən yaran-

mışdır,  mahir  Şəki  sənətkarlarına  məxsusdur.  Qara, 

göy rəngli parça üzərində rəngarəng ipək saplarla işlənən təkəlduz — 

kontrastlığı,  relyef  konturları  ilə  digər  tikmələrdən  fərqlənərdi. 

Simmetrik kompozisiya, bir-birinə sarmaşan bitki və quş təsvirləri 

təkəlduz üsuluna xas olan əlamətdir. 

tünd-qırmızı, 

Dekorativ kompozisiyanın əsas ifadə vasitəsləri — forma, xətt, rəng və 

ton çalarlarının ritmidir. 

Yaradıcı  fəaliyyət. 

Tikmə  növlərindən  birinin  eskizini 

hazırla. Ona xas olan əlamətləri göstərməyi unutma. Tik-

mənin digər növləri haqqında məlumat topla. Tanış oldu-

ğun tikmələrin oxşar və fərqli cəhətini izah etməyə çalış.

Rəngli karandaşlar

Flomasterlər

Rəngli qələmlər

Çap üçün deyil



25

24

монолит, 



MİLLİ AZƏRBAYCAN TARİXİ MUZEYİ

Yaranma  tarixi.  Milli Azərbaycan  Tarixi  Muzeyi  məşhur  neft 

sahibkarı,  xeyriyyəçi  Hacı  Zeynalabdin  Tağıyevin  1895–1901-ci 

illərdə  tikdirdiyi  və  yaşadığı  sarayda  yerləşdirilmişdir.  Muzey  ilk 

tamaşaçılarını 1921-ci ildə qəbul etmişdir.

İlk  dövrlərdə  muzeyin  tarix,  ar-

xeologiya  və  etnoqrafiya,  botanika 

və zoologiya, mineralogiya və geolo-

giya, təsviri incəsənət və bədii sənət, 

xalq təhsili şöbələri, həmçinin qədim 

abidələrin  mühafizəsi  komissiyası 

fəaliyyət göstərirdi.

7. TARİX VƏ ETNOQRAFİYA MUZEYLƏRİ

Tarixi və mədəni irsimizi qoruyub saxlayan muzeylərimizə səya-

hət edək. Milli Azərbaycan Tarixi Muzeyi və Qala Dövlət Tarix- 

Etnoqrafiya  Qoruğu  yurdumuzun  bütün  dövrlərinə  aid  maddi-

mədəniyyət abidələrinin toplandığı, öyrənildiyi və nümayiş etdiril-

diyi məkandır.

Vitrinlərdəki  saxsı  qablar  antik 

sənətkarlığa  həsr  olunmuşdur. 

Sənətkar  saxsı  qab  hazırlayar-

kən  onu  ya  heyvan  formasında 

düzəldir, yaxud ona heyvan for-

malı  qulp  qoyur,  ya  da  üzərinə 

heyvan təsviri həkk edirdi.

Ekspozisiya 1

ARXEOLOGİYA

Ekspozisiya nədir?

Ekspozisiyadakı saxsı 

qablar hansı obrazları 

xatırladır?

Arxeologiya fondunda ilk ibtidai insanların meydana gəlməsi, 

inkişaf etməsi və formalaşması tarixi öyrənilir.   80 mindən artıq 

materialın toplandığı bu fondda — daş, mis-daş, tunc, ilk dəmir, an-

tik və orta əsrlər dövrünün maddi-mədəniyyət nümunələri qorunur 

və nümayiş etdirilir.

Ölkəmizin tarix və etnoqrafiya muzeylərində nə qorunur

Etnoqrafiya muzeyinin ekspozisiyaları hansılardır.

.

BİLƏCƏKSƏN:

Ekspozisiya 2

ETNOQRAFİYA

Etnoqrafiya fondu Azərbaycan xalqı haqqında məlumatları — onun 

adət-ənənələrini toplayaraq tədqiq edir və öyrənir. Fondda olan eks-

ponatların sayı 9 minə yaxındır. Fondda mis, bürünc, tunc, ağac, çini, 

gil, daşdan hazırlanmış əmək alətləri, məişət əşyaları saxlanılır.

Mis  şərbətqabı,  qəndil  (çıraq),  kasa,  dolça,  şirli  və  şirsiz  saxsı  küpələr, 

nehrə, ağac və metaldan düzəldilmiş əmək alətləri, zərif çini qablar Azər-

baycanın dekorativ-tətbiqi  sənət inciləri hesab olunur.

Etnoqrafiya və arxeologiya 

fondlarının əsas fəaliyyəti  

nədən ibarətdir?

Vitrindəki qab və geyimin 

forma, dekor və materialı 

haqqında bildiklərini söylə. 

Onlardan necə istifadə 

edirdilər?

Etnoqrafiya fondunda qorunan eksponatların digər hissəsi Azərbaycanın 

maddi mədəniyyətinə aid olan geyimlər və tikmə sənətinin nümunələridir.

Arxeologiya — yunan sözü, “archaios” — qədim və “logos” — söz, elm 

deməkdir.  Qədim maddi mədəniyyət nümunələrini öyrənən elm. 



Etnoqrafiya — yunan sözü, “etnos”— xalq, “qrafis” isə təsvir etmək 

deməkdir.  Etnoqrafiya  elminin  başlıca  vəzifəsi  —  xalqı  öyrənmək, 

tarixini tədqiq etmək və daha da zənginləşdirməkdən ibarətdir. 

Antik — latın sözü, “antiquus” — qədim  deməkdir.

XALQ SƏNƏTİNİN YARADICILIQ MƏNBƏYİ



Çap üçün deyil


Yüklə 0,83 Mb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   ...   32




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə