Elektron resurslar Məlumatın ardı



Yüklə 0,83 Mb.
Pdf görüntüsü
səhifə11/32
tarix14.05.2018
ölçüsü0,83 Mb.
#44139
növüDərs
1   ...   7   8   9   10   11   12   13   14   ...   32

25

24

монолит, 



MİLLİ AZƏRBAYCAN TARİXİ MUZEYİ

Yaranma  tarixi.  Milli Azərbaycan  Tarixi  Muzeyi  məşhur  neft 

sahibkarı,  xeyriyyəçi  Hacı  Zeynalabdin  Tağıyevin  1895–1901-ci 

illərdə  tikdirdiyi  və  yaşadığı  sarayda  yerləşdirilmişdir.  Muzey  ilk 

tamaşaçılarını 1921-ci ildə qəbul etmişdir.

İlk  dövrlərdə  muzeyin  tarix,  ar-

xeologiya  və  etnoqrafiya,  botanika 

və zoologiya, mineralogiya və geolo-

giya, təsviri incəsənət və bədii sənət, 

xalq təhsili şöbələri, həmçinin qədim 

abidələrin  mühafizəsi  komissiyası 

fəaliyyət göstərirdi.

7. TARİX VƏ ETNOQRAFİYA MUZEYLƏRİ

Tarixi və mədəni irsimizi qoruyub saxlayan muzeylərimizə səya-

hət edək. Milli Azərbaycan Tarixi Muzeyi və Qala Dövlət Tarix- 

Etnoqrafiya  Qoruğu  yurdumuzun  bütün  dövrlərinə  aid  maddi-

mədəniyyət abidələrinin toplandığı, öyrənildiyi və nümayiş etdiril-

diyi məkandır.

Vitrinlərdəki  saxsı  qablar  antik 

sənətkarlığa  həsr  olunmuşdur. 

Sənətkar  saxsı  qab  hazırlayar-

kən  onu  ya  heyvan  formasında 

düzəldir, yaxud ona heyvan for-

malı  qulp  qoyur,  ya  da  üzərinə 

heyvan təsviri həkk edirdi.

Ekspozisiya 1

ARXEOLOGİYA

Ekspozisiya nədir?

Ekspozisiyadakı saxsı 

qablar hansı obrazları 

xatırladır?

Arxeologiya fondunda ilk ibtidai insanların meydana gəlməsi, 

inkişaf etməsi və formalaşması tarixi öyrənilir.   80 mindən artıq 

materialın toplandığı bu fondda — daş, mis-daş, tunc, ilk dəmir, an-

tik və orta əsrlər dövrünün maddi-mədəniyyət nümunələri qorunur 

və nümayiş etdirilir.

Ölkəmizin tarix və etnoqrafiya muzeylərində nə qorunur

Etnoqrafiya muzeyinin ekspozisiyaları hansılardır.

.

BİLƏCƏKSƏN:

Ekspozisiya 2

ETNOQRAFİYA

Etnoqrafiya fondu Azərbaycan xalqı haqqında məlumatları — onun 

adət-ənənələrini toplayaraq tədqiq edir və öyrənir. Fondda olan eks-

ponatların sayı 9 minə yaxındır. Fondda mis, bürünc, tunc, ağac, çini, 

gil, daşdan hazırlanmış əmək alətləri, məişət əşyaları saxlanılır.

Mis  şərbətqabı,  qəndil  (çıraq),  kasa,  dolça,  şirli  və  şirsiz  saxsı  küpələr, 

nehrə, ağac və metaldan düzəldilmiş əmək alətləri, zərif çini qablar Azər-

baycanın dekorativ-tətbiqi  sənət inciləri hesab olunur.

Etnoqrafiya və arxeologiya 

fondlarının əsas fəaliyyəti  

nədən ibarətdir?

Vitrindəki qab və geyimin 

forma, dekor və materialı 

haqqında bildiklərini söylə. 

Onlardan necə istifadə 

edirdilər?

Etnoqrafiya fondunda qorunan eksponatların digər hissəsi Azərbaycanın 

maddi mədəniyyətinə aid olan geyimlər və tikmə sənətinin nümunələridir.

Arxeologiya — yunan sözü, “archaios” — qədim və “logos” — söz, elm 

deməkdir.  Qədim maddi mədəniyyət nümunələrini öyrənən elm. 



Etnoqrafiya — yunan sözü, “etnos”— xalq, “qrafis” isə təsvir etmək 

deməkdir.  Etnoqrafiya  elminin  başlıca  vəzifəsi  —  xalqı  öyrənmək, 

tarixini tədqiq etmək və daha da zənginləşdirməkdən ibarətdir. 

Antik — latın sözü, “antiquus” — qədim  deməkdir.

XALQ SƏNƏTİNİN YARADICILIQ MƏNBƏYİ



Çap üçün deyil


Mətbəx hissədə təndir, ocaq və suaxan yer-

ləşirdi. Mətbəxin içərisində gildən təndir 

və ocaq olardı. Mətbəx hissədə xörək ha-

zırlayanda, həm ocağın, həm də təndirin 

tüstüsü tikilinin damı üstündə dubla ad-

lanan baca vasitəsilə sovrulardı.

Qonaq otağı, əsasən, taxça, ləmə və camaxatanlardan ibarət idi. Ləmələr, 

adətən, pəncərə açımlarının hündürlüyündə, divar boyunca uzanar, kasa-



lar,  mis  qablar,  sinilərlə  bəzədilərdi.  Divarlarda  müxtəlif  ölçülərdə  tax-

çalar düzəldilərdi. 

Otaqların  qızdırılması  üçün  kürsü  is-

tifadə  olunardı.  Ailənin  qızınması 

üçün  xörək  bişirildikdən  sonra  ocaq-

dan yığılan kömür manqala tökülərdi. 

Ailə manqalın ətrafına yığışaraq onun 

üstünə örtülmüş yorğanın altında qızı-

nardı. 

Bu yorğan — kürsü yorğanı adlanar və 



məxsusi kürsü üçün sırınardı.

Yaradıcı araşdırma:

 kənd evinin interyeri və məişəti.

27

26



Azərbaycanın məşhur xeyriyyəçisi Hacı Zeynalabdin Tağıyevin xa-

tirəsini  əbədiləşdirmək  məqsədilə  Milli Azərbaycan  Tarixi  Muze-

yində doqquz otaqdan ibarət H.Z.Tağıyevin xatirə muzeyi yaradıl-

mışdır.


QALA DÖVLƏT TARİX-ETNOQRAFİYA QORUĞU

Arxeoloji  abidələrlə  zəngin  olan  Azərbaycanın  Abşeron  diya-

rındakı qədim yaşayış məskənlərindən biri də  Qala kəndidir.

Bakı kəndləri arasında Qala kəndi həm tarixinə, həm də Abşero-

nun mədəni irsində tutduğu yerinə görə seçilir. Bu kənd dövlətimiz 

tərəfindən  mühafizə  edilən  ərazi  olduğundan,  onu  Qala  qoruğu 

adlandırırlar. Qoruq Qala qəsəbəsinin tarixi hissəsində yaradılıb.

Qala” sözü məğ-

lubedilməz yer 

mənasındadır. 

Xalq təsəvvürlə-

rində isə kəndin 

adı “Qəllə” sözün-

dəndir, yəni 

“taxıl, bərəkət” 

mənasında işlənir. 

QALA  —  ARXEOLOJİ - ETNOQRAFİK MUZEY KOMPLEKSİ

Kənd 1988-ci ildə qoruq adını alıb. 2008-ci ildə Qala qoruğu əra-

zisində, açıq səma altında ilk Arxeoloji-Etnoqrafik Muzey Komp-

leksi yaradılıb. Kompleksin ərazisində Abşeron yarımadasının ar-

xeoloji və memarlıq abidələri toplanılıb və bərpa olunub.

XALQ SƏNƏTİNİN YARADICILIQ MƏNBƏYİ



 H.Z.Tağıyevin xatirə muzeyi

(fraqmentlər)

Qala kəndinin ənənəvi yaşayış evləri iki-üç otaqdan ibarət olub. Otağın biri 

mətbəx, digər hissəsi isə qonaq və ya yataq otağı kimi istifadə olunurdu. 

Mətbəx 

Müasir yaşayış evində dubla, taxça, ləmə, camaxatan və kürsü yorğanını  

nə əvəz edir? 

Keçmiş zamandan indiyə kimi insanların yaşayış tərzi necə dəyişmişdir?



Çap üçün deyil


Yüklə 0,83 Mb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   ...   32




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə