Elektron resurslar Məlumatın ardı



Yüklə 0,83 Mb.
Pdf görüntüsü
səhifə13/32
tarix14.05.2018
ölçüsü0,83 Mb.
#44139
növüDərs
1   ...   9   10   11   12   13   14   15   16   ...   32

31

30

ULU İRSİMİZ — XALQ GEYİMLƏRİ VƏ AZƏRBAYCAN XALÇALARI



8-9. XALQ GEYİMLƏRİ

Xalq geyimlərinə xas olan cəhətlər.

Xalq geyimlərini bəzəyən naxışlar.

BİLƏCƏKSİNİZ:

Təbiətin obrazı, insanın məişət və həyat tərzi xalq geyimlərində  

öz əksini tapmışdır. Geyim ənənələri müxtəlif olsa da, əsas xüsu-

siyyətləri eynidir — istifadədə rahatlıq, gözəllik və rəngarənglik. 

Mürəkkəbliyi və gözəlliyi ilə fərqlənən qadın geyimləri rənga-

rəngliyi ilə əlvan dağ çiçəklərini, yamacların yaşıllığını, qürub ça-

ğının al-qırmızı rənglərini  xatırladardı.

Qadın üst geyiminin əsas cəhəti onun çoxqatlı (üst-üstə) və qır-

çınlı  olması idi, üst köynəyi, arxalıq, çəpkən, ləbbadə, kürdü, küləcə 

və eşməkdən ibarət olardı. Məxmər, tirmə, ipək, atlaz və zərxara par-

çalardan tikilərdi. Ağ, qırmızı, göy, sarı, yaşıl və tünd rənglər daha 

çox istifadə olunardı.

Qadın  geyimində  bəzək  və  zinət  əşyaları  da  mühüm  rol  oyna-

yardı. Nəsillərdən nəsillərə ötürülən bu məmulatlar ailəyə məxsus 

idi və təbiət obrazlarını simvolizə edən naxışlarla işlənilərdi. 

Sinədən asılan həmayil xüsusi əhəmiyyət kəsb edərdi: bəzəyə ox-

şasa da, onun əsas funksiyası bədnəzərdən qorumaq idi. Həmayili, 

ən qiymətli miras kimi nəsildən-nəslə töhfə verərdilər. 

Xalq geyimlərinin müxtəlifliyi

Başmaq 

Yaradıcı araşdırma: 



xalq geyimləri — forma və elementlər.

Geyimi bəzəyən naxış-simvollar qadını şər qüvvələrdən qoruyardı. Yaxa və 



qolçaqdakı  simvollar  —  boynu  və  əlləri,  balaq  naxışları  isə  ayağı  qoru-

yardı. Qadın ümid edərdi ki, balağı yerlə sürünən geyimin naxışı torpağa 

məhsuldarlıq bəxş edir, həm də ondan həyat gücü alır. 

Qadın geyiminin elementləri (üst köynəyi, arxa-



lıq, çəpkən, ləbbadə, kürdü, küləcə və eşmək) haq-

qında  məlumat  topla.  Geyiminə  gözəllik  verən 

naxış-simvolların mənasını izah et.

Balaq — tumanın 

aşağısına tikilən 

qırçınlı ətək (əlavə)

Qotazlar

Qaytan

Qotaz — tumanbağı belə 

adlanardı.  Tumanın  yu-

xarı hissəsinə   kəmər ki-

mi  bağlanardı.

Tuman

Kəmər

Köynək

Şal

Arxalıq

Arxalığın

qolçağı

Köynək qolçağı

Sinə bəzəyi

Zümrüd və yaqut daşlarla işlənmiş 

baş bəzəyi

Baş bəzəyi

Köynəyin

qolçağı

Mirvari ilə 

bəzənmiş 

həmayil 

(amulet)

Çap üçün deyil



33

32

ULU İRSİMİZ — XALQ GEYİMLƏRİ VƏ AZƏRBAYCAN XALÇALARI



Yaradıcı  fəaliyyət. 

Qadın  və  ya  kişi  geyiminin  xarakterik  xüsusiy-

yətlərini öz rəsmində göstərməyə çalış. Burada o dövrün insanlarının 

həyat tərzi, məşğuliyyətini göstərməyi unutma. 

Geyimin forma və elementlərini, naxış və bəzəklərini elə çək ki, geyim 

sahibinin yaşına, ailə vəziyyətinə uyğun olsun. 

Kişi və qadın baş geyimləri hansılardır? 

Kişi və qadın geyimlərinin əsas xüsusiyyətləri haqqında nə öyrəndin?

Xalq geyimi müasir geyimdən nə ilə fərqlənir?

Yaradıcı araşdırma: 



xalq geyimləri — 

forma və elementlər.

Kişi üst geyimi ipək, atlaz, kətan və digər parçalardan tikilərdi. 

Papaq, üst köynəyi, arxalıq, çəpkən, çuxa (çiyinlik) və şalvar kişi 

geyiminin əsas hissələri idi. Maldarlıqla məşğul olanlar yapıncı ge-



yərdilər. Yağış və qar suyu keçirməyən, insanı bürküdən (istidən), 

soyuq və küləkdən qoruyan yapıncı həm də  yorğan-döşək kimi  isti-

fadə olunardı. 

Çuxa — kişi üst geyimi — vəznəli və çərkəzi   adlanardı: bel his-

sədən  büzməli  və  ya  qırçınlı  olardı.  Tirmə  və  mahuddan  hazırla-

nardı. Ağ çuxa — bəxtəvərlik, qara çuxa — bədbinlik əlaməti idi. 

Kəmərdən isə xəncər  (silah) asılardı.



Papaq

Başlıq

Vəznəli 

çuxa

Yapıncı

Kişi baş geyimlərinin müxtəlifliyi.

Forma  və  materialına  görə  papaq   

adları müxtəlif olardı: şələpapaq (sa-

çaqlı,  tüklü  dəri),  çalpapaq, 

.

şişpa-


paq, qələmi papaq

Şələ papaq

(börkü)

Çalpapaq

Şişpapaq 

Şəbkülah 

(gecə papağı)

Məişət və mədəniyyəti əks etdirən incəsənət əsərləri tarixin canlı 

şahididir. Bu əsərlər müxtəlif üslubda olsa da, onların bizə çatdır-

dığı hadisələr, obraz və geyim təsvirləri tarixi keçmişimizin zəngin 

irsidir.

Xalq geyimləri rəssam əsərlərində

E.Şaxtaxtinskaya.  

Ağabacı”

Q.Qaqarin. 

Qarabağ bəyi”

B.Əfqanlı. 

Geyim eskizi



Kişi  geyimi  (üst  köynəyi,  arxalıq,  çəpkən,  çuxa  və  şalvar) 

haqqında  məlumat  topla.  Geyim  və  onun  elementlərində  naxış-

simvolların mənasını izah et.

Çalpapaq

Çuxanın 

qolçağı

Şalvar

Xəncər

Yun corab

Çarıq və onun qaytanı

Vəznə

Çuxa

Qələm

qabı

Saat

qabı

Tapança

qabı

Tənbəki 

kisəsi

Qələmi 

papaq 

Çap üçün deyil



Yüklə 0,83 Mb.

Dostları ilə paylaş:
1   ...   9   10   11   12   13   14   15   16   ...   32




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə