Elmi ƏSƏRLƏR, 2016, №4(78) nakhchivan state university. Scientific works, 2016, №4 (78)



Yüklə 5,04 Kb.
Pdf görüntüsü
səhifə44/121
tarix13.11.2017
ölçüsü5,04 Kb.
#10058
1   ...   40   41   42   43   44   45   46   47   ...   121

89 
 
almış,  klassik  türkmən  şairlərinin  ədəbi  irsi  sistemli  şəkildə  orijinaldan  tərcümə  yolu  ilə  Azərbaycan 
oxucusuna təqdim olunmağa başlamışdır. 
 Qeyd  etmək  lazımdır  ki,  Azərbaycan  və  türkmən  xalqlarının    mədəni-ictimai  əlaqələrinin 
qədim  kökləri  olsa  da,  türkmən  ədəbiyyatının  tədqiqi  və  Azərbaycan  xalqına  çatdırılması 
müstəqillik illərində yeni mərhələyə qədəm qoydu. Bu dövrdə türkmən ədəbiyyatı tarixi və bu günü 
dərindən tədqiq olunmağa başlamış, başda Məhtimqulu Fəraqi olmaqla, Nurməhəmməd Əndəlibin, 
Dövlətməhəmməd Azadiinin, Abdulla Şabəndənin, Molla Nəfəs kimi türkmən klassik ədəbiyyatının 
görkəmli nümayəndələrinin bədii irsi dilimizə tərcümə edilərək oxuculara təqdim edilmiş (1), eyni 
zamanda türkmən şeiri antologiyası işıq üzü görmüşdür (6). 
Bu  dövrdə  yeni  türkmən  ədəbiyyatının  və  ədəbi  dilinin  banisi  Məhtimqulu  Fəraqi  ilə 
əlaqədar  aparılan  tərcümə  və  tədqiqat  işləri  xüsusilə  diqqətəlayiqdir.  Qeyd  etmək  lazımdır  ki, 
Azərbaycan-Türkmənistan dostluğunun təməllərini  atan şəxsiyyətlərdən biri də  XVIII  əsr türkmən 
poeziyasının görkəmli söz ustası, şair və ictimai xadimi Məhtimqulu Fəraqi və onun ədəbi irsidir. 
Məhtimqulu  bu  gün  Türkmənistan  adlanan  dövlətin  meydana  çıxmasını,  bir  növ,  fikri  planda 
hazırlayan çox böyük şəxsiyyətlərdən biridir. Dünyaca tanınmış türkmən şairi Məhtimqulu Fəraqi, 
şeirləri  və  fəlsəfəsi  ilə  yalnızca  Türkmənistanda  deyil,  bütün  türk  dünyasında  önəmli  bir  yerə 
sahibdir. 
Məhtimqulu  Fəraqi  tarix  boyu  gəlib  keçmiş  ən  büyük  türkmən  şairidir.  Onun  türkmən 
ədəbiyyatı  tarixindəki  yerini  və  rolunu  bir  cümlə  ilə  belə  səciyyələndirə  bilərik:  Bayron  ingilis, 
Dante  italyan,  Puşkin  rus  ədəbiyyatı  üçün  nə  isə,  Məhtimqulu  da  türkmən  ədəbiyyatı  üçün  odur. 
Böyük  şərqşünas  Bartold  yazmışdır  ki,  tarixdə  indiyə  qədər  heç  bir  türk  şairi  öz  xalqı  arasında 
Məhtimqulu qədər populyar olmamış və əzbərə bilinməmişdir. 
Türkmənistanın,  böyük  şairi  Məhtimquluya  və  onun  ədəbi  mirasına  göstərdiyi  ehtiram  və 
verdiyi dəyər Azərbaycan üçün də bir ilham qaynağı olmuşdur. Məhtimqulu, ölkələrimiz arasındakı 
həm  siyasi,  həm  də  sosial  sahədəki  dostluq  və  qardaşlığın  simvoludur.  Azərbaycan  ədəbiyyatında 
Qurbani, Sarı Aşıq, Xəstə Qasım, Abbas Tufarqanlı, Vaqif və Vidadi şeiri də Məhtimqulu poeziyası 
ilə  yaxından  səsləşir.  O,  türk  dünyasını,  Azərbaycanı  dərin  məhəbbətlə  sevmiş,  bu  ölkəni 
Dərbənddən Təbrizədək qarış-qarış dolaşmış, bu doğmalığı şeirlərində də dilə gətirmişdir. 
Azərbaycan  xalqı  Məhtimqulu  irsi  ilə  hələ  XIX  əsrdən  tanışdır.  Azərbaycan  Milli  Elmlər 
Akademiyasının  Əlyazmalar  İnstitutunda  XIX  əsrdə  yazıya  alınmış,  üzü  köçürülmüş  iki  nadir 
əlyazmasının  bu  günədək  qorunub  saxlanılması  görkəmli  söz  ustasına  ölkəmizdə  olan  dərin 
məhəbbətin əyani şəkildə ifadəsidir. 
Azərbaycanda Məhtimqulu irsinin öyrənilməsinə ilk dəfə müraciət isə XX əsrin ilk illərində, 
1913-cü  ildə  “İqbal”  qəzetində  nəşr  olunan  Seyid  Hüseyn  Kazımoğlunun  məqaləsində  öz  əksini 
tapmışdır.  İndiki  “Azərbaycan”  jurnalının  1920-ci  illərin  əvvəllərindəki  nömrələrində  Salman 
Mümtaz  və  Əmin  Abidin  Məhtimqulu  irsinə  müraciət  edib  ondan  geniş  şəkildə  bəhs  etməsi  də 
təsadüfi  deyildi  (2,  s.  12).  Bu  dövrlər  Azərbaycanda  türklük  düşüncəsinin  yüksəliş  illəri  idi. 
Repressiya  illərindən  sonra  bir  də  1960-cı  illərdən  başlayaraq  Azərbaycan  alimlərindən  Araz 
Dadaşzadə,  Ramazan  Qurbanov,  Ruhi  Əliyev  və  Fəxrəddin  Əliyevin  böyük  şair  haqqında 
məqalələri ədəbi jurnal və məcmuələrdə işıq üzü görmüşdür. 
Yuxarıda  qeyd  etdiyimiz  kimi  müstəqillik  illərində  Azərbaycanda  Məhtimqulu  irsinin 
öyrənilməsi, təbliği və nəşri istiqamətində işlər daha da sürətlənmişdir. Məhtimqulunun kiçikhəcmli 
bir kitabı Azərbaycanda ilk dəfə 1984-cü ildə işıq üzü görsə də, 2000-ci illərdən başlayaraq, konkret 
desək, 2010 və 2014-cü illərdə daha mükəmməl nəşrlər meydana çıxmağa başladı (bax:4). 
Budur  artıq  bu  yaxınlarda  ana  dilimizdə  respublikada  ilk  dəfə  böyük  türkmən  şairi 
Məhtimqulu Fəraqinin 744 səhifədən ibarət olan mükəmməl divanı işıq üzü görmüşdür. Azadlıq və 
birlik  carçısı  şairin  bu  qiymətli  əsəri  “Elm  və  təhsil”  nəşriyyatında  nəşr  edilmişdir.  O  da 
təqdirəlayiq  haldır  ki,  həmin  dəyərli  inci  Azərbaycan  və  türkmən  elm  adamlarının  birgə 
əməkdaşlığının  nəticəsi  olaraq  meydana  çıxmışdır.  Belə  ki,  Azərbaycan  Milli  Elmlər 
Akademiyasının  Füzuli  adına  Əlyazmalar  İnstitutunun,  Nizami  adına  Ədəbiyyat  İnstitutunun  və 
Türkmənistan Respublikası Milli Əlyazmalar İnstitutunun əməkdaşlarının böyük əməyi nəticəsində 
yüksək akademik səviyyədə bu elmi nəşr ərsəyə gəlmişdir. 
Füzuli adına Əlyazmalar İnstitutunun fondunda saxlanılan Məhtimqulu divanının daşbasma 
nüsxəsinin  əlyazmasından  ibarət  olan  bu  əsər  ilk  dəfə  olaraq  divanın  ərəb  əlifbası  ilə  türkməncə 
orijinal mətni, faksimle, mətnin türkməncə transliterasiyası və Azərbaycan dilinə tərcüməsi üçü bir 
arada  nəşr  edilmişdir.  Onu  da  qeyd  etmək  lazımdır  ki,  kitaba  yazılmış  geniş  müqəddimə, 
Məhtimqulu əsərlərinin yazıya alınması tarixi, onun əlyazma divanlarının öyrənilməsi və nəşri tarixi 
haqqında  məqalələr,  divanda  işlənən  türkməncə,  fars  və  ərəb  dillərindədəki  müasir  Azərbaycan 
oxucusu üçün çətin anlaşılan leksik vvahidlərin şərh və izahları əsərə əlavə olunmuş ayrıca sanballı 
bir elmi-tədqiqat işi təsiri bağışlayır.   


90 
 
Kitabın elmi redaktoru və ön sözün müəllifi akademik İsa Həbibbəylinin çox doğru olaraq 
qeyd  etdiyi  kimi,  Məhtimqulu  Fəraqi  Türkmənistan  adlı  böyük  məmləkətin  ölkə  boyda  möhtəşəm 
ədəbiyyat  heykəlidir.Türkmən  ədəbiyyatının  klassiki,  Türkmənistanda  müstəqil  dövlətçiliyin 
qüdrətli  carçısı,  türkmən  xalqının  dünya  ədəbiyyatına  bəxş  etdiyi  bu  qüdrətli  sənətkar  türkmən 
ədəbi  dilinin,  yeni  türkmən  şeirinin  banisidir.  Məhtimqulu  Fəraqi  Dədə  Qorqudla  əsası  qoyulan, 
Yunus  Əmrə  ilə  davam  edən,  Dirili  Qurbanla    el-oba  içində  geniş  yayılan,  Molla  Pənah  Vaqiflə 
kamala  çatan  çoxəsrlik  türk  xalq  şeirinin  XVIII-XIX  əsr  türkmən  yazılı  ədəbiyyatındakı  ən 
görkəmli  nümayəndəsidir.  Onun  oğuz-  türk  şivəsində  qələmə  aldığı  poetik  örnəkləri  ortaq  türk 
dilində yazılmış ədəbiyyatın parlaq nümunələri hesab etmək olar (5, səh. 4-5). Bu baxımdan böyük 
söz ustasının “Türkmənin”  qoşmasından aldığımız aşağıdakı  iki bənd Türkmənistanın himni kimi 
qüvvətli səslənən mükəmməl sənət nümünəsidir: 
Könül havalanar ata çıxanda, 
Dağlar lələ dönər qıya baxanda, 
Bar gətirər coşub dərya axanda
Bənd tutdurmaz gəlsə seli türkmənin. 
Qafil qalmaz. döyüş günü xar olmaz
Nə zora,qarşığa giriftar olmaz, 
Bülbüldən ayrılıb, solub, zar qalmaz
Daim ənbər saçar gülü türkmənin. 
Məhtimqulu  türkmən-Azərbaycan  ədəbi  əlaqələrinin  inkişafında  mühüm  rol  oynamışdır.  O 
gəzdiyi  ucsuz-bucaqsız  Azərbaycan  ölkəsinin  insanını,  gözəl  yaylaqlarını,  geniş  ovlaqlarını  vəsf 
edir, Şəkinin, Şirvanın gözəlliklərini dilə gətirir: 
Səfər edib getsək Nuxa mülkünə,  
Könül istəyən tək yaylaqları var. 
Seyran etsək qönçəsinə, gülünə, 
Bağçasında bülbül oylaqları var. 
Təsadüfi  deyildir  ki,  Məhtimqulunun  “Yaylaqları  var”  adlı  şeiri  şairin  əsərlərinin  Moskva 
nəşrində “Azərbaycan” adı ilə verilmişdir. Bu şeirdə Məhtimqulu Azərbaycanın  gözəl bir guşəsini 
yüksək  səviyyədə  tərənnüm  etməklə  bərabər,  həm  də  bu  ölkəyə  doğma  münasibətini  də  ifadə 
etmişdir. Məhtimqulu Azərbaycan klassiklərindən Nizami Gəncəvi, Əfzələddin Xaqani, İmadəddin 
Nəsimi,  Məhəmməd  Füzuli  kimi  söz  ustalarının  adlarını  yada  salır,  onlara  hörmət  və  ehtiramını 
ifadə  edir.  Şairin  Qurbani  yaradıcılığından,  onun  “Dedilər”  şeirindən  xüsusi  təsirlənməsi,  bu  iki 
şerin çox  yaxından səsləşməsi  Məhtimqulunun Azərbaycan xalq- aşıq  poeziyasına dərindən bələd 
olmasını nümayiş etdirir. 
Akademik  İsa  Həbibbəyli  kitaba  yazdığı  ön  sözdə  ədəbi  əlaqələrdən  bəhs  edərkən 
Məhtimqulu  şeirinə  Azərbaycan  poeziyasının  el  şairi  Qurbani  timsalında  təsir  göstərməsi  faktına 
xüsusi  diqqət  yetirmiş,  böyük  türkmən  klassikinin  XVII  –XVIII  əsr  Azərbaycan  şairləri  Xəstə 
Qasım,  Molla  Pənah  Vaqif,  Molla  Vəli  Vidadi,  Qasım  bəy  Zakirə  ruhən  yaxın  olmasını,  eyni 
zamanda  Məhtimqulunun  XX  əsr  şeirimizdə  Məhəmməd  Hüseyn  Şəhriyar,  Səməd  Vurğun,  Əli 
Kərim  yaradıcılığına  təsirini  araşdırmış,  bu  şairlərin  dünya  mövzusundakı  şeirlərini  qarşılaşdırmış 
və  göstərmişdir:  ”Ümumiyyətlə,  Azərbaycan  şerindəki  Məhtimqulu  motivləri  xalqımız  və 
ədəbiyyatımız  üçün  doğmadır.  Azərbaycan  poeziyasında  türkmən  şerindən  və  əksinə,  türkmən 
lirikasında Azərbaycan poetik örnəklərindən yaradıcı şəkildə faydalanma xalqlarımız və ölkələrimiz 
arasındakı  doğmalığın,  həmrəyliyin,  yaxınlığın  ifadəsidir.  Bu  qarşılıqlı  əlaqələr  hər  iki  xalqın 
ədəbiyyatı üçün faydalı olmuş, ədəbiyyatlarımızın daha da zənginləşməsinə və inkişaf etdirilməsinə 
töhfə vermişdir” (5, səh. 16). 
Kitabda  diqqəti  cəlb  edən  digər  bir  fakt  da  şairimizin  adının  izah  edilməsindən  ibarətdir. 
Məlumdur ki, şair şeirlərində Fəraqi, Qul Məxdum, Məxdumi təxəllüslərindən də istifadə etmişdir. 
O  da  bəllidir  ki,  Məhtimqulu  şəxs  adı  Azərbaycanda  müxtəlif  orfoqrafiyalarda  yazılmış  və  onun 
mənası  müxtəlif  şəkildə  izah  edilmişdir.  Məhtimqulu  şəxs  adının  apelyativi,  çox  ehtimal  ki,  ərəb 
dilində müqəddəs, nəcib tayfaların özlərini adlandırdıqları “məxdum” sözü ilə bağlıdır. Şairin adını 
daşıdığı,  yaşatdığı  babasının  da  mənsub  olduğu  türkmən  tirəsində  çoxlu  mötəbər  din  adamları, 
şəxsiyyətlər olmuşdur. Bu cür insanlar türklər arasında məxdumlar adlanmışlar. Bizcə, bu məsələdə 
tədqiqatçının  gəldiyi  qənaət  doğrudur.  O  yazır:  “Məhtimqulunun  nəsli  göklən  tayfasının  bir  qolu 
olan  gərkəzlərin  “məxdum”  tirəsindəndir.  Elə  bu  tirədən  olması  və  tirədəki  məşhur  məxdumlara 
qulluq  göstərməsi  səbəbindən  böyük  şairin  babasına  “məxdumların  qulluğunda  duran  adam” 
mənasında “Məxdumqulu” adı verilmişdir”.  
Yeri gəlmişkən akademiyanın vitse-prezidenti  İsa Həbibbəylinin türkmən-Azərbaycan elmi-
ədəbi  əlaqələrinin  inkişafında  göstərdiyi  mühüm  xidmətləri  də  burada  təqdirəlayiq  hal  kimi  qeyd 
etmək  istəyirəm.  Belə  ki,  hörmətli  İsa  müəllimin  təşkilatçılığı  ilə  Azərbaycan  Milli  Elkmlər 


Yüklə 5,04 Kb.

Dostları ilə paylaş:
1   ...   40   41   42   43   44   45   46   47   ...   121




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə