Elmi ƏSƏRLƏR, 2016, №4(78) nakhchivan state university. Scientific works, 2016, №4 (78)



Yüklə 5,04 Kb.
Pdf görüntüsü
səhifə51/121
tarix13.11.2017
ölçüsü5,04 Kb.
#10058
1   ...   47   48   49   50   51   52   53   54   ...   121

103 
 
9. Андроников И.Л. Лермонтов. Исследования и находки. Издание третье. М.,        
    Художественная литература, 1969, 607 с. 
10. Тельман Джафаров (Велиханлы). Рецепция прозы М. Ю. Лермонтова в Азербайджане.   
     Баку, Мутарджим, 2014, 164 стр. 
 
 
XÜLASƏ 
 
 
 
 
 
 
 
 
 
        Hüseyn Adıgözəlov 
M.Y.Lermontovun nəsr əsərlərinin Azərbaycan dilinə 
 tərcüməsinə dair qiymətli tədqiqat 
 
 
Məqalədə Azərbaycan lermontovşünaslığının mühüm aspektlərindən biri – M.Y.Lermontov 
nəsrinin  ölkəmizdə  tərcümə  edilərək  yayılması  probleminin  dəyərləndirilməsi  Bakı  Slavyan 
Universitetinin  professoru  Telman  Cəfərovun  2014-cü  ildə  nəşr  olunmuş  yeni  monoqrafiyası 
əsasında aparılmışdır. 
 
Tədqiqatçı  müasir  bədii  tərcümə  prinsipləri  baxımından  Azərbaycanda  rus  şairinin  nəsr 
əsərlərinin  tərcümə  edilməsinin  bütün  tarixinə  ətraflı  nəzər  salan  monoqrafiya  müəllifinin  bu 
sahədəki  fəaliyyətini  aşağıdakı  cəhətlərdən  təhlil  edir:  indiyədək  M.Y.Lermontovun  ən  müxtəlif 
mütərcimlər tərəfindən dilimizə çevrilmələrinin xroniki ardıcıllığının təqdim  edilməsi;  eyni  əsərin 
müxtəlif  dövrlərdə  ayrı-ayrı  tərcüməçilərin  ifasında  müqayisəsinin  aparılması;  tərcümə 
nümunələrinin  dəyərləndirilməsi  zamanı  rus  və  Azərbaycan  dillərinin  bədii  ifadə  vasitələrinin 
tipologiyasına  diqqət  yetirilməsi;  monoqrafiya  müəllifinin  rus  şairinin  nəsr  əsərlərinin  gələcəkdə 
dilimizə tərcümə edilməsi ilə bağlı irəli sürdüyü müddəaların qiymətləndirilməsi və s.  
 
Məqalə  müəllifi  monoqrafiyada  M.Y.Lermontovun  həyatı  və  yaradıcılığı  (xüsusilə  Qafqaz 
və Azərbaycan dövrü) ilə bağlı gətirilən tarixi-filoloji faktlara da öz münasibətini bildirir və təkliflər 
verir.                                               
ABSTRACT   
                                                                                               Huseyn Adigozalov 
Important research work on the translation of M.Y. Lermantov’s 
 prose works into Azerbaijan 
 
In  the  article  one  of  the  important  aspects  of  Azerbaijan  Lermantov  studying-assessing  of 
the problem of spreading Lermantov’s prose in our country by translation has been carried basing 
on the new monography by Telman Jafarov, the professor of Baku Slavyan University published in 
2014.  
 
The researcher analyzes  the activity of the author of monography in this field who glances 
the whole history of translating the prose works of the Russian poet in Azerbaijan thoroughly from 
the  point  of  principles  of  contemporary  literary  translation  basing  on  the  following  points: 
introducing  chronological  order  of  Lermantovs  translations  by  different  translators  into  our 
language up today.  
 
Carrying out the comparison of the same work by different translators in warious stages: 
Paying  attention  to  the  typology  of  literary  expressive  means  of  the  Russian  and  Azerbaijan 
languages while assessing translation samples; assessing the provisions suggested by the outhor of 
monography  related  with  the  translation  of  the  Russian  poets  prose  works  into  our  language  in 
future and etc. 
 
The outhor of the article expresses his opinion and suggestions on the historical- philological 
facts related with Lermantov s life and activity (espesially Coulcasus and Azerbaijan stages). 
 
Məqaləni çapa təqdim etdi: filologiya üzrə elmlər doktoru, professor R.M.Novruzov. 
 
      НДУ-нун  Елми  Шурасынын  23  sentyabr  2016-cı  ил  тарихли 
гярары иля чапа тювсийя олунмушдур (протокол № 01). 
      Məqaləni çapa təqdim etdi: AMEA-nın müxbir üzvü Ə.Quliyev 
 


104 
 
NAXÇIVAN DÖVLƏT UNİVERSİTETİ.  ELMİ ƏSƏRLƏR,  2016,  № 4(78) 
 
NAKHCHIVAN STATE UNIVERSITY.  SCIENTIFIC WORKS,  2016,  № 4 (78) 
 
НАХЧЫВАНСКИЙ  ГОСУДАРСТВЕННЫЙ  УНИВЕРСИТЕТ.  НАУЧНЫЕ  ТРУДЫ,  2016,  № 4 (78) 
 
 
                                                             YUSİF HÜSEYNOV  
                                      Naxçıvan Dövlət Universiteti  
UOT: 070 
“MOLLA NƏSRƏDDİN” MƏCMUƏSİ:  
SƏLƏFLƏR VƏ XƏLƏFLƏR 
Açar sözlər: ədəbi-fəlsəfi, Belinski, Axundzadə, “Əkinçi”, “Ziya”, “Kəşkül” 
Key words: literary-philosophical, Belinsky, Akhundzadeh, “Akinchy”, “Ziya”, “Kashkul” 
Ключевые слова: литературно-философский, Белинский, Ахунд-заде, «Экинчи», «Зия», 
«Кашкул» 
“Molla  Nəsrəddin”  məcmuəsi  öz  dövrünün,  Şərq  dünyasının,  Azərbaycan  cəmiyyətinin 
ictimai-siyasi,  sosial-mədəni  və  mənəvi-əxlaqi  güzgüsü  olaraq  öz  sələflərinin  ideya-nəzəri 
görüşlərindən,  ədəbi-publisistik  fəaliyyətindən,    sosial-fəlsəfi  düşüncələrindən,  onların 
yaratdıqları  maarifçilik  ənənələrindən,  bir  sözlə,  tarixi  xidmətlərindən  bəhrələnmişdir.  “Molla 
Nəsrəddin” heç də boş bir  yerdə  yaranmamış, əksinə, parlaq  yaradıcılıq nümunələri ilə söz və 
sənət  xəzinəsini  zənginləşdirmiş  mütəfəkkir  və  ədiblərin  ideya  istiqamətlərini  əldə  rəhbər 
tutmaqla  yeni  bir  tarixi  mərhələdə  fəaliyyət  göstərmiş,  sözün  əsl  mənasında  layiqli  xələf  ola 
bilmişdir. Mollanəsrəddinçilərin yaradıcılığı sələflər və xələflər müstəvisində özünün qazandığı 
yenilikçi məzmunu ilə bir daha yüksək ədəbi-fəlsəfi dəyərin təzahürü kimi üzə çıxır. 
“Molla Nəsrəddin” məcmuəsinin irəli sürdüyü ictimai-siyasi və fəlsəfi-etik fikirlər hər şeydən 
əvvəl  bu  dövrdə  Azərbaycanda  mövcud  olan  ictimai-iqtisadi  şəraitin  və  sosial-mədəni  müһitin 
tələblərindən irəli gəlmişdir. 
Mollanəsrəddinçilərin  ictimai-siyasi  və  fəlsəfi-etik  baxışlarının  formalaşmasına  qabaqcıl  rus 
ictimai fikrindəki inqilabi və demokratik ideyalar öz təsir gücünü göstərmişdir. Onların ictimai-siyasi və 
fəlsəfi-etik  baxışlarındakı  mütərəqqi  ideyaların  yaranmasında  Belinski,  Çernışevski,  Gertsen, 
Dobrolyubov, Pisarev kimi rus inqilabçı-demokratlarının, Puşkin, Lermontov, Tolstoy, Qoqol, Saltıkov- 
Şedrin, Krılov, Ostrovski kimi görkəmli yazıçıların, bilavasitə böyük təsiri olmuşdur  (1, 6-13). 
XIX  əsr  rus  mədəniyyətinin  təsiri  altında  Azərbaycan  ictimai  fikrində  yeni-yeni  mütərəqqi 
ideyalar  meydana  gəlir  və  sürətlə  inkişaf  edirdi.  Ədəbiyyatımız  daһa  kəskin  ictimai  və  siyasi 
problemləri əһatə etməyə, dövrün tələblərinə dolğun cavab verməyə başlayırdı. Rusiyanın Moskva 
və Peterburq kimi mərkəzi şəһərlərində və Qori seminariyasında təһsil alıb, mütərəqqi sosial-ictimai 
baxışlarla  Azərbaycana  qayıdan  ziyalıların  sayı  getdikcə  artırdı.  Onlar  Azərbaycana  qayıtdıqdan 
sonra  gördüklərini  və  oxuduqlarını  geniş  təbliğ  etməyə,  xalqı  cəһalət  yuxusundan  oyadaraq 
maarifləndirməyə,  onu  tərəqqi  və  inkişaf  etdirməyə  çalışırdılar.  Bu  məqsədlə  onlar  məktəb, 
qiraətxana açmağa, mədəniyyət ocaqları yaratmağa təşəbbüs göstərirdilər.  
Dini  fanatizm,  mövһumat,  xurafat  və  yabançı  əxlaq  normalarına  qarşı  çıxmaq,  eyni  zamanda 
elm,  bilik,  təhsil,  maarif  və  mədəniyyət  uğrunda  mübarizə  lap  qədimlərdən  qabaqcıl  Azərbaycan 
ictimai  və  bədii  fikrinin  müһüm  cəһətlərindən  olmuşdur.  Bu  mütərəqqi  ənənələr  XIX  əsrdə 
A.A.Bakıxanov,  M.Ş.Vazeh,  M.F.Axundzadə,  Q.B.Zakir,  S.Ə.Şirvani,  H.B.Zərdabi,  N.B.Vəzirov 
kimi mütəfəkkir, alim, şair və yazıçılar tərəfindən mənimsənilərək daһa da inkişaf etdirilmişdir (2, 7). 
Mollanəsrəddinçilərin ictimai-siyasi və fəlsəfi-etik görüşlərinin dərin mədəni və ideya kökləri 
vardır.  Bunu  һər  şeydən  əvvəl  xalqımızın  milli  söz  sənətində  və  ictimai  fikir  tarixində  axtarmaq 
lazımdır.  Umumiyyətlə  Mollanəsrəddinçilər  böyük  Azərbaycan  mütəfəkkirləri  Xaqani,  Nizami, 
Nəsimi  və  Füzulidən  başlamış  M.F.Axundzadə  və  H.B.Zərdabiyə  qədər  qabaqcıl  Azərbaycan 
ədəbiyyatında  və  ictimai  fikir  tarixində  habelə  “Əkinçi”,  “Ziya”,  “Ziyayi-Qafqaziyyə”,  “Kəşkül”, 
“Şərqi-Rus” kimi mətbuat orqanlarında olan mütərəqqi ideyaları davam və inkişaf etdirmişlər. 
Bununla  belə,  mollanəsrəddinçilərin  ictimai-siyasi  və  fəlsəfi-etik  görüşlərini  qidalandıran  əsas 
ideya mənbəyini ilk növbədə onların sələfləri olan M.F.Axundzadənin və H.B.Zərdabinin ədəbi-fəlsəfi 
yaradıcılığında  axtarmaq  lazımdır.  Zəһmətkeş  xalqı  ictimai,  milli  zülmdən  və  dini  fanatizmdən  azad 
etmək, onun tərəqqi və inkişafına nail olmaq uğrunda yorulmadan mübarizə aparan M.F.Axundzadə və 
H.B.Zərdabi  istibdadı,  despotizmi  və  ümumiyyətlə  sosial  ədalətsizliyi  ifşa  etmişlər.  Onlar  xalqın 


Yüklə 5,04 Kb.

Dostları ilə paylaş:
1   ...   47   48   49   50   51   52   53   54   ...   121




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə