ƏSƏdulla qüBRƏt oğlu cəFƏrov azərbaycanin ilk sakiNLƏRİ Bakı-Elm-2004



Yüklə 346,52 Kb.
Pdf görüntüsü
səhifə16/66
tarix08.03.2018
ölçüsü346,52 Kb.
#31000
1   ...   12   13   14   15   16   17   18   19   ...   66

ka  kərgədanı,  nəhəng  maral,  vəhşi  öküz  və  başqa  heyvan 
sümükləri çoxluq təşkil edir. 
Terra-Amata  düşərgəsində  qədim  tikili  yeri  aşkar 
olunmuşdur. Professor A.Lümleyin fikrinə görə qədim tikili 
yerində  ibtidai  adamlar  müvəqqəti  yaşamışlar.  Və  bu 
sahələrdə  əsasən  alət  hazırlamaqla  məşğul  olmuşlar.  Bunu 
tikili yerindən aşkar olunmuş çoxlu istehsalat tulantılan bir' 
daha  sübut  edir.  Tikili  yerininin  eni  4-6  m,  uzunluğu  8-15 
metrə  yaxın  olmuşdur.  Tikili  yerinin  sahəsi  daşlarla  örtülü 
olubmuş. Müəyyən edilmişdir ki, tikili yerinin ortasında ocaq 
yandırılmış hətta ocağın küləkdən sönməməsi üçün ətrafına 
daşdan sədd də çəkilmişdir. 
Terra-Amata düşərgəsində ən maraqlı tapıntılardan biri 
Paleolit  dövrü  adamının  ayaq  izinin  mədəni  təbəqədə 
qalmasıdır.  Onun  ölçülərinə  əsasən  müəyyən  edilmişdir  ki, 
həmin dövrün adamının boyu 1, 56 metr olmuşdur. 
Fransanın  cənubunda  yerləşən  Araqo  mağaralarında 
aparılan  arxeoloji  tədqiqat  işləri  zamanı  aşkar  olunmuş 
maddi mədəniyyət qalıqları da xüsusi maraq doğurur. 
Araqo  mağaralarından  qədim  daş  dövrünə  aid  əmək 
alətləri tapılmışdır. Əmək alətləri arasında əsas yeri çopper, 
əl  çapacaqları,  qaşov  tipli  alətlər  və  itiuclular  tutur.  Bu 
düşərgələrdən  aşkar  olunmuş  çop-  perlər  (kobud  çapma 
alətləri) klassik üsulda hazırlanmış və tipologiyasına əsasən 
qədim  Aşel  dövrünə  aid  edilir.  Düşərgədən  eyni  zamanda 
ovlanmış heyvanların sümük qırıqları da aşkar olunmuşdur. 
Bu qədim Araqo sakinlərinin həyatında ovçuluğun əsas yer 
tutduğunu göstərir. 
Araqo  mağaralarında  əldə  edilən  antropoloji  tapıntılar 
aparılan  arxeoloji  tədqiqat  işlərinə  dünya  şöhrəti 
qazandırmışdır.  Araqo  düşərgələrində  qədim  insan  çənələri 
və kəllələri tapılmışdır. Bu tapıntılar Avropanın 
52 


ilk sakinlərinə aid olub, qədim Aşel dövründə 600-450 min il 
bundan  əvvəl  yaşamış  qədim  Araqo  adamlarının  sümük 
qalıqlarıdır.  Maraqlıdır  ki,  Araqodan  tapılmış  çənə  Azıx 
düşərgəsinin  Aşel  təbəqəsindən  tapılmış  çənə  qalığına 
oxşayır. Hər iki tapıntı yaş etibarilə bir-birilə müqayisə oluna 
bilər  və  qədim  insanların  antropoloji  xüsusiyyətlərini 
öyrənmək üçün ən mühüm tapıntılar- dandır. 
Avropa  ölkələri  ərazisində  (Almaniya,  Fransa, 
İspaniya,  Macarıstan)  aparılan  arxeoloji  tədqiqatlar  zamanı 
qədim Daş dövrünə aid maddi mədəniyyət qalıqları ilə yanaşı 
antropoloji tapıntılar da aşkar olunmuşdur. 
Hazırda  Avropa  ölkələri  və  Azərbaycan  ərazisində 
aparılan  paleolit  problemi  üzrə  elmi  tədqiqat  işləri 
beynəlxalq xarakter almışdır. Çünki bu ölkələrin ərazisində 
olan  paleolit  abidələri  dünyada  elə  abidələrdir  ki,  bu 
düşərgələrin  çöküntülərində  təbəqələr  tarixi  ardıcıllıqla 
yatmış və arxeoloji tapıntıların biri digərini tamamlayır. Bu 
da qədim insanların həyat tərzini, alət hazırlama texnikasını, 
onların  inkişaf  xüsusiyyətlərini  və  o  dövrün  təbii  şəraitini 
öyrənmək üçün zəngin elmi materiallar verir. 
1981-ci  il  dekabrın  8-də  Fransada  Parisin  İnsan 
muzeyində  «Avropanın  ilk  sakinləri»  adlı  şərgi  açılmışdı. 
Sərgidə  dünyanın  ən  qədim  insan  məskənlərində  aşkar 
olunmuş  maddi  mədəniyyət  nümunələri  və  antropoloji 
tapıntılar  nümayiş  etdirilmişdi.  Sərgidə  keçmiş  SSRİ-dən 
ancaq  Azıx  paleolit  düşərgəsində  aşkar  olunmuş  Quruçay 
mədəniyyətinin, 
qədim, 
orta 
Aşel 
və 
Mustye 
mədəniyyətlərinin  arxeoloji  tapıntıları  üçün  ayrıca  guşə 
ayrılmışdı.  Arxeoloji  materiallar  içərisində  Quruçay 
mədəniyyətinin,  Aşel  və  Mustye  mədəniyyətinin  əmək 
alətləri, azıxantropun alt çənəsi və başqa maddi mədəniyyət 
nümunələri xüsusi maraq doğurmuşdu. 
53 


Bütün  yuxanda  qeyd  olunan  düşərgələrdə  tapılmış 
zəngin  arxeoloji  materiallar  bəşəriyyətin  maddi  və  mənəvi 
sərvəti olub ilk əmək alətlərinin hazırlanmasından, ilk ibtidai 
tikililərin  yaranmasından,  odun  kəşf  edilməsindən  və  ulu 
sakinlərin uzun təkamül yolu keçib formalaşmasından xəbər 
verir. Lakin təəssüf ki, bu dövrün tarixini, maddi mədəniyyət 
qalıqlarını  saxtalaşdırmağa  cəhd  edən  bəzi  üzdəniraq 
müəlliflər də vardır. 
Azıx düşərgəsinin II ən böyük salonunda olan nəhəng 
stalaqnat  dirək  əhəngli  suyun  qarışığından  təbii  yolla 
təxminən 2 milyon il bundan əvvəl əmələ gəlmişdir. Bütün 
təbii karst mağaralarında belə dirəklərə və ayrı-ayrı stalaqnat 
daşlara  rast  gəlmək  olur.  Azıx  düşərgəsinin  ayrı-ayrı 
salonlarında belə dirəklər daha çoxdur. Arxeoloji və geoloji 
ədəbiyyatlarda  mağaraların  əmələgəlmə  xüsusiyyətləri  şərh 
olunur  və  orada  stalaqnat  dirəklərin  formalaşmasının  təbii 
yolları  ətraflı  izah  olunur.  Lakin  bəzi  alimlər,  xüsusilə 
arxeologiya və geologiya ilə məşğul olmayan mütəxəssislər 
Azıx  qədim  insan  düşərgəsində  təbii  yolla  əmələ  gələn 
stalaqnat  dirəyin  yanlış  olaraq  qadın  heykəli  olduğunu 
göstərirlər.  Ş.Mikirtıçyan  özünün  «Dağlıq  Qarabağın  tarixi 
və memarlıq abidələri» adlı əsərində qeyd edir ki, guya Azıx 
mağarasında Aşel dövrünə aid erməni qadınının heykəli var 
və onun hətta paltarı da müasir erməni qadınlarının paltarına 
bənzəyir  (Yerevan,  1988).  Bu  heç  bir  elmi  əsası  olmayan 
cəfəngiyyat  olmaqla  bərabər  tarixin  əsassız  olaraq 
saxtalaşdırılmasıdır.  Belə  bir  fikir  söyləməklə  Ş.Mkrtıçyan 
erməni  xalqının  tarixini  Aşel  dövründə  axtarmağa  can  atır 
(550-350  min  il  bundan  əvvəl).  Lakin  Azıx  qədim  insan 
düşərgəsində qadına bənzər heykəl yoxdur və bu dirək təbii 
yolla  əmələ  gəlmiş  stalaqnat  dirəkdən  ibarətdir.  İkincisi  də 
Aşel  dövründə  heç  bir  yerdə  müasir  insanın  əcdadı 
yaşamamışdır. Bu dövrdə ancaq pitikantrop, sinantrop tipli 
54 


Yüklə 346,52 Kb.

Dostları ilə paylaş:
1   ...   12   13   14   15   16   17   18   19   ...   66




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə