Etnos V ə epos: keçmişdən bugünə 1



Yüklə 2,87 Mb.
Pdf görüntüsü
səhifə107/114
tarix26.08.2018
ölçüsü2,87 Mb.
#64925
1   ...   103   104   105   106   107   108   109   110   ...   114

 Nizami Tağısoy 
 
342
Qriqoriyə qarşı amansız olacağını güman edirmiş). Gözlənilənlərin 
əksinə olaraq Qriqori türklərin içində özünü heç də narahat hiss et-
məyib. Buna baxmayaraq türklər sürgün qaydalarına uyğun olaraq 
Qriqorini digər əsirlər kimi dərin kahada saxlamalı idilər. 
15 illik sürgün başa çatdıqdan sonra (15 iyun 301-ci ildə) 
türklər Qriqorini azad edirlər. O, Armeniyaya daha ziyalı, işıqlı, ma-
ariflənmiş kimi qayıdır. Türk sürgünündə olduğu illər onun üçün 
heç də əbəs yerə ötməmişdir. 
Artıq yuxarıda biz Qriqorinin ağıl-kamalından, onun hamı tə-
rəfindən qəbul edildiyindən danışmışdıq. Onun uzaqgörənliliyi və 
ziyalılığı nəinki türklərin dilini, mədəniyyətini, mənəviyyatını, həm 
də dinini dərk etməyə, onun mahiyyətini anlamağa kömək etmişdir. 
Türklərin rəmzlərində bərabərtərəfli xaçı görmüş Qriqori onun ilahi 
qüvvəsini hiss etmiş, onu özü ilə Armeniyaya gətirmişdir. Qədim 
türklərdə xaç bəd, şər qüvvələrdən qorunmaq üçün çəkilirdi. Bunun 
özü də tanrıçılıqdan gəlirdi. Həm də Qriqori Səmalar Allahının 
(Tanrının — N.T.) türkləri necə yenilməz etdiyini yaxşı  dərk edə 
bilmişdi. 
Bəhs etdiyimiz bu dövrdə Avropada xristianlıqda hələ də tək 
Allahlıq anlayışı özünə yer ala bilməmişdi. Bax, bunu ilkin olaraq 
Qriqori sezmişdi. O, türklərdən Səmalar Allahının obrazını Armeni-
yaya gətirməklə, həm də türklərlə birləşib romalılara və farslara qar-
şı durmağı planlaşdırmışdı. Az keçmir ki, Qriqori Armeniyanın ilk 
katalikosu elan edilir. 
Erməni çarı Tiridat sürgündən geri dönmüş Qriqorini təntənə 
ilə qəbul edib, onu Allahın göndərdiyi müqəddəs bəndə adlandıra-
raq, qarşısında diz çöküb, həm onun özünü, həm də türklərlə nəzər-
də tutduğu həmrəyliyi alqışlayır. Bu barədə Favstos Buzandın “Ar-
meniya tarixi” kitabında da məlumatlar vardır. 
İllər bir-birini əvəzlədikcə türklərlə ittifaqı daha da möhkəm-
lətmək məqsədilə nəvə Qriqoris tanınmış din xadimi kimi (15 yaşın-
da o, artıq yepiskop idi) Allah elçiləri (türklərlə – N.T.) ilə görüş-
məyə üstünlük verir. Qriqoris türklərin arasında Səmalar Allahına 
sitayiş mərasimini görüb, ona yiyələnir. İnsanı şər, bəd qüvvələrdən 


Etnos 
v
ə epos: keçmişdən bugünə 
 
343
qoruyan xaç, ikona, dualar görür, babası Qriqorinin ona söylədiyi 
dualara, moizələrə səsləyən kilsə zənglərini eşidir. O, bütün Avropa 
xristianlarından  əvvəl su xaçını  qəbul edir və paklaşıb xaç çəkir. 
Qriqoris sağ əlinin baş barmağını adsız barmağı ilə birləşdirib alnı-
na, sonra sinəsinə, sol çiyninə, daha sonra isə sağ çiyninə çəkir. Bu-
nu məhz Tanrıçılar belə edirdilər. Bax, elə o dövrdən Armeniyada 
xristianlar xaç çəkməyə başlamışlar. 
Baş barmağın adsız barmaqla birləşdirilərək xaç çəkilməsi 
Şərqdə lap qədimdən ovundurucu jest kimi mövcud idi. Budda və 
Tanrıçılıq təsvirlərində onlara rast gəlinir. Belə söyləyirlər ki, bu 
rəmz şər qüvvələrin xoşuna gəlmir. Cinlər, şeytanlar onu gördükdə 
öz mənfur və çirkin əməllərini həyata keçirə bilmirlər. Deməli, türk-
lərdə xaç belə mühüm əhəmiyyətə malik idi. 
Təbii ki, Qriqori (və ya Qriqoris) xaçın bu cəhətini bilməmiş 
deyildirlər. Bu isə Armeniyaya (o cümlədən Avropaya) yeni ritualın 
gəlməsi demək idi. Xaçın bu xüsusiyyətini Armeniya ilə yanaşı, 
həm də Yunanıstan və Roma da qəbul etdi. Avropada xaç çəkilməsi 
elə bir vüsət aldı ki, burada onun kimin tərəfindən ilkin ortaya çıx-
dığı məsələsi aktuallaşdı. Armeniyada bunu yaxşı bilsələr də, onun 
türklərdən gəldiyini dilə belə gətirmədilər, əksinə, tarixən yaxın mü-
nasibətləri olan Armeniya və Vizantiya xaçı özününküləşdirməyə 
can atdı və belə bir fikri ortaya atdılar ki, guya Armeniyaya xaç Vi-
zantiyadan gəlmişdir. Bunun tarixi həqiqətlərə uyğun olmadığını 
həm ermənilər, həm də yunanlar bu gün də yaxşı bilirlər. Erməni ta-
rixşünaslığının və yunan tarixşünaslığının hansı şəkildə yazıldığını, 
necə mənbələrə söykəndiyini deməyə elə bilirik ki, elə bir lüzum da 
yoxdur. Bax, beləcə türklərin əlindən daha bir özəl, əski ənənə çıx-
mış oldu. Ona sahib duranlar isə türklərin düşmənlərinə çevrildilər. 
Türklərin geniş ərazilərə, böyük və zəngin mədəniyyətə malik oldu-
ğunu dünyada yaxşı bilirlər. Nədənsə, Avropa tarixçiləri (ilk növbə-
də erməni və yunan) türklərin nə böyük və  zəngin mədəniyyətini, 
dini  ənənələrini, nə geniş  ərazilərin sahibi olduğunu, nə  də yenil-
məzliyini qəbul etmək istəmirlər. Bax, məhz bu cəhət ermənilərin 
və yunanların türklərə torpaq iddiasına səbəb oldu. Lakin ermənilər 


 Nizami Tağısoy 
 
344
və yunanlar yaddan çıxarırlar ki, Teoman, Mete, Atilla, Babək, Ca-
vanşir, Yıldırım Bəyazit və b. kimi zəngin geneologiyaya malik 
olan xalq heç zaman yenilməyəcək və türk tarixində yeni zəfərli sə-
hifələr yazılacaqdır. 
 
 
ƏDƏBİYYAT 
 
1. Аджи М. Европа. Тюрки. Великия Степь. М., 1998. 
2.  Аракелов  Р.  Нагорный  Карабах:  Виновники  трагедии 
известны. Баку, 1991. 
3. Джафаров Ю. Гунны и Азербайджан. Баку, 1993. 
4. Heyət C. Türklərin tarix və mədəniyyətinə bir baxış. Bakı, 1993. 
5. Иоан де Плано Карпини. История монголов. СПБ., 1910. 
6. Иордан. Происхождение и деяние гетов. М., 1960. 
7. Карамзин Н.М. История государства Российского. Т. I-V. М., 
1989-1996. 
8.  Кюстин.  Записки  о  России  французского  путешественника 
Маркиза де Кюстиина. М., 1990. 
9. Марко Поло. Книга. М., 1955. 
10. Нейхардт А.А. Загадка «Святого креста». М., 1963. 
11. Валиханов Ч.Ч. Собр.соч. В 5-ти т., Т. I. Алма-Ата, 1961. 
12.  Вилгельм  де  Рубрук.  Путешествия  в  Восточные  страны. 
СПБ., 1910. 
 
 
 
 


Yüklə 2,87 Mb.

Dostları ilə paylaş:
1   ...   103   104   105   106   107   108   109   110   ...   114




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə