Etnos V ə epos: keçmişdən bugünə 1



Yüklə 2,87 Mb.
Pdf görüntüsü
səhifə105/114
tarix26.08.2018
ölçüsü2,87 Mb.
#64925
1   ...   101   102   103   104   105   106   107   108   ...   114

 Nizami Tağısoy 
 
336
 
 
ВЫ  Б Ю Л М Я 
 
 
ЕРМЯНИЛЯР: ТАРИХИ, ЯДЯБИЙЙАТЫ  
ВЯ ЯДЯБИЙЙАТШЦНАСЛЫЬЫ 
 
 
ERMƏNİLƏRİN VƏ YUNANLARIN TÜRKLƏRƏ  
NİFRƏTİ NƏDƏN QAYNAQLANIR?!  
 
Yunan, erməni və türk münasibətləri barədə çox deyilib, çox 
yazılıbdır. Bu münasibətlər müəyyən cəhətdən müxtəlif səpgidə və 
müxtəlif bucaqlardan əsasən düzgün işıqlandırılıb. Yunanların və 
ermənilərin türk torpaqlarına iddiaları  səngiməsə  də, fikrimizcə, 
düşmənçiliyin  əsası başqa bir məqamla – ermənilər və yunanlar 
xristianlığı qəbul etdikdən sonra erməni və yunan apostol kilsələrin-
də türklərdən oğurlanmış xaçla bağlıdır.  
Armeniyada və Yunanıstanda xristianlığın qəbul edilmə tari-
xinə toxunmamaqla, biz türklərdə xristianlıq, Tanrıçılıq və 
Tanrıçılıq rəmzlərində xaçla bağlı  məsələlərə diqqət yetirməyə  və 
xaçın erməni kilsəsinə necə düşməsindən, gedib çıxmasından, əvvəl 
Armeniyada, sonra isə Avropada mühüm atributa çevrilməsindən 
bəhs edəcəyik. 
Mənbələr sübut edir ki, qədim türklərdə xristianlıq təxminən 
e.ə. V əsrdə mövcud idi. Məlumdur ki, Təkallahlığın qəbul edilməsi 
də məhz Tanrıçılıqla bağlıdır. Bu isə o deməkdir ki, qədim türklər 
Səmalar Allahını tanıyır, ona səcdə edirdilər. Onlar Səmalar Allahı-
nı üçsifətli görürdülər. (Ermənilər üçsifətli Allahı əvvəllər ikisifətli 
ilə əvəz edirdilər – N.T.) Allahın üç sifətində türklər onu – Sevən, 
Bağışlayan və Cəzalandıran (Troitsa) varlıq kimi dərk edirdilər. Qə-


Etnos 
v
ə epos: keçmişdən bugünə 
 
337
dim türk inancına görə Səmalar doqquz təbəqəyə (qata) bölünürdü 
ki, onun ən sonuncu qatında da məhz Tanrı, Allah qərar tutmuşdur. 
Xüsusi olaraq qeyd etmək lazımdır ki, türk xalqlarının qə-
dim tarixində silinməz səhifələr yazmış böyük imperator və sərkər-
də Atilla (alman transkripsiyasında Attila – N.T.) Avropaya xris-
tianlığın gəlməsində böyük rol oynamışdır. Bunu ona görə vurğu-
layırıq ki, türklərin mənəvi, mədəni, dini dünyagörüşünün hələ lap 
qədimlərdən zəngin olduğunu bir daha nəzərə çatdıraq. Atilla hələ 
IV  əsrdə Hindistanın  şimalında yerləşən böyük Qupt imperiyasını 
zəbt edərkən bu regionun inkişafı və  tərəqqisi xüsusilə güclənmiş-
dir. Hindistandan Avropaya üz tutan Atilla bu yerlərdə də öz missi-
yasını davam etdirmiş, bir sıra məsələlərə diqqət yetirməklə yanaşı, 
buraya həm də xristianlığı gətirmişdir. Təsadüfi deyil ki, qotlar (al-
man tayfaları) bu gün də Atillanı dərin hörmətlə yad etməklə yanaşı, 
onu  ən böyük və ziyalı  əcdadları hesab edirlər. Mədəniyyət və  tə-
rəqqinin carçısı olan Atilla da Tanrıçılığa – Allahın birliyinə inanır-
dı. Bu isə sübut edir ki, Allahın vahidliyinin və böyüklüyünün qəbul 
olunması heç də ilkin olaraq Avropada ortaya çıxmamışdı. Bu gün 
vahid xristianlıq bayrağı altında birləşən yunanlar, ingilislər, fran-
sızlar, almanlar, serblər, xorvatlar və çexlər ağıllarına belə gətirmir-
lər ki, bu dini birliyə rəvac verən də məhz türklər olmuşlar. 
Hələ xristianlığın ilkin dövrlərində Yunanıstanda, Romada, 
ümumiyyətlə Avropada bütpərəslik hökm sürürdü, bu vəziyyət era-
mızın III-IV əsrlərində  də mövcud idi. Lakin 380-ci ildə Romada 
hər şey bir göz qırpımında dəyişdi. Dionisi imperator Feodosi üzə-
rində qələbə çaldı. Hələ bu dövrdə də Avropa xristianlarında Allaha 
inam olduqca zəif idi. Roma imperiyasında vəziyyət heç də sabit de-
yildi. İmperator Diokletiandan sonra tənəzzül hökm sürürdü. Lakin 
buna baxmayaraq, kontinentdə həm də yeni istiqamətli mənəvi mə-
dəniyyət yaranırdı. Bəzən belə fikirlər səslənir ki, guya xristianlıq 
bütpərəstlərin qəlbində (Avropada – N.T.) birdən-birə cücərərək ila-
hi bir din şəklinə keçmişdir. Lakin bu, inandırıcı deyil. Nəzərdən 
qaçırırlar ki, dinin bu şəkildə  qəbulu üçün də insanların daxilində 
təkamül baş verməli idi. Digər tərəfdən, bildiyimiz kimi, böyük din-


 Nizami Tağısoy 
 
338
lərin yaranması xaç yürüşləri, inkvizisiya və  ərəb xilafətinin apar-
dığı müharibələr nəticəsində mümkün olmuşdu. Çünki bütün dövr-
lərdə din ideologiyaya, ideologiya isə siyasətə xidmət etmişdir. IV 
əsrdə Avropada vəziyyət belə idi. Məhz bu dövrdə türklərin аvropa-
ya böyük axını başladı. Lakin əksər Avropa və rus tarixçiləri bu 
faktın (türklərin Avropaya axınının) üstündən sükutla keçirlər. 
Unutmaq olmaz ki, tarix bütün zamanlarda tarix olaraq qalır, onu 
əymək, başqalaşdırmaq, öz istəyinə uyğun olaraq qurmaq, yazmaq 
heç vaxt uzunmüddətli səmərə verə bilməz. Rus tarixini yazmaq is-
təyən, lakin onu əyri güzgünün köməyi ilə təqdim edən N.Karamzi-
nin özü də vaxtı ilə qeyd edirdi: «Tarix xalqların müqəddəs kitabı, 
məişət və  fəaliyyətinin güzgüsü, onların kəşf və qaydalar lövhəsi, 
babaların nəsillərə vəsiyyətidir». 
Təəssüf ki, N.Karamzin və onun kimiləri bəzi xalqların tari-
xini, mədəniyyətini, etnogenezini təhrif etməkdən həmişə zövq al-
mışlar. Bu ənənənin nə  qədər mənfur və eybəcər olduğunu dərk 
edən fransız səyyahı və tarixçisi Markiz de Küstin «Başda Karam-
zin olmaqla bütün rus tarixçilərinin kitablarının oxunulması qada-
ğan edilməlidir» qənaətinə gəlmişdir. Bu sıraya ilk növbədə yunan 
və erməni tarixçilərinin kitablarını da əlavə etməyə böyük ehtiyac 
var. Çünki erməni və yunan tarixçilərinin kitablarında yalan – daim 
ana xətt təşkil etmişdir.  
Erməni, yunan, rus tarixçilərinin kitablarındakı yalanları аvro-
palı da, rus da, erməni də yaxşı duymuş  və görmüşdür. Məsələn, 
Qarabağ münaqişəsinin isti izi ilə bağlı oxucularla fikir və mülahi-
zələrini bölüşdürən Robert Arakelov “Dağlıq Qarabağ: Faciənin sə-
bəbkarları məlumdur” kitabında yazır: “Ermənistan qəzet və jurnal-
larında mən erməni xalqının böyüklüyü, onların sivilizasiyanın inki-
şafında, elm və mədəniyyətin tərəqqisində müstəsna rolunu eşitdim, 
oxudum. Bu qəzet və jurnallardan ilk dəfə bildim ki, hələ tarixi döv-
rə qədər ulduzlu səmanın ilk atlasını ermənilər yaradıblar, rəngli te-
levizorların da yaranması bu gün ermənilərin adı ilə bağlıdır, demə, 
bütün Hind-Avropa dillərinin hamısı da erməni dilinin əsasında qu-
rulmuşdur”. 


Yüklə 2,87 Mb.

Dostları ilə paylaş:
1   ...   101   102   103   104   105   106   107   108   ...   114




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə