Etnos V ə epos: keçmişdən bugünə 1



Yüklə 2,87 Mb.
Pdf görüntüsü
səhifə108/114
tarix26.08.2018
ölçüsü2,87 Mb.
#64925
1   ...   104   105   106   107   108   109   110   111   ...   114

Etnos 
v
ə epos: keçmişdən bugünə 
 
345
 
ERMƏNİ SEPARATÇILARI VƏ DÜNYA XALQLARI 
 
«Azinturist»də turizm agentliyinin direktoru dostum Aydın 
Ağayevin dəvəti ilə ABŞ-dan doktor, professor Layn Lin Azərbay-
cana qonaq gəlmişdir. O, Amerika universitetlərindən birində tədris 
etməklə yanaşı, həm də öz ölkəsində istehsalla məşğul olan kampa-
niyalardan birinin prezidentidir. Layn Linin ölkəmizə gəlişi əsasən 
Azərbaycan, onun tarixi, Ermənistan-Azərbaycan müharibəsi, Qara-
bağla bağlı həqiqətləri (doğru-dürüst yazılmış tarixi materiallar əsa-
sında) öyrənib vətənimiz haqqında kitab yazmaqla bağlıdır.  
Layn Linin hələ Azərbaycana gəlişindən təxminən bir ay öncə 
Aydın müəllim mənə «Gələndə ona Azərbaycan tarixi, erməni-
Azərbaycan məsələsinin kökləri haqqında əsaslı məlumat verə bilə-
cəksənmi? – deyib soruşduqda, «Çalışaram bunu lazımi səviyyədə 
edim» – cavabını vermişdim.  
Bu söhbətdən sonra şəxsi kitabxanama nəzər saldım (qeyd 
edim ki, mən erməni-azərbaycanlı münasibətlərinin tarixi kökləri ilə 
bağlı xeyli materiallar toplamışam və bu haqda gələcəkdə kitab da 
yazmaq fikrindəyəm). Orada Azərbaycan tarixi, Ermənistan-Azər-
baycan müharibəsinin tarixi kökləri, Qarabağ,  şəhidlik və s. bağlı 
material, monoqrafiya və albom-bukletləri vərəqləməyə başladım. 
Onları yenidən yaddaşımda dolandırıb gözlərim önünə  gətirdim. 
Gördüm elə doğrudan da əsaslı, əməlli-başlı inandırıcı söhbət apar-
mağa imkan var. Nəhayət, Aydın müəllim 23 apreldə mənə ameri-
kalı qonağın Azərbaycanda olduğu, Qubaya gedib oralarla tanış ol-
ması ilə bağlı məlumat verdi. Bunu da dedi ki, 25 aprel səhər saat 
900-dan Layn Linlə görüşüb birgə söhbət edək və  mən ona Azər-
baycan haqqında məlumatlar verim. Şərtləşdiyimiz gün Aydın mü-
əllimgilin ofisində amerikalı qonaqla görüşə getdim. Bəri başdan 
deyim ki, ingilis dilini bilməməyim mənim üçün xeyli problem ya-
ratdı. Məndən fərqli olaraq, Aydın müəllim ingilis dilində yaxşı da-
nışır. Görüşüb hal-əhval tutduqdan sonra tərcüməçi dəvət olundu və 
bundan sonra mən amerikalının Azərbaycanla bağlı suallarına tutarlı 


 Nizami Tağısoy 
 
346
cavablar verməyə çalışdım. Dediklərim quru, bəsit, elmilikdən kə-
nar, tarixəbənzər yox, məhz konkret faktlara söykənsin deyə özümlə 
Azərbaycan müəlliflərinin əsərlərindən daha çox həm də digər xalq-
ların və ölkələrin tarixçilərinin əsərlərini götürdüyümdən – hər kon-
kret halda onlara istinad etməklə, fikrimi sübuta yetirməyə çalışırdım. 
Amerikalı professor Layn Lin (o, milliyyətcə çinlidir, əslən 
Tayvandandır, hal-hazırda 56 yaşı var, 33 il bundan əvvəl Amerika-
ya gedib, orada qalıb, əsaslı təhsil alıb və ABŞ vətəndaşıdır) mənə 
dedi ki, onların kampaniyasında xeyli sayda erməni çalışır və onlar 
ona Ermənistan-Azərbaycan müharibəsi, Qarabağ torpağı, onun ta-
rixən ermənilərə məxsus olması haqqında çox danışıblar. Lakin bu-
nunla belə Lin onu da etiraf etdi ki, məsələyə Amerikada baxış er-
məni bucağından olduğunu və onun ermənilərin mənafeyinə uyğun 
olaraq işıqlandırıldığını artıq  əsaslı dərk etdiyinə görə, burada, ye-
rindəcə  məsələnin təfərrüatını bilməyə üstünlük verdiyindən Azər-
baycana səfər etmişdir. Beləliklə, biz söhbətimizin istiqamətinə 
«açar saldıqdan» sonra işləməyə başladıq. Yuxarıda qeyd etdim ki, 
Layn Lin artıq mənimlə görüşənə  qədər Qubada bir neçə gün qal-
mışdır. Orada insanlarla söhbət etdikdən sonra onun xalqımız və 
respublikamız haqqında xeyli müsbət müşahidələri yaranmışdır. Bi-
zimlə söhbət isə xeyli dərəcədə ciddi idi. Bir var nələrisə görürsən, 
bir də var xalqın keçmiş tarixi, erməni-azərbaycanlı münasibətləri 
haqqında dürüst məlumatlar verirsən. Lin elə lap əvvəlcədən bildirdi 
ki, mən onu dediklərimə inandıra biləcəyəmmi? Özümlə götürdü-
yüm kitab, albom və digər sənədlərə işarə edərək, «inandıra bilmə-
səydim, heç buraya gəlməzdim» dedim. 
Birinci növbədə Linə bildirdim ki, indiyə qədər ermənilər ta-
rixlərini o qədər falsifikasiya edib, saxtalaşdırıblar ki, heç özləri nə 
etdiklərini bilmirlər. Sonra isə  gətirdiyim kitabları göstərib dedim 
ki, tarixi fakt və sənədlər azərbaycanlıların xeyrinə danışır. Bununla 
bağlı  mən, bir tərəfdən, azərbaycanlı müəlliflərin bir neçə funda-
mental kitablarını (Azərbaycan tarixi. I cild. – İqrar Əliyevin redak-
təsi ilə. – Bakı, Elm, 1998; Azərbaycan tarixi. II cild. – N.Vəlixanlı-
nın redaktəsi ilə. – Bakı, Elm, 1998; Azərbaycan tarixi. I cild. – 


Etnos 
v
ə epos: keçmişdən bugünə 
 
347
Z.Bünyadov və Y.Yusifovun redaktəsilə. – Bakı, 1994; Mahmud İs-
mayıl. Azərbaycan tarixi. – Bakı, 1993; Yusifov Yusif. Qədim Şərq 
tarixi. – Bakı, 1993; Qiyasəddin Qeybullayev. Qədim türklər və Er-
mənistan. – Bakı, 1992; Qarabağnamələr. I cild. – Bakı, 1989; Qa-
rabağnamələr. II cild. – Bakı, 1991; Fəridə Məmmədova. Azərbay-
canın siyasi tarixi və tarixi coğrafiyası, – Bakı, 1993; Abbasqulu 
ağa Bakıxanov. Gülüstani-İrəm. – Bakı, 1991; Azərbaycan tarixi üz-
rə qaynaqlar. – Bakı, 1989; Mehmed Solakzadə. Tarix (Azərbaycan 
tarixinə dair iqtibaslar). – Bakı, 1992; Конфликт в Нагорном Ка-
рабахе.  Сборник  статей. – Баку,  1990 âÿ ÷îõñàéëû ðóñ, ïîëéàê, 
ôðàíñûç, èíýèëèñ, ÿðÿá, ýöðúö âÿ ùÿòòà åðìÿíè ìöÿëëèôëÿðèíèí êèòàáëà-
ðûíäàí êîíêðåò ìÿãàìëàðû Ëàéí Ëèíèí íÿçÿðèíÿ ÷àòäûðäûì. Áó ìöÿë-
ëèôëÿðèí êèòàáëàðû –  Йакут  Ал-Хамави.  Сведения  об  АзерБайд-
жане. Хамдаллах Казвини. Материалы по Азербайджану. – Ба-
ку, 1983;  Ибрахим  Ефенди  Печеви.  История. – Баку, 1988; 
А.С.Грибоедов. Записка о переселении армян в наши области. 
Баку, 1989; В.Гурко-Кряжин.  Армянский  вопрос  (Статья  из 
Большой  Советской  Энциклопедии 1926 года  издания). – Ба-
ку,1990;  В.Л.Величко.  Кавказ.  Русское  дело  и  межплеменные 
вопросы. – Баку, 1990; Канадпев  И.К.  Очерки  закавказской 
жизни. – Баку, 1990; Чавчавадзе И.К. Армянские ученые и во-
пиющие камни. – Баку, 1990; Глинка С.Н. Описание переселе-
ния  армян  азирбиджанских  в  пределы  России. – Баку, 1990; 
Жорж де Малевил. Армянская трагедия 1915 года. – Баку; Ро-
берт  Аракелов.  Нагорный  Карабах:  Виновники  трагедии  из-
вестны. – Баку, 1991; Помпеев Ю.А. Кровавый омут Карабаха. 
– Баку, 1992; Səmyuel A.Uimz. Ermənistan. Terrorçu «xrisitan» öl-
kənin gizlinləri. Ermənilərin böyük fırıldaq seriyaları. I cild. – Bakı, 
2004 və s.; Azərbaycanın qədim və zəngin tarixi, əhalisinin bu əra-
zidə avtoxtonluğunu, Qarabağın tarixən azərbaycanlıların, yoxsa er-
mənilərin olduğunu birmənalı şəkildə sübut etdiyini göstərə bildim. 
Fikrimin qeyd-şərtsiz qəbul edilməsi üçün mən Layn Linin diqqətini 
İ.K.Kanadpevin «Zaqafqaziya həyatının oçerkləri» əsərindən müəl-
lifin «Erməni», «Türk», «Gürcü», «Fars» məqalələrində onun ermə-
nilər, onların ikiüzlülüyü və  məkrliyi ilə bağlı müvafiq yerlərdən 


Yüklə 2,87 Mb.

Dostları ilə paylaş:
1   ...   104   105   106   107   108   109   110   111   ...   114




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə