Etnos V ə epos: keçmişdən bugünə 1



Yüklə 2,87 Mb.
Pdf görüntüsü
səhifə106/114
tarix26.08.2018
ölçüsü2,87 Mb.
#64925
1   ...   102   103   104   105   106   107   108   109   ...   114

Etnos 
v
ə epos: keçmişdən bugünə 
 
339
R.Arakelovun fikirlərini burada ona görə xatırladırıq ki, oxu-
cu erməni və yunan tarixindəki yalanların nə qədər pafoslu, lakin ta-
rixi fakt və həqiqətlərdən kənar və bəsit olduğuna inansın. 
Söhbətimizin mabədinə qayıdaq. IV əsrdən türklər Avropada 
öz iradəsini diktə etməyə başladılar. Buraya gəlişləri ilə onlar öz 
bayraqlarında bərabərtərəfli xaç gətirdilər. Qədim dövr tarixçiləri 
(Prisk, İordan və b.) haqlı olaraq göstərirlər ki, türklər Avropaya Sə-
malar Allahına inamı gətirdilər. Yəni avropalılar türklərlə ünsiyyət 
tapana qədər nə Səmalar Allahını, nə də onun rəmzi olan xaçı tanı-
mırdılar. Çünki avropalılarda o dövrlərdə nə xaç, nə məbəd, nə iko-
nalar, nə moizələr və dualar, nə də mərasimlər mövcud deyildi. Bü-
tün bunların hamısı Avropaya türklər tərəfindən ötürülmüşdü. Bunu 
yunanlar da, ermənilər də yaxşı bilirlər. Xaçın Avropada geniş ya-
yılmasında həm də müqəddəs Georginin (əsil adı Qriqori – N.T.) 
türklərdən götürdüyü Tanrıçılıq xaçı səbəb olmuşdu. Belə ki, Avro-
pada xristianlıqda mövcud olan Georgi xaçı Altayda yeni eraya qə-
dər olan xaçın eynidir. Onun Georgi xaçı adlandırılması isə bir neçə 
cəhətdən maraqlıdır. O bu gün xristianlığın rəmzi olsa da, əvvəllər 
(IV  əsrə  qədər) onun Avropa xristianlarında olmadığını  yəqinliklə 
söyləyə bilərik. Bunun təsdiqini biz bir xristian müəllifinin söylə-
diklərində də tapa bilərik. O, yazır: “Xaça gəldikdə isə, biz onu sev-
mirik. O xristianlara heç lazım da deyildir. Bu ağacdan, taxtadan 
olan bütlər siz bütpərəstlər üçün müqəddəsdir. Siz ağacdan düzəldil-
miş xaça sitayiş edirsiz. Onu Allahınızın bir hissəsi kimi bayraqları-
nızda, hərbi rəmzlərinizdə gəzdirirsiniz, qızılla bəzədilmiş xaç sizlə-
rin xoşuna gəlir”. 
Xaçın daha ulu tarixi vardır. Yenə də o Avropa, Qərblə yox, 
Asiya, Şərqlə bağlıdır. Amma bunu da deyək ki, xaç dini inam rəm-
zi kimi türklərə də kənardan gəlib. Vaxtı ilə türklər onu Buddanın 
(heykəlinin) sinəsində görmüşlər. Bu isə xristianlıq mövcud olduğu 
dövrdən 600 il əvvələ  təsadüf edir. Bu da məlumdur ki, IV əsrdə 
xristianlıq hələ də müstəqil din kimi heç qəbul edilmirdi. O iudaiz-
min bir qolu kimi nəzərdən keçirilirdi. Bax bütün bunlar xaçın Asi-
ya mənşəli olduğunu təsdiqləyir. Məhz göstərdiyimiz dövrdən xaç 


 Nizami Tağısoy 
 
340
Georginin köməyi ilə xristianlığın rəmzinə çevrildi və erməni kilsə-
sinin günbəzində özünə yer aldı.  Əvvəl xaç, sonra isə  məbədlər, 
dualar, ikonalar, kilsə zəngləri – kilsə atributikasında hər nə varsa – 
bunların hamısı türklərdən keçməklə Armeniyada özünə mühüm və-
təndaşlıq hüququ qazandı. Türklərdə dini inam, Vahid Allaha inam 
olduqca güclü idi. Türklər Vahid Allaha tabe olur, onunla paklaşır-
dılar. Türklərin Vahid Allaha inamı ilə bağlı İoan de Plano Karpini 
bunları söyləmişdir: “Onlar (türklər – N.T.) bütün gözə görünən və 
görünməyən nə varsa, hamısını tanımaq və etiraf etməklə, Vahid 
Allaha inanırlar. Onu dünyada həm xeyrin, həm də şərin yaradıcısı 
kimi dərk və qəbul edirlər”. Vilhelm de Rubruk isə türklərin arasın-
da olarkən onlardakı dinlə bağlı aşağıdakı mülahizələri bildirmişdir: 
“Deməyin ki, ağamız xaçpərəstdir. Yox, o xaçpərəst deyil... Lakin 
türklər elə məğrurdurlar ki, bəlkə də xaça inanırlar...”. 
Bunun özü də göstərir ki, türklərdə Tanrıçılıq – tək Allahlıq, 
xaç rəmzi olmuşdur. Tanrıçılar da xristianlar kimi xaç çəkirdilər. 
Lakin ritualda bəzi fərqlər mövcud idi. Bunu görkəmli qazax folk-
lorşünası və etnoqrafı Cokan Valixanov da təsdiqləmişdir. O, qeyd 
etmişdir ki, qırğız süd içərkən xaç çəkib, baş əyir. Bu Tanrıçıhq mə-
rasimlərinin rəmzlərindəndir. Deməli, türklərdə bu qədimlərdən var-
mış. Belə olduqda Vahid Allaha din, inam və iman gətirmiş Tanrıçı-
ları avropalıların (xristianların) bütpərəst, yaxud şamançı adlandır-
mağa haqqı varmı? Bu gün xristianlıqda özünə geniş yer almış xa-
çın mənşəyinə və sirlərinə bələd olduqca, biz digər bir şeyin də şa-
hidi oluruq. Məsələn, sivilizasiyanın beşiyi sayılan Hindistanda da 
xaç çəkirlərmiş və onu da “vacra” adlandırırlarmış. Onu vahid mər-
kəzdən gələn xeyirxahlıq ziyası kimi qəbul edirlərmiş. Tanrıçılar 
xaçın mərkəzində bir dairə çəkər, o günəş rəmzi kimi dərk edilər, bu 
da öz növbəsində dünyanın yaranma mərkəzini əks etdirərmiş. Mər-
kəzdən dörd bir tərəfə işıq bərq vurarmış. Qədim dövrlərdə xaç iki 
xətdən, tərəfdən yox, dörd tərəfdən işıqla rayihələnmiş günəşdən 
ibarət imiş. Tanrıçılarda xaçı  qızılı  rəngə boyayar, daş-qaşla bəzə-
yərlərmiş. Bu müəyyən mənada səmaları günəşlə eyniləşdirmək is-
təyi ilə uyğunlaşırdı. Avropa xristianlığında isə xaç tamamilə başqa 


Etnos 
v
ə epos: keçmişdən bugünə 
 
341
rəmzi  əhəmiyyət daşıyır. Daha doğrusu, o işgəncə  və ölüm aləti 
kimi assosiasiya olunur. 
Tanrıçı fikirlərin mənəvi və dini mədəniyyətində özünə mü-
hüm yer tutmuş xaç, dediyimiz kimi, Georginin köməyi ilə Armeni-
yaya, Yunanıstana, Romaya, nəhayət, bütün Avropaya yayıldı. Və 
bu, məhz IV əsrdə baş verdi. Bundan sonra bərabərtərəfli xaç Qaf-
qaz Albaniyası və İveriya üzərində də özünü əks etdirməyə başladı. 
Bəs tanrıçı türklərdə olan xaç Armeniyaya necə  gəldi? Niyə 
məhz onu buraya gətirən Georgi oldu? O kimdir? Onun haqqında nə 
bilirik? Bütün dünyada Georgi kimi tanınan bu adamın əsil adı Qri-
qoridir. Mənşəcə fars olan Qriqori 257-ci ildə anadan olmuşdur. O, 
Parfiya çarı nəslindən olan Anakın oğludur. Anak saray münaqişələ-
ri zəminində Armeniya çarı Xozroyu qətlə yetirmişdir. Ənənəyə gö-
rə çarı öldürənin nəsli məhv edilməli idi. Belə gərgin məqamda ana 
öz körpəsini cəlladlardan xilas edib, təqibdən gizlənə bilir. Təsadü-
fən rəhmdil, həm də zəngin, varlı-hallı, əsil xristian Sofiya adlı bir 
qadınla rastlaşır. O, böyük məmnuniyyətlə uşağın böyüməsi və tər-
biyəsi ilə məşğul olur. 
Taleyi bu uşağın üzünə lap əvvəllərdən gülür. Onun nəcibliyi 
və alicənablığı insanları özünə daha çox cəlb edir. Qriqori az bir za-
manda məşhurlaşır,  şöhrəti tezliklə  hər yanı bürüyür. Ona çoxları 
həsəd aparır, qısqanclıq edirlər. Hakim dairələr daha çox narahat ol-
duğundan, sanki birdən (30 mart 287-ci ildə) atasının  əməllərini 
Qriqoriyə xatırladıb, bu məşhur vaizi ölkədən sürgün etmək qərarı-
na gəlirlər. Qriqori böyük şöhrətə malik olduğundan o dövrkü Ar-
meniya çarı Tiridat onu öldürtdürə bilməzdi. Bu, ölkədə narazılıq 
dalğası yarada, ölkədaxili münaqişələrə  səbəb ola bilərdi. Armeni-
yada onun zindana salınması da dövlət başçısına nüfuz gətirə bil-
məzdi (məhz bu dövrdə Qriqorinin ziyası, işığı az qala bütün dünya-
ya yayılmışdı). Qriqorini Romaya göndərmək də səmərəsiz olacaq-
dı, onu artıq orada da yaxşı tanıyırdılar. Parfiyaya qaytarılma isə 
onun öz ölkəsində qəhrəman kimi qəbul edilməsi üçün münbit şərait 
yaradacaqdı. Yeganə çıxış yolu Qriqorini türklərin içinə sürgün et-
mək idi (Yəqin onu buraya sürgünə göndərməkdə Tiridat türklərin 


Yüklə 2,87 Mb.

Dostları ilə paylaş:
1   ...   102   103   104   105   106   107   108   109   ...   114




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə