Etnos V ə epos: keçmişdən bugünə 1



Yüklə 2,87 Mb.
Pdf görüntüsü
səhifə110/114
tarix26.08.2018
ölçüsü2,87 Mb.
#64925
1   ...   106   107   108   109   110   111   112   113   114

Etnos 
v
ə epos: keçmişdən bugünə 
 
351
gürcü mütəfəkkiri İ.Çavçavadzenin «Erməni alimləri və haray qopa-
ran daşlar» əsərindən bir neçə məqamı Layn Linin diqqət mərkəzinə 
çəkdim. İ.Çavçavadze əsərdə erməni məkrliyindən, erməni alçaqlı-
ğından və ikiüzlülüyündən ürək ağrısı ilə danışaraq qeyd edir ki, er-
mənilər gürcü torpaqlarına elə yiyə çıxmaq istəyir və sübut etməyə 
çalışırlar ki, sanki nə gürcü xalqı, nə də Gürcüstan heç zaman möv-
cud olmamışdır. Ermənilər böyük ustalıqla özlərinin iç üzlərini giz-
lədə bilirlər. Lakin İ.Çavçavadze onları yaxşı tanıdığından, «ermə-
nilərə heç bir güzəştə getmək olmaz» fikrini ön plana çəkir.  
 İ.Çavçavadze gürcülər, gürcü torpaqları  və eləcə  də başqa 
qonşu xalqların özləri və torpaqları haqqında erməni alimlərinin de-
diyini «köhnədən oxunmuş mahnı» (s. 11) adlandırır. Əsərin 82-ci 
səhifəsində müəllif erməni alimlərini «fokusçu» kimi də təqdim et-
məklə, həm də falsifikator erməni alimlərinə rus alimləri və başqa-
larının da kömək etdiklərini faktlar əsasında vurğulamışdır. 
Əgər buraya qədər Layn Linə bütün dediklərimi dünya xalq-
larının və ölkələrinin tarixçi və alimlərinin fikrinə istinad etməklə 
anladırdımsa, söylədiklərim inandırıcı olsun deyə, erməni müəllifi 
Robert Arakelovun «Dağlıq Qarabağ: faciənin səbəbkarları məlum-
dur» əsərinə müraciət etməyi daha üstün tutdum. Amerikalıya söy-
lədim ki, Robert Arakelov vaxtilə Bakı şəhərində yaşamış erməni-
dir. O, məlum Qarabağ hadisələri başladıqdan sonra qısa müddət ər-
zində Türkmənistan və Ermənistanda yaşadıqdan sonra bir il ərzin-
də Dağlıq Qarabağda yaşamış, ermənilər arasında gedən prosesləri 
gözü ilə görüb hərtərəfli araşdırmağa çalışmışdır. Buna görə də mil-
liyyətcə erməninin Ermənistan-Azərbaycan müharibəsi ilə bağlı fi-
kir və mülahizələrinin obyektivliyinə Linin daha çox inanmaq şansı 
olduğunu nəzərə alaraq, Robert Arakelovun kitabından bəzi fraq-
mentləri onun diqqətinə çatdırdım. Müəllif yazır: «…Qarabağ hərə-
katı dünyanın regionlara bölüşdürülməsi ilə bağlı bir avantüra kimi 
ölkə konstitusiyası və beynəlxalq hüquq normalarına ziddir» (s. 4), 
«Ermənistan qəzetləri və jurnalları erməni xalqının dünya sivilizasi-
yasının, elm və mədəniyyətin inkişafında əlahiddə rolundan danışır-
dı». Bu qəzet və jurnallardan mənə ermənilərin hələ tarixi dövrlərə 


 Nizami Tağısoy 
 
352
qədər səmadakı ulduzların ilk atlasını yaratdıqları, rəngli televizor-
lar düzəltdikləri və bütün hind-Avropa dillərinin erməni dilinin əsa-
sında yarandığı məlum oldu» (s. 6). Bununla belə, Robert Arakelov 
onu da qeyd edir ki, erməni mətbuatında daim göstərilirdi ki, ermə-
nilərin bütün bədbəxtliyi yalnız onları əhatə edən qonşu xalqlardan 
gəlir. Əsərin 90-cı səhifəsində R.Arakelov ermənilərin Yerevan və 
Qarabağda  əhvali-ruhiyyəsini görüb qeyd edir ki, bütün insanların 
qəlbini millətçilik hissi ilə elə doldurublar ki, Qarabağda partlayışlar, 
avtomat daraqlarından qopan vahiməli səs, əbəs yerə qanlar axıdılması, 
zorlama əlamətləri ilə müşayiət edilən ölüm burada adi hal idi». 
Amerikalı qonağa Ermənistan-Azərbaycan müharibəsi ilə bağlı 
məlumatları həm də ölkəmizdə müharibə dövründə faciənin isti izi 
ilə yazılıb hazırlanmış «Трагедия длиной в 2 года» (Bakı, 1990); 
«Необъявленная война» (Bakı, 1991); «Ходжалы – день послед-
ний» (Bakı, 1992) albom-bukletlərin materialları  əsasında verdim. 
«İki il uzanan faciə» albomunda təxminən 60-dan yuxarı müxtəlif 
fotoşəkillər və erməni-Azərbaycan müharibəsi ilə bağlı məlumatlar 
öz  əksini tapmışdır. Burada həm kürəyi otvyortka ilə  dəlik-deşik 
edilmiş azərbaycanlı qadın, həm qaçqın-köçkün uşaqlar, qocalar, 
yaralı dinc əhali, ermənilər tərəfindən Yevlax şəhəri yaxınlığında 
partladılmış sərnişin avtobusu, gözü ermənilər tərəfindən oyulub tö-
külmüş  uşaq, ayağı amputasiya edilmiş azərbaycanlı kişi, Bakı  şə-
hərində balkonları və pəncərələri rus əsgərlərinin avtomat güllələri 
ilə dəlik-deşik edilmiş evlər, güllələnmiş təcili yardım maşınları, üs-
tündən rus tanklarının tırtılları keçmiş dinc əhali meyitləri, döşü, qa-
rın nahiyəsi yandırılmış və kəsilmiş gənc azərbaycanlı qızının meyi-
ti, sıra-sıra qazılıb meyitləri gözləyən qəbirlər və s. amerikalıya ki-
min haqlı, kimin haqsız olduğunu fotoşəkillər daha yaxşı «deyə» bi-
lirdi. 
«Elan olunmamış müharibə» albom-kitabında da amerikalı 
professoru maraqlandıran xeyli fotoşəkil və materiallar təqdim edə 
bildim. Kitabın «Proloq» hissəsində göstərilir ki, ermənilər XIX əs-
rin 90-cı illərindən kilsə və «Daşnaksütun» partiyası elə bir millətçi-
lik hərəkatına qoşulmuşlar ki, bu hərəkatın zərərli qığılcımları bu 


Etnos 
v
ə epos: keçmişdən bugünə 
 
353
gün də alovlanmaqda, xalqlara və millətlərə bədbəxtlik gətirməkdə-
dir. Rusiyanın aparıcı arxivlərində, o cümlədən Mərkəzi Dövlət Ar-
xivində saxlanılan sənədlərdə (Bax: f. 102, op. 253, xr. 280, ll. 1-
12) «Daşnaksütun» partiyasının məqsədi hakim qüvvəyə malik de-
mokratik respublikanın yaradılması ilə bağlı bütün usulların məqbul 
sayıldığı göstərilir. Buna görə də 1) burada həm silahlı üsyan; 2) er-
mənilərdə  və başqalarında intensiv inqilabi ruh yaradılması; 3) er-
mənilərin silahlandırılması  və  təşkilatlanması; 4) terror və dövlət 
məmurları və müəssisələrinin dağıdılması və s. üsulların təqdir edil-
məsinə xeyli yer ayrılmışdır. Buradakı fotoşəkillərdə  əlində  dəyə-
nək fikrə dalmış, ev-eşiyini itirmiş qoca qadın, indiki Ermənistan 
əzəli qərbi Azərbaycandan – doğma torpaqlarından qaçqın düşmüş 
soydaşlarımız, ermənilər tərəfindən qətlə yetirilmiş  gənclərimiz, 
partladılmış körpülərimiz, dağıdılmış ocaqlarımız, gözləri oyum-
oyum edilmiş  oğul və  qızlarımız, sifətləri tanınmaz hala salınmış 
uşaqlarımız, neçə-neçə yaralılarımız, sifətlərinə maskalar geyib 
Azərbaycanda saysız-hesabsız qətllər törətmiş Livandan, Suriyadan 
gətirilmiş muzdlu ermənilər və digər çoxsaylı şəkillər ermənilərin iç 
üzünün tanıdılmasında mühüm rol oynadı. Layn Linə bu şəkilləri 
vərəqləyib göstərdikcə  və onlara izah verdikcə, o, dəhşətə  gəlirdi. 
İnana bilmirdi ki, özünü sivil xalq hesab edən ermənilər necə böyük 
alçaqlığa yuvarlana bilmişlər. Lakin eyni zamanda o, buna da təəc-
cüblənirdi ki, mənim bu albomlardan nümayiş etdirdiyim şəkillər 
azərbaycanlıların təbliğatı sayəsində bütün dünyanın mətbuat səhi-
fələrində, kütləvi-informasiya vasitələrinin ekranlarında göstəriləy-
di, internet saytlarında yayılaydı. Görünür, biz nəinki cəbhədə, həm 
də  təbliğat müharibəsində  hələ  də özümüzü göstərə  və sözümüzü 
deyə bilməmişik. «Xocalının sonuncu günü» albom-materiallarında 
amerikalı qonağa göstərib təqdim etdiklərim də onu hədsiz dərəcədə 
təəccübləndiyindən, bəzən o, özünü ələ ala bilmirdi. Kitabın üz qa-
bığında qalaq-qalaq yığılmış uşaq meyitləri, başı bədənindən ayrıl-
mış, sifəti tanınmaz hala salınmış yüzlərlə meyitlərə baxmağa Layn 
Lin cürət edə bilmirdi. Albomda hadisələri öz gözləri ilə görənlərin 
şəhadətləri də vardı. Mən Linə orada fransız jurnalisti Jan-İv Yunet, 


Yüklə 2,87 Mb.

Dostları ilə paylaş:
1   ...   106   107   108   109   110   111   112   113   114




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə