İzahli şƏRİƏt hökmləRİ



Yüklə 3,68 Mb.
Pdf görüntüsü
səhifə12/223
tarix30.10.2018
ölçüsü3,68 Mb.
#76140
1   ...   8   9   10   11   12   13   14   15   ...   223

34

 

TƏHARƏTİN HÖKMLƏRİ



 .................................................................................... 

 

 ............................................................................................................................................  

aradan qaldırıb təmizləsələr, bədən pak olur və sudan çölə çıxıb, 

yenid

ən suya girmək lazım deyil. 



M

əsələ: 173. Dişlərin  arasında  qalan  nəcis yemək,  ağıza  su 

alınıb çalxalanaraq nəcis yeməyin hər tərəfinə çatdırılsa, pak olar. 



M

əsələ: 174. Əgər baş və üzün tükü çox olsa və az su ilə suya 

ç

əksələr, ehtiyata əsasən  onun  ğüsaləsini  çıxartmaq  üçün,  gərək 



sıxsınlar. 

M

əsələ: 175. Bədən və  ya  paltarın  bir  yeri  az  su  ilə 

yuyulduqda, o yer

ə  bitişik  olub,  yuyulma  zamanı  suyun  adətən 

çatdığı yerlər də nəcis yerin pak olması ilə  pak olar. Yəni nəcis 

yerin 

ətrafını ayrıca yumaq lazım deyil. Əksinə nəcis yer və onun 



ətrafı  suya  çəkilərkən birlikdə  pak olurlar. Həmçinin nəcis bir 

şeyin  yanına  pak  bir  şey  qoyub  və  hər ikisinin üzərinə  su 

töküldükd

ə də hökm eynidir. Buna görə nəcis bir barmağı yumaq 

üçün  barmaqların  hamısının  üzərinə  su tökülsə, nəcis və  pak su 

onların hamısına yetişsə, nəcis olan barmaq pak olduğu zaman o 

biri barmaqlar da pak olur. 

M

əsələ: 176. Nəcis olan ət və quyruq digər şeylər kimi yuyulur. 

Suyun daxilin

ə  keçməsinə  maneə  olmayacaq  miqdarda,  az  yağlı 

olan b


ədən, qab və libas da eyni hökmü daşıyır. 

M

əsələ: 177. Nəcis olan bədən və  ya qab, sonradan suyun 

yetişməsinə mane olacaq bir şəkildə yağlansa, o bədən və ya qabı 

suya ç

əkmək istədikləri  zaman,  suyun  qabın  səthinə  yetişməsi 



üçün yağın aradan aparılması lazımdır. 

M

əsələ: 178. Üzərində nəcasətin eyni olmayan nəcis şey, kürr 

suya birl

əşmiş  olan  krantın  altında  bir  dəfə  yuyulsa, pak olar. 

H

əmçinin,  əgər nəcasətin  eynini  krantın  altında  və  ya  başqa  bir 



vasit

ə ilə aradan qaldırılsa və o şeydən axan su nəcasətin iyini və 

ya r

əngini,  yaxud  da,  dadını  özünə  götürmədiyi halda, üzərində 



n

əcasətin eyni olan qab da, krant suyu ilə pak olar. Amma, həmin 

n

əcis  şeydən axan su, nəcasətin iyini və  ya  dadını  yaxud  da 



r

əngini özünə götürmüş olsa, gərək krantın suyu onun üzərinə o 

q

ədər  axsın  ki,  nəcasətin iyi və  ya rəngi,  yaxud  da  dadı,  ondan 




35

 

PAKLAYICILAR



 

................................

................................

........................

 

 

 ............................................................................................................................................  

ayrılan suda olmasın. 



M

əsələ: 179. Əgər  bir  şeyi  suya  çəkib  pak  olmasını  yəqin 

etdikd


ən sonra nəcasətin  eyninin  ondan  ayrılıb-ayrılmamasında 

şəkk etsə,  yuyulduğu  zaman  nəcasətin kənar olmasına  diqqət 

yetirdiyi t

əqdirdə o şey pakdır.  



M

əsələ: 180. Üzərində su axa bilməyən və ya ondan parça və 

ya sair şeylə olsa belə  suyun ayrılması mümkün olmayan torpaq 

n

əcis olarsa, qəlil su ilə pak olmaz. Amma üstü çınqıllı və qumlu 



olan torpaq, su onun üstün

ə  töküləndə  ondan  ayrılıb  quma  və 

çınqıla batdığına görə, qəlil su ilə pak olur. Amma, çınqılların altı 

n

əcis qalır. 



M

əsələ: 181. Suyun  batmadığı  daş,  kərpic  döşənən yerlər, 

h

əmçinin bərk torpaq, nəcis olsa, qəlil su ilə pak olur. Amma, bu 



halda onun üz

ərinə o qədər su tökülməlidir ki, axmağa başlasın. 

Əgər onun üstünə tökülən su bir dəlikdən axıb çölə çıxsa, torpağ 

bütünlükl

ə pak olur. Amma axıb çölə çıxmasa, o suyun yığıldığı 

yer n


əcis qalır. Oranı paklamaq üçün, gərək hər vasitə ilə mümkün 

olsa (pak q

ab ya pak parça kimi) ğüsaləsin çəksinlər. Onun pak 

olması üçün bir çala qazmaqla olsa belə, su çalaya yığılsın, sonra 

oranın suyunu çölə çəksinlər. Sonra həmin çalanın pak torpaq ilə 

doldursunlar. 



M

əsələ: 182. Duz  daşı  və  buna bənzər  şeylərin zahiri nəcis 

olsa, az su il

ə də pak olur. 

M

əsələ: 183. Ərimiş nəcis şəkərdən hazırlanan qənd, kürr və ya 

axar suya qoyulmaqla pak olmaz. 



2 - TORPAQ 

M

əsələ: 184. Yer, üç şərtlə nəcis olmuş ayağın və ayaqqabının 

altını pak edər: 



1. 

Yer pak olmalıdır; 



2. 

Quru olmalıdır; 



3. 

Ayağın və ya ayaqqabının altında tapılan qan və bövl kimi 




36

 

TƏHARƏTİN HÖKMLƏRİ



 .................................................................................... 

 

 ............................................................................................................................................  

eyni n


əcis və ya nəcis olmuş palçıq kimi sonradan nəcis olan şey, 

yol yerim

ək və  ya  ayağı  sürtməklə  aradan  qaldırılmalıdır;  əgər 

n

əcasət  qabaqcadan  aradan  qaldırılarsa,  ehtiyat-lazıma  əsasən 



ayaq  v

ə  ayaqqabının  altı  yol  getmək və  ya yerə  sürtməklə  pak 

olmaz. H

əmçinin  yer  ya  torpaq  olmalı,  ya  da  daş,  kərpic və  ya 

bunlara b

ənzər  şeylərlə  döşənmiş  olmalıdır.  Xalça,  həsir və 

ç

əmənlik üzərində  yol getməklə  nəcis  olmuş  ayağın  və  ya 



ayaqqabının altı pak olmaz. 

M

əsələ: 185. Nəcis ayaq və  ayaqqabının  altının,  asfalt  və  ya 

ağacla döşənmiş yer üzərində yeriməklə pak olması işkallıdır. 



M

əsələ: 186. Ayağın  və  ayaqqabının  altında  olan  nəcasət on 

beş  addımdan  az  yol  getməklə  və  ya yerə  sürtməklə  aradan 

aparılsa  belə, ayaq və  ya  ayaqqabının  pak  olması  üçün,  on  beş 

addım və ya daha artıq yol getmək daha yaxşıdır. 



M

əsələ: 187. Ayağın  və  ayaqqabının  altının  nəcisinin  yaş 

olması lazım deyil; əgər quru da olsa, yol getməklə paklanır. 



M

əsələ: 188. Nəcis  olan  ayağın  və  ayaqqabının  altı,  yol 

getm


əklə  paklandıqdan  sonra,  adətən onun ətrafından  palçığa 

bulaşan tərəfləri də pak olur. 



M

əsələ: 189. Əlləri və dizləri üzərində yeriyən şəxs, əl və ya 

dizl


əri nəcis  olsa,  onların  yol  getməklə  pak  olmaları  işkallıdır. 

H

əmçinin çəliyin, süni ayağın altı, heyvanların nalı, avtomobilin, 



faytonun t

əkərləri və buna bənzər şeylər də eyni hökmü daşıyır. 



M

əsələ: 190. Yol getdikdən  sonra,  ayağın  və  ya  ayaqqabının 

altında nəcasətin gözlə görünməyən zərrəciklərinin, yaxud iyinin 

v

ə ya rənginin qalmasının eybi yoxdur. Amma ehtiyat-müstəhəb 



budur  ki,  bunların  da  qalmamaları  üçün  bir  qədər yol getmək 

lazımdır. 



M

əsələ: 191. Ayaqqabınin içi və ayağın altının yerə dəyməyən 

hiss


əsi, yol getməklə  pak  olmur.  Corabın  altının  yol  getməklə 

paklanması işkallıdır.  




Yüklə 3,68 Mb.

Dostları ilə paylaş:
1   ...   8   9   10   11   12   13   14   15   ...   223




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə