Kitabın nəşrinə göstərdiyi köməyə görə Azərbaycan Respublikası Milli Məclisinin deputatı



Yüklə 7,98 Mb.
Pdf görüntüsü
səhifə126/306
tarix14.09.2018
ölçüsü7,98 Mb.
#68598
1   ...   122   123   124   125   126   127   128   129   ...   306

inkişaf etməkdə olan ölkələrə fayda verən beynəlxalq  təsisatlar, OPEC-ə  daxil 

olmayan  inkişaf  etməkdə  olan  ölkələr  də  Fondun  köməyindən  yararlana  bilər. 

OPEC-in üzvü olan 12 dövlət Fondun üzvüdür. 

OPEC-də  neft  ixracatçıları  qismində  başlıca  rolu  neftin  hasilatı  və 

qiymətinin  sabitliyi  baxımından  «status-kvo»nun  bütövlükdə  saxlanmasında 

ümumi  marağı  olan  Səudiyyə  Ərəbistanı,  həmçinin,  İran,  Küveyt,  Venesuela, 

BƏƏ oynayır. OPEC neft hasilatının həcmini tənzimləməklə, onun qiymətlərinə 

əhəmiyyətli təsir göstərir. OPEC üzvü olan hər bir dövlətin müxtəlif həcmdə neft 

hasil etmək kvotası var. Amma bütövlükdə, bu təşkilatın neftin qiymətlərinə təsir 

göstənuək imkanları şişirdilmişdir. Neftin əsaslandırılmamış yüksək qiymətlərini 

tənzimləyə biləcək nüfuzlu beynəlxalq təşkilatların olması zəruridir. Görünür ki, 

OPEC-in buna gücü çatmır. 

İxrac  və  idxal  qiymətləri  arasındakı  nisbətin  dəyişməsindən  ən  güclü 

neqativ  təsiri  Afrika  ölkələri  və  ən  geridə  qalmış  ölkələr,  habelə  neftin 

qiymətlərindən asılılığı olan Latın Amerikasının, Qərbi Asiyanın və MDB-nin bir 

sıra ölkələri hiss etmişdir. İnkişaf etməkdə olan ölkələrin çoxu ixracın bu növü 

üzrə vergi daxilolmalarından əhəmiyyətli dərəcədə asılı olduğuna görə malların 

ixrac qiymətinin aşağı düşməsi çox vaxt dövlət büdcəsinə təsir göstərir, bu isə, öz 

növbəsində,  ictimai  istehlakm  və  investisiyaların  həcminin  azalmasına  gətirib 

çıxarır. 



Xülasə 

 



Dövlət  qiymətin  əmələ  gəlməsinə  güclü  təsir  göstərsə  də,  şirkətlər 

rəqabətdən  asılı  olmayaraq  «qiymət  fonu»  formalaşdırır  (sövdələşmələr, 

kartellər, gizli alyanslar və s. vasitəsilə). 

 



Tariflər  və  rüsumlar  dünya  bazarlarında  malların  qiymətlərinin  əsas 

tənzimləyiciləridir.  Tarif  siyasəti  xarici  ticarətin  tənzimlənməsinin  başlıca 

alətlərindən biri və dövlətin ticarət siyasətinin elementidir. 

 



Dünya  bazarlarında  qiymətlərin  hərəkəti  çox  mürəkkəb  təzahürdür, 

nəzəriyyəni bilmədən onun izahı çətindir. Buna görə də qiymətin əmələ gəlməsi 

və beynəlxalq hərəkəti ilə bağlı olan əsas nəzəri müddəalar öyrənilməlidir. 

 



Milli  bazarlarla  müqayisədə,  beynəlxalq  bazarın  qiymətlərinin 

formalaşması daha mürəkkəbdir və bunun əsas səbəbləri aşağıdakılardır: 

1)

 

ixrac-idxal məhsulları istehsal edən şirkətlərin xarici əməliyyatlarına 



312 


dövlətin müdaxilə etməsi dərəcəsinin müxtəlifliyi

2)

 



bazarların müxtəlifliyi və çoxluğu

3)

 



məhsul ixrac edilərkən qiymətlərin artması; 

4)

 



təsbit olunan və dəyişən qiymətlərin müəyyənləşdirilməsi təcrübəsində 

əhəmi}^ətli fərqlərin mövcudluğu

5)

 

şirkətlərin  xarici  bazarlarda  rəqabət  mübarizəsinin  aparılması 



strategiyalarında fərqlərin olması. 

 



Qiymətin  əmələ  gəlməsi ilə bağlı olan qərarlar bir qayda kimi,  ticarət 

əməliyyatları  aparan  firmaların  fəaliyyət  göstərdiyi  ölkələrdə  valyuta 

məzənnələrinin dəyişməsini nəzərə almalıdır. İnflyasiya və vergiqoyma amilləri 

qiymətin əmələ gəlməsinə güclü təsir göstərir. 

 

Rəqabətin  qeyri-qiymət  metodlarının  artmasına  baxmayaraq,  malın 



qiyməti firmanın rəqabət qabiliyyətinə, o cümlədən onun dünya bazarına daxil 

olmaq imkanlarına birbaşa təsir göstərən ayrılmaz amildir. 

 

«Sərbəst  qiymətlər»  amili  rəqabət  aparan  qüvvələrin  milli 



qanunvericilikdə  məhdudlaşdırıcı  tədbirlərin  (proteksionizm)  mövcudluğuna 

baxmayaraq,  getdikcə  daha  çox  ÜTT-nin  müəyyənləşdirdiyi  beynəlxalq 

standartlara  yaxud  onun  tövsiyələrinə  riayət  etməyə  başlayan  inkişaf  etmiş 

bazarlarda təsir göstərir. Burada istehsal miqyası effektindən, xidmətin yüksək 

keyfiyyətindən və s. yararlanan firmaların üstünlüyü aydın nəzərə çarpır. 

 



Qiymətin  əmələ  gəlməsi  praktikasında  ənənəvi  proteksionizmin  fonna 

və  metodları  -  rüsumlar,  tariflər,  ixrac  subsidiyaları  öz  əksini  tapır,  burada 

dempinq,  dövlət  nəzarətinin  müxtəlif  fonnaları  tətbiq  olunur.  Qiymətin  əmələ 

gəlməsi  praktikasına  dövlətin  təsir  göstənnəsinin  ən  tipik  nümunəsi, 

dövlətlərarası nəzarət forması olduğuna və birbaşa qiymətlərə deyil, neftin hasilat 

həcminə şamil olduğuna görə bütövlükdə «dövlət tənzimlənməsinə» aid edilməsi 

o  qədər  də  düzgün  olmayan,  OPEC  tərəfindən  neftin  qiymətlərinin 

tənzimlənməsidir. Nümunənin dünya bazarlarında neftin qiymətləri ilə bağlı olan 

bir  tərəfi,  onun  iri  dövlətlərin  dünya  siyasətini,  ikincisi  isə  daxili  siyasətin 

dinamikasını cəmiyyətin maraqları baxımından əks etdirməsidir. Dövlət özünün 

xarici  iqtisadi  siyasətinin  nəticələrini,  onun  daxili  siyasətdə  necə  əks-  səda 

verəcəyini daim nəzərə almalıdır. 

 

Strateji  xammalın  ən  mühüm  növlərinin  dünya  qiymətlərinə  təsir 



göstənnəsi əlavə gəlirlərin əldə olunması üçün güclü alətdir və çox vaxt böyük 

siyasətlə,  beynəlxalq  münasibətlərlə,  dövlətlərin  maraqları  ilə  kəsişir.  Bunu, 

neftin qiymətlərinin hərəkəti sahəsində siyasət daha yaxşı nümayiş edir. 

313 



•  2000-2010-cu  illərdə  neftin  qiymətləri  baha  olmuş,  bəzən  isə 

qısamüddətli enməyə və yeni sıçrayışlara məruz qalmışdır. Ən yeni tarixdə «neft 

qiymətləri»  dünya iqtisadiyyatının  vəziyyətinə, başlıcası  isə neftin istehlakınm 

əsas mərkəzləri  olan  ABŞ, Qərbi Avropa,  Yaponiya və Çində iqtisadi duruma 

güclü təsir göstərir. Onların tələbatı neftin qiymətinə və dolayısı ilə qiymətlərin 

bütün  spektrinə  həlledici  təsir  edir.  Dünya  yanacaq  balansında  tarazlığın  son 

dərəcə pozulması və bunun nəticəsində həmin sahədə möhtəkirlik proseslərinin 

baş qaldmuası bununla izah edilir. 



Yoxlama sualları 

1.

 



Qiymət nədir? Onun təbiəti, mahiyyəti və məzmunu nədən ibarətdir? 

2.

 



Malın və xidmətin beynəlxalq qiyməti necə müəyyən olunur? 

3.

 



Aşağıdakı  malların  dünya  bazarlarında  qiymətinin  hərəkəti  nə  ilə 

bağlıdır? 

 

hazır məmulatlar



 

kənd təsərrüfatı məhsulları və xammal



 

tropik bitkilər. 



4.

 

Beynəlxalq  ticarətdə  qiymət  amilini,  qiymətin  rolunu,  dünya 



bazarlarında  qiymətlərin  müxtəlifliyini  xarakterizə  edin.  Hansı  iki  qiymət 

qrupunu tanıyırsınız? Qiymətlərin hansı növləri vardır? 

5.

 

Qiymətin əmələ gəlməsi metodlarını təhlil edin. 



6.

 

Malların  dünya  bazarlarında  qiymətləri  necə  formalaşır?  Qiymətin 



əmələ gəlməsi baxımından bazarların hansı tipləri var? 

7.

 



Vahid (dünya) qiymət qanununu ifadə edin. Xarici ticarət qiymətlərinə 

dövlətin təsiri nə cürdür? Gömrük qiymətləndinnəsi nə deməkdir? 

8.

 

2000-2004-cü illərdə dünya bazarlarında xammalın və ərzaq mallarının 



qiymətlərini xarakterizə edin. 

9.

 



Dünyada malların qiymətinin qlobal perspektivləri necədir? 

10.


 

İdxal qiymətləri və ixrac qiymətləri - onların formalaşması mexanizmi 

necədir? 

11.


 

Qiymətlərin beynəlxalq tənzimlənməsinin mexanizmlərini sadalayın. 



314 


Yüklə 7,98 Mb.

Dostları ilə paylaş:
1   ...   122   123   124   125   126   127   128   129   ...   306




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə