Kitabın nəşrinə göstərdiyi köməyə görə Azərbaycan Respublikası Milli Məclisinin deputatı



Yüklə 7,98 Mb.
Pdf görüntüsü
səhifə129/306
tarix14.09.2018
ölçüsü7,98 Mb.
#68598
1   ...   125   126   127   128   129   130   131   132   ...   306

iqtisadiyyatı  zəif  inkişaf  etmiş  ölkələrdir.  Özü  də,  burada  çox  mürəkkəb  şəkil 

meydana çıxır. Məsələn, alimlərin, təhlilçilərin, yüksək ixtisaslı fəhlələrin çoxu 

Rusiyadan  Qərbi  Avropa  ölkələrinə  daha  yaxşı  həyat  və  iş  şəraiti  tapmaq 

məqsədilə  çıxıb  gedirlər.  Amma  öz  növbəsində, Rusiyaya  bu  şəraitin  daha  pis 

olduğu keçmiş müttəfiq respublikalardan miqrantlarm kütləvi surətdə axını baş 

verir.  Bu cür vəziyyət  bir sıra ölkələr qrupu, o cümlədən kifayət  qədər sürətlə 

inkişaf  edən,  lakin  sosial  parametrlərinə  görə  inkişaf  etmiş  ölkələr  qrupundan 

geridə qalan keçid iqtisadiyyatlı ölkələr üçün də səciyyəvidir. 

Aydınlaşdırdığımız  kimi,  adamların  iş  axtarışı  məqsədilə  ölkədən 

getməsinin  başlıca  səbəbi  yaşamaq  üçün  vəsait  axtarışıdır.  Sosial-iqtisadi 

inkişafın  qeyri-bərabərliyi  hər  nəfərə  düşən  milli  gəlirin  əvvəlcə  sənaye 

ölkələrində,  sonra  isə  neft  hasil  edən  dövlətlərdə  (daha  dəqiq  desək,  böyük 

həcmdə  neft  ixrac  edən)  artmasına,  ənənəvi  cəmiyyətlərin  müasirləşməsinə  və 

adamların bir hissəsinin yerdəyişməsinə səbəblər meydana çıxararaq, orada güclü 

daxili irəliləyişlərə təkan vennişdir. Əlbəttə, inkişaf etməkdə olan ölkələrdə də 

milli  gəlir  artır,  amma  onlann  çoxunda  bu  proses  ləng  gedir,  əhalinin  varlı  və 

aztəminatlı  təbəqələrində  hər  nəfərə  düşən  gəlirlərdəki  fərq  böyükdür.  Həyat 

səviyyəsinin  aşağı  olması,  bəzən  isə  ümidsiz  yoxsulluq,  ilk  növbədə,  qida 

məhsulları  istehlakının  azlığında  ifadə  olunur;  bu  vəziyyətdə  uzun  müddət 

istifadə  olunan  mallardan  danışmağa  belə  dəyməz.  Miqrasiyanın  səbəblərinin 

digər  qrupu  əsasən  sosial  xarakter  daşıyır.  Yerli  təhsil  sisteminin,  səhiyyə 

idarələri şəbəkəsinin inkişafdan geridə qalması, sabahki günə inamsızlıq, primitiv 

həyat tərzindən narazılıq - bütün bunlar emiqrasiya potensialının formalaşmasına 

səbəb olur, həyat şəraiti daha yaxşı olan ölkələrə köçüb getmək arzusu doğurur. 

Bir çox hallarda əmək miqrasiyasının səciyyəvi fonualarım fərqləndirmək olar. 

Bunlara  gənc  pakistanlıların  Sultanın  ordusunda  muzdla  xidmət  üçün  Omana 

köçməsini  aid  etmək  olar.  Miqrasiyanın  başqa,  nisbətən  nadir  təsadüf  olunan 

forması ölkəni nikaha girmək məqsədi ilə tərk etməkdir. Məsələn, AFR-da yaxın 

vaxtlaradək varlı kişilər üçün Cənub- Şərqi Asiyadan həlim xasiyyətli, itaətkar 

gəlinlərin  gətirilməsi  ilə  məşğul  olan  500-dən  artıq  nikah  agentliyi  fəaliyyət 

göstərirdi.  Əmək  haqqının  azlığı,  sənaye  bazasının  zəifliyi,  alınan  biliklərin 

ölkəsində tətbiq edilməsinin qeyri- mümkünlüyü şəraitində inkişaf etməkdə olan 

və  yeni  kapitalist  ölkələrində  yaşayan  yüksək  ixtisaslı  mütəxəssislər  də 

vətənlərini tərk etməyə üstünlük verirlər. «Zəkaların axını» sahəsində miqrasiya 

axını:  yüksək  ixtisaslı  kadrların  və  gənc,  perspektivli  alimlərin  ölkədən  köçüb 

getməsi belə formalaşır. 

322 



Başqa səbəb xarici işçilərin son dərəcə mütəhərrikliyidir (elastikliyi) və bu 

özünü iki halda büruzə verir: 

1)

 

perspektivsiz  sahələrdən  yeni,  daha  perspektivli  sahələrə  keçərkən. 



Məsələn,  bütün  sənayeləşmiş  ölkələrdə  və  neft  hasil  olunan  dövlətlərdə 

immiqrantlar əsasən xidmət sahəsində çalışır; 

2)

 

1980-ci illərədək Qərb ölkələrində, neft hasil edən dövlətlərdə isə indiyə 



qədər  işsizlik  müavinəti  almadığından,  işsizlik  yaxud  deportasiya  təhlükəsi 

yarandığı halda immiqrantlar tezliklə bir ölkədən başqasına köçürlər. 

İmmiqrantlar  işsizliyin  azalmasına  müəyyən  dərəcədə  kömək  edirlər: 

xarici işçilər müxtəlif malları və xidmətləri istehlak etməklə, tələbatı yüksəldir. 

İstehsalın genişləndirilməsi isə həm xarici, həm də milli işçi qüvvəsinin hesabına 

əlavə  iş  yerlərinin  yaradılmasını  tələb  edir.  Nəticədə  immiqrantlarm  əməyi 

sayəsində bütün resipiyent-ölkələrdə həm yerli əhali, həm də miqrantlar arasında 

işsizlik sabit qaldığı halda, məşğulluq daim artırdı. 



Kruqman-Obstfeld  qrafiki.  P.R.Kruqman  və  M.Obsfeld  işçi  qüvvəsinin 

miqrasiyasının  ümumi  meyillərinə  (əmək  haqqının  bərabərləşməsi,  dünyada 

məhsul  istehsalının  artımı,  əhalinin  müxtəlif  qruplarına  ziddiyyətli  təsir 

göstərilməsi)  əmək  resurslarının  dünya  üzrə  yenidən  bölgüsü  amili  kimi 

yanaşmaqla,  işçi  qüvvəsinin  mütəhərrikliyinin  (hərəkətinin)  səbəblərini  və 

nəticələrini əks etdirən qrafik qurmuşlar (şəkil 13.2). 



İmmiqrasiya  effekti.  Miqrasiya  axınlarının  qəbul  edən  cəmiyyətin 

həyatına  dərin  və  çoxcəhətli  təsir  göstərdiyi  şübhəsizdir.  Bu  təsirin  əsas 

sahələrini qeyd edək: 

 



miqrasiya  effekti  əhəmiyyətli  dərəcədə  onun  miqyası  ilə  müəyyən 

olunur.  BMT-nin  məlumatlarına  əsasən,  ABŞ-da  miqrantların  sayı  35  milyon 

nəfərdir, ondan sonra isə Rusiya (13 milyon), Almaniya (7,3 milyon), Fransa (6,2 

milyon),  Kanada  (5,8  milyon),  Avstraliya  (4,7  milyon)  gəlir.  İnkişaf  etmiş 

ölkələrdə  hər  doqquzuncu  sakin  miqrantdır,  onlardan  bəzilərində  isə  əhalinin 

böyük  qismini  miqrantlar  təşkil  edir:  Avstraliyada  -  24%,  İsveçrədə  -  19%, 

Kanadada - 17%, ABŞ-da - 11%. 

 



miqrasiya  axınlarının  sırf  kəmiyyət  parametrləri  ilə  yanaşı,  stmktur 

göstəriciləri, o cümlədən miqrantların müxtəlif kateqoriyalarının nisbətləri də 

vacibdir. Bir neçə ölkədən ibarət qrup (İsveçrə, Avstraliya, Portuqaliya və Böyük 

Britaniya) istisna edilməklə, iqtisadi və sosial sahələrin tələblərinə uyğun olaraq 

qəbul  edilən  iqtisadi  miqrantların  ümumi  miqrant  axınlarında  xüsusi  çəkisi  o 

qədər də böyük deyil. Miqrantların böyük əksəriyyəti, əvvəllər 

323 



Yüklə 7,98 Mb.

Dostları ilə paylaş:
1   ...   125   126   127   128   129   130   131   132   ...   306




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə