Kitabın nəşrinə göstərdiyi köməyə görə Azərbaycan Respublikası Milli Məclisinin deputatı



Yüklə 7,98 Mb.
Pdf görüntüsü
səhifə303/306
tarix14.09.2018
ölçüsü7,98 Mb.
#68598
1   ...   298   299   300   301   302   303   304   305   306

yeni müharibələrə və münaqişələrə təkan verə biləcəyini istisna etmir. Hər halda 

demokratikləşmə  bəzilərinin  düşündüyü  kimi,  hərbi  sarsıntıların  qarşısını  ala 

biləcək vasitə hesab oluna bilməz. 

1990-cı  illərdə  qeyri-sabitliyin  və  hərbi  təhdidlərin  yeni  regionları 

(Balkanlar,  Qafqaz,  Mərkəzi  Asiya,  beynəlxalq  terrorizm  və  ekstremizm) 

yaranmışdır. Dünyada baş verən dəyişikliklər pozitiv meyillərlə yanaşı milli və 

dini zəmində çoxsaylı münaqişələrə gətirib çıxarmışdır. Mütəxəssislər isbat edir 

ki, gələcəkdə baş verəcək silahlı münaqişələrin 90%-i təcrübənin göstərdiyi kimi, 

çoxmillətli  kontingentlərin  yardımı  ilə  həll  olunacaq.  Bütün  bunlar  beynəlxalq 

təhlükəsizliyin təmin olunmasının üsullarına və vasitələrinə baxışı əməkdaşlığın 

gücləndirilməsi istiqamətində dəyişdirir. Deməli, müasir dövrdə dövlətlərin hərbi 

siyasətinin  qloballaşması  onların  həm  öz  ölkəsinin,  həm  də  bütün  dünyanın 

təhlükəsizliyinin  təmin  olunması  üçün  birləşməsi  və  əməkdaşlıq  ehtiyaclarının 

ifadəsidir. 

XXI əsrin formalaşmaqda olan qlobal hərbi siyasəti dövlətlərin qarşılıqlı 

münasibətlərində  güc  tətbiqinin  aradan  qaldırılmasının  labüdlüyünə,  bütün 

dünyada  tərk-silah  olunmaya,  hər  cür  təcavüzün  və  ümumiyyətlə,  «düşmən» 

kateqoriyasından,  məqsədə  nail  olmağın  vasitəsi  kimi  müharibədən  imtina 

edilməsinə  əsaslanır,  hamı  üçün  hərbi  təhlükəsizlik  təmin  edə  bilən  dünyəvi 

hakimiyyət  strukturlarının  yaradılması  vəzifəsini  qarşıya  qoyur.  Yeni  siyasət 

orduların  gələcək  vəziyyətini,  funksiya  və  vəzifələrini,  hərbi  strukturların  iş 

prinsiplərini, inkişafı və fəaliyyəti istiqamətlərini müəyyənləşdirən «yeni genetik 

kodun» təməlini qoyur. 

Yeni  formalaşan  hərbi  siyasət  hərbidən  daha  çox,  müdafiə  və  hətta 

«müharibə əleyhinə» xarakter daşımalıdır. Onun əsas amalı müharibəyə, xüsusilə 

də  raket-nüvə  münaqişəsinə  yol  verilməməsi,  sülh  şəraitində  həyatın  bərqərar 

olunmasıdır. Bu siyasət dövlətin təhlükəsizliyinin dinc yollarla (siyasi, iqtisadi, 

diplomatik)  təmin  olunmasına  üstünlük  verilməsini,  hərbi  potensialın  məhdud- 

laşdırılmasmı,  mümkün  rəqibin  qəflətən  hücum  etmək  imkanından  məhrum 

edilməsini,  müharibələrin  və  münaqişələrin  qarşısının  alınmasını  nəzərdə 

tutmalıdır. 

Müasir  dövrdə  dövlətlərin  hərbi  siyasətlərinin  razılaşdırılması  prosesi 

kifayət  qədər  məqsədyönlü,  planauyğun  və  fəal  xarakter  alır.  Bu  məqsədlə 

NATO,  Rusiya,  MDB-nin  başqa  ölkələri  arasında  əlaqələr  intensivləşmişdir 

(seminarlar, konfranslar, komanda-qərargah təlimləri, nümayəndə heyətlərinin 

792 



mübadiləsi, bir-birinin hərbi akademiyalarında kadrların hazırlanması və s.). 

Ümumilikdə  isə,  dünyadakı  strateji  vəziyyəti  əsasən  Rusiya-Amerika 

nüvə qarşıdurması təhlükəsinin azaldılması, Rusiya və ABŞ arasında sıx strateji 

əməkdaşlıq,  «soyuq  müharibənin»  maddi  və  siyasi  nəticələrinin  aradan 

qaldırılması kimi amillər müəyyən edəcək. Bu baxımdan silahlar üzərində milli 

və beynəlxalq nəzarətin gücləndirilməsi həm Rusiya, Ukrayna, həm də MDB- nin 

başqa ölkələri üçün həlledici əhəmiyyətə malikdir. 

26.2.

 

Tərk-silah iqtisadiyyatı problemi baxımından 

beynəlxalq əməkdaşlıq 

Sülhməramlı meylilərin üstünlük təşkil etməsinin nəticəsi kimi, dünyanın 

aparıcı dövlətlərinin tərk-silah olunması bütün dünya ictimaiyyətinin maraqlarına 

təsir göstərir. Özü də bunun kifayət qədər bahalı fəaliyyət olduğu aşkarlanmışdır. 

Qeyd olunduğu kimi, inkişaf etmiş ölkələrin hamısı öz hərbi qüvvələrini ehtimal 

olunan  müharibənin  aparılması  üçün  vasitələrlə  təmin  edən  hərbi-sənaye 

kompleks-lərinə  (HSK)  malikdir.  Bu  müharibənin  baş  verməsi  yalnız  ehtimal 

olunsa da, hərbi istehsal və xərclər həmişə konkretdir və iqtisadiyyatda öz əksini 

tapır.  Buna  görə  də  mütəxəssislər  həmişə  sadəcə  «konversiyanın»  deyil, 

hərbi-sənaye  komplekslərinin  sökülməsi  iqtisadiyyatının  konsepsiyasını  işləyib 

hazırlamağa  çalışmış  və  burada  konversiya  onun  yalnız  struktur  həlqələrindən 

biri  kimi  çıxış  etməlidir.  Problem  ölkələrin  çoxu  üçün  aktualdır  və  sırf  zahiri 

təhlil  zamanı  göründüyü  kimi,  o  qədər  də  ağrısız  ötüşmür.  Məsələ  təkcə  bu 

sahədə çalışan və bir qayda kimi, imtiyazlı şəraitdə yaşayan milyonlarla insanda

qızğın silahlanmanın maddi infrastrukturunda deyil, həmçinin hərbiləşdirmənin 

vətəndaş cəmiyyətinə sirayət edərək, onun «müdafiə təfəkkürünü» stimullaşdıran 

qeyri-maddi  tərkib  hissəsindədir.  Əlbəttə,  bu  halda  hərbi  xərclərin  ixtisar 

olunması problemi ölkələrin həm sosial, həm də iqtisadi vəziyyətinə birbaşa təsir 

göstərdiyi üçün son dərəcə aktualdır. 

Məsələn,  1980-1990-cı  illərdə  aparılan  hesablamalar  dünyada 

silahlanmaya  yalnız  1  il  ərzində  xərclənən  vəsaitlərin  torpaqdan  istifadənin 

müasir  metodlarından  istifadə  olunduğu  halda  150  milyon  hektar  sahənin 

suvarılmasına  yönəldildikdə,  1  milyarddan  çox  insanın  ərzaqla  təmin  edilə 

biləcəyini göstənnişdi. Bu pullar il ərzində 500 milyon adam üçün 100 milyon 

müasir mənzilin inşası və 650 milyon uşağın təhsil ala biləcəyi 1 milyon 

793 



məktəbin lazımi avadanlıqla təchizatı üçün kifayət edərdi. Dünyada aclığın, ən 

təhlükəli xəstəliklərin, savadsızlığın tamamilə aradan qaldırılması üçün isə hərbi 

məqsədlərə istiqamətləndirilən vəsaitlərin ümumi həcminin cəmi 6-10%-i kifayət 

edər. 


Bundan başqa, hərbi obyektlər (poliqonlar, anbarlar, atıcılıq meydanları, 

aerodromlar və s.) altında olan böyük torpaq sahələri kənd təsərrüfatı və başqa 

mülki məqsədlərlə istifadə oluna bilər. Məsələn, milyonlarla avtomobil, traktor, 

minlərlə gəmi, neft və neft məhsulları, anbarlar, minlərlə zavod bacarıqla istifadə 

olunduğu  halda  dünya  ölkələrinin  milli  iqtisadiyyatının  inkişafı  üçün  güclü 

stimuldur. 



26.3.

 

Konversiya və dövlətin iqtisadi sağlamiaşdırılması 

Getdikcə daha çox mütəxəssis və alim mürəkkəbliyinə baxmayaraq, hərbi 

istehsalın  konversiyasının  qeyri-adi  hadisə  olmadığı  barədə  qənaətə  gəlir. 

İstənilən  ölkənin  iqtisadiyyatında  strukturun  yenidən  qurulması  prosesi  daim 

gedir,  köhnəlmiş  məhsulların  istehsalı  yenilərinin  buraxılması  ilə  əvəz  olunur. 

Hərbi sənaye sahələrində buraxılan silah növləri də fasiləsiz yenilənir. Buna görə 

də konversiyanın hərbi-siyasi qərarlarla sıx əlaqədar mürəkkəb problem olmasına 

baxmayaraq,  burada  aradan  qaldırıla  bilməyən  iqtisadi  və  sosial  maneələr 

mövcud  deyil.  Digər  tərəfdən,  demək  olar  ki,  bütün  ölkələrdə  hərbi  sənayenin 

dövlət nəzarəti altında yaxud ondan asılı olması bu sahədə qərarların qəbulunu 

asanlaşdırır.  Məsələn,  ABŞ-da  hərbi  texnikanın  90%-i  özəl  fınnalar  tərəfindən 

buraxılsa  da,  həmin  məmulatlar  dövlət  tərəfindən  Müdafiə  Nazirliyi  vasitəsilə 

sifariş  edilir  və  satın  alınacağına,  istehsalçı  fınualarm  mənfəət  əldə  edəcəyinə 

təminat  verilir.  Mütəxəssislərin,  o  cümlədən  BMT  ekspertlərinin  qeyd  etdiyi 

kimi, məhz dövlət hərbi istehsalların mülki istehsala keçirilməsində başlıca rol 

oynamalı,  hərbi  müəssisələri  taleyin  ümidinə  buraxıb,  onların  rəhbərlərinin  və 

mühəndislərinin «rus zirəkliyinə» güvənməməlidir. 

Hərbi  elm  sahəsinin  yönümünün  dəyişdirilməsi  ən  bahalı  və  çətinliklə 

təkrar  istehsal  olunan  resurs  -  yüksək  ixtisaslı  elmi  və  mühəndis  kadrlarla 

əlaqədar  olduğuna  görə  xüsusilə  diqqətli  yanaşma  tələb  edir.  Bu  mənada  bəzi 

ölkələrin təcrübəsi ibrətamizdir. Həmin ölkələrin hökumətləri silahların və hərbi 

texnikanın satınalmalarını ixtisar etməklə bərabər, hərbi ETTKİ xərclərini demək 

olar  ki,  əvvəlki  səviyyədə  saxlayır,  bəzi  proqramlar  üzrə  isə  hətta  artırır. 

Konversiya proqramlarının həyata keçirilməsinin əsas şərtlərindən 

794 



Yüklə 7,98 Mb.

Dostları ilə paylaş:
1   ...   298   299   300   301   302   303   304   305   306




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə