Kitabın nəşrinə göstərdiyi köməyə görə Azərbaycan Respublikası Milli Məclisinin deputatı



Yüklə 7,98 Mb.
Pdf görüntüsü
səhifə61/306
tarix14.09.2018
ölçüsü7,98 Mb.
#68598
1   ...   57   58   59   60   61   62   63   64   ...   306

vasitələrindən  əsasən  daha  dəqiq  seçmə  qabili}q/əti  ilə  fərqlənir.  Dövlət 

tənzimlənməsinin başqa mexanizmləri ilə müqayisə olunduqda, onun həm üstün, 

həm də çatışmayan cəhətləri mövcuddur. Misal üçün, ölkənin tədiyyə balansında 

kəsir varsa, devalvasiya yaxud daxili deflyasiya ölkədə istehsal olunan malları 

xarici  mallara  nisbətən  ucuzlaşdıra  bilər.  Bu,  ixraca  və  idxala,  habelə  xidmət 

sahələrinə,  o  cümlədən  turizm  daxil  olmaqla  xidmət  sahələrinə  hərtərəfli  təsir 

göstərəcəkdir.  Bəzən  daxili  qiymətlərdə  başqa  ölkələrin  qiymətləri  ilə 

müqayisədə hətta nəzərə çarpmayan dəyişikliyin baş verməsi tədiyyə balansının 

vəzij^ətinə mənfi təsirini göstərir. Bundan başqa, belə hal xarici mühitin güclü 

təsiri nəticəsində istənilən sahənin tənzimlənməsinin səmərəliliyini zəiflədir. 



Ölkələrin  beynəlxalq  ticarətə  cəlbolunmai  səviyyəsi  (ölkənin 

beynəlmiləlləşməsi  indeksi).  Milli  və  beynəlxalq  statistik  məlumatların  təhlili 

ölkənin  ÜDM-də  ticarətin  payı  göstəricisini,  yəni  ölkələrin  beynəlxalq  ticarət 

sisteminə  cəlb  olunmasının  getdikcə  güclənən  meyllini  müəyyənləşdirməyə 

imkan  verir.  Buna  müvafiq  olaraq,  konkret  ölkə  barədə  danışıldıqda,  onun  bu 

prosesə cəlb olunmasının dərəcəsi və miqyası nəzərdə tutulur. Məsələnin bu cür 

qoyulduğu halda bütün ölkələri bir neçə qrupa bölmək olar. 



Birinci  qrup.  Avropanın  «kiçik  ölkələrinin»  (Belçika,  Hollandiya, 

Benilüks  ölkələri),  habelə  Skandinaviya  ölkələrinin  (İsveç,  Finlandiya, 

Danimarka,  Norveç,  İrlandiya  və  İslandiya)  beynəlxalq  ticarətdə  iştirak  payı 

ənənəvi  olaraq  yüksəkdir.  Onların  beynəlxalq  ticarətinə  milli  iqtisadiyyatın, 

demək  olar  ki,  bütün  sektorları  cəlb  olunmuşdur  (85%-dən  yuxarı),  xarici 

ticarətin  həcmi  göstəricisinin  ÜDM-ə  nisbəti  isə  ən  yüksəkdir  (yalnız 

Honkonqdan geridə qalır). Bu, beynəlxalq  ticarətə  yüksək səviyyədə (əmsalla) 

cəlb olunmuş ölkələr qrupudur. 



İkinci qrupa İƏİT ölkələrinin əksəriyyəti, Yaponiya, ABŞ (ÜDM-də pay 

1970-ci  illərin  əvvəlində  7-8%,  2003-2008-ci  illərdə  isə  25-26%-dən  yuxarı), 

Almaniya, Fransa, İtaliya, İspaniya və başqaları daxildir. 

Üçüncü  qrup  qalan  ölkələrdən  ibarətdir,  hərçənd  burada,  o  cümlədən 

inkişaf  etməkdə  olan  ölkələr  arasında  müvafiq  təsnifatlaşdırmanm  aparılması 

vacibdir. Bu ölkələr də beynəlxalq ticarətə cəlb olunmuşdur. 

Ölkələrin ticarət mövqelərində daim dəyişikliklər baş verir: bəzilərininki 

yaxşılaşır,  başqalarında  müxtəlif  amillərin  təsiri  altında  pisləşir,  digərlərinin 

mövqeyi dəyişmir və s. Bununla bərabər, ölkələrin çoxunun kompensa- 



164 


siyalaşdıran ticarət siyasətini həyata keçimıək imkanı yaranır. Məsələn, müasir 

dünyanın inkişaf dinamikası ticarət bazarlarının ABŞ və Qərbi Avropadan inkişaf 

etməkdə olan ölkələrə, o cümlədən Asiya-Sakit Okean dövlətlərinə, ASEAN-a, 

Çinə və Hindistana, Afrika və Latın Amerikası ölkələrinə (MDB məkanına isə 

nisbətən az) doğru yerdəyişməsinin beynəlxalq ticarət və beynəlxalq maliyyənin 

sağlamlaşdırılmasma  əhəmiyyətli  dərəcədə  pozitiv  təsir  etdiyini  göstərir.  Son 

illərdə ümumdünya ticarətinin dinamikası ilə ümumdünya iqtisadi artım templəri 

arasındakı  əlaqələr  daha  da  aydın  nəzərə  çarpır.  İndi  bu  üç  region  Avropanın 

istənilən  ölkəsi  ilə  müqayisədə  Amerika  malları  üçün  daha  böyük  potensial 

bazara çevrilmişdir. 

Ümumilikdə isə dünya üzrə malların idxalının 55-60%-i (bəzi tərəddüdlə) 

inkişaf  etmiş  ölkələrin  payına  düşür.  Bu  payın  75%-ə  yaxmı  inkişaf  etmiş 

ölkələrin  özləri  arasında  satılır,  təqribən  20%-i  inkişaf  etməkdə  olan  ölkələrə 

yönəldilir, 2%-ə  yaxmı isə postsosialist  ölkələrinə  düşür. Bu nisbətlər sonuncu 

onillik  ərzində,  demək  olar  ki,  dəyişməmişdir.  Öz  növbəsində  inkişaf  etməkdə 

olan  ölkələr  ixrac  etdikləri  malların  75%-ə  yaxınını  sənayeləşmiş  ölkələrə 

göndərir.  Malların  təqribən  20%-i  onların  öz  aralarındakı  qarşılıqlı  ticarətdə 

satılır, 4%-i isə keçmiş sosializm və MDB ölkələrinin payına düşür. İnkişaf etmiş 

ölkələr və Çin ümumdünya ticarətini daim nəzarətdə saxlayır: onun həcminin əsas 

hissəsi dörd aparıcı mərkəzin (qlobal kvadriliya) payına düşür. Burada da dünya 

üzrə  malların  ixracının  və  idxalının  41%-ə  yaxmı  Qərbi  Avropanın,  təqribən 

20%-i  Şimali  Amerikanın,  təxminən  bu  qədəri  Asiyanın,  6%-ə  qədəri  Latın 

Amerikasının, 4%-i Orta Şərqin, 3,6%-i Afrika ölkələrinin payına düşür. 

Qeyd  olunmalıdır  ki,  1980-2008-ci  illərdə  inteqrasiya  birliklərinin  üzvü 

olan ölkələrin region daxilində ixracının payı fasiləsiz artmışdır. Bu, ilk növbədə, 

Avropa  İttifaqına,  NAFTA-ya  və  APEC  ölkələrinin  göstəricilərinə  aiddir. 

Təşkilati baxımdan APEC iştirakçılarını mütləq öhdəliklərlə və şərtlərlə ən aşağı 

səviyyədə  bir-birinə  bağlayan  amorf  beynəlxalq  təşkilatdır.  Buna  baxmayaraq, 

onun  iştirakçılarının  ticarət  əlaqələrinin  təmərküzləşmə  dərəcəsi  yalnız  Avropa 

İttifaqından  geri  qalmaqla,  başqa  inteqrasiya  qruplarından  yüksəkdir.  Amma 

APEC  ölkələri  ticari-iqtisadi  əlaqələrin  genişləndirilməsi  məsələlərini  ikitərəfli 

və  çoxtərəfli  danışıqlar  yolu  ilə  öz  aralarında  müstəqil  həll  etdiyinə  görə  bu 

regionda  ticarət  əlaqələrinin  intensivləşməsini  təkcə  APEC-in  fəaliyyəti  ilə 

əlaqələndirmək olmaz. 



165 


Yüklə 7,98 Mb.

Dostları ilə paylaş:
1   ...   57   58   59   60   61   62   63   64   ...   306




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə