Kitabın nəşrinə göstərdiyi köməyə görə Azərbaycan Respublikası Milli Məclisinin deputatı



Yüklə 7,98 Mb.
Pdf görüntüsü
səhifə57/306
tarix14.09.2018
ölçüsü7,98 Mb.
#68598
1   ...   53   54   55   56   57   58   59   60   ...   306

mərhələsinin  (Doha  raundu,  Qətər,  2001)  gedişində,  beynəlxalq  ticarət 

danışıqlarının  bu  yeni  mərhələsinin  başlanmasından  on  ildən  çox  keçdikdən 

sonra aşkar edilmişdir. 

6.4.

 

Dünya bazarı və beynəlxalq ticarət 

iqtisadi artım və ticarət şərtləri. Ölkələrin ticarət mövqelərinin dəyişməsi 

barədə  ən  təsirli  təəssüratı  müharibədən  sonrakı  bütün  müddət  ərzində  ABŞ, 

Qərbi  Avropa  və  Yaponiya  arasında  bu  sahədə  irəliləyişlərin  təhlili  yaradır. 

İkinci  Dünya  müharibəsinin  sonuna  yaxın  bütün  kapitalizm  aləminin  ÜDM-in 

təqribən  50%-i  və  ümumdünya  ticarətinin  47%-i  ABŞ-m  payına  düşürdüsə, 

1990-cı ildə bu göstəricilər müvafiq olaraq 32 və 26 faizədək, 2004- cü ildə isə 

təqribən  30  və  23  faizədək  azalmışdır.  Ticarət  şəraiti  ABŞ  üçün  get-  gedə 

pisləşirdi. Amma əslində bu proses həqiqətən də çox mürəkkəb və çox hallarda 

ölçülə bilməyən idi. Belə ki, istehsal miqyası hesabına qənaət amilinin, habelə 

yüksək  səviyyədə  beynəlxalq  əmək  bölgüsündən  ümumi  faydalanma  nəzərə 

alınmaqla,  ticarətdə  gözəgörünən  zərər  (əgər  bunu  belə  adlandırmaq 

mümkündürsə)  başqa,  o  cümlədən  gəlirlərin  ölkələr  arasında  bölgüsü  ilə 

əlaqədar’olan amillərin sayəsində kompensasiya olunur. 

Transferlər problemi: xarici ticarət şəraitinə təsiri. Dünya iqtisadiyyatı 

nəzəriyyəsində  beynəlxalq  transferlərin  təsiri  onların  ticarət  şəraitinə  və  bazar 

tələbinə  (tələbin  defomıasiyası)  nüfuz  etməsi  baxımından  öyrənilməyə 

başlamışdır. Tarixən transfer probleminin mənşəyi müharibələrin başa çatması, 

məğlub ölkənin kontribusiyalar ödəməyə vadar edilməsi (məsələn, 1871-ci ildə 

Fransa Prussiyaya alçaldıcı məğlubiyyətindən sonra kontribusiya ödəmiş. Birinci 

Dünya  müharibəsindən  sonra  isə  Antanta  üzrə  müttəfiqlər  Almaniya  üzərinə 

reparasiya  qoymuşdu)  ilə  əlaqədar  olmuşdur.  Transferlərin  başqa  forması 

(gəlirlərin  transferi)  İkinci  Dünya  müharibəsindən  sonra  ABŞ  tərəfindən 

müttəfiqlərə və məğlub edilmiş Almaniya və Yaponiyaya kömək göstərilməsidir. 

1950-ci  ildən  etibarən,  inkişaf  etmiş  ölkələr  yoxsul  ölkələrə  və  keçmiş 

müstəmləkələrinə  müxtəlif  növ  iqtisadi  və  texniki  yardımlar  göstənnəyə 

başlamışdır. İqtisad elmi geri qaytarılmalı olduğuna görə xarici borcları transfer 

kimi nəzərdən keçiraıəsə də, qısamüddətli planda borcların alınması transferdən 

heç nə ilə fərqlənmir və onunla eyni olan təsir göstərir. 

Maraqlıdır ki, transfer probleminin özü iki görkəmli iqtisadçı - B.Olin ilə 

C.M.Keyns arasında baş venniş məşhur mübahisə zamanı aktuallaşmış, daha 

154 



dəqiq  desək,  yenidən  meydana  çıxmışdır.  Bu  mübahisənin  predmeti  Birinci 

Dünya müharibəsindən sonra Almaniyanın ödəyəcəyi reparasiyalar olmuşdur. İki 

məşhur  alim  reparasiyalarm  alman  iqtisadiyyatının  inkişafına  kömək  edəcəyi 

(maneələr yaradacağı) barədə bir-birinə əks olan fikirdə idi'. 

Keyns  keçirdiyi  hərtərəfli  tədqiqat  nəticəsində  sübut  edirdi  ki,  alman 

iqtisadiyyatının  inkişafına  qoyulan  məhdudiyyətlər  Antanta  müttəfiqləri 

tərəfindən  Almaniyadan  tələb  edilən  pul  ödənişləri  ilə  bir  araya  sığmır.  Bu 

ödənişləri  yerinə  yetimıək  üçün  Almaniya  ixracı  artınnalı  və  idxalın  qabağını 

almalıdır. Buna yalnız ixrac mallarının qiymətlərini ucuzlaşdırmaqla nail olmaq 

mümkündür.  Ticarət  şəraitinin  pisləşməsi  və  Almaniya  üzərinə  qoyulan 

məhdudiyyətlər  reparasiyalarla  birlikdə  iqtisadi  inkişaf  üçün  əlavə  maneəyə 

çevrilirdi. 

Öz  növbəsində,  Olin  sübut  edirdi  ki,  Almaniya  reparasiyalarm 

maliyyələşdirilməsi məqsədilə vergiləri artırdığına və bununla da xarici mallara 

tələbi  ixtisar  etdiyinə  görə  bu  reparasiyalar  onun  ticarət  şəraitini  o  qədər  də 

mürəkkəbləşdirmir.  Eyni  zamanda  reparasiyalarm  ödənilməsi  onları  alan 

ölkələrdə  vergilərin  səviyyəsini  aşağı  salmağa  imkan  yaradır  və  bununla  da 

xarici, 0 cümlədən alman mallarına tələbi genişləndirir. Olinin fikrincə, buna görə 

Almaniya öz idxalını azaltmaq və ixracını artırmaq imkanı qazanır, bu isə, onun 

ticarət şəraitini heç də pisləşdirmir. 

Müəj^ən  müddətdən  sonra  qalib  müttəfiqlər  reparasiyaları  yalnız 

Almaniyaya  «bağışladığına»  görə,  mübahisənin  predmeti  olan  alman 

reparasiyaları  aktuallığını  itirdi.  Lakin  problem  qaldırılmışdır  və  iqtisadi 

nəzəriyyə  ona  mühüm  əhəmiyyət  verir.  Fikirləşirəm  ki,  bu  mübahisədə  həmin 

konkret  şəraitə  və  Almaniyanın  iqtisadiyyatına  uyğun  olaraq,  Keyns  haqlı  idi. 

Olin isə başqa məsələdə: alman reparasiyalarmm İkinci Dünya müharibəsindən 

sonrakı  15  il  ərzində  Almaniyada  yaranan  ticarət  şəraiti  nöqteyi-nəzərindən 

təsirində  haqlı  oldu.  Əvvəlki,  «bağışlanılmış»  reparasiyalardan  fərqli  olaraq. 

İkinci  Dünya  müharibəsində  məğlubiyyətindən  sonra  Almaniya  özü  də 

reparasiyalarm  əksər  hissəsini  SSRİ-yə  göndərilən  zavodlarla,  avadanlıqla, 

dəzgahlarla ödəməyə məcbur oldu. Ancaq ABŞ-ın köməyi ilə alman iqtisadiyyatı 

tez bir zamanda, özü də yeni texnoloji baza əsasında (köhnəsi sökülərək başqa 

ölkələrə «transfer edilmişdi) yenidən quruldu. Bunun 

Keynes G.M. The German Transfer Problem; Ohiin B. The German Transfer Problem ; A Discussions // 

Economic Journal. 1925. №39. P. 172-182. 

155 



nəticəsində ölkənin ticarət şəraiti sürətlə yaxşılaşdı və bu, ona dünya bazarında 

kütləvi əmtəə ekspansiyasına başlamaq imkanı verdi. 

Bu mübahisədə istifadə olunmuş bəzi anlayışları izah edək. 

İxraca son hədd meyli.

 

Donor-ölkənin özündə onun ixrac predmeti  olan 

malların son istehlak həddinin transfer alan ölkə ilə müqayisədə yüksək olması 

səciyyəvidirsə  və  onun  ticarət  şəraitini  pisləşdirirsə,  transfer  donor-ölkə  üçün 

müflisləşdirici ola bilər. Bu meyil transferi alan ölkə ilə müqayisədə az olarsa, 

əksinə, donor-ölkənin ticarət şəraitini yaxşılaşdıracaqdır. Transferlərin və xarici 

yardımların  ticarət  şəraitinə  təsiri  ən  müxtəlif  planlı  və  mürəkkəb  olduğuna, 

onların çoxsaylı daxili amillərlə toqquşmasının isə bir çox hallarda gözlənilməz 

effekt doğurduğuna görə, özlüyündə həm Keyns, həm də Olin haqlı idilər. 

İdxala son hədd meyli - milli gəlirin bir valjoıta vahidinə (dollara) artımına 

nisbətən idxalın həcminin artmasıdır. Müəyyən gəlirlər səviyyəsində ixracla idxal 

arasındakı  fərq  xalis  ixracı  yaxud  ticarət  balansını  ifadə  edir.  Gəlirlər  aşağı 

olduqda,  idxala  çəkilən  xərclər  ixrac  xərclərindən  az  olduğuna  görə,  ixrac 

dəyərinin  idxal  dəyərini  üstələməsi  müşahidə  ediləcəkdir.  Gəlirlərin  yüksək

 

olduğu şəraitdə isə 



idxal ixracdan çox olacaq  və ticari kəsir 

yaranacaqdır. 



Ticari kəsir

 

- malların 

idxalının onların ixracından  çox olmasıdır. 

Bundan  əlavə,  ixrac dəyişmədiyi halda idxal çoxaldığına 

görə, gəlirlərin 

artması  aktiv  ticarət  saldosunu  azaldacaq,  ticari  kəsirin  məbləğini  isə 

yüksəldəcəkdir. 

İdxal  və  məşğulluğun  səviyyəsi.

 

Ümumi  qəbul  olunmuş  fikir  bundan 

ibarətdir ki, idxal adamların işini əlindən alır. Buna görə də idxalı ixtisar etməklə, 

ölkə  daxilində  məşğulluq  səviyyəsini  artırmaq  mümkündür.  Bu  nöqteyi-nəzər 

qismən düzgün olsa da, kifayət qədər təhlükəlidir. Onun düzgünlüyü bundadır ki, 

xaricdə  deyil,  ölkənin  özündə  istehsal  olunmuş  mallara  sərf  edilən  istehlakçı 

xərclərinin artması, daxili tələbatın çoxalması və deməli,məhsul 

buraxılışının

 

və məşğulluq səviyyəsinin 



yüksəlməsi ilə 

nəticələnməlidir.  Deməli,  hər  dəfə  ölkədə  işsizlik  müşahidə  edildikdə,  biz 

məşğulluq  səvijq/əsini  istehsalı  ölkədə  mümkün  olan  malların  idxalını 

məhdudlaşdmnaq yolu ilə yüksəldə bilərik. 

İdxalın  məhdudlaşdırılmasmm  ölkə  daxilində  məşğulluq  səviyyəsinə 

müsbət təsir göstənnəsi barədə fikrin təhlükəsi isə bu cür ideyaların gerçəkliyə 



156 


Yüklə 7,98 Mb.

Dostları ilə paylaş:
1   ...   53   54   55   56   57   58   59   60   ...   306




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə