Mədəniyyət və turizm Mündəricat



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə19/94
tarix13.11.2017
ölçüsü5,01 Kb.
#10057
1   ...   15   16   17   18   19   20   21   22   ...   94

37 
 
Çox-çox uzağa qalmış idi dərd, qəm, hicran. 
Xam nəğmələrlə edərək aləmi məmnun
Bir huri-mələk çalırdı iri bir qanun. 
 
Qanun  miniatür  sənət  əsərlərində  də  öz  əksini  tapmışdır.  Uzun  tarixi  inkişaf  yolu  keçən  bu  alət  zaman-
 zaman formalaşaraq dövrümüzə kimi gəlib çatmışdır. Üzeyir Hacıbəyov qanunun keçmişdə də təkmil alət kimi 
istifadə edildiyini qeyd edərək yazır: “Bu  gün hər bir musiqiçi
 
üçün piano çala bilmək vacib olan kimi, Şərq 
musiqiçiləri də öz çalğılarından əlavə, qanun çalmağı dəxi borc bilirmişlər”.  
Qanunun tərəfləri müxtəlif bucaqlı taxta qutudan ibarətdir. Alt və yan hissələr ağcaqayın, qoz və digər bərk 
ağac materiallarından hazırlanır.  
Alətin  üst  hissəsinin  3/4-ü  4  mm  qalınlığında  şam 
ağacından olan taxta üzlüklə, qalan hissəsi isə balıq dərisi 
ilə  örtülür.  Ağacla  örtülən  hissədə  üç  rezonator  oyuğu 
olur.  Dəri  ilə  örtülmüş  hissədə  isə  alətin  eni  boyu  bütöv 
bir taxta xərək yerləşir. Simlər alətin gövdəsindəki xüsusi 
oyuqlara bərkidilərək bu xərəyin üzərindən keçib aşıqlara 
bağlanır.  Aşıqlar  olan  hissədə  simlərin  altında  dəmir 
linglər yerləşir. Bu linglərlə simlər qaldırılıb-endirilərkən 
ton  və  yarımtonlar  əldə  edilir.  Qanuna  üçləşdirilmiş  24 
sıra (ümumi sayı 72) sim bağlanılır. İlk dövrlərdə simlər 
bağırsaqdan və ya ipək sapdan xüsusi üsulla hazırlanırmış. Hazırda kapron simlərdən istifadə edilir. Diz üstünə 
qoyulan  qanun  hər  iki  əlin  adsız  barmaqlarına  taxılmış  dəmir  üsküklərin  arasında  yerləşdirilən  ebonit 
mizrablarla  səsləndirilir.  Alət  içərisi  dördkünc  dəmir  açar  vasitəsi  ilə  köklənir.  Qanunun  ümumi  uzunluğu 
800-900  mm,  eni  380-400  mm,  qalınlığı  40-50  mm-dir.  Diapazonu  böyük  oktavanın  «sol»  səsindən  ikinci 
oktavanın «si bemol» səsinə kimi üç oktava yarımdır. Diatonik səs düzümünə malikdir. Qanundan xalq çalğı 
alətləri orkestrinin və ansambllarının tərkibində müşayiətçi və solo alət kimi istifadə olunur.  
 
Ud 
 
Əsasən, Ərəbistan, Türkiyə, İran və bir çox Şərq xalqları arasında geniş yayılmış mizrabla çalınan simli-
dartımlı musiqi alətidir. Ud ərəb sözü olub, «ağac» mənasını daşıyır. Ud haqqında ilk dəfə Mosullu İshaq İbn-
İbrahimin (767-849), daha sonralar isə Əbu Nəsr Fərabinin (870- 950) əsərlərində məlumat verilir.  
Orta əsrlərdə Yaxın Şərq mədəniyyətinin inkişafında udun çox böyük tarixi əhəmiyyəti olmuşdur. Bir çox 
qədim musiqi risalələrində udun qədim tarixə malik olması bildirilir və yaranması barədə rəvayətlər söylənilir. 
Səfiəddin Əbdülmömin Urməvinin “ Kitab əl-ədvar” (“ Musiqi dövrləri haqqında kitab”, 1252) əsərini şərhi edən 
Əbdülqadir Maraği ud musiqi alətinin peyğəmbərin nəvələrindən biri tərəfindən icad edildiyini bildirir.  
Yazılı  mənbələrdə  udun  icadını  qədim  yunan  filosofu  Platonun  adı  ilə  bağlayırlar.  Udun 
təkmilləşdirilməsində, onun yeni səs düzümünün yaradılmasında Səfiəddin Urməvinin çox böyük xidməti olmuş 
və həm də udda məharətlə çalmışdır.  
Udun özünə məxsus qüdrətli səsini dahi Füzuli “Yedd i cam” əsərində belə təsvir etmişdir: 
 
Bir gün yenə mən nəşəli bir bəzm düzəltdim
Mən bu işi bir hikmət üçün bərqərar etdim. 
Bir ud sədası bu zaman qalxdı həvayə, 
Yandım, tütünüm çıxdı mənim övci-səmayə. 
 
Miniatür sənət əsərlərində udun təsvirinə də rast gəlmək olar. Qədim udun dörd simini 
od,  su,  torpaq  və  hava  ilə  müqayisə  etmişlər.  Birinci  sim  zir,  ikinci  “m əsna”,  üçüncü 
mislas, dördüncü bəm və sonralar əlavə edilmiş beşinci sim had adlandırılmışdır.  
Qədim  ud  əsrlər  boyu  quruluş  və  forma  etibarı  ilə  islah  edilmiş,  dövrümüzə  qədər 
təkmil bir alət kimi gəlib çatmışdır. Ərəblər tərəfindən İspaniyaya gətirilmiş ud, sonralar 
Qərb ölkələrində lütnya adı ilə geniş yayılmışdır.  
Müasir udun beş qoşa, bir tək (cəmi on bir) simi olur. Ud, çanağı sağ dizin üzərinə 
qoyularaq ifa edilir. İpək sap, bağırsaq və xüsusi kaprondan hazırlanmış simlər bir- birinə 
kvarta münasibətində köklənir.  
Ud  armudvarı  çanaqdan,  qol  və  aşıqlar  yerləşən  kəllədən  ibarətdir.  Alətin  çanağı 
yığma üsulu ilə bir neçə hissədən, əsasən, səndəl, qoz və armud ağaclarından hazırlanır. 5 mm qalınlığında olan 
bu  taxta  hissələr  (qabırğalar)  xüsusi  qəliblərdə  istiyə  verilərək  lazımi  ölçüdə  əyilir  və  hissə- hissə  yığılır. 


38 
 
Çanağın  üzü 5  mm  qalınlığında  şam  ağacından  hazırlanmış  taxta  üzlüklə  örtülür.  Ümumi  uzunluğu  850  mm 
olan  udun  çanağının  eni  350  mm,  uzunluğu  480  mm,  hündürlüyü  200  mm  olur.  Udun  diapazonu  böyük 
oktavanın  “mi”  səsindən  ikinci  oktavanın  “fa”  səsinə  kimidir.  Solo  və  müşayiətçi  alət  kimi  orkestr  və 
ansamblların tərkibinə daxil edilmişdir. 
 
Ədəbiyyat: Məcnun Kərimov. Azərbaycan musiqi alətləri (Azərbaycan, ingilis və rus dillərində).  
Bakı, “Yeni Nəsil”, 2003, səh. 16-118. 


39 
 
Rəqs 
 
Rəqs Azərbaycan xalq incəsənətinin əsas tərkib hissələrindən biridir. Azərbaycan rəqs sənətinin yaranma 
tarixi  barədə  ən  qədim  məlumatları  Qobustandakı  qayaüstü rəsmlər (e.ə. 12-6-cı  minilliklər)  və  digər  maddi-
mədəni abidalər, "Avesta" (e.ə. 1-ci minilliyin 1-ci yarısı), "Kitabı-Dədə Qorqud" və b. ədəbi mənbələr verir. 
Qədim  rəqslər  müxtəlif  ayin  və  mərasimlərdə  insan  duyğularının  ifadəçisi  olmuş,  əmək  fəaliyyətini 
yüngülləşdirmək  funksiyası  da  daşımışlar.  Orta  əsr  rəqsləri  xalq  və  professional  növlərinə  bölünmüş,  vokal, 
instrumental və vokal-instrumental müşayiətlə kütləvi ("Yallı", 
"Cəngi", "Ovçular rəqsi"), yaxud fərdi şəkildə qadınlar, kişilər 
tərəfimdən ifa olunmuşdur. 
Ənənəvi rəqslər xalqın məişəti, adət və ayinləri ilə bağlı 
olub  mərasim,  etiqad,  toy  və  bayram  rəqslərinə  bölünürlər. 
Onlardan şəbih tamaşalarında, təqvim mərasimlərində ("Novruz 
bayramı",  "Səməni  rəqsi"),  toy  şənliklərində  ("Qaytağı", 
"Qoçəli", "Qazağı", "Uzundərə", "Lalə") istifadə edilirdi. 
Kütləvi  rəqslərin  çoxu  əmək  prosesini,  məişət 
mərasimlərini  müşayiət  edir.  "Halay",  "Yallı",  "Cəngi"  bu 
qəbildəndir.  Kütləvi  rəqslərin  qədim  növü  olan  «Yallı»lar  toy 
və  el  şənliklərində  instrumental  ansambli  (iki  zurnaçı  və 
nağaraçıdan  ibarət),  yaxud  mahnının  müşayiəti  ilə  ifa  olunur, 
öncə ağır tempdə başlanır, getdikcə yeyinləşir. Vaxtilə yüzdən 
artıq  "Yallı"  havası  olmuşdur:  "Qaz-qazı",  "Köçəri",  "Əl 
yallısı"  və  s.  Xoreoqrafiya,  instrumental  və  vokal  musiqini 
özündə birləşdirən "Yallı"lar 2-3 hissədən ibarət olur. Adətən bir hava müxtəlif templərdə (ağır, mülayim, iti və 
ya variasiya) şəklində ifa edilir. 
Kütləvi  rəqs-mahnı  janrı  olan  «Halay»  bir  neçə  rəqs-mahnıdan  ibarət  vokal-xoreoqrafik  formadır. 
«Halay»ın  mahnıları  əmək,  məişət,  sevgi  mövzusunda  olur.  Müasir  dövrdə  «Halay»  toylarda  yalnız  qadınlar 
tərəfindən ifa edilir. «Halay» mahnılarının mətni, əsasən, bayatılardan ibarətdir ("Həsiri basma, dolan gəl", "Ay 
lo-lo", "Basma, basma tağları"). Əsasən qadınlar tərəfindən ifa olunan kütləvi oyun rəqsi "Haxışta" Naxçıvan 
bölgəsində  geniş  yayılmışdır.  "Cəngi"  kütləvi  rəqsi  qəhrəmanlıq,  cəngavərlik  mövzusu  ilə  bağlıdır,  daha  çox 
kişilər tərəfindən ifa edilir. 
Məişət  rəqslərinin  məzmunu  insanın  müxtəlif  duyğuları,  əməyi,  həyatında  baş  verən  hadisələrlə 
bağlıdır. Onların lirik, məzəli, idman, uşaq rəqsləri kimi növləri var. Lirik rəqslər bu janrın ən geniş yayılmış 
qoludur ("Vağzalı", "Turacı", "Naz eləmə", "Uzundərə", "Tərəkəmə"). Qədim xalq rəqsi «Turacı» lirik və incə 
melodiyası  ilə  seçilir.  «Vağzalı»  ənənəvi  toy  rəqsidir,  ağır  tempdə  gedir. 
Lirik və oynaq melodiyası olan «Tərəkəmə» kişi və qadınlar tərəfindən solo 
ifa  edilir.  "Qıtqılıda",  "Qıdqıdı",  "Məzhəkəli  rəqs"  -  məzhəkəli,  "Koroğlu 
Cığatayı",  "Cəngi",  "Qılımla  rəqs",  "Süvarilər  rəqsi"-  hərbi-qəhrəmanlıq, 
"Zorxana",  "Cıdır",  "Kəndirbazlar  oyunu",  "Güləş"  isə  idman  rəqslərinin 
maraqlı örnəkləridir. 
İfa tərzinə görə qadın və kişi rəqsləri fərqlənir. Qədim rəqsləri üçün 
zərif  və  plastik  əl-qol  hərəkətləri,  incə  və  ahəngdar  yeriş,  musiqidən  asılı 
olaraq mimikanın dəyişməsi, təmkinlilik, mülayimlik, həzinlik səciyyəvidir. 
Bəzi rəqslərdə ayaq hərəkətləri iti və yüngül olur. Kişi rəqslərinin əksəriyyəti 
üçün ayaqlarını çevik və mürəkkəb hərəkəti, bədənin özünəməxsus, ciddi və 
şax duruşu, başın qürurla tutulması səciyyəvidir. "İnnabı", "Mirzəyi" kübar 
kişi rəqslərindəndir. 
Azərbaycan  rəqslərinin  janr  və  məzmunca  zənginləş  məsində  peşəkar  bəstəkarların  böyük  rolu 
olmuşdur.  F.Əmirov  ("Simfonik  rəqslər"),  C.Cahangirov  ("Üç  rəqs"),  T.Quliyev  ("Qaytağı")  və  b.  xalq  rəqs 
musiqisinin  forma  və  janrlarimdan  istifadə  etməklə  orijinal  əsərlər  yaratmışlar.  Azərbaycanda  balet  janrının 
yaranmasında xalq rəqs musiqisinin önəmli rolu olmuşdur. 
Azərbaycan  xalq  rəqslərinin  melodiyası  üçün  simmetriklik,  müxtəlif  istiqamətlərdə  hərəkət,  diapazon 
dairəsinin  çeşidliyi,  variasiya,  sekvensiya,  təkrar  yolu  ilə  tədrici  inkişaf  səciyyəvidir.  Lad  əsası  zəngin  olub, 
yeddi əsas diatonik və xromatiklərmiş məqamların səs sıralarına istinad edir. Xalq rəqs melodiyalarına 4/4, 3/4, 
2/4, 6/8, 3/8 musiqi ölçüləri xasdır. Bu vəznlərdən ən geniş yayılmışı 6/8-dir. Rəqs melodiyaları forma cəhətdən 
zəngin və müxtəlifdir. Onların arasında ikihissəli, üçhissəli musiqi formallarının çeşidli növlərinə rast gəlmək 
mümkündür. 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   15   16   17   18   19   20   21   22   ...   94




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə