MəMMƏdov qəRİb xəLİlov mahmud



Yüklə 4,78 Mb.
Pdf görüntüsü
səhifə140/228
tarix30.12.2017
ölçüsü4,78 Mb.
#18712
1   ...   136   137   138   139   140   141   142   143   ...   228

 

268


rayonlarında fiziki-coğrafi, iqlim və torpaq şəraitindən asılı olaraq meşəlik faizi müxtəlifdir. Meşəlik faizinin 

dinamikası insanın təsərrüfat fəaliyyətinin təsiri altında gedir.  

Meşələr respublikanın  ərazisində qeyri-bərabər paylanmışdır. Meşənin  əsas hissəsi (90%) dağ 

yamaclarında, az hissəsi (10%) isə düzəndə yerləşir. Meşə ilə örtülü sahənin 40%-i Böyük Qafqazda, 33%-i 

Kiçik Qafqazda və 17%-i Talışda yayılmışdır.  

Ən yüksək meşəlik faizi (40%-dən çox) ilə Böyük Qafqazın cənub makroyamacı rayonları (Balakən, Zaqa-

tala, Oğuz, Qəbələ, İsmayıllı), Qarabağın dağlıq hissəsi (Ağdərə və Xankəndi rayonları) və qismən Talış (Astara 

rayonu) xarakterikdir. Orta meşəlik faizi (20-40%) ilə  səciyyələnən  ərazilər Böyük Qafqazda (Şəki, Quba 

rayonları), Kiçik Qafqazda (Gədəbəy, Daşkəsən, Kəlbəcər və Laçın rayonları) və Talışda (Lerik, Masallı 

rayonları) yerləşir. Orta meşəlik faizindən aşağı olan (10-20%) ərazilər Kiçik Qafqazın qərb rayonları (Qazax və 

Tovuz) üçün səciyyəvidir. Aşağı meşəlik faizinə (1,1-10%) Dəvəçi, Şamaxı, Şəmkir, Xocavənd rayonları aiddir.  

Naxçıvan respublikası, Ceyrançöl, Qobustan, Cəbrayıl və Füzuli rayonları, Abşeron yarımadası, həmçinin 

alp çəmənləri demək olar ki, meşəsizdir (meşəlik faizi – 1-dən azdır).  

Respublikanın düzən hissəsində də meşələr qeyri-bərabər paylanmışdır. Nisbətən meşəli massivlər Ağstafa 

rayonunda (Qarayazı meşəsi), Xaçmaz rayonunda (Yalama meşəsi) yerləşir. 1,1-5 meşəlik faizinə malik olan 

tuqay meşəsi sahələri Yevlax, Bərdə, Ağdaş  və  Ağcabədi rayonlarında yerləşir. Kür-Araz ovalığının qalan 

hissəsi demək olar ki, meşəsizdir (meşəlik faizi 1-ə qədər).  

Optimal və yüksək meşəlik faizi ətraf mühitin ekoloji baxımdan sağlamlaşmasına daha müsbət təsir 

göstərir.  

Alimlərin tədqiqatları sübut edir ki, əhalinin ən az ölüm hadisəsi meşəlik faizi 50%-dən yuxarı olan rayon-

larda müşahidə olunur. Ərazinin meşəlik faizini 15-dən 70%-ə  qədər artırdıqda  əhalinin müxtəlif xəstəliklərə 

məruz qalması 3 dəfə azalmışdır.  

Meşəli rayonlarda çöl (bozqır) rayonlarına nisbətən nəfəs orqanları  və ankoloji xəstəliklərin səviyyəsi çox 

aşağı, əsəb-psixi xəstəlikləri isə 2 dəfə az olur.                                              



 

13.3.5. Düzən meşələri                   

Azərbaycanın düzən meşələrinə bir-birindən kəsgin fərqlənən quru və rütubətli subtropik iqlim şəraitində 

rast gəlinir. Ona görə də bu meşələr müxtəlif ağac və kol cinslərindən təşkil olunmuşdur. Düzən meşələri res-

publikanın meşə ilə örtülü sahəsinin 10%-ni təşkil edir. 

Respublikamızın düzən meşələrinin aşağıdakı təsnifatını təklif  edirik: 

1.

 



Rütubətli subtropik düzən meşələr (Lənkəran ovalığı) 

2.

 



Yarımrütubətli subtropik düzən meşələr. (Qanıx Həftaran vadisi) 

3.

 



Dəniz iqlimi şəraitində düzən meşələr. (Samur-Dəvəçi ovalığı) 

4.

 



Quru iqlim şəraitində düzən meşələr. (Kür-Araz düzənliyi) 

5.

 



Tuqay meşələri 

 

Lənkəran ovalığı meşələri 

Lənkəran ovalığının spesifik rütubətli iqlimi və ərazisinin buzlaşmaya məruz qalmaması burada bir çox isti-

sevər qədim relikt ağac və kol bitki növlərinin qalmasına imkan yaratmışdır. Dendroflorasının zənginliyinə görə 

Lənkəran ovalığı (Talış) Qafqazda birinci yeri tutub, özündə 150-dən artıq ağac və kol növü cəmləşdirir, onların 

36-sı endem növü olub, təbii halda yalnız bu ərazidə bitir. Talışın üçüncü dövrə aid olan əsas ağac və kol növlə-

rindən ipək, yaxud Lənkəran akasiyası, dəmirağac, azatağac,  şabalıdyarpaq palıd, xəzər lələyi, hirkan pırkalı, 

ürəkyarpaq qızılağac və s. göstərmək olar. 

Hələ yaxın keçmişdə Lənkəran ovalığının əsas landşaft tipi meşə örtüyü olmuşdur. Hazırda isə düzən meşə-

ləri çox kiçik sahə tutub yalnız Hirkan qoruğunda (2min ha) və kənd qəbristanlıqlarında qorunub saxlanılır. 



Akademik Həsən  Əliyev Talış meşələrinin müasir acınacaqlı  vəziyyəti haqqında yazırdı: «Talış 

meşələrinin qorunması barədə xoş söz demək olmaz. Talış meşələri əsrlər boyu Xəzərin rütubətini özündə 

toplayıb respublikanın subtropik zonasına həyat vermiş və rütubətin artığını yenə də Xəzərə qaytarmış-

dır. Lakin meşələrin getdikcə azalması, seyrəkləşməsi onun əvəlki vəziyyətini itirəcəkdir». 

Lənkəran ovalığının əsas müasir landşaftı bir-birinə yaxın yerləşən yaşayış məntəqələrilə vəhdət təşkil edən 

mədəni (antropogen) landşaftlardır. Magistral şose və kənd yolları boyu salınan yaşıl zolaqlarda həmişəyaşıl və 

əsasən yarpağı tökülən ağac cinslərindən istifadə olunmuşdur. Sitrus və kənd təsərrüfatı bitkiləri sahələrində ay-

rı-ayrı meşə zolaqları da salınmışdır. 

 

Qanıx-Həftaran vadisi meşələri 

Qanıx-Həftaran vadisi hələ üçüncü dövr meşələrilə örtülü olmuşdur. Sonralar iqlimin dəfələrlə kəsgin də-

yişməsi nəticəsində yeni meşə tipi landşaftları əmələ gəlmişdir. 

Hələ yaxın keçmişə qədər Qanıx-Həftaran   vadisində əsasən meşə landşaftı üstünlük təşkil etmişdir. Bizim 

dövrümüzə bu meşələrdən ayrı-ayrı kiçik sahələr - 52 min ha sahədə gəlib çatmışdır. Hazırda relyefin nisbətən 



 

269


hündür yerlərində uzunsaplaq palıd meşələri qrupları müşahidə olunur. Vadinin cənub hissəsində, qrunt suyu-

nun səthə yaxın olan yerlərində  qızılağac və üçüncü dövrün relikti yalanqoz qrupları bitir. Qəbələ rayonunda 

Çuxur-Qəbələ kəndindən bir km şimal istiqamətində üçüncü dövrün digər relikti- dəmirağac qrupu (14ədəd) ya-

lanqoz, qızılağac və  ağyarpaq qovağın çətri altında ikinci yarusu tutur. İsmayıllı qoruğu  ərazisində  Əyriçayın 

sağ qolu olan Axoxçayın qolları hövzəsində 200 ha sahədə şabalıdyarpaq palıd meşəliyi bitir. 

Samur Dəvəçi ovalığı (Yalama) meşələri 

Xəzər dənizi boyu dar zolaq şəklində uzanır. Burada meşə qurşağı dəniz səthindən 500m-ə qədər çatır. La-

kin düzənliyin əsas ərazisində keçmiş meşə örtüyünün yerində hazırda mədəni (antropogen) landşaft tipləri üs-

tünlük təşkil edir. Düzənlikdə meşəlik cəmi 15 min ha sahədə qalmışdır. Bu meşələrdə əsas ağac cinsləri uzun-

saplaq və iberiya palıdıdır, onlara tək-tək qıvrımyarpaq palıd və tüklü palıd da qarışır. relyefin çörək yerlərində 

rütubətli bitmə şəraitində ağyarpaq qovaq meşələri bitir. Düzənliyi kəsib keçən xırda çayların qırağında qızıla-

ğac və söyüd meşələri bitir. Meşəliyin tərkibinə mantar və xırdayarpaq qarağac, gözəl ağcaqayın,  çöl ağcaqayı-

nı da qarışır. 

Samur-Dəvəçi düzənliyi meşəsi kurort meşəsi qrupuna aid edildiyinə baxmayaraq uzunmüddətli insanın tə-

sərrüfat fəaliyyəti (ağacların kəsilməsi, mal-qara otarılması) üzündən ilkin meşə örtüyü pozulmuş və seyrəlmiş-

dir. Meşələrin sanitar vəziyyəti də qeyri qənaətbəxşdir. Orada geniş miqyasda yayılan ziyanvericilər və xəstəlik-

lər böyük sahələrdə palıd və qarağac meşələrinin qurumasına səbəb olmuşdur. 



 

Quru bitmə şəraitində düzən meşələri 

Vaxtilə Kürqırağı tuqay meşələri Qarabağ düzündə geniş zolaq yaradaraq Bərdə şəhərinə (xan meşəsi), onun 

kəndlərinə qədər uzanırmış.  Qarabağ düzündə meşə qalıqlarına bozqır və yarımsəhra bitkiləri fonunda çox kiçik 

«ləkələr» şəklində rast gəlinir. Bu meşələr Kür çayından xeyli aralıda yerləşib onun su rejimi ilə heç bir əlaqəsi 

yoxdur. Burada yarımsəhra iqlimi şəraitində meşənin əmələ gəlməsi, səthə yaxın yerləşən qrunt sularının və ye-

rin səthinə çıxan kəhrizlərin təsiri nəticəsində ərazinin əlverişli hidroloji rejimə malik olması ilə əlaqədardır. 

Respublikamızda ən xarakterik saqqızağac meşəliyi Qarabağ düzündə olub «Sultanbud» meşəsi adı ilə məş-

hurdur. Bu meşəliyin sahəsi 2 min hektara yaxın olub, Bərdə və Ağdam rayonları ərazisində yerləşmişdir. «Sul-

tanbud» meşəsində əsas ağac cinsi saqqız və uzunsaplaq palıd hesab olunur. Meşə altında murdarça, yemişan, 

qaratikan kolları bitir. Vaxtilə saqqızağac və palıd meşələri Qarabağ və Mil düzlərində geniş sahələr tuturmuş. 




Yüklə 4,78 Mb.

Dostları ilə paylaş:
1   ...   136   137   138   139   140   141   142   143   ...   228




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə